21 dekabr 1991-ci il - Əlahiddə Kəlbəcər Batalyonu (komandir:
kapitan A.Süleymanov, müavin leytenant A.Kamalov, qərərgah
rəisi baş leytenant T. Mehdiyev, bölük komandiri baş leytenant
Ə.Əhmədov, tağım-komandiri baş leytenant B.Lazımov)
Ağdərənin Çapar kəndini düşməndən azad etmək üçün hücuma
keçdi. Bu əməliyyatda düşmənin xeyli canlı qüvvəsi məhv edildi.
Lakin, kəndi azad etmək mümkün olmadı. Batalyon itki
vermədən əvvəlki mövqelərə çəkildi. 28 dekabr 1991-ci il- düşmən Kərkicahana hücum etdi və 1-ci
tabor tərəfindən (komandir-mayor Abdullayev Nurəddin,
qərərgah rəisi-mayor Yaqubov Zəfər) bu hücum dəf edildi.
Döyüşdə düşmən 40 nəfərədək itki verdi, tabordan isə 4 nəfər
həlak oldu, 4 nəfər əsir düşdü, baş leytenant Altay Məmmədov və
daha 10 nəfər yaralandı.
02 yanvar 1992-ci il- briqadanın yenicə təşkil edilmiş 2-ci
taboru Qarabağ cəbhəsində 1-ci taboru əvəz etdi.