A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə144/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   140   141   142   143   144   145   146   147   ...   197
    Ġnsanların ümidini qırma...  bəlkə də sahib olduğu tək Ģey odur. 
yanına  çatdıq.  Mənimlə  kəşfiyyat  aparan  əsgərlərdən  birinə  körpünü 
keçib o tayda mövqe tutmağı tapşırdım. Əsgərin tərəddüd etdiyini görüb 
özüm  irəli  addımladıqda  həmin  əsgər  məni  qabağa  buraxmadı.  Özü 
qabağa keçib yavaş-yavaş körpünü keçib o tayda bizi gözlədi. Mən o biri 
əsgəri geri qaytarıb bizimkilərə xəbər vermək üçün göndərdim və özüm 
də  körpünü  keçib  əsgərin  yanına  gəldim  və  bizimkilərin  körpünü 
keçməsini  izlədik.  Körpüdən  bir  qədər  yuxarıda  Yanşaq  kəndindən-
qərərgahdan göndərilmiş maşın bizi gözləyirdi. Yaralıları maşına qoyduq, 
özümüz isə piyada kəndə qalxdıq... 
*   *  * 
Bir  saatdan  sonra  leytenant  Əziz  Abbasov  30  nəfər  əsgərlə 
Yanşaq  kəndinə  gəlib  çıxdılar.  Biz  isə  onların  da  həlak  olmaları  barədə 
qərərgaha  məlumat  vermişdik.  Lakin,  onlar  başqa  bir  istiqamətdən 
düşmən  mühasirəsini  yarıb  mühasirədən  çıxmış  və  meşə  ilə  hərəkət 
edərərək,  başqa  yerdən  Qamışlı  çayını  keçib  Yanşaq  kəndinə  gəliblər. 
Komandirlər  öz  əsgərlərini  yoxladıqdan  sonra  məlum  oldu  ki,  cəmi  14 
nəfər,  o  cümlədən;  kapitan  Mürşüd  Ağa  oğlu  Məmmədov,  gizir  Kamal 
Hüseyn  oğlu  Hacıyev,  əsgərlərdən  Eldar  Hümbətov    və  başqaları  həlak 
olmuşlar. Həlak olanlardan 3 nəfəri  Göyçayın Ləkçibulaq kəndindən, 2 
nəfəri Ucardan idi. Onların meyidləri isə döyüş meydanında qalmışdı... 
Baş  leytenant  Əziz  Abbasovun  dediklərindən:  “Biz  təqribən  30 
nəfərədək  döyüşçü  ilə  düşmən  mühasirəsini  yarmaq  üçün  meşəliklə 
düşmənə xeyli yaxınlaşmışdıq. Ermənilər bizdən bir neçə metr yuxarıdakı 
təpəlikdə mövqe tutmuşdular. Onlar başımızın üstündən atəş açır, bizdən 
isə  xəbərləri  yox  idi.  Hətta  onları  görür  və  danışıqlarını  eşidirdik. 
Ermənilərdən  biri  digərinin  yarasını  sarıyırdı.  Biz  qarışqa  yuvalarının 
arxasında  gizlənmişdik.Güllələrimiz  qurtarmaq  üzrə  olduğundan 
düşmənə  atəş  aça  bilmir,  çıxılmaz  vəziyyətdə  qalmışdıq.  Biz  sürünərək 
meşənin  dərinliyinə  doğru  irəliləyirdik.  Getdiyimiz  yer  isə  düşmən 
mövqelərinin  arxa  tərəfi  idi.  Axşamın  tez  düşməsini  gözləyir,  haradan 
Yanşaq  istiqamətinə  qayıdacağımızı  götür-qoy  edirdik.  Qaranlıq 
düşdüyündən döyüş də səngimişdi. Biz ratsiya olmadığından komandirlə                                                             
əlaqə saxlaya bilmirdik. Gecə səssiz meşə ilə aşağı enib xeyli məsafədə 
dağları dolanaraq Çəpli və Qamışlı kəndlərinin arasından Qamışlı çayını 
keçib Yanşağa qalxdıq”. 
      *   *  * 
Artıq  səhər  açılırdı.Yanşaq  kəndində  artilleriya  əsgərləri  Fikrət, 
Coşqun və digərləri bizə isti çay, çörək verdilər. Onlar yol kənarında ağ 
daşdan tikilmiş və ermənilər tərəfindən yandırılmış bir evin üstünə çadır 


 
238 
çəkib  özlərinə  daldalanacaq  düzəltmişdilər.  Sonra  mən  onların 
çarpayısında uzanıb yatdım. Yarım saat olardı ki, yatmışdım, birdən top 
atəşinə  oyandım.  Top  mərmisinin  qəlpələri  pəncərədən  keçərək  divara 
dəyib  çarpayının  üstünə  düşdü.  Ermənilər  Yanşaq  kəndini  topa 
tutmuşdular.  Mən  evdən  çıxdım  və  top  mərmilərinin  hara  düşdüyünü 
müşahidə  etməyə  başladım.  Birinci  mərmi  evdən  30  metr  aralı-maşın 
yoluna  düşmüşdü.  Artıq  sonrakı  mərmilər  bizdən  200-300  metr  yuxarı 
tərəfə-briqada  qərərgahının  ətrafına  və  topların  yerləşdirildiyi  əraziyə-
Almalıq deyilən yerə- düşürdü. Hər tərəfə yağış kimi qəlpələr səpələnirdi. 
Düşmən  əsasən  komanda  məntəqəsini  və  bizim  toplar  yerləşən  Almalıq 
deyilən  ərazini  atəşə  tutmuşdu.  Əsgər  və  zabitlər  hamısı  səngərlərdə  və 
daldalanacaqlarda  gizlənmişdilər.  Heç  kəs  gözə  dəymirdi.  Mən  təkrar 
“Ağ  ev”ə  qayıdaraq  top  atəşi  altında  uzanıb  yatdım.  Bozlu,  Susuzluq, 
Qasımbinəsi,  Bağırsaq  və  Qamışlı  kəndləri  istiqamətində  isə  döyüşlər 
gedirdi...  
Həmin  gün  top  atəşi  altında  olmağımıza  baxmayaraq,  bir  az 
dincəldik. Axşamüstü tabora yenidən Susuzluq kəndinə getmək və oradan 
döyüşləri  davam  etdirmək  əmr  olunmuşdu.  Komandir  səhər  Susuzluq 
kəndinə  gedəcəyimizi  bildirdi.  Axşamüstü  kəndin  ayrı-ayrı  tövlələlirndə 
daldalanan  əsgərləri  topladım.  Ac  idik.  Təchizat  tağımı  Susuzluq 
kəndində qaldığından əsgər və zabitlər demək olar ki, hamısı ac qalmışdı. 
Birinci  taborun  səhra  mətbəxi  Yanşaq  kəndində  -  bizim  yaxınlığımızda 
idi. Biz 1-ci taborun komandiri kapitan Qurban Qurbanovdan və kapitan 
Bərəm  Lazımovdan  xahiş  etdik  ki,  bizim  əsgərlərə  də  isti  xörək 
versinlər... 
Gecə  kəndin  salamat  qalmış  tövlələrində  və  yandırılmış  evlərin 
künclərində  əsgərləri  yerləşdirdik  və  dincəldik.  Səhərisi  gün-26  yanvar 
1994-cü  il  tarixdə  bizim  tabor  yenidən  Çəpli  kəndinə  tərəf  hərəkətə 
başladı. Susuzluqda əməliyyat bölmə rəisi mayor Qorxmaz Qarayev yeni 
əməliyyat  planı  ilə  biz  zabitləri  tanış  etdi.  Əməliyyat  planına  əsasən. 
bizim  tabor  yenidən  Çəpli  kəndinə  hücum  etməliydi.  Düşmənin  Çəpli 
kəndində  3  ədəd  PDM-i  beş  tankı  və  təqribən  bir  bölüyü  olduğunu 
kəşfiyyatçılarımız  bizə  bildirmişdilər.  Bu  əməliyyatı  mənim  bölüyümə 
həvalə etdilər.  
Tapşırıq  aldıqdan  sonra  əvvəlcə  əsgərlərin  silah-sursatlarını  bir 
daha gözdən keçirdim və patronların kifayət qədər olduğunu yəqin etdim. 
Bundan  başqa  tağım  komandirlərinə,  pulemyotçulara,  snayperlərə  və 
qumbaraatanlara  ayrıca  tapşırıq  verdim.  Günortaya  yaxın  hərəkətə 
başladıq.  Meşəlikdən  və  ərazinin  qayalıqlarından  istifadə  edərək  Çəpli 
kəndinin qayalıq və meşəli yüksəkliklərində mövqe tutduq. Artıq ikinci 


 
239 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin