A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə155/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   151   152   153   154   155   156   157   158   ...   197
20  aprel  1994-cü  il  -  3-cü  taborun  1-ci  bölüyü  hücuma  keçərək 
düşmən  mövqelərini  darmadağın  etdi  və  14  kilometr  irəlilədi. 
Düşmənin  uzumüddətli  atəş  nöqtəsində  8  meyidi  qalmışdı. 
Düşməndən  5  ədəd  120  mm-lik  minaatan  ələ  keçirildi.  3-cü 
tabordan 6 nəfər şəhid oldu. 


 
253 
Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri 
 ardında, orada bircə xoĢ saat arzulayıram. 
                                                              R a b i n d r a n a t  T a q o r 
Tərtər və Ağdamda düşmən 
hücumunun qarşısı alınır 
28  aprel  1994-cü  il  tarixdə  bizim  hərbi  hissə  təcili  olaraq  Fizuli 
bölgəsindən döyüşdən çıxarılaraq Tərtər-Ağdam istiqamətində irəliləyən 
düşmənin  qarşısına  çıxarıldı.  Bu  ərazidə  ruslardan  xeyli  tank  və  zirehli 
maşın alan  düşmən bizim  777-ci, 888-ci və 190-cı hərbi hissələrini ağır 
məğlubiyyətə  uğradaraq,  Ağdamın  Baş  Qərvənd,  Tağıbəyli,  Şurabad, 
Şotlanlı, Nəmirli, Güllücə, Seysulan və s. kəndlərini işğal etmiş, Tərtər və 
Bərdə  şəhərlərini  təhlükə  altında  almışdı.  Belə  bir  vaxtda  ehtiyat  hərbi 
qüvvələr də olmadığını nəzərə alan yuxarı komandanlıq, yalnız, əfsanəvi 
hərbi hissəyə ümid bağlamışdı.  
Beləliklə, general N.Sadıqovun taktiki çevikliyi ilə aprelin 30-da 
Ağdam-Tərtər  bölgəsinə  gətirilərək  əks-hücuma  keçən  Əfsanəvi  Alay 
ermənilərə  divan  tutmağa  başladı.  Bizim  tabor-3-cü  tabor  (Kəlbəcər 
Batalyonu)-Seysulan  istiqamətində  əks-hücuma  keçərək,  kəndə  daxil 
oldu. Yağışlı bir gün idi. Düşmən isə kəndi heç cür əldən vermək istəmir, 
itki  verərək  geriyə  çəkilir  və  qüvvələrini  cəmləyib  yenidən  hücuma 
keçirdi.  Ermənilərə  mülki  geyimli  döyüşçülərdən  ibarət  yeni-yeni 
qüvvələr  köməyə  gətirilirdi.  Gərgin  döyüşlər  nəticəsində  biz  itkilər 
verərərək  vəziyyətimizin  ağırlaşdığını  görüb  yenidən  geri  çəkilirdik. 
Sonra  qüvvələrimizi  cəmləyib  yenidən  hücuma  keçirdik.  Beləliklə 
Seysulan  kəndinə  bir  gündə  5  dəfə  hücuma  keçdik  və  hər  dəfə  itki 
verərək  düşmənin  qat-qat  çox  olan  canlı  qüvvəsinin  və  30-dək  tankının 
əks-hücumunun  qarşısında  davam  gətirə  bilməyərək,  öz  səngərlərimizə 
qayıdırdıq.  Beləliklə  bizim  tabor  Seysulan  kəndinin  25-30  metrliyində 
müdafiə  qurmağa  məcbur  oldu.  Sonralar  məlum  olacaq  ki,  bu  döyüşlər 
zamanı ermənilər bir neçə gün ərzində minlərlə canlı qüvvə itirmiş, təkcə 
Seysulandan isə özlərinin 300 meyidini daşımışlar. Bu xəbər Ermənistanı 
vahiməyə  salmış,  hətta  onlar  Türk  ordusunun  onların  qarşısına 
çıxarıldığını  yəqin  etmişlər.  Bizim  döyüşçüləri  isə  “Dəmiryeyənlər” 
adlandırırmışlar.  Bu  məlumatları  “atəşkəs”dən  sonra  Nəmirli  kəndi 
yaxınlığında  həlak  olan  silahdaşlarımızın  meyidlərini  götürmək  üçün 
ermənilərlə danışıq apararkən bir erməni zabiti mənə danışmışdı. O, hətta 
əlavə  etdi  ki,  “atəşkəs”  olmasaydı  biz  Qarabağda  tab  gətirə  bilməzdik. 
Sol  cinahımızda  isə  2-ci  və  1-ci  taborlar  döyüş  aparırdı.  Lakin  rusların 
ermənilərə bəxş etdiyi 30-dək tankının qarşısına iki-üç tankla çıxırdıq. 


 
254 
 
Dağlıq  əraziyə  nisbətən  düzənlikdə  texnikasız  döyüş  aparmaq  olduqca 
çətindir.  Buna  baxmayaraq  düşməni  ağır  itkilərə  məruz  qoyur  və  onları 
geri çəkilməyə məcbur edirdik. Bununla da düşmənin xeyli canlı qüvvəsi  
və texnikası məhv edilmiş, düşmən döyüş qabiliyyətini itirmişdir. 
May  ayının  5-də    3-cü  tabor  Təzəkənddən  Baş  Qərvənd 
istiqamətində  hücuma  keçdi.  Bu  döyüşdə  bizim  briqadanın  reaktiv 
qurğusu-“şturmes”lə  ermənilərin  8  tankı  vuruldu  və  220    əsgəri 
öldürüldü.  Bir  neçə  gündən  sonra    “Kəlbəcər  batalyonu”  Təzəkənd-Baş 
Qərvənd istiqamətində yenidən hücuma keçdi. Düşmən xeyli canlı qüvvə 
və iki tank itirərək geri çəkildi. Bu döyüşdə iki tankımız vuruldu. Həmin 
gün  əks  hücuma  keçən  düşmən  bir  qədər  irəliləsə  də  səngərlərimizdən 
bizi çıxara bilmədi və yenidən geri oturduldu. Nar bağında yerləşdirilmiş 
3-cü taborun minaatan batareyası (komandir baş leytenant Əziz Abbasov) 
isə düşmənə göz açmağa imkan vermirdi. Ümumiyyətlə “Atəşkəs”ə qədər 
bu  bölgədə  apardığımız  döyüşlər  nəticəsində  düşmən  40-dək  zirehli 
texnika  və  minlərlə  canlı  qüvvə  itirərək  çıxılmaz  vəziyyətdə  qalmışdı. 
Bizim  taborlar  da  xeyli  itki  vermişdi.  Bu  itkilərə  baxmayaraq  gətirilən 
yeni  əsgərlərlə  təchiz  edilən  taborlar  düşmən  üzərinə  kütləvi  hücuma 
hazırlaşırdı...  
Bu  döyüşlərdə  3-cü  taborun  əsgər  və  zabitlərindən  tabor 
komandiri  N.Cəfərov,  minaatan  batareyasının  komandiri  leytenant 
Ə.Abbasov,  bölük  komandiri  Məzahir,  bölük  komandiri  baş  leytenant 
A.Kamalov,  leytenant  Z.Tağıyev,  leytenant  Z.Hüseynov,  leytenant 
V.Talıbov,  Namiq  Şirinov,  Məhəmməd  Cəfərov,  leytenant  Hüseyn 
Nəbiyev,  leytenant  Elyar  Nərimanov,  gizir  Ş.Bəxtiyarov,  Füzuli,  Elşad 
Eyvazov, Nemət Şükürov, İlqar Həsənov, Vüsal Verdiyev, Şahin, İsayev 
İlham,  Mehrəliyev  Vəli,  Musayev  Zahid,  Mahir,  Nizami,  Amil,  Eldar, 
Vəli,  o  cümlədən;  bizim  batalyonun  sərəncamına  verilmiş  Laçın 
batalyonunun  əsgər  və  zabitləri  fəallıq  göstərərək  düşmənin  xeyli  canlı 
qüvvəsini və texnikasını məhv etdilər. 12 aprel 1994-cü il tarixdə cəbhə 
boyu  üstünlük  əldə  edən  Azərbaycan  ordusunun  irəlilədiyi  bir  vaxtda 
ermənilər üçün əlverişli olan “Atəşkəs” imzalandı.  
 
 


 
255 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin