Kəlbəcər batalyonunun döyüĢçüləri-1993-cü il
148
KƏLBƏCƏR, ÇƏRƏKDAR KƏNDĠ - MART 1993-CÜ ĠL
Məktəblilər döyüĢçülərin yanında ayaq üstə: sağdan Rəfi Aydınov,
sağdan 3-cü Hikmət Verdiyev , 4-cü Qalib Mustafayev, 5-ci ġəmsəddin
Məmmədov, oturanlardan: sağda Nəriman Məmmədov və məktəblilər
149
Leytenant Tahir HəĢimov (sağda) və Ələsgər Kamalov,
yanvar 1993-cü il
150
Ġlk əsgərlərdən
Muxtarov Rizvan Ġsmayıl oğlu-1992-ci il
151
DöyüĢçülərdən: sağdan: ġahin Qənaət oğlu, Ədalət Rəhimov, Elçin,
DadaĢ Hacıyev, Natiq Əhmədov, oturanlar: sağdan: Elnur YanĢaqlı,
Natiq Cəfərov, Teyyub Ağayev...—1992-ci il
152
Kəlbəcər batalyonunun minaatanları: Ģəkildə batareya komandiri baĢ
leyt. Əziz Abbasov, Vüsal Verdiyev, Vəli Abbasov, ElĢənMəmmədov,
Mahir Məmmədov, Qismət Allahverdiyev, Zahir Məhərrəmov
153
ġə
ki
ld
ə:
so
ldan
sağa
-Ə
kb
ər
ov Na
di
r BaxĢ
əl
i oğ
lu, Ə
lə
kb
ərov
F
ik
rə
t Ġ
br
ahi
m
oğ
lu,
Ə
kb
ər
ov Qab
il
ġ
ahm
ar oğ
lu, N
əsi
bov S
ərda
r, Ək
bə
ro
v H
abi
l ġahm
ar o
ğl
u,
1993
-cü i
l
154
K
əlb
əc
ərd
ə
Ö
zünümüd
af
iə
Batal
yonu
yar
ad
ıl
ır.
ġə
ki
ld
ə:
i
lk
əsg
ərl
ərd
ən
-R
iz
van M
uxt
arov
(
so
lda
)
fev
ral
-19
92
-ci
i
l
155
ġə
ki
ld
ə:
so
ldan
sağa
-ġ
əl
di
yev
K
ər
əm
Aydı
n oğl
u, Abba
sov
As
əf
F
irud
in oğ
lu,
M
əz
ahi
r A
sl
an
oğl
u, H
əĢ
im
ov
Ə
fqan E
ll
az oğ
lu,
Ġsg
ənd
ər
ov Ġ
sl
am
H
ət
əm
oğ
lu, S
əm
ədov Xal
id, 1
993
-cü i
l
156
ġəkildə: könüllü döyüĢçülərdən Qalib Mustafayev və
Uğurlu ġahverdiyev, Çərəkdar kəndi, mart 1993-cü il
157
Ġl
k
əsg
ərl
ər
ind
ən
:
M
əmm
əd
ov El
çi
n Sa
le
h oğl
u, Tal
eh
və
N
at
iq , d
ek
ab
r 1991
-c
i i
l
158
Kəlbəcər batalyonunun döyüĢçüləri: Hüsenov Vəli (solda oturub)
159
K
Ə
LB
Ə
C
Ə
R,
Ç
Ə
RƏ
K
D
AR
K
Ə
N
D
Ġ
-
MA
RT
1
9
9
3
-C
Ü
Ġ
L
Ə
sg
ərl
ər Novru
z ba
yr
am
ı z
am
anı
. Q
al
ib ġ
ükür
ov v
ə
U
ğurl
u
ġahv
er
di
ye
v
160
DöyüĢçülər
161
Təkcə torpaq deyil, torpaq üzərində olan dağlar, daĢlar,
yamaclar, dərələr, qayalar, bulaqlar, çaylar, dənizlər, torpağın
bitirdiyi hər Ģey- ağaclar, kollar, çiçəklər, otlar, hətta adi bir
yovĢan kolu da-vətəndir. M ü ə l l i f
ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN
17 fevral 1993-cü il - Erməni və rus hərbi birləşmələri Ağdərə
bölgəsində möhkəmlənərək Kəlbəcər istiqamətində hücuma
hazırlaşmağa başladı. Briqadanın 1-ci taboru Laçından Qozdu
körpü kəndinə gətirildi.
27 fevral 1993-cü il - Tabor bir neçə gün ərzində düşmən
hücumları qarşısında tab gətirməyərək Çərəkdar kəndinə çəkildi.
Geri çəkilə-çəkilə 1-ci tabor düşmənin 2 tankını, bir PDM-ni və
150 nəfərədək əsgərini məhv etdi.
17 mart 1993-cü il - Artıq Laçının bir neçə kəndini yenidən işğal
edən ermənilər, Qarabağ tərəfdən Kəlbəcərin Narışdar, Alaqaya,
Çıraqlı, Çərəkdar, Mərcimək, Ağdaban kəndlərinə hücum etdilər.
Lakin Kəlbəcər batalyonunun bölmələri və briqadanın digər
batalyonları tərəfindən onların bu hücumlarının qarşısı alınır,
ermənilər itki verərək geriyə çəkilirdı.
21 mart 1993-cü il – Düşmən şərq tərəfdən Çərəkdar kəndinə
hücum etdi. Kənd vertalyotlarla və toplarla bombalandı. Kəlbəcər
Batalyonunun döyüşçüləri düşməni geri otuptdu. Bu döyüşdə 3
düşmən əsgəri öldürüldü.
26 mart 1993-cü il - erməni və rus hərbi birləşmələri Kəlbəcərin
qərbində əhəmiyyətli yüksəklik olan Qara Qayanı ələ keçirdi.
Oradan Kəlbəcər şəhəri və ətraf kəndlər müntəzəm olaraq top və
qrad qurğuları ilə atəşə tutuldu.
27 mart 1993-cü il – 27 mart 1993-cü il tarixdə erməni və rus
hərbi birləşmələri Çərəkdar kəndinə hücuma keçdi. 1-ci tabor
(komandir: kapitan Nəriman Zeynalov) düşmən hücumunu dəf
etdi. Bu döyüşdə düşmənin iki vertalyotu, bir tankı, bir PDM-i
vuruldu və çoxlu sayda canlı qüvvəsi məhv edildi. Taborun 8
əsgəri şəhid oldu və 7 nəfəri yaralandı.
162
DöyüĢün nəticəsi əsgərlə komandirin ünsiyyətindən və bir-birinə
inamından asılıdır. M ü ə l l i f
Qara Qayanın itirilməsi və
Kəlbəcərin qara günləri
Mart ayının 25-26-da erməni və rus hərbi birləşmələri Ağdarə,
Laçın və Göyçə istiqamətlərindən-üç tərəfdən Kəlbəcərə hücuma
keçdilər. Elə ilk hücumla Göyçə ilə sərhəddə əhəmiyyətli bir yüksəklik
olan Qara Qaya mövqeləri ermənilərin əlinə keçdi. Bir neçə gün əvvəl
ermənilərin Göyçə istiqamətindən yolların qarının təmizlənməsi və
onların hücuma hazırlaşması barədə əsgərlərin gətirdiyi kəşfiyyat
məlumatları düz çıxdı. Bu məlumatlara yuxarı komandanlıq və İcra
hakimiyyəti inanmadılar və heç bir əhəmiyyət vermədilər, bu məlumatları
“şaiyə” adlandırdılar. Qara Qaya yüksəkliyinə çıxan ermənlər Kəlbəcər
şəhərini və sərhəd kəndlərini toplarla və qrad qurğuları ilə atəşə tutdular.
İtkilər var idi. Əhali vahiməyə düşmüşdü.
Bu zaman bizim taborun bölmələri sərhəd məntəqələrində
mövqelərimizi bərkidir, ermənilərin hücumlarının qarşısın almaq üçün
əlavə keşikçi məntəqələri yaradır, qüvvələrimizi səfərbər edirdik. Lakin,
Qara Qaya yüksəkliyi düşmənin əlində olduğundan, onlar görünən
kəndləri və Kəlbəcər şəhərini toplarla atəş altında saxlamağı davam
etdirirdilər. Buna görə mən tabor komandirinin tapşırığı ilə
Ağduzdaqdakı tağımı da Zəyliyə gətirərək orada mövqeləri bərkitməyə
çalışırdım. Buradan da düşmən qüvvələri hücuma cəhd göstərirdi.
Zəylikdə yerləşən mövqelərimizə ermənilər dəfələrlə basqınlar etsələr də
də onlar yaxına buraxılmırdı və düşmən itki verərək geriyə çəkilirdi.
Topçularımız-Bayramov Qaryağdı və onun döyüş yoldaşları bu
döyüşlərdə daha çox fəallıq göstərirdilər. Göyçə aşırımındakı
keşikçilərimizlə əlaqə saxlamaq üçün səngərlə məntəqə arasında telefon
xətti çəkdirdim. Telefonla topçulara səmti müəyyən etməyə kömək
edilirdi. Həmin vaxt ratsiyalarımız çatışmır və ya batareykaları gücdən
düşür, digər bölük və tağımlarla əlaqə yarada bilmirdik. Sursat və ərzaq
daşımaq üçün maşın da yox idi. Martın 29-da İcra hakimiyyətinə zəng
edərək top mərmisi gətirmək üçün maşın istədim. Bir neçə saatdan sonra
onlar 16 ədəd əlavə top mərmisi göndərdilər. Topçulara iki yüzdən çox
top mərmisini döyüş üçün hazırlatdım. Axşamüstü tabor komandiri
polkovnik-leytenant Eldar Həsənov zəng edərək vəziyyəti soruşdu, mən
məlumat verdim və xahiş etdim ki, bizim ratsiyaları bizə qaytarsınlar. 15
gün əvvəl bölüklərin ratsiyalarını hərbi hissə komandirinin əmri ilə yığıb
aparmışdılar. Digər bölük, tağım və batalyon qərərgahı ilə yalnız şəhər
163
telefonları ilə əlaqə saxlayırdıq.
İtirilmiş Qara Qaya mövqelərini-strateji yüksəkliyi-geri
qaytarmaq üçün yuxarı komandanlıq əməliyyat hazırlamışdı. Mən
Zəylikdən tabor komandiri polkovnik-leytenant Eldar Həsənova zəng
edərək oraları yaxşı tanıdığımı dedim və itirilmiş mövqeləri qaytarmaq
məqsədilə hücum əməliyyatında iştirak etməyim üçün icazə istədim, lakin
komandir Zəylik mövqelərinin təhlükəli olduğunu bildirərək, mənə oranı
tərk etməməyi tapşırdı. Lakin, hazırlanmış əməliyyat, təssüf ki,
keçirilmədi.
Ermənilər martın 26-dan etibarən toplarla və qrad qurğuları ilə
kəndləri və Kəlbəcər şəhərini atəşə tutur, əhalini vahiməyə salırdılar.
Aydın idi ki, düşmən hücuma keçməyə hazırlaşırdı. Kəlbəcər əhalisinin
çox hissəsi ərazini tərk etmişdi. Amma hələ də ucqar kəndlərdə xeyli
əhali var idi. Həmin gün axşam komandir məni Qılışlı kəndində yerləşən
qərərgaha çağıraraq Tunelin (Tunel 30-dək kəndin və Laçına gedən
yeganə yolun keçidi idi), Ağdaban, Çərəkdar, Bağlıpəyə, Narışdar,
Alaqaya kəndlərinin və Laçın rayonunun əksər kəndlərinin ermənilər
tərfindən işğal olunduğunu və vəziyyətin olduqca çətinləşdiyini,
briqadanın Laçın bölgəsindəki bölmələri çıxarılaraq Kəlbəcərin
müdafiəsinə göndərildiyini dedi. Kəlbəcərin yeganə “Həyat yolu”nun –
Murov yolunun iki kilometrliyində döyüşlər getdiyini, Qamışlı körpüsünə
düşmənin yaxınlaşdığını da komandirdən öyrəndim. Komandir Taxta
məntəqəsindəki iki tağımı-leytenant Z.Tağıyevin və baş leytenant
R.Əhmədovun komandirlik etdikləri tağımları da-mənim bölüyümə
köməyə göndərdiyini bildirdi və Zəylik kəndindəki mövqeləri
möhkəmlətmək üçün tapşırıqlar verdi. Mən sursat və ərzaq götürüb
maşınla Zəyliyə qayıtdım. Qayıdan kimi tağım komandirləri leytenant İsa
Hüseynovu, Nizami Məhərrəmovu və baş çavuş İlqar Məhərrəmovu
yanıma çağırıb vəziyyəti onlara başa saldım, komandirin tapşırıqlarını
onlara bildirdim, təşvişə düşməmələri üçün əsgərlərə heç nə demədik.
Tağımları cərgəyə düzdürdüm və onlara mövqelərdə ayıq-sayıq, möhkəm
durmaları üçün tapşırıqlar verdim.
Bir btalyonla həm Qarabağ, həm də Ermənistan tərəfdən
ermənilərin hücumlarının qarşısını almaq mümkün deyildi. Mütləq bizə
əlavə canlı qüvvə və texnika, bundan da vacıb olan vahid komandanlıq
lazım idi. Laçındakı mövqelərdən çəkilən hərbi hissənin bölmələri isə
bizə köməyə gəlmək əvəzinə Murova doğru çəkilir, döyüşmədən
Kəlbəcər ərazisini tərk edirdi. Hərbi hissə komandiri polkovnik
Ə.Qənizadə Kəlbəcəri qorumaq üçün briqadanın Laçın bölgəsindən geri
çəkilən taborlarını vaxt azlığından yenidən döyüşə cəlb edə bilmədi.
164
Insanı qarlı dağları aĢmağa, əlçatmayan qayalara ırmaĢmağa,
ac-susuz, yuxusuz qalmağa, habelə ölümdən belə qorxmamağa
vadar edən bircə Ģey var; bu-Vətən məhəbbətidir. M ü ə l l i f
Halbuki, ona Kəlbəcəri qorumaq əmri verilmişdi.
Aprel ayının 1-də səhərəyaxın erməni və rus hərbi birləşmələri
Ermənistan tərəfdən eyni vaxtda sərhəd boyu ağır artilleriya atəşinin və
zirehli texnikanın köməyi ilə 2000 nəfərdən çox canlı qüvvə ilə qəti
hücuma keçdi. Söyüdlü, Dikyurd, Yellicə, Ayrım sərhəd məntəqələri
düşmənin qat-qat üstün qüvvələri qarşısında tab gətirmədi və onlar
döyüşərək geriyə çəkilməyə məcbur oldular. həmin mövqelər düşmən
əlinə keçdi. Yalnız Zəylik istiqamətində düşmən hücumunun qarşısı
alındı. Zəylikdəki topla biz son iki gün ərzində ermənilərin mövqelərinə
və Basarkeçərə 200-dək top mərmisi atmışdıq.
Aprel ayının 31-dən 1-nə keçən gecə Yellicə məntəqəsi ilə əlaqə
saxladım. Əsgərlər düşmən qüvvələrinin Çalmalı yüksəkliyinə hücuma
hazırlaşdıqlarını və vəziyyətin pis olduğunu bildirdilər. Mən tağım
komandirləri leytenant İsa Hüseynova, Nizami Məhərrəmova və bölüyün
baş çavuşu İlqar Məhərrəmova tapşırıqlar verdim və gecə Kəlbəcərə
gəldim ki, Yellicəyə gedim.
Kəlbəcər şəhərinin əhalisinin əksəriyyəti şəhəri tərk etmişdi.
Evlər boş qalmışdı. Bəzi evlərdə çıraq işığı gəlirdi. Evə baş çəkdim. Heç
kim yox idi. Qonşudan öyrəndim ki, qonşu Mamed Fərman oğlu öz
bacıları ilə uşaqları götürüb Gəncəyə aparmışdı. Aprelin 1-də səhər
piyada Yellicəyə getmək istərkən orada xidmət edən bir əsgərlə və tağım
komandiri leytenant N.Bayramovla qarşılaşdım. Onlar Yellicədəki
mövqelərin artıq ermənilərin əlinə keçdiyini və döyüşə-döyüşə oranı tərk
etdiklərini, əsgərlərdən Zamanov Məzahir və Qurbanov Şahinin itkin
düşdüyünü bildirdilər. Mən onlarla Kəlbəcərin mərkəzindəki polis
idarəsinin qabağına gəldim ki, Zəyliyə zəng edim. Lakin telefon
işləmirdi. Orada Quliyev Qəzənfər iki əsgərlə Dikyurd sərhəd
məntəqəsinə aparmaq üçün bir maşına sursat və ərzaq yığırdılar. Bu vaxt
qrad mərmiləri ətrafımıza düşməyə başladı. Hər tərəf toz-dumana
büründü, evlər dağıldı, başımıza daş-kərpic qırıntıları yağdı. Polislər və
əsgərlər hərə bir tərəfə qaçdılar. Mən iki əsgərlə maşının yanında asfaltın
üstündə uzanmışdım. Dalbadal atılan mərmilərdən və onların hər tərəfə
səpələnən qəlpələrindən imkan yox idi ki, başımızı qaldıraq. Fikirləşdim
ki, mütləq qrad mərmisinin biri yaxınlığa düşməlidir. Ona görə də bu
ərazidən çıxmaq lazımdır. Sürücü əsgərə maşını işə salmağı dedim.
Maşına mindik və maşını döndərib küçə ilə üzü aşağı sürməyi əmr etdim.
Maşının qapısını örtməmiş mərminin biri sol tərəfimizdə, bizdən 6-7 metr
165
aralıda partladı. Kitab mağazasının və ona bitişik olan tir köşkünün
taxtaları alovla birgə göyə sovruldu. Maşın zərbədən yuxarı tullandı. Biz
istər-istəməz başımızı aşağı əydik. Bir anlıq hər şeyin sonu olduğunu
yəqin etdim. Başımı qaldıranda tüstü və tozun içərisindən heç nə
görmədim. Əsgərlərdən soruşdum ki, “salamatsız”? Onlar “salamatıq”-
dedilər. Əsgərlərə və mənə qəlpə dəyməmişdi, maşının yük yerinin
taxtaları parça-parça olmuş, kabinə isə salamat qalmışdı. Zərbədən
beynim və qulaqlarım uğuldayırdı. Sürücüyə: “Sür qərərgaha”-dedim. Biz
Qılışlı kəndində yerləşən taborun qərərgahına çatanda saat 10 olardı
komandirlə görüşdüm və Yellicədəki mövqelərin itirildiyini, Kəlbəcərin
isə bombalandığını bildirdim.
Komandir
mənə
və
qərərgah
rəisinə
onunla
Dikyurd
məntəqəsinə-Göyçə ilə sərhədə gedəcəyimizi bildirdi. Biz bir az sonra
komandirin UAZ maşını ilə teleqüllə istiqamətində gedirdik. Yollara
səpələnmiş əhali Murova doğru tələsir, bəziləri mal-qoyun aparırdı.
Vertalyotlar isə Kəlbəcər şəhərindən-aeroportdan əhalini daşıyırdı. Biz
Otaqlı kəndinin üst tərəfindəki yüksəkliyə-teleqüllənin yanına çatdıqda
Dikyurd yüksəklikliyindən əsgər və polislərin bizə tərəf qaçdığını gördük.
Onlar Dikyurd yüksəkliyinin-ön mövqeyin ermənilər tərəfindən
tutulduğunu dedilər. Burada olan top və qrad qurğusunu isə atan yox idi.
Top sürüşərək xəndəyə düşmüş, qrad isə nədənsə susurdu. Mən tez
əsgərləri dəstələrə bölüb teleqüllənin yaxınlığındakı yüksəkliklərdə
mövqe tutmalarını əmr etdim. Digər əsgərləri də bölüşdürərək, təpələrin
üzərində müdafiə qurmaq istədim. Ermənilər Dikyurd yüksəkliyində
görünürdülər. Onlar minaatanla və pulemyotlarla bizi atəşə tutmuşdular.
Elə bu vaxt düşmən minaatanla bizi atəşə tutmağa başladı. Minaatan
mərmisi yaxınlığa düşdü. Iki əsgər və tağım komandirinin müavini
Fəxrəddin Mikayılov yaralandılar. Onları komandirin maşınına qoyub
təpənin arxasına aparmağı tapşırdım. Bir neçə əsgər və mən təpədə
mövqe tutmuşduq, komandir və qərərgah rəisi isə bir neçə əsgərlə
aşırımın arxa tərəfində düşmənin görmədiyi bir yerdə dayanmışdılar.
Ardıcıl atılan minaatan mərmiləri bizə yaxınlaşırdı. Yerimi dəyişmək
istəyirdim ki, iki-üç metr məndən aralı düşən mərminin zərbəsi torpaq və
kəsəklə birgə məni kənara tulladı. Bir anlıq hər tərəf qaranlıq oldu,
tüstünün içində qaldım, nəfəs ala bilmirdim. Mən əvvəlcə yaralandığımı
yəqin etdim, lakin heç bir yerimin ağrımadığını hiss edirdim.
Yaralanmamışdım, yalnız başım gicəllənir, qulaqlarım uğuldayırdı.
Özümü itirmədən tez ayağa durdum və boyun-boğazıma dolmuş torpağı
təmizləməyə başladım. Polislər Otaqlı kəndi istiqamətində yamacla aşağı
enirdilər. Onları geri qaytarmaq lazım idi. Qışqıraraq “düşmən
166
Ürəklərində Vətən məhəbbətini gəzdirən insanlar
Murov dağının qarlı zirvələrini fəth edə bilər. M ü ə l l i f
uzaqdadır, mövqe tutmalıyıq, geri qayıdın”-desəm də onları döyüş
mövqeyinə qaytarmaq mümkün olmadı. Düşmənnin atdığı mərmilər yenə
ətrafa düşürdü. Düşmən teleqülləyə və bizim ətrafımıza 50-dən çox
mərmi atdı. Növbəti mərmilərdən biri batalyon komandiri polkovnik-
leytenant Eldar Həsənovun və kapitan B.Nəsibovun lap yaxınlığına
düşdü. Fikirləşdim ki, onlar ya həlak oldular, ya da yaralandılar. Mən
onlara tərəf qaçdım. Yaxınlaşanda tüstü və toz buludunun içərisindən
komandirin ayağa duraraq üst başının toz-torpağını çırpırdı. Mən onların
sağ-salamat olduqlarını gördüm. Əlavə qüvvə gəlməsə, bu mövqeləri və
Kəlbəcəri əldə saxlaya bilməyəcəyimizi yəqin etdk. Bizə Kəlbəcəri
müdafiə etmək üçün həm artilleriya, həm də canlı qüvvə köməyi lazım
idi. Daha bizim orada dayanmağımız qeyri-mümkün idi. Yüksəklikdə
yerləşdirdiyim beş nəfər əsgəri də geri çağırdım və döyüşərək geri
çəkilməyə məcbur olduq. Biz piyada Otaqlı kəndinə, oradan isə Kəlbəcər
şəhərinə endik.
Kəlbəcərdə 5-6 vertalyot əhalini daşıyır, lakin ermənilər onları da
top atəşinə tutur, vertalyotların aeroporta enməsinə maneçilik
törədirdilər. Şəhərdə heç kim qalmamışdı. Ara-sıra dağılmış və
yandırılmış evlərə rast gəlirdik. Komandirlə qərara aldıq ki, ayrı-ayrı
döyüş mövqelərini tərk etmiş əsgərləri toplayıb Kəlbəcər şəhərinin
müdafiəsini təşkil edək. Buna görə də biz piyada Çaykənd yaxınlığına
qədər gəldik və orada müxtəlif döyüş mövqelərindən çəkilmiş əsgərləri
və mülki əhali içərisindən gəncləri saxlayır, onlara silah verir, onları
dəstələrə bölür, zabitlərdən komandir təyin edir və maşınlarla Kəlbəcərə
qaytarırdıq. Bu zaman komandirin maşınının sürücüsü Azad da yaralıları
vertalyota qoyub maşınla yanımıza qayıtdı.
Eyni vaxtda Kəlbəcərə qona bilməyən vertalyotları Çaykənd
yaxınlığında Tərtərçayın dar dərəsinə endirməyə müvəffəq olduq.
Pilotlardan: Kazım Abbasovun, Rafiq Səlimovun, Adil Nağıyevin, Əziz
Qənbərovun, Çingiz Zeynalovun və digərlərinin peşəkarlığı, qorxmazlığı
və qoçaqlığı nəticəsində biz xeyli Kəlbəcər əhalisini, o cümlədən;
yaralıları, uşaqları, qocaları və qadınları vertalyotlarla yola saldıq. Biz
vertalyotların Tərtərçay dərəsinə enməyi üçün əl-qol işarələrilə göstəriş
verir, onların dar dərəyə enmələrinə kömək edir, əhalinin daşınmasını
təşkil edirdik. Televiziyadan gəlmiş operatorlar bu görüntüləri çəkirdi. Bu
vaxt Kəlbəcər aeroportundan qalxan bir vertalyot isə 60-dək adamla-
yükün ağırlığı nəticəsində-uça bilməyərək Şaplar körpüsündən bir qədər
167
yuxarı, Tərtərçayın sağ sahilinə düşmüşdü. Xeyli ölən və yaralanan var
idi. Biz onları da qəzaya uğramış
vertalyotdan çıxarıb başqa vertalyotlara mindirib yola saldıq. Ölənləri isə
elə orada-Tərtərçay sahilində dəfn etdik.
Axşam 60-70 nəfərlik qüvvə ilə Kəlbəcərdə İcra hakimiyyəti
binasının qarşısında toplaşdıq. Əsgərləri və gəncləri üç dəstəyə böldük.
İcra hakimiyyətinin başçısı İ.Həsənov silahı olmayanlara silah verdi.
Şəhəri qorumaq üçün qərərgah rəisi kapitan Balay Nəsibovun
komandanlığı altında bir dəstəni Aşağı Ayrım kəndi istiqamətində
Yolaşan adlanan yerdə, bir dəstəni Alolar kəndi yaxınlığında mövqe
tutmağa göndərdik, 15 nəfərlik digər dəstəni isə Kəlbəcərin mühafizəsi və
teleqülləyə kəşfiyyata getmək üçün qərərgahda saxladıq. Batalyon
komandiri Eldar Həsənov, mən və Atayev Namiqin komadirlik etdiyi
kəşfiyyatçılar dəstəsi ilə İcra Hakimiyyəti binasınin yaxınlığında bir evdə
müvəqqəti qərərgah yaratdıq və gecə saat 12-dən sonra kəşfiyyata getmək
üçün hazırlaşmağa başladıq. Kəşfiyyatçılar çox qoçaq və bacarıqlı
əsgərlər idilər. Onlardan zərdablı Şəfailin adı yadımda qalıb, bir nəfərə
isə “polyak” deyirdilər. Biz teleqüllənin ermənilər tərəfindən tutulub-
tutulmadığını yəqin etməli, düşmən qüvvələri haqqında məlumatlar əldə
etməli, bizə kömək gələnədək Kəlbəcərin müdafiəsini təşkil etməli idik.
Bir həftə idi ki, düşmən Kəlbəcərə hücum edir, bizim qüvvələrimiz
çatışmır, ön mövqelərimizdən bir neçəsi düşmən əlinə keçib, lakin, bizə
yuxarı komandanlıqdan heç bir kömək gəlmirdi. Biz öz qüvvələrimizlə
pərakəndə şəkildə ayrı-ayrı sərhəd məntəqələrində müdafiə döyüşləri
aparırdıq. Bununla belə bizə heç bir kömək göndərilmirdi.
Minaatanlar: Ağdam-1994-cü il
168
KəĢfiyyatsız döyüĢ - məğlubiyyətə yaxın olmaq deməkdir.
M ü ə l l i f
Kəşfiyyat
Qərərgahda kəşfiyyatın aparilması qaydaları ilə əsgərləri tanış
etdik və lazımi silah-sursat götürdük. Məqsədimiz düşmənin teleqülləyə
enib-enməməsini öyrənmək, onların qüvvələri və texnikaları barədə
məlumat əldə etmək idi. 4 ədəd ratsiya var idi. Biz 12 nəfərlik
kəşfiyyatçılar dəstəsini də üç qrupa böldük. Ay batmasını gözləməyi
qərara aldıq. Yorğun və yuxusuz idim. Evin birində xalçanın üzərində
uzanıb yatdım. Bir saatdan sonra komandir məni qaldırdı ki, dur gedirik.
Saata baxdım; 12 idi. Mən avtomatı götürüb çölə çıxdım. Ay batmış, hər
tərəf zülmət qaranlığa və səssizliyə düçar olmuşdu. əsl kəşfiyyat vaxtı idi.
Silah-sursatımızı bir daha yoxladıq. Əsgərlərə bir avtomat, 4 daraq, iki-üç
əl qumbarası götürmək haqqında tapşırıq verdim. Geyimimizdəki ulduz
və parıldayan şeyləri çıxardıq. Qərərgahda iki əsgəri saxladıq və onlara
bir ratsiya verdik. İcra hakimiyyətinin işçiləri Tahir və Əbülfəz Mehdiyev
qardaşları da onların yanında qaldılar.
1993-cü il aprel ayının 2-nə keçən gecə idi. Biz 12 nəfərlə
Dalqılışlı istiqamətində bir-birindən 6-7 metr aralı irəliləyirdik. Bizə
əsgər Mikayılov Hafiz bələdçilik edirdi. Kəlbəcər şəhərindən çıxıb
Dalqılışlı kəndinə daxil olduq. Şəhər və kəndlərin əhalisi çıxıb getmiş,
mal-qoyun isə həyətlərdə qalmışdı. Gecə itlərin ulaşması, mal-qoyunun
səsindən başqa heç nə eşidilmirdi. Biz çalışırdıq ki, kəndə girmədən dağa
qalxaq, çünki itlərin hürüşməsi düşməni duyuq sala bilərdi. Gecə tam
qaranlıq idi. Ay batmışdı. Addımları yavaşca atır, danışmır, əl-qol
işarələri ilə bir-biri başa salırdıq. Hətta ratsiya ilə də danışmır, düymələri
basaraq uzun və ya gödək telefon səsləri ilə bir-birimizə məlumat
verirdik. Biz kəndin yuxarısındakı əkin yerlərinə çatdıqda at kişnərtisi
eşidildi. Tez yerə uzandıq. Çünki düşmən kəşfiyyatı ilə rastlaşa bilərdik.
Diqqətlə ətrafa qulaq asdıq və kənd camaatının atlarının yaxınlıqda
olduğunu yəqin etdik və yenidən hərəkətə başladıq. Yolun təhlükəli
olduğunu bildiyimiz üçün yol ilə getmirdik. Qayaların arası ilə yamacla
yavaş-yavaş yuxarı qalxırdıq. Mümkün qədər səssiz gedirdik. Hərdən
ayağımızın altından xırda daşlar diyirlənib səs salırdı. Mən lap dəstənin
axırında idim. Hərdən işarə ilə dayanır, dincimizi alır, ətrafa qulaq asır,
yenidən irəliləyirdik. Biz qayalığı keçdik və Dərəqışlaq kəndinin üst
tərəfindəki yamacla bir az da irəliləyib teleqüllə olan dağın arxasına
keçdik. Orada dayanıb, iki nəfərə bizdən 50 metrədək qabaqda
teleqülləyə yaxınlaşmaq tapşırığı verdik. Biz də onların arxasınca
gedirdik. Hətta ratsiya ilə də danışmırdıq. Biz yamacla düşmən
169
Ömründə bir dəfə də olsun, əlinə silah almayan kiĢidən döyüĢçü olmaz!
M ü ə l l i f
mövqelərinin arxasına keçdik və oradan teleqülləyə tərəf yavaş-yavaş
yaxınlaşmağa başladıq. Teleqülləyə yaxınlaşdıqda artıq ermənilərin
səslərini aydın eşidirdik. Təpənin arxasında idik, düşmən bizdən təqribən
100 metr məsafədə idi. Bu vaxt Yellicə və Aşağı Ayrım istiqamətlərindən
güllə səsləri eşidilirdi. Komandir məni və Namiq Atayevi yanına çağırdı
və düşmən üzərinə qəflətən hücum etməyi təklif etdi. Əvvəlcə razılaşdıq,
sonra isə sayımızın az olduğunu və teleqüllə ətrafında düşmənin ən azı
500 nəfərədək qüvvəsinin olduğunu deyib komandiri bu fikirdən
daşındırdıq.
Kəşfiyyat məlumatlarını ratsiya ilə qərərgaha bildirdik və
Kəlbəcər şəhərini qorumaq üçün mütləq əlavə qüvvələrin lazım olduğunu
qeyd etdik. Səhər açılan kimi düşmənin Kəlbəcər şəhərinə hücum edəcəyi
ehtimalını da qərərgaha çatdırdıq. Əlavə qüvvələrin çağırılması və heç
olmasa Kəlbəcər şəhərini müdafiə etməyin vacibliyini dedik.
Səhər açılırdı. Bizim düşmən arxasında ləngiməyimiz təhlükəli idi. Ona
görə yavaş-yavaş Dərəqışlaq kəndinə və oradan Kəlbəcərə endik.
Komandir yorulduğundan silahını alıb götürür, ona kömək edirdim.
Özüm də bərk yorulmuşdum. Qərərgaha çatanda artıq işıqlanmışdı,
təqribən saat 8 olardı. Yorğunluq, yuxusuzluq və aclıqdan ayaq üstə dura
bilmirdik. Orada öyrəndik ki, Kəlbəcər şəhərini müdafiə etmək üçün bizə
heç bir kömək göndərilməmiş, üstəlik də digər mövqelərə axşamdan
göndərdiyimiz
dəstələrlə
əlaqələrimiz
də
kəsilmişdi...
ġəkildə soldan: gizir T.Rzayev,
―Topçu Qəhrəman‖ və kapitan F.Mehdiyev 1992-ci il
170
DöyüĢ-ağıl və dözüm tələb edir. M ü ə l l i f
Dostları ilə paylaş: |