Fizuli bölgəsində döyüşlər
Biz Qarabağ müharibəsində heç də, məğlub olmamışıq. Qoy
məğlubiyyəti Qarabağ müharibəsində döyüşməyənlər öz adlarına
yazsınlar! Biz-döyüşənlər hər döyüşdə düşmənə layiqli cavablar
vermişik. Bunu ermənilərin özləri də yaxşı bilirlər. Biz-döyüşənlər
məğlub olmadığımızı sübut etmək üçün düşmən üzərinə bir daha getməyə
hazırıq.Bir neçə gün əvvəl düşmənə qan udduran briqadanın yalnız adı
var idi... Bizim briqada Kəlbəcər bölgəsindən geri çəkilərkən Murovdağ
silsiləsinin qarlı aşırımlarından keçmiş və çoxlu sayda itki vermişdi. 1000
nəfərədək döyüşçü həlak olmuş, min nəfərədək əsgər və zabit yaralanmış
və ya əl-ayağını don vurmuşdu. Sağ qalan zabit və əsgərlər isə nə baş
verdiyini anlamadan, ruh düşkünlüyünə qapılmışdılar. Onlar hələ də başa
düşmürdülər ki, niyə Kəlbəcəri yenidən-demək olar ki, döyüşmədən-tərk
etdilər, kim belə əmr verdi? Niyə kömək gəlmədi? Axı iyirmiyədək
yaşayış məntəqəsini azad etmiş və şəhidlər vermişdik...
Bu suallar hələ də bizi düşündürür...
Əfsanəvi Alay Seyfəli təlim mərkəzində yenidən toplaşdı.
Əfsanəvi Alay yenidən özünə gəlmək üçün təlimlərə başladı. 13 aprel
1994-cü il tarixədək Seyfəli təlim mərkəzində yeni gəlmiş əsgər və
zabitlərlə taborları yenidən təşkil etdik və hazırlıq keçdik. Briqadaya
polkovnik Yaşar Aydəmirov komandir təyin edilmişdi.
13 aprel 1994-cü il tarixdə bizi Fizuli bölgəsinə gətirdilər. Məlum
oldu ki, burada vəziyyət son dərəcə ağırdır. Ermənilər Aşağı
Əbdürəhmanlı
və
Yuxarı
Əbdürəhmanlı,
Kərimbəyli,
Aşağı
Seyidəhmədli, Yuxarı Seyidəhmədli, Kürkan və s. kəndlərini işğal edərək
Beyləqan istiqamətində irəliləyirdi. Bizim briqada onların qarşısına
çıxarıldı. Ilk günlər düşmən mövqelərinə hücum etsək də müvəffəqiyyət
əldə olunmadı. Ikinci gün PDM-in üstündə quraşdırılmış repreduktordan
səslənən əsgər marşının sədaları altında hücuma keçən Əfsanəvi Alay
ermənilərin mövqelərini darmadağın edərək düşməni pərən-pərən saldı.
Düşmən xeyli canlı qüvvə və texnika itirərək geriyə çəkildi. 3-cü tabor
düşmənin uzunmüddətli atəş nöqtələrini darmadağın edərək 5 kilometr
irəlilədi. 3-cü taborun minaatanları leytenant Əziz Abbasovun
komandanlığı ilə düşmən mövqelərini və onun canlı qüvvələrini
səngərlərindən çıxarmağa nail oldu. PDM-in üzərində quraşdırılmış
səsucaldandan eşidilən əsgər marşının sədaları altında qeyri-adi bir ruh
yüksəkliyi ilə hücuma keçən əsgərlərimizi görən ermənilər vahimə
251
Vicdan-cəmiyyət üçün yararlı insanlarda olur.
M ü ə l l i f
içərisində səngərləri qoyub qaçırdılar. Hücum o qədər sürətlə davam
etdirilirdi ki, əsgərləri saxlamaq qeyri-mümkün olmuşdu. Onlar düşmən
mövqelərinin içərilərinə tərəf irəliləyirdilər. Düşmən səngərlərində
onlarla meyid qalmışdı. Düşmənin uzunmüddətli atəş nöqtəsi ələ
keçirilmiş, orada isə Ermənistanın xüsusi təyinatlı polis dəstəsinin 8
nəfərinin, o cümlədən; bir zəncinin də meyidi var idi. Bu döyüşlərdə
Fizuli bölgəsinin bir neçə kəndi azad edilmiş, düşmən xeyli itki vermiş,
ermənilərdən 4 nəfər əsir götürülmüşdü. Bizim taborlardan da itkilər var
idi. Bizim bir tank minaya düşdü və digər tankımız düşmənin
uzunmüddətli atəş nöqtəsini susdurdu. Əsgərlərimiz yüksəkliyi ələ
keçirdikdə bir erməni əsgərinin iri çaplı (DŞK) pulemyota
zəncirləndiyinin şahidi olduq.
4-cü taborun komandir müavini baş leytenant Əhəd İsmayılovun
dediklərindən: “Aprelin 15-də biz Aşağı Seyidəhmədli kəndini azad
etmək üçün döyüşə atıldıq. Elə ilk hücumda pulemyotçumuz Nəbi Əliyev
snayperlə alnından vuruldu və bir neçə nəfər yaralandı. Bizim fasiləsiz
hücumlarımızla düşmən mövqeləri içərisinə vahimə düşdü. Bir qədər də
irəliləyərək düşmən mövqelərini ələ keçirdik. Ermənilərin uzunmüddətli
atəş nöqtəsindən isə bizə qarşı atəş açılır, düşmənin iri çaplı pulemyotu
susmaq bilmirdi. Biz sürünərək bunkerə yaxınlaşdıq və onun kiçik
pəncərəsindən içəriyə bir neçə qumbara atdıq. Bir azdan biz ora daxil
olanda orada düşmənin 8 meyidi qalmışdı. Bunkerdəkilər düşmənin
xüsusi təyinatlı dəstəsinin üzvləri imiş. Sonra bizim tabor hücumu Aşağı
Əbdürrəhmanlı kəndi istiqamətində davam etdirdi... ”
Fizulidə bu cür uğurlu hücumlar birdən-birə dayandırıldı. Çünki
Tərtər-Ağdam cəbhəsində vəziyyət ağırlaşmışdı. Düşmən rusların dəstəyi
ilə kütləvi hücuma keçmiş, bir neçə yerdən cəbhəni yararaq, Tərtər-Bərdə
istiqamətində (Qapanlı-Dördyol-Bərdə) irəliləyib Kür çayına çıxmağa
çalışırdı...
252
DöyüĢdə olduğum günləri və saatları və orduda xidmət
etdiyim illəri ömrümün ən Ģərəfli anları hesab edirəm.
M ü ə l l i f
Dostları ilə paylaş: |