təbiətə insani münasibətdir».2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın özünü təbiətdən ayrırmasından və ya təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə, əlin hərəkətlərində maddiləşən şüur zaman keçdikcə, fəaliyyət coxpilləli quruluş kəsb etdikcə, vasitələndirici mərhələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elmdən əvvəldir və sivilizasiyanın təməli məhz texnika ilə qoyulmuşdur.
Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alətləri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də texnikanın onların həyatında oynadığı mühüm dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yalnız texnikaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan "Enki və kainat"1 adlı şumer poemasında «əsas etibarilə toxanı, kərpic ücün formanı – qəlibi ixtira edən, evləri, pəyəni, arxacı tikən və cütcü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən "texniki" nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».2 Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Kecmişin məlumatları müasir məntiqin imkanları mövqeyindən təhlil edilməlidir.
Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya almasına xidmət edir; məsələn, gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nümayiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər təkmilləşmədiyindən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövrlərdə biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürülməsindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifadəsi ücün zəruri idi. Ona görə texnikanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.
Göründüyü kimi, elmi-texniki tərəqqinin genezisi problemi elm və texnikanın genezisi ilə sıx əlaqədardır.
Bundan başqa, elmi-texniki tərəqqinin daxili strukturunu aydın şəkildə təsəvvür edə bilmək ücün, elmi-texniki inqilabın mahiyyətini müəyyənləşdirmək üçün əvvəlcə elm və texnikanın nisbi müstəqil tarixi inkişaf yolunu öyrənmək tələb olunur. Bu cür tələbat təkcə baxılan sahə üçün yox, ümumiyyətlə istənilən ictimai hadisə üçün zəruridir. Doğrudan da, ayrılıqda elm və texnikanın ilkin formalaşma dövründən başlayaraq keçdikləri tarixi mərhələlər məlum olmadan "elm-texnika" sisteminin müasir dövrdəki strukturunu müəyyən etmək çətindir.
Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai tərəqqinin qanunauyğun nəticəsi kimi meydana çıxır və bundan sonra elmi və texniki tərəqqi ilə yanaşı, elmi-texniki tərəqqidən də danışmaq lazım gəlir.
Müasir sistem-struktur təhlil metodunun və "bütövlük" haqdakı təlimin əsas məziyyətlərindən biri budur ki, "nisbi müstəqil" anlayışının qeyri-müəyyənliyini aradan qaldırmağa imkan verir. Məsələ burasındadır ki, "nisbi müstəqillik" anlayışı istənilən iki əlaqədar tərəf arasındakı münasibətə aid edilə bilər və buna görə də, müəyyən bir hadisənin nisbi müstəqilliyi hələ onun daxili tamlığına dəlalət etmir. "Daxili tamlıq" şəraiti isə sistemli yanaşmanın mümkünlüyü üçün əsas şərtdir.
Elm və texnika öz inkişafının ilk mərhələsində tam müstəqil olmasalar da, ayrıca sistemlər kimi mövcud olmuşlar. Onlar müasir dövrdə də öz nisbi müstəqilliklərini saxlamaqda davam edirlər. Bundan başqa, elm və texnika arasında qarşılıqlı əlaqə, əvvəllər də mövcud olmuşdur və «nisbilik» şərtini zəruri edən səbəblərdən biri də məhz belə əlaqənin olmasıdır. Bu baxımdan yanaşdıqda yeni "elm-texnika" sisteminin formalaşması haqqında heç bir ciddi elmi qənaətə gəlmək mümkün deyil. Yeni nisbi mustəqil sistemin - "elm-texnika" sisteminin əmələ gəlməsi yalnız əlaqə ünsürləri çoxluğunun tədricən müəyyən daxili tamlıq əldə etməsi ilə izah oluna bilər.
Elm və texnikanın bütöv sistem kimi keçdiyi tarixi mərhələlərin, həmçinin bu sistemlərin daxili strukturunun öyrənilməsi onların sosial mahiyyətini də müəyyənlşdirməyə imkan verir ki, bu da elmi-texniki tərəqqinin bir ictimai hadisə kimi tədqiq oluna bilməsi ücün əsas şərtdir.
Elm və texnikanın bir sistem kimi formalaşması prosesi hələ lap başlanğıcdan insanın və cəmiyyətin yaranması prosesi ilə bütöv bir tam təşkil edir. Elm ictimai tərəqqinin, ümumi tarixi inkişafın məntiqi nəticəsi, mənəvi məhsuludur. Eləcə də texnika. Təkcə bir fərqlə ki, texnika ictimai tərəqqinin mənəvi məhsulu olmaqla bərabər, həm də maddi mənsuludur.
Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaşmaları zamanından, birinin düzəltdiyi əmək vasitələrindən, digərlərinin də istifadə etdiyi vaxtdan meydana gəlmişdir. Belə vasitələrin düzəldilməsi də müəyyən zəruri ictimai tələbin ödənilməsi – minimal sərvət bolluğunun yaranması halında mümkün olmuşdur. S.Lilli yazır: «Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkarlardan müasir əmək alətləri alırdılar» (S.Lilli. Lödi, maşinı i istoriə. M., 1970, s. 21). İnsanlarda şüurluluq və ictimailəşmənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məqsəd gündəlik yem tədarükü görməkdən, öz başına çarə qılmaqdan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifayət qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sərbəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı sosial sistem kimi qəbul etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona görə ki, həmin dövrdə spesifik əmək bölgüsü yox idi; yəni texniki vasitələrinin hazırlanması ilə məşğul olan adamlar hələ əkinçilikdən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şübhə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazilərdəki insan qrupları arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bütövlükdə cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa malik olan vahid texnika sistemi hələ formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inkişafı sayəsində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.
Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviyyəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında yayılmasına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoyduğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə yaranmışdır, o vaxtdan başlayaraq elm də qlobal miqyas kəsb etmiş, bir sosial sistem kimi formalaşmışdır.
Elə xassələr vardır ki, onlar baxılan tərəfə hec də həmişə xas olmayıb, onun inkişafının yalnız müəyyən mərhələsində təzahür edir. Elmi inkişafın təcilli xarakteri də yalnız elm qlobal, ümumictimai sistem kimi formalaşmağa başlayarkən təzahür etmişdir. Ümumiyyətlə müasir dövrdə elm və elmi inkişaf hadisəsi ücün səciyyəvi olan xassələrin əksəriyyəti elmin daxili tamlıq və qloballıq kəsb etməsi sayəsində əmələ gəlmişdir.
Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid qnoseoloji sistem kimi isə yalnız XVIII əsrdən formalaşmış olsa da, o hələ lap başlanğıcdan ictimai münasibətlər sferası ilə qırılmaz surətdə bağlı olmuş və qnoseoloji funksiya daşımışdır. Belə ki, hər hansı elmi fəaliyyətin mümkünlüyü əvvəlcə elmi işçinin maddi cəhətdən təmin olunmasını tələb edirdi ki, bu da həmin dövrdə elmi yaradıcılığın mövcud iqtisadi münasibətlərdən asılı olduğunu göstərir. Məsələn, məlum olduğu kimi yalnız köləlik əkinçiliklə sənaye arasında böyük miqyasda əmək bölgüsünü mümkün etdi, beləliklə də qədim dünya mədəniyyətinin – yunan mədəniyyətinin tərəqqisi üçün şərait yaratdı.
Elmin bütün cəmiyyət miqyasında vahid qnoseoloji sistem kimi formalaşması da, onun texnikaya tətbiqinin müntəzəm xarakter alması da məhz elmin sistem statusu kəsb etməsi sayəsində mümkün olmuşdur.
Dostları ilə paylaş: |