A k ġ f k a m a L


Kəlbəcər işğal ərəfəsində



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə98/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   94   95   96   97   98   99   100   101   ...   197
Kəlbəcər işğal ərəfəsində 
1993-ci  ilin  fevral  ayında  Ağdərənin  Dovşanlı  kəndi  ətrafından 
qoşunlarımız  müəmmalı  şəkildə  geriyə  çəkildi.  Bizim  bir  neçə  döyüş 
briqadası   Ağdərənin  Dovşanlı,  Çıldıran,  Umudlu, Mehmana,  Canyataq, 
Sırxavənd  və  s.  kəndlərindən  döyüşsüz  çəkilmələri  ermənilərin  əl-
qollarının  açılmasına  imkan  verdi.  3  gün  ərzində  ermənilər  yenidən 
Ağdərə  bölgəsinin  60-dan  çox  yaşayış  məntəqəsini  döyüşsüz  olaraq  ələ 
keçirdilər və bununla da böyük bir ərazi-demək olar ki, Dağlıq Qarabağın 
yarısı  yenidən  düşmən  əlinə  keçdi.  Kəlbəcər  və  Laçın  bölgəsinin  çox 
hissəsi  yenidən  mühasirə  vəziyyətinə  düşdü.  Artıq  yenidən  kəlbəcərlilər 
və  ərazidə  olan  hərbi  qüvvələr  Murov  dağındakı  “Həyat  yolu”  ilə 
Azərbaycanın  digər  bölgələri  ilə  əlaqə  saxlamağa,  ərzaq,  silah  və  sursat 
daşımağa məcbur oldular. Qış olduğundan bəzən, həftələrlə Murov yolu 
qarla  örtülərək  keçilməz  olur,  Kəlbəcərin  digər  bölgələrlə  əlaqələsi 
tamamilə  kəsilirdi.  Bununla  da  Kəlbəcər  və  Laçın  bölgəsindəki  hərbi 
hissə  və  Kəlbəcərin  mülki  əhalisi  təchizatsız  qalırdı.    Yerli  əhali  öz 
ehtiyat  ərzağını  əsgərlərlə  bölməyə  məcbur  olurdu.  Artıq  4-5  il  idi  ki, 
Kəlbəcərə elektrik enerjisi verilmir, əhali ərzaq və digər yaşayış mallarını 
çox çətinliklə əldə edirdi.  
Belə bir vaxtda-mart ayının ortalarında ermənilər ruslarla birlikdə 
Ağdərə  bölgəsi  ilə  kifayətlənməyərək,  Laçın  və  Kəlbəcər  ərazilərini  də 
işğal etmək planlarını həyata keçirməyə başladılar. Artıq Laçının bir neçə 
kəndini  yenidən  işğal  edən  ermənilər,  Qarabağ  tərəfdən  Kəlbəcərin 
Narışdar,  Alaqaya,  Çıraqlı,  Çərəkdar,  Mərcimək,  Ağdaban  kəndlərinə, 
eləcə  də  Laçın  bölgəsinə  tez-tez  hücuma  keçirdi.  Lakin  Kəlbəcər 
batalyonunun  bölmələri  və  briqadanın  digər  batalyonları  tərəfindən 
onların  bu  hücumlarının  qarşısı  alınır,  ermənilər  itki  verərək  geriyə 
çəkilirdı.  Vəziyyətin  çətinliyini  görən  Kəlbəcər  əhalisi  döyüşlərə  can 
atırdı, onlara silah verilməsini tələb edirdi. Buna görə də 1992-ci ilin 
Hər bir itki qazancdır, hər bir qazanc itki. 


 
130 
C ə l a l ə d d i n   R u m i 
fevralında  yaradılmış  və  iki-üç  ay  fəaliyyət  göstərmiş  könüllülərdən 
ibarət  844  saylı  əlahiddə  batalyonun  yenidən  yaradılmasına  başlandı. 
Orada  döyüş  vərdişləri  olan  gənclər  toplaşmış  və  onlar  kiçik  dəstələrlə 
Çərəkdar,  Narışdar,  Ağdaban  və  s.  kəndlərdə  yerləşdirilmişdilər. 
Kəlbəcər  batalyonu  isə  120  km-dən  çox  olan  sərhəd  məntəqələrində 
yerləşdirilmişdir.  701-ci  döyüş  briqadasının  digər  taborları  isə  Laçın 
bölgəsində  döyüşlər  aparırdı.  Briqadanın  tabor  və  bölmələri  arasında 
məsafələr  çox  uzun  idi  və  əlaqələr  çox  zəif  idi.  Briqadanın  fasiləsiz 
olaraq səngərlərdə yerləşdirilməsi və fasiləsiz olaraq döyüşlərə qatılması 
əsgər  və  zabitləri  yormuş,  onları  bezdirmiş,  mənəvi  və  psixoloji  bir 
gərginlik  yaratmışdı.  Briqadanın  təchizatı  da  ürəkaçan  deyildi.  Rabitə 
qurğuları,  döyüş  texnikası,  maşın,  avadanlıq,  ehtiyat  hissələri,  paltar, 
ayaqqabı,  ərzaq  azlıq  edirdi.  Əsgər  və  zabitlər  aylarla  hamam  görmür, 
qarlı, yağışlı günlərdə səngərlərdən çıxmır, xəstələnir, gündəlik tələbatları 
ödənilmirdi.  Həddindən  çox  uzun  olan  cəbhə  xəttinin  müdafiəsi  üçün 
əlavə  hərbi qüvvələr lazım idi... 
Kəlbəcər batalyonunun mövqe tutduğu Göyçə ilə sərhəddə isə 25 
mart 1993-cü il tarixədək elə bir mühüm döyüş və dəyişiklik baş vermədi. 
701-ci  hərbi  hissə  komandanlığı  və  Müdafiə  Nazirliyi  düşmənin 
Ermənistan tərəfdən hücum edəcəyini ağıllarlna belə gətirmirdilər. 
 
 
 
 
ĠSTĠSU-1992-CĠ ĠL 
DöyüĢə-döyüĢə geri çəkilmək qəbahət deyil, döyüĢmədən geri 


 
131 
çəkilmək hərbçi üçün, nəinki qəbahət, həm də töhmətdir.  
                                                                                           M ü ə l l i f  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin