286
Təhlükənin üzünə cəsarətlə baxmaq, özünü ondan
xilas etməyin ən yaxĢı vasitəsidir. C o n L e b b o k
Mənim müavinim leytenant Şahlar Yusibovla söhbət edirik.
Onun 39 yaşı var, 5 ay olar ki, orduya cağırılıb.
Ailəlidir,
bir oğlu, bir qızı
var, Gəncədə yaşayırlar. Şahlar xasiyyətcə mülayim adamdır. Döyüşlərdə
səriştəsi azdır. Amma çalışar ki, öz işinin öhdəsindən gəlsin.
Bölüyün baş çavuşu Qurban Məmmədov icazə alaraq içəri girdi.
O, ön mövqedəki vəziyyət barədə məlumat verdi. Qurban isə Xaçmazdan
orduya çağırılıb, bir il yarımdır ki, xidmət edir. Kəlbəcər, Fizuli
bölgələrində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Murovdağda
yaralanıb.
Gecədir, saat on birdir. Qurban çörək yeyir, Əlövsət yatıb.
Qazmanın yaxınlığında əsgərlər çay qaynadırlar. Böcəklər oxuyur.
Hərdən bir erməni mövqelərindən atılan güllə səsləri bu səssizliyi pozur.
Biz az-az hallarda onların atəşlərinə cavab veririk. Boş yerə güllə
atmaqdan nə çıxar. Bir azdan səngərləri yoxlayacağam. Hələlik bu qədər.
Dostları ilə paylaş: