▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 27 yanvar 1994-cü il- 3-cü tabor hücuma keçərək itki vermədən
yenidən Çəpli kəndini düşməndən azad etdi. Düşmən 3 ədəd
döyüş maşınını və 15 nəfər canlı qüvvəsini itirərək yenidən
Seyidlər kəndinə çəkildi. Döyüşdə pulemyotçu Fazil Musa oğlu
qoçaqlıq göstərdi. 3-cü taborun bütün zabitləri medalla və
növbəti hərbi rütbə ilə mükafatlandırıldılar. 28 yanvar 1994-cü il- briqadanın 1, 3 və 4-cü taborları döyüşləri
davam etdirərək Kəlbəcərin Qanlıkənd, Bozdu, Babaşlar,
Təkəqaya, İlyaslar, Çopurlu kəndlərini düşməndən azad etdilər.
Bu əməliyyatda düşmənin 123 nəfər canlı qüvvəsi məhv edildi və
16 ədəd zirehli texnikası ələ keçirildi. 1-ci taborun döyüşçüləri-
gizir Məmmədov Arif və Tağıyev Məhəd kiçik leytenant
rütbələrinə və “Azərbaycan Bayrağı” ordeninə layiq görüldülər.