YaĢamaq -mübarizə deməkdir. Kim bu mübarizədə
qalib gəlirsə, o da yaĢayır.
Fevralın 12-də bizə toplanış komandası verildi və Cəmilli
kəndinin yaxınlığında yuxarı komandanlıqdan bizə bildirildi ki,
Murovdağdan aşan yeganə yol ermənilər tərəfindən tutulmuş və briqada
mühasirədə qalmışdır. Biz mövqeləri tərk edərək Murovdağa qalxmağa
məcbur olduq. Döyüşdə belə şeylər çox olur. Lakin, mühasirə
vəziyyətində olduğumuzu dəqiqləşdirdik. Biz bir neçə zabit: “Nə olsun
ki. mühasirədəyik, döyüşmək lazımdır”-deyərək digər komandirləri də bu
fikirlə razı salmaq istəsək də, heç kəs bizimlə razılaşmadı. Çıxılmaz
vəziyyətdə qalmışdıq. Artıq gec idi, əsgər və zabitlər arasına küy və
vahimə düşmüşdü. Yuxarı komandanlıqdan isə burada heç kəs yox idi.
Ən azı iki sutka qanlı-qadalı, qarlı dağlarla ac-susuz, yuxusuz
dayanmadan yol getmək, donmamaq lazım idi. Çünki bu hadisə bir neçə
dəfə bizim başımıza gəlmişdi və biz Murovdağa qalxmağın ölümlə
üzbəüz olduğunu çoz yaxşı bilirdik...
Bu qədər uğurlu döyüşlərdən sonra geri çəkilmək, qan töküb,
şəhid verib azad etdiyimiz əraziləri döyüşsüz düşmənə təslim etmək
bizim üçün çox ağır idi. Bunu özümüzə bağışlaya bilmir, təhqir olunmuş
kimi, kor-peşman qarşıdakı qarlı dağlara baxa-baxa addımlayırdıq...
Qucağında göz açmışıq,
Dağlar bizi bağışlamaz,
Nemətini çox dadmışıq,
Bağlar bizi bağışlamaz.
Xəyalıma duman çökər,
Ürəyimə güman çökər.
Ulu dağlar qan-yaş tökər,
Ağlar, bizi bağışlamaz...
Murovdağın Bozlu kəndi istiqamətindəki ətəklərində vertalyotla
xeyli yaralı daşınmışdı. Lakin beş nəfər yaralını götürməyə gələn
vertalyot oranı zəbt etmiş ermənlər tərəfindən güclü atəşə məruz qalır.
Vertalyot həmin yaralıları və onların yanında olan iki əsgəri götürə
bilmir. Yaralıları mühasirəyə alan düşmən onları atəşə tutur. Düşmən
atəşinə atəşlə cavab verən yaralı əsgərlər xeyli erməni məhv edirlər.
Onlar düşmənə təslim olmaqdansa, ölümü üstün tutaraq son damla
qanları qaladək vuruşurlar və qəhrəmancasına həlak olurlar.
Sıravi əsgər göyçaylı Babayev Qadirin dediklərindən:
“Murovdağın ətəklərinə çatanda vertalyot gəldi və biz 50 nəfərədək yaralı
əsgərləri vertalyota qaldırıb yola saldıq. Biz Murovdağın ətəklərində idik.
Bizdən xeyli aşağıda dərədə isə 5 yaralı və onların yanında iki əsgər
246
qalmışdı. Ikinci dəfə vertalyot qayıdanda Susuzluq dağının zirvəsini ələ
keçirmiş düşmən bizi və vertalyotu iri çaplı pulemyotlarla atəşə tutdu.
Mən iki nəfərlə Murovdağın ətəyində, iki əsgər isə Bozdu kəndinin
yaylaq yerində 5 yaralı ilə vertalyot gözləyirdik. Hər tərəfdən atəşə məruz
qalan vertalyot enməyə macal tapmadı və bir neçə dəfə dövrə vurduqdan
sonra Murovdağı aşaraq görünməz oldu. Ermənilər bizə atəş açaraq
aşağıdakı yaralılara doğru hər tərəfdən hücuma keçdi. Son gülləmiz
qalanadək döyüşdük. Güllələrimiz qurtardı. Biz hərəmiz sonuncu
gülləmizi özümüz üçün saxlamışdıq. Düşmən bizdən xeyli aşağıda olan
yaralılara yaxınlaşmışdı. Həmin yaralı əsgərlər və onların yanındakı iki
əsgər düşməni yaxına buraxaraq qəfil atəşlə onları bir-bir qarın üstünə
sərirdi. Amansız və acınacaqlı bir döyüş gedirdi. Ermənilər hər tərəfdən
yaralıları mühasirəyə almışdı. Bizim güllələrimiz qurtardığı üçün
yaralılara yaxınlaşa bilmir, uzaqdan onların ermənilərə qarşı necə
rəşadətlə döyüşdüklərinə tamaşa edirdik. Bu qeyri-bərabər döyüşdə yaralı
əsgərlər düşmənin 15 əsgərini məhv edərək, özləri də qəhrəmancasına
həlak oldular”.
* * *
Babaşlar kəndinin kənarında tövlədə gizlənən bir dəstə yaralı
əsgər və zabitlər isə dəfələrlə düşmən hücumunun qarşısını mərdliklə ala
bilmişlər. Həmin döyüşlərin iştirakçısı İlham Əzimovun dediklərindən:
“Fevralın 11-də Lev kəndi ətrafındakı döyüşdə yaralandıqdan sonra məni
və bir neçə başqa yaralıları Babaşlar kəndinin tövlələrinə daşıdılar. Döyüş
yoldaşlarım Qoşqar Tağıyev, Xalid Həmidov, Mahir Abbasov, Saleh
Məmmədov və digərləri bizim döyüş meydanından çıxarılmağımız üçün
çox əziyyət çəkdilər. Onların bir hissəsi düşmənlə döyüşərək onların
yaxınlaşmasını ləngidir, bir hissəsi isə bizim yaralarımızı sarıyır və bizi
arxaya çəkirdilər. 30 nəfər yaralılar arasında Yaşar adlı bir zabit də var
idi. O, bizə yaxşı məsləhətlər verir, geriyə çəkilməmizi təşkil edirdi. Sağ-
salamat olanlar isə cəmi 8 nəfər idi. Göydən papaq-papaq qar yağırdı.
Həm aclıq, həm susuzluq, həm də yaralarımız bizi əldən salmışdı. Biz
sağ-salamat olan döyüş yoldaşlarını inandırmağa çalışırdıq ki, bizim
yanımızda qalmaları mənasızdır. Geci-tezi düşmən bizi tapacaq və qeyri-
bərabər döyüşdə hamımız həlak olacağıq. Biz həmin 8 nəfər salamat olan
əsgərlərin gedib bizə kömək gətirmələrinin daha vacib olmasını başa
salmağa çalışırdıq. Onlar isə bizi heç vaxt tərk etməyəcəklərini
bildirirdilər. Nəhayət qərara gəldik ki, onlar bizə bir az ərzaq tapıb
versinlər və sonra kömək gətirməyə getsinlər. Fevralın 14-də onlardan 3
nəfəri ərzaq axtarmaq üçün getdilər və bir daha geri qayıtmadılar. Buna
görə də biz məcbur olub yerimizi dəyişməyə çalışdıq. Yaralı zabit Yaşar
|