A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə12/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
 
Şəkil 3
Milli sərvətin səviyyəsi, vətəndaşların rifah səviyyəsi, hə- 
yat rahatlığı, cəmiyyətin öz iş funksiyasını nə qədər səmərəli 
yerinə yetirməsindən asılıdır. 
İxtisas – (lat. söz. - cins, növ) müəyyən bir peşə daxilində 
müəyyən bir fəaliyyət növü üçün zəruri olan xüsusi təlim və iş 
təcrübəsi, bacarıq və bacarıqlar nəticəsində əldə olunan biliklər 
məcmusudur. İxtisas bu və ya digər peşə çərçivəsində işçinin 
xüsusi hazırlığını, iş təcrübəsini, məntiqini qısaca iş üçün lazı- 
mi keyfiyyətləri ifadə edən termindir. 
Məs. ”Sosial-mədəni xidmət və turizm”ixtisası dedikdə 
“Mehmanxana xidməti, turizm” və s. kimi sahələr nəzərdə tutu-
lur. Peşənin bəzi növləri vardır ki, bunları sadalamaq məqsə- 
dəuyğun olardı: 
- Geniş profilli peşələr. Bu müxtəlif sahələrə dair yüksək 
ixtisas dərəcəsi tələb edən bilik növüdür. Bunlara avtomatik 
mexanizmlər üzrə işçilər, maşinistlər və s. aiddir. Bu peşələrin 
yaranmasına yeni-yeni və daha mürəkkəb texnologiya və texni- 
kanın meydana gəlməsi təsir göstərmişdir. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
24 
 
- yüngül peşələr - hansı ki, yüksək ixtisas dərəcəsi tələb etmir. 
Məs. nəzarətçi, elektrik mühəndisi, yükvuran, nəqliyyat işçisi və s. 
- Kompleks peşələr. Bu peşə növündə işin yerinə yetiril- 
məsi bir-birinə bağlı əməliyyatlardan asılıdır. Yəni əmək fəa- 
liyyəti mərhələlərinin tək-tək yerinə yetirilməsi mümkün deyil
ardıcıl bütöv şəkildə işin görülməsi vacib şərtdir. 
İxtisas – peşə kimi əmək fəaliyyətinin hər hansı bir növünü 
xarakterizə edir. Ancaq ixtisas peşə anlayışına görə daha dar mə- 
nanı ifadə edir. Bu anlayış peşə çərçivəsində əməyin sonrakı böl- 
güsünü ifadə edir. Məs. mühəndis peşəsi bir neçə ixtisası özündə 
birləşdirir: İnşaat mühəndisi, komputer mühəndisi, kimya mühən- 
disliyi və s. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin