A k ġ f k a m a L


avqust 1994-cü il saat 00.45



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə161/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   157   158   159   160   161   162   163   164   ...   197
12 avqust 1994-cü il saat 00.45          
Keçən  gün  səhər  bir  az  yağış  yağıb.  Torpaqdan  nəm  qoxusu, 
təmizlik qoxusu gəlir.  
Dünən  Müdafiə  Naziri  cəbhə  xəttinə  gəlmişdi.  Əlbəttə  ön 
mövqedən  xeyli  arxada  yerləşən  minaatan  batareyasının  yanına  qədər 
gəlmiş  və  oradan  da  qayıdıb  getmişdir.  Biz  isə  onu  ön  səngərdə 
gözləyirdik.  Amma  bizim  yanımıza  gəlmək  və  əsgərlərin  vəziyyəti  ilə 
tanış olmaq istəyən yoxdur. Hətta jurnalistlər də gələndə arxa cəbhə əsgər 
və zabitləri ilə görüşüb, müsahibə alıb, oradan da geriyə qayıdırlar.  
Axşam  tabor  komandiri  mayor  B.Lazımov  məni  çağırmışdı.  Bir 
saatadək  taborun müdafiəsi barədə söhbət etdik. Komandir taborun və o 
cümlədən,  2-ci  bölüyün  müdafiə  mövqeyi,  orada  əlavə  qazmaların 
tikilməsi,  ön  mövqeyin  qabağının  minalanması  və  bir  çox  müdafiə 
məsələləri  barədə  tapşırıq  verdi.  Qərərgahdan    qayıdan  kimi  tağım 
komandirlərini çağırıb onlara tapşırıqlar verdim. Sabah işimiz çoxdur.  
İndi  qazmada  oturub  çıraq  işığında  gündəliyi  yazıram.  Tağım 
komandirləri  Şahin  və  Yadigar  radioya  qulaq  asırlar.  3-cü  tağımın 
komandiri gizir Bəxtiyarov Şahin 1992-ci ildən orduda xidmətə başlayıb. 
O,  Kəlbəcərin  Nadirxanlı  kəndində  doğulub.  O  mənimlə  bərabər  3-cü 
taborda  xidmət  edib  və  3-cü  taborun  apardığı  döyüş  əməliyyatlarında 
iştirak  edib.  Məni  5-ci  tabora  göndərərkən  gizir  Ş.Bəxtiyarov  xahiş 
edərək  mənimlə  bərabər  xidmət  etmək  istədiyini  bildirdi  və  onu  mənim 
bölüyümə tağım komandiri vəzifəsinə təyin etdilər. Şahin əvvəllər beş il 
rus  ordusunda  xidmət  edib,  təcrübəlidir.  Ailəlidir,  bir  oğlu,  bir  qızı  var, 


 
287 
ədəbiyyatı  xoşlayır.  Bəzən  özü  də  şer  yazır.  Tez-tez  Şahinlə  keçmiş 
döyüş xatirələrindən danışırıq...  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin