16 avqust 1994-cü il saat 21.10 Səhər saat 9-da tabor komandiri tərəfindən həyəcan siqnalı
verildi. Əvvəlcədən müəyyən etdiyim kimi mən bölüyü döyüş hazırlığı
vəziyyətinə gətirdim, keşikləri əlavə əsgərlərlə möhkəmləndirdim, silah
və sursatı hazırlatdırdım. Iki saatdan sonra “həyəcanın sonu” komandası
verildi. Gizir Həsənovu ön mövqedə növbədə qoyaraq qazmaya qayıtdım.
Fikrim var ki, gecə bir daha ön mövqeyi yoxlayam. Çünki, əsgərlərin bir
az laqeydliyini hiss etmişəm...
Qazmanın yanındakı tək ağacın altında oturmuşam. Uzaqdan
muğam oxuyan əsgərin həzin səsi eşidilir. Səngərdəki əsgərlərdən biri
mahnı oxuyur. Gizir Bəxtiyarov dedi ki, şamaxılı Teymurdu. Gizir ona
qulaq asmağa getdi.
Gecələr səngərlərə nəzarət etdiyimdən yuxusuz qalıram. Gecələr
ağcaqanadlar paltarın üstündən adamı dişləyir. Gündüzlər isə çox isti
keçdiyindən yatmaq olmur. Ona görə də nə gecə, nə də gündüz yatmaq
olur. Gecəyarıdan sonra bir az sərinlik olur. Onda bir qədər yatıram.
Əsgərləri iki-iki hərbi hissə komandanlığının əmri ilə növbə ilə beş
günlük məzuniyyətə buraxıram. Bu gün iki əsgəri və növbədənkənar
olaraq Şirinov Süleymanı da məzuniyyətə buraxdım.
288
Biz onda iĢğal olunmuĢ torpaqlarımızı geri qaytararıq ki, qızlarımız vətən uğrunda döyüĢməyəni sevməsinlər! M ü ə l l i f