A k ġ f k a m a L


Kəlbəcər uğrunda son döyüş



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə102/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   98   99   100   101   102   103   104   105   ...   197
Kəlbəcər uğrunda son döyüş 
Aprelin  ikisi  səhər  saat  8  radələri  idi.  Bizə  heç  bir  kömək 
gəlməmişdi. Şəhərdə bizim 15 nəfərlik dəstəmizdən başqa hərbçi yox idi. 
Dünəndən  Ayrım,  otaqlı,  Allıkənd,  Alolar  və  başqa  mövqelərə 
göndərilmiş  qüvvələrlə  heç  bir  əlaqəmiz  yox  idi.  Bəzi  mövqelərə 
göndərdiyimiz  əsgər  və  zabitlər  Göyçə  tərəfdən  hücum  edən  erməni  və 
rus  hərbi  birləşmələri  qarşısında  tab  gətirməyərək,  həmin  mövqelərdən 
geri  çəkilmişlər.  Aeroportda  uzaq  kəndlərdən  gəlmiş  xeyli  əhali 
toplaşmışdı.  Onlardan  bir  neçə  nəfəri  bizim  yanımıza  gələrək  vertalyot 
olub-olmayacağını  soruşdular.  Mən  onlara  Murov  dağının  dumanlı 
olduğunu  və  vertalyotun  gələ  bilməyəcəyini  bildirərək,  piyada 
getmələrini tövsiyə etdim. Elə bu vaxt general qərərgaha gəldi. Biz gecə 
teleqüllədə  kəşfiyyat  apardığımızı  və  orada  düşmənin  ən  azı  500 
nəfərədək canlı qüvvəsi olduğunu bildirdik. General bizə teleqüllənin geri 
alınması əmrini verdi və bizim komandir- “oldu”-dedi.  
Biz  pulemyotları  və  sursatı  götürüb  Kəlbəcər  şəhərinin  üst 
tərəfindəki  Dalqılışlı  aşırımına  qalxmağa  başladıq.  Artıq  yeriməyə 
taqətimiz  yox  idi,  şəhər  evlərinin  arası  ilə  çətinliklə  addımlayırdıq. 
Aşırıma  çatanda  Yellicə,  Dalqılışlı,  Otaqlı,  Ayrım,  Alçalı,  Allıkənd 
kəndləri istiqamətindən  ermənilərin  çoxlu  sayda bir qüvvə  ilə Kəlbəcərə 
doğru  irəlilədiyini  gördük.  Ayrım  kəndi  tərəfdə  Yolaşan  deyilən  yerdə 
onların iki ədəd PDM-i də görünürdü. Bizimlə üzbəüz-Dalqılışlı kəndinin 
üst tərəfindən düşmənin xeyli canlı qüvvəsi şəhərə tərəf enirdi. İndi başa 
düşdüm  ki,  gecə  teleqülləyə  düşmən  üzərinə  12  nəfərlik  bir  qüvvə  ilə 
hücum etsəydik, hamımız məhv olardıq.  
Biz  düşmənin  artıq  şəhərin  bir  neçə  yüz  metrliyinədək 
yaxınlaşdığını gördükdə bir anlıq çaş-baş qaldıq. Bizim nə düşmənin bu 
qədər  qüvvəsi  ilə  döyüşmək  gücümüz  var  idi,  nə  də  aeroportdakı  2000-
dək  qadın,  uşaq,  qocaları  qoyub  geriyə  çəkilmək  olmazdı.  Necə  olursa 
olsun  onları  xilas  etməliydik.  Buna  görə  də  düşmənin  hücumunu 
ləngitmək və aeroportdakı əhalini buradan çıxarmaq lazım idi.  
Mən  tez  əsgərlərə  aşırımda  və  evlərin  tinində  özlərinə  mövqe 
tutmağı  əmr  etdim  və  özüm  də  bir  evin  tinində  yerə  uzandım. 
Əsgərlərdən İlqar və Şəfail də yanımda idilər. Düşmən dağın yamacı ilə 
sərbəst  enir,  bizim  burada  olmağımızı  sanki  bilmirdilər.  Mən  snayper, 
avtomat  və  pulemyotlarla  atəş  açmaq  üçün  komanda  verdim.  Düşmən 
gözlənilmədən  yaxalanmışdı.  Qəfil  atəşdən  özlərini  itirən  düşmən 
əsgərləri hara qaçdığını bilmir, pulemyot və snayper güllələrinə tuş gəlir, 
yamacla aşağı yumalanırdılar. Bizim kəşfiyyatçılar böyük ruh yüksəkliyi 


 
171 
ilə  döyüşürdülər.  Bir  neçə  dəqiqə  içərisində  xeyli  itki  verən  düşmən 
qayaların, təpələrin arxasında, dərələrdə gizlənməyə çalışır, qəfil atəşdən 
qorxuya  düşərək  daha  aşağı  enməyə  cürət  etmirdi.  Düşmən 
dayandırılmışdı.  Lakin  yerimizi  bildikdən  sonra  düşmən  mövqeyimizi 
pulemyot və avtomat, sonra isə minaatanlarla güclü atəşə tutdu. Güllələr 
yağış  kimi  yağır,  bəzən  başımızı  qaldırmağa  imkan  tapa  bilmirdik.  Bu 
qeyri-bərabər  döyüşün-son  döyüşümüz  olacağını  hamımız  fikirləşir, 
yalnız,  dinc  əhalinin  düşmən  əlinə  keçməməsi  üçün  vuruşurduq.  Biz 
özümüzü  deyil,  vertalyot  meydançasında  qalmış  əhalinin  xilas  edilməsi 
barədə  düşünürdük.  20  dəqiqə  idi  döyüşürdük.  Komandir  polkovnik-
leytenant  E.Həsənov  dedi  ki,  Kamalov  maşınla  get  aeroporta  xəbər  ver 
əhali şəhərdən çıxsın, biz düşməni heç olmasa yarım saat ləngidəcəyik.  
Mən  “Oldu”-deyib  sürünərək  geri-aşırımın  arxasına  çəkildim  və 
orada maşına oturdum. Sürücü-əsgər Azadla aeroporta gəldik və oradakı 
əhalinin  təcili  Kəlbəcəri  tərk  etmələrinin  bildirdim.  Artıq  əhali  də 
binaların arasından Dalqılışlı kəndinin üst tərəfindən-teleqüllədən hücum 
edən erməniləri görmüşdü. Camaat şəhərin küçələri ilə vahimə içərisində 
bir-birini  çağıraraq,  ağlaşa-ağlaşa,  qaçmağa  başladı.  Bəziləri  qoca 
anasını,  bəziləri  qoca  atasını,  bəziləri  körpə  uşaqlarını  götürüb  qaçırdı. 
Çox acınacaqlı bir vəziyyət var idi. Mən yenidən döyüş mövqeyinə-tabor 
komandirinin və əsgərlərin yanına qayıtdım.  
İki  saatdan  çox  davam  edən  döyüşdə  ermənilər  30-dək  canlı 
qüvvə itirərək qayaların arasında, təpələrin arxasında gizlənməyə məcbur 
olmuşdu. Beləliklə Kəlbəcər şəhərində toplaşmış dinc əhali itkisiz olaraq 
şəhəri  tərk  etdi.  Bizim  əsgərlərdən  heç  kəs  yaralanmamışdı.  Lakin 
mövqelərimiz yenə atəş altında idi. Ermənilər Ayrım  kəndindən hərəkət 
edən  döyüş  maşınlarının  və  özlərinin  piyadalarının  hər  tərəfdən 
Kəlbəcərə  yaxınlaşmasını  gözləyir,  qüvvələrini  cəmləyib  Kəlbəcər 
şəhərinə qəti hücuma keçməyə hazırlaşırdılar. Həm də düşmən qorxur və 
ehtiyatla  hərəkət  edirdi.  Ona  görə  də  öz  qüvvələrinin  bir-birindən  aralı 
düşməsinə  imkan  vermirdi.  Ayrım  və  Yellicədən  hücum  edən  erməni 
bölükləri teleqüllədəkilərlə birləşə bilsəydilər, onların qarşısını saxlamaq 
mümkün olmayacadı.  
Biz  Kəlbəcər  aeroportundakı  çoxlu  sayda  qadın  uşaq,  qocaların 
düşmən  əlinə  keçməməsi  üçün  döyüşü  davam  etdirir,  onların  şəhərdən 
çıxmaları  üçün  düşməni  ləngitməyə  çalışırdıq.  Artıq  iki  saat  olardı  ki, 
qeyri-bərabər döyüş aparırdıq. Güllələrimiz azalmışdı. Bundan başqa , biz 
yalnız  şəhərin  şimal-qərb  tərəfində  döyüşürdük,  düşmən  isə  bir  neçə 
tərəfdən-qərb tərəfdən, şimal tərəfdən və şimal-şərq tərəfdən şəhərə daxil 
ola bilərdi. Çünki düşmənin zirehli texnikası şimal-qərb tərəfdən şəhərə 


 
172 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin