A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə43/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   39   40   41   42   43   44   45   46   ...   197
Qəhrəmanlıq qəhrəmanla birgə ölmür, onun ömrü uzun olur. 
E v r i p i d 
atəş  açdı.  Ermənilər  və  kənddəki  rus  hərbçiləri  yerimizi  bildikləri  üçün 
hər tərəfdən pulemyot, avtomat və PDM topları ilə bizim istiqamətə atəş 
aşmağa başladılar. Güllələr başımızın üstündən keçarək meşəyə səpələnir
ətrafımızda  çovuyurdu.  Başımızı  qaldırmağa  imkan  yox  idi.  Güllələr 
üstümüzə  dolu  kimi  yağırdı.  Biz  atəşi  dayandırdığımız  üçün  düşmən 
bizim  meşə  ətəklərində  olduğumuzu  yəqin  edərək,  mövqelərimizin  arxa 
tərəfini  daha  güclü  atəşə  tutmuşdu.  Bizim  lap  yaxınlıqda  olmağımızı 
onlar heç ağıllarına belə gətirmirdi...  
Axşamdan xeyli keçmiş mən 12-13 nəfərlik bir dəstə ilə Çapar 
kəndinin yaxınlığında mövqe tutmuş bizimkilərin yanına gəldim. Biz 
sürünərək ön mövqedə yerə uzanmış döyüşçülərin yanına gəldik. Düşmən  
mövqelərini  bir  daha  nəzərdən  keşirdim.  Sağ  cinahdan  Çərəkdar 
dəstəsinin  hücuma  keçməyini  gözləyirdik.  Oradan  isə-heç  bir  atəş 
açılmırdı.  “Onlar  niyə  başlamırlar,  nəyi  gözləyirlər?”-deyə  öz-özümə 
onları  qınayırdım.  Çünki  hücum  əməliyyatı  pozula  bilərdi.  Çərəkdar 
dəstəsi  isə  yoxa  çıxmışdı.  Səhərin  açılmasına  az  qaldığına  baxmayaraq, 
onlarla  heç bir əlaqə yox idi. Bu vəziyyətdə hücuma keçsəydik rusların 
çoxlu  sayda  zirehli  texnikası  qarşısında  heç  nə  edə  bilməz,  bunun 
qarşılığında  “atəş  kisəsi”nə  düşə  bilərdik.  Səhərin  açılmasına  isə  lap  az 
qalırdı...  
Bölük  komandiri  baş  leytenant  Ələddin  Əhmədovun  dediklərindən: 
“Ağdabandan  Çaparadək  olan  6-7  kilometrlik  yolu  demək  olar  ki,  güllə 
yağışı  altında  irəliləyirdik.  Düşmən  başımızın  üstündən  yuxarı  meşəni 
atşə  tutmuşdu.  Bizim  bu  qədər  kəndə  yaxınlaşmağımız  onların  ağlına 
gəlməzdi.  Dairəvi  şəkildə irəliləyərək  düz  düşmən  mövqelərindən  40-50 
metr  məsafədə  sərbəst  gizləndik.  Hücuma  keçmək  üçün  son  hazırlıqları 
apardıq.  Sol  cinahdan  Həsənrizdən  Çapar  kəndinə  köməyə  gələn 
ermənilərlə  dolu  maşını  məhv  etdik.  Çapardakı  ermənilər  bundan  xəbər 
tutmadılar.  Yaxınlıqda  tövlə  pəncərəsindən  səsini  kəsməyən  iri  çaplı 
pulemyotu  susdurmağa  isə  qumbara  lazım  idi.  Qumbara  isə  heç  kimdə 
yox  idi.  Elə  bu  vaxt  tağım  komandiri  leytenant  Nəsib  Kərimov  mənə 
yaxınlaşıb ermənilərin danışığını tərcümə etdi. Dedi ki, komandir, onlar 
deyir  ki,  Aterk  kəndindən  kömək  çağıraq  və  türkləri  tutaq.  Onlar 
bilmirdilər  ki,  Aterkdən  onlara  gələn  kömək  isə  artıq  məhv  edilmişdi. 
Lakin  ermənilərin  köməyinə  Qozlikörpü  kəndindən  3-4  ədəd  rusların 
PDM-i  gəldi.  Biz  dar  bir  çökəkdə  toplaşmışdıq.  Gecə  yarıdan  ötmüşdü. 
Hava  işıqlaşsa,  düşmən  bizi  görər  və  çıxılmaz  vəziyyətdə  qala  bilərdik. 
Kəndin sağ tərəfindən Çərəkdar dəstəsinin atəş açacağını gözləyirdik. 


 
58 
 
DöyüĢ vaxtı düĢmənin fikirini bilmək- 
hər bir komandir üçün vacib Ģərtdir.  M ü ə l l i f                                                                        
Onların atəşi ilə düşmən çaş-baş qalar və hücum müvəffəqiyyətlə başa  
çatardı.  Onlardan  isə  səs-soraq  yox  idi.  Elə  bu  vaxt  bizim  əsgərlərdən 
kimsə  işıqsaçan  güllələrlə  düşmən  mövqelərini  atəşə  tutdu.  Komandasız 
edilən  bu  hərəkət  bizi  pis  vəziyyətdə  qoydu.  Yerimizi  bilən  düşmən  hər 
tərəfdən  bizi  atəşə  tutdu.  Artıq  düşmən  üzərinə  hücum  etmək  ağılsızlıq 
olardı.  Itki  verə  bilərdik.  Məcbur  olub  geri  çəkilməyə  başladıq.  Artıq 
səhər açılırdı. İtki  verməmək üçün  meşəyə çəkilmək  əmri verdim. Güllə 
yağışı  altında  sürünə-sürünə  meşəyə  çəkildik.  Güllələr  ağacların 
budaqlarına dəyərək vızıltı ilə ora-bura çovuyur, özünə qurban axtarırdı. 
Əməliyyat  baş  tutmamışdı.  Meşədə  bir  az  dincimizi  alsaq  da  aclıq, 
susuzluq  və  yorğunluqdan  yeriməyə  taqətimiz  yox  idi.  Qar  yeyə-yeyə 
meşə  cığırı  ilə  yuxarı-Ağdaban  yüksəkliyinə  tərəf  qalxırdıq.  Artıq  səhər 
açılanda biz Ağdaban yüksəkliyində-topların yanında idik” . 
 
  Tankçılar              


 
59 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin