Natiq Məmmədov GürĢad Qiyas o. 1973-cü ildə Kəlbəcərin Əsrik
kəndində anadan olmuşdur.
1991-ci ildə Kəlbəcər
batalyonunun ilk əsgəri kimi
orduya çağırılmış və 1993-cü
ilin aprelində Kəlbəcər uğrunda
gedən döyüşlərdə iştirak
etmişdir. Çaykənd yaxınlığında
mühasirəyə düşən Gürşad son
gülləsi qalanadək döyüşmüşdür.
Erməni quldurlarına əsir düşən
döyüşçümüz əsirlikdə olan daha
7 nəfərlə erməni hərbçilərini
öldürərərək silahlarını ələ
keçirmişlər. Lakin, məcbiri
olaraq döyüşə atılmış, güllələri
qurtarmış və onlar yenidən əsir
alınmışlar. Ermənilərin hədsiz
işgəncələrinə məruz qalan
Gürşad 7 nəfər yoldaşı ilə 1994-
cü il fevral ayının 8-də ermənilər
tərəfindən güllələnmişdir.