▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 30 aprel 1994-cü il- 1-ci tabor (komandir: mayor Qurbanov
Qurban, müavinlər: mayor Hüseynov Zamin, kiçik leytenant
Məmmədov Arif) Ağdamın Şurabad istiqamətində hücuma keçdi.
Düşmən 21 nəfər canlı qüvvə itirərək 2 kilometrədək geri
qovuldu. Tabordan 3 nəfər şəhid oldu, 4 nəfər yaralandı.
30 aprel 1994-cü il- 2-ci tabor (komandir: kapitan Məmmədov
Eldar, müavin baş leytenant Zeynalov Gülağa) Nəmirli
istiqamətində hücuma keçdi və düşmən 25 nəfər canlı qüvvə
itirərək geriyə çəkilməyə məcbur oldu. Bu döyüşdə 8 nəfər, o
cümlədən kapitan Eldar Məmmədov qəhrəmancasına həlak oldu,
9 nəfər yaralandı. Kapitan Eldar Məmmədov Azərbaycan
Bayrağı ordeni ilə (ölümündən sonra) təltif olundu.