A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə141/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   137   138   139   140   141   142   143   144   ...   197
Mal itirən, bir Ģey itirmiĢdir, qürurunu itirən  çox Ģey itirmiĢdir.  
Lakin cəsarətini itirən hər Ģeyini itirmiĢdir. ġ a h a b ə d d i n                                                                                 
aydın  idi:  üç  tərəfdən  mühasirəyə  alınmışdıq.  Arxa  tərəfə  çəkilmək  isə 
qeyri-mümkün idi. Çünki arxaya çəkilərkən mütləq atəş altında olan meşə 
talasından keçməliydik. Ani olaraq qərara aldım ki, mövqelərimizi əldən 
vermədən gecə düşənədək mühasirədə döyüşü davam etdirmək lazımdır. 
Biz yuxarı komandanlığa məlumat verib kömək istədik. Komandir ratsiya 
ilə  danışırdı.  “Qorxmaz”  kordinatları  soruşdu  və  toplarla  bizə  kömək 
edəcəyini  bildirdi.  Mən  top  atəşinə  etiraz  etdim,  çünki  düşmənlə 
mövqelərimiz  çox  yaxın  idi.  Top  mərmiləri  öz  mövqelərimizə  düşə 
bilərdi.  Buna  görə  də  düşmənin  Lök  qalasındakı  və  qarşı  təpədəki 
mövqelərini və həmçinin qalanın üst tərəfindəki meşəliyi (oradan düşmən 
arxamıza  keçə  bilərdi)  iri  çaplı  pulemyotlarla  atəşə  tutulmasının  vacib 
olduğunu  bildirdim  və  bu  barədə  F.Alışovla  qısa  məsləhətdən  sonra 
“Qorxmaz”a  məlumat  verdik.  Bir  neçə  dəqiqədən  sonra  Susuzluq 
kəndindən atılan zenit pulemyotunun atəşləri ilə Lök qalasındakı düşmən 
qüvvələri  susduruldu.  Komandir  atəşin  davam  etdirilməsini  yuxarı 
komandanlıqdan xahiş etdi. Lakin vəziyyət çox acınacaqlı idi.  
Mən  döyüşü  aramsız  olaraq  davam  etdirir,  əsgərlərə  düşmən 
mövqelərini  göstərib  arasıkəsilmədən  atəş  açmaq  əmri  verdim.  Bütün 
əmrləri  çağıraraq  verir,  düşmənin  bizdən  az  olduğunu  və  yarım  saata 
onları  məhv  edəcəyimizi  deyir,  əsgərləri  ruhlandırırdım.  Əslində  isə 
vəziyyət  olduqca  pis  idi.  Əsgərlərə  tapşırıq  verə-verə  gözüm  düşmən 
snayperini və pulemyotçusunu axtarırdı. Onların haradan atəş açdıqlarını 
müəyyən  etməyə  çalışırdım.  Çünki  bizə  tərəf  atılan  güllələrin  səsindən 
yəqin  etmişdim  ki,  bir  düşmən  snayperi  və  pulemyotçusu  mövqe 
tutduğumuz  kiçik  təpəni  daimi  atəş  altında  saxlamağa  çalışırlar.  Mən 
yarım metr hündürlyü olan bir daşın arxasından atəş açırdım. Düşmən də 
məni  görmüşdü.  Lakin,  hər  tərəf  açıqlıq  olduğundan  yerimi  dəyişə 
bilmirdim.  Birdən  düşmən  pulemyotçusunun  məndən  üç  yüz  metrədək 
aralıdakı  yamacda,  iri  gövdəli  ağacın  altında  uzanaraq  bizə  tərəf  atəş 
açdığını gördüm. Ağacların altı gölgə olduğundan düşməni gözlə seçmək 
çətin idi. Yalnız, düşmənin qaraltısı görünürdü. Buna baxmayaraq nişan 
alıb  atəş  açdım.  Düşmən  pulemyotçusu  yumalanaraq  yamacla  aşağı 
düşdü.  Pulemyot  susdu.  Ani  olaraq  başımı  daşın  arxasına  tərəf 
çəkməyimlə düşmən snayperindən atılan güllə qulağımın dibindən keçdi.  
Elə bu vaxt yenidən düşmən pulemyotu şaqqıldamağa başladı. Yəqin ki, 
vurulanı başqası əvəz etmişdi. Mən yenidən nişan alaraq atəş açdım. 
Avtomatik  atılan  güllələr  ikinci  düşməni  də  yerində  haqladı.  Pulemyot 
yenidən  susdu.  Mən  dayanmadan,  ardıcıl  olaraq  nişan  alıb  atəş  açırdım. 


 
232 
Lakin,  düşmən  imkan  vermirdi  ki,  davamlı  olaraq  atəş  açım.  Başımı 
yayındıran  kimi  düşmən  güllələri  də  daşlara  dəyib  ora-bura  çovuyurdu. 
Arabir  gizləndiyim  kiçik  daşın  arxasından  əsgərlərə  də  atəşi 
dayandırmamağı  qışqıraraq  deyirdim.  Bir-iki  dəqiqədən  sonra  yenidən 
düşmən  pulemyotu  atəş  açmağa  başladı.  Bu  öldürülənin  yerini  tutmuş 
başqa bir düşmən idi. Mən onu da gördüm. Düşmən pulemyotçusu yerini 
dəyişərək  indi  də  başqa  ağacın  altından  atəş  açırdı.  Ətrafıma  yağan 
işıqsaçan güllələr daşlara dəyərək hər tərəfə çovuyur, vahiməli bir səslə 
vızıldayırdı.  Onu  da  5.45  mm-lik  avtomatın  dəqiq  atəşi  ilə  vurdum, 
pulemyot susdu və bir daha bizə atəş açmadı. Düşmən snayperi isə gözə 
görünmürdü. O, hardasa daha uzaqda, bəlkə də hansısa ağacın üstündə və 
yaxud kolluqda güzlənmişdi.  
İki saata yaxın idi ki, döyüş gedirdi. Talada yaralanan əsgərlərin 
səsi gəlir, köməyə çağırdıqları eşidilirdi. Mənim bölüyümün əsgərləri sağ 
tərəfdəki  qarlı  təpədə  atəşi  arasıkəsilmədən  davam  etdirir,  düşmənin 
mühasirəni qapatmasına imkan vermirdilər. Lakin irəlilədikcə güclü atəş 
altına düşür və geriyə çəkilirdilər. Hər dəfə irəliyə sürünərkən bir nəfərə 
güllə  dəyir  yaralanırdılar.  Mən  yaralının  bir  qədər  onlardan  arxa  tərəfə-
çökəkliyə  çıxarlmalarını  tapşırır,  onların  yaralarını  sarıtdırırdım.  Sol 
cinahda-talada da yaralılar var idi. Taladan yaralıları çıxarmaq, onlara ilk 
tibbi yardım göstərmək lazım idi. Ona görə də çavuş Məmmədin tağımını 
iki  dəstəyə  böldüm.  Bir  dəstəyə  düşməni  daimi  atəş  altında  saxlamaq, 
digər  dəstəyə  isə  təpənin  qarlı  aşırımı  ilə  sürünərək  taladan  yaralıları 
çıxarmaq  əmri  verdim.  Əsgərlər  10  nəfərədək  yaralını  döyüş 
meydanından çıxarmağa nail oldular. Onlara ağacların arasında ilk tibbi 
yardım göstərilməsini təşkil etdim. Yaralılardan ikisi ağır vəziyyətdə idi, 
xeyli  qan  itirmişdilər.  Biri  çiynindən,  digəri  isə  döş  qəfəsindən 
yaralanmışdı.  Əvvəlcə  yaralılara  ağrıkəsici  iynə  vurulmasını  və  sonra 
yaralarının sarınmasını qışqıraraq əsgərlərə tapşırdım. 
Döyüş zamanı bütün komandaları səslə verir, eyni zamanda özüm 
avtomatla  qarşı  təpədəki  düşmən  mövqelərinə  atəş  açmağa  davam 
edirdim.  Komandir  F.Alışov  rabıtəçi  əsgərlə-səhv  etmirəmsə,  rabitəçi 
əsgərin adı Rafiq idi-sağ tərəfimdə yerə uzanıb ratsiya ilə danışır, hərdən 
mənimlə  məsləhətləşir,  məndən  nəyisə  soruşurdu.  Mən  atəş  aça-aça  ona 
qısa cavablar verir və bildirirdim ki, sağ  cinahımızı-meşəliyi və qalanın 
üst  tərəfini  yuxarı  komandanlıq  atəş  altında  saxlasın.  Komandir  bildirdi 
ki,  X.Hümbətovu  öz  dəstəsi  ilə  bizə  köməyə  göndəriblər,  bir  saat  olar. 
Artıq  üç  saata  yaxın  idi  ki  mühasirədə  döyüşürdük.  Meşə  talasındakı 
qurumuş  otlar    qumbaraların  partlayışından  odlanıb  yanırdı.  Hər  tərəf 
tüstüyə bürünmüşdü. Tüstüdən istifadə etməklə biz həm düşmən 


 
233 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin