60
Hər kəs bütün varlığı ilə torpağa, yurda, vətənə bağlı olmalıdır.
M ü ə l l i f
Sərhədləri milli ordu qoruyur
1992-ci ilin mart ayında mənim xahişimlə Müdafiə Nazirliyi
tərəfindən göndərilən zenitçilər dəstəsi tezliklə Murov, Qoçdaş və
Dəlidağ istiqamətlərində ermənilərin iki vertalyotunu və iki təyyarəsini
vurdular. Ermənistanın Dağlıq Qarabağla əlaqəsi yalnız təyyarə və
vertalyotlarla olduğu üçün “Strela” raketləri ilə silahlanmış həmin dəstə
erməniləri vahiməyə salmışdı.
Artıq bizim batalyonun bölük və tağımları Taxtadüzdə,
Ağduzdaqda, Zəylikdə, Yellicədə, Dikyurdda, Ayrımda, Alçalıda,
Qazuçanda, Söyüdlüdə, Qara Qayada, Ağdabanda, Çərəkdarda,
Mərciməkdə,
Narışdarda
ön
mövqelərdə
və
yüksəkliklərdə
yerləşdirilmişdi. Ermənilər əsasən Söyüdlü, Ağdaban, Çərəkdar, Alaqaya
və Narışdar istiqamətlərindən tez-tez hücumlar edir, lakin döyüşçülərimiz
tərəfindən geriyə oturdulurdu. Hər kəndin qorunmasına bir tağım, yəni 30
nəfərədək əsgər düşürdü. Sərhəd xətti uzun olduğundan bu bölük və
tağımlar isə ermənilərin planlı hücumlarının qarşısını almaqda çətinlik
çəkirdilər.
Həmin vaxtlar mən bir dəqiqə belə itirmədən həm sərhəd
məntəqələrinin silah-sursat, ərzaq və geyimlərlə təchiz edir, həm həmin
silah-sursatın “Həyat yolu” ilə Bakıdan, Ağdamdan, Qazaxdan və başqa
bölgələrdən daşınmasını təşkil edir, həm də vaxt ayırıb əsgərlərin hərbi
təlimlərinə nəzarət edirdim. Bizim batalyonun iki ədəd maşınlar üzərində
səyyar ratsiya qurğusu, 8 ədəd topu, 4 ədəd “Alazan” raketi, bir “Kristal”
raketi, 8 ədəd “Qrad” qurğusu (Gəncədə düzəltdirmışdik), onların 2000-
dən çox mərmisi var idi, hər növdən olan avtomat və pulemyot
güllələrinin sayı isə bir milyondan çox idi. Mərmilərin əksəriyyətini
Ağdamın Uzundərə hərbi bazasından daşıtdırırdım. Bu işdə Batalyonun
digər zabit və gizirləri də mənə yaxından kömək göstərirdi. Maşın
Ayaq üstə ölmək-diz üstə yaĢamaqdan yaxĢıdır. D. Ġ b a r r u r i
61
karvanları ilə leytenant Akif Mirzəliyevi, leytenant Hüseyn Nəbiyevi,
leytenant Hicran Abbasovu, kiçik leytenant Mehdi Şahüseynovu, Dadaş
Hacıyevi Ağdama və Gəncəyə sursat daşımağa, qrad qurğuları
düzəltdirməyə, gizir Tofiq Rzayevi və leytenant Üzeyir Şahbazovu
Bakıya ərzaq, yanacaq, paltar və digər əşyaları gətirməyə göndərirdim.
Bəzən 10-12 maşınla karvan təşkil edir, həmin zabit və əsgərlər üçün 3-4
günlük ərzaq ehtiyatı hazırlatdırır və onları yola salırdım.
Batalyonun bütün döyüş planlarını, təchizat məsələlərini və
zabitlərin, gizirlərin vəzifələrə təyin olunmalarını batalyon komandiri-
kapitan
Asif Süleymanov, qərərgah rəisi-baş leytenant Tahir Mehdiyev və
mən birlikdə məsləhətləşərək həll edirdik. Batalyonun zabitləri, gizirləri
və yuxarı yaşlı əsgərləri maaş alır, əsgərlərə təqaüd verirdik. Aldığımız
maaşın çoxunu batalyonun yaradılması üçün xərcləyirdik. Batalyonda 30-
a qədər zabit və gizir fəaliyyət göstərirdi. Batalyonun yaradılması
işlərində həmin zabit və könüllü əsgərlərin hər birinin öz zəhməti və
xidməti var idi. Biz həmişə çalışırdıq ki, bacarıqlı gəncləri batalyona cəlb
edək. Batalyona götürdüyümüz zabit və könüllülər can-başla xidmət edir,
Kəlbəcərin müdafiəsi üçün öz köməkliklərini əsirgəmirdilər. Biz onlara
başa salırdıq ki, hər kəs öz işinə vicdanla yanaşmalı və Batalyonun
yaradılması üçün bütün tapşırıqlar mütləq yerinə yetirilməlidir. Biz
batalyonun nümunəvi, nizam-intizamlı bir batalyon olması üçün çox
zəhmət çəkirdik. Gecə-gündüz işləyir, işimizdə irəliləyiş olanda sevinir,
daxili bir rahatlıq hissi keçirirdik. Belə də oldu.
Həm Batalyonun təchizatında, həm döyüş hazırlığında, həm də
nizam-intizamda xeyli müsbət nəticələr əldə etmişdik. Artıq 1991-ci ilin
mayında Batalyonda 8 ədəd top, 8 ədəd qrad qurğusu, 5 ədəd alazan və
kristal raketi, xeyli miqdarda top, qrad, və digər raket mərmiləri, hər
növdən bir milyona qədər patron və sursat, həmçinin 40-a qədər güclü
yük maşını, 1500 dəst hərbi geyim və ayaqqabı, 1000 ədəd yataq dəsti,
səyyar mətbəxlər və onların avadanlıqları, 1500 kq yağ, 1500 kq şəkər,
1500 kq düyü və s. ərzaq var idi.
Batalyonun yaradaılması işini uğurla davam etdirməklə yanaşı, biz eyni
zamanda Kəlbəcərin müdafiəsini də təşkil edirdik. Toplar, raketlər və
“Qrad” qurğuları və onların mərmiləri sərhəd məntəqələrində
yerləşdirilmiş, batalyonun bölük və tağımları sərhəd məntəqələrinə
göndərilmiş və şəxsi heyət silah-sursat, yatacaq və ərzaqla təchiz
edilmişdir. Bununla yanaşı sərhəd məntəqələri telefonla və ratsiya ilə
təmin edilsə də ratsiyaların elektrik mənbələri azlıq edir və ya bölgədə
elektrik enerjisi olmadığından onları yenidən doldura bilmirdik. Sərhəd
məntəqələri qərərgahdan və bir-birlərindən
uzaqda olduğundan onlarla