Onaltıncı prinsip - heç vaxt rəqibnizi tənqid etməyin. Rəqib
deyildikdə təkcə rəqib təşkilat deyil həm də daxili rəqibi məs:
başqa şöbənin kollektivi, digər kolleqa və s.nəzərdə tutulur.
Göstərilən prinsiplər istənilən şirkətin hər bir işçisinin öz şəxsi
etik sistemini inkişaf etdirməsi üçün əsas olmalıdır. Şirkətlərin
etik kodekslərinin məzmunu etik prinsiplərdən irəli gəlir; Bunun-
la yanaşı peşə etikasıyla bağlı digər standartlar da mövcuddur:
1. Fəaliyyətin nəticəsinə məsuliyyət
2. Dəqiqlik
3. Məxfilik
4. Qarşılıqlı hörmət
5. Tolerantlıq
6. Dürüstlük.
Beləliklə peşələr mövcud olduqca tarixən formalaşmış pe-
şə etikası normaları da yaşayacaq. Bunlar hər kəsi öz çalışdığı
sahədə məsuliyyətli edir.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
22
PEŞƏ VƏ İXTİSAS Peşə sözü (latınca – professio - mən öz işimi elan edirəm)
rəsmi olaraq göstərilən peşə, ixtisas deməkdir. Peşə insandan
xüsusi hazırlıq nəzəriyyə və praktiki bacarıq, təcrübə tələb edir.
Peşə insan mövcudluğunun əsas mənbələrindən sayılan əmək
fəaliyyətinin bir növüdür. Peşənin bu və ya digər formada ad-
landırılması işin funksiyası və xarakteri ilə, predmeti və ona aid
iş alətləri, əmək texnologiyası, həmçinin əməklə əlaqəli qayda-
lar, qanunlarla bağlıdır. Bir peşəyə yiyələnmək təhsilin xüsusi
və müxtəlif formalarının inkişafı ilə təmin olunur. İnsan ancaq
özünün mədəni ruhi ehtiyaclarına cavab verə biləcək peşəni se-
çə bilər. Bir çox peşələr ixtisasa görə bölünür. Məs., həkim-
oftalmoloq, həkim-kardioloq və.s. Yaradılmış istehsal sahələri-
ni idarə etməyi bacarmaq lazımdır. İdarəetmə funksiyasını pe-
şəkar səviyyədə həyata keçirmək üçün menecerlərə tələbat ya-
ranır. Bundan başqa iş funksiyasını effektiv səmərəli rahat
şəkildə yerinə yetirmək üçün mühasiblərə, hüquqşünaslara, ka-
tiblərə, texniki mühəndislərə ehtiyac vardır. İnsan həmişə xid-
mətə ehtiyac duyur.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
23