A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə139/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   135   136   137   138   139   140   141   142   ...   197
At daşında mühasirə 
Kapitan Mürşüd Məmmədov əsgər Eldar Hümbətovla Qanlıkənd 
ətrafında-Lök qalası, Qanlıkənd və At daşı adlanan ərazilərdə  kəşfiyyat 
aparmış,  oralarda  ermənilərin  mövqelərinin  və  qüvvələrinin  olmadığını 
bildirmişdi. Biz bütün gecəni sabahkı əməliyyatın necə aparılması barədə 
götür-qoy etdik. Lakin, düşmənin Seyidlər kəndi tərəfdən əks-hücumunu 
gözlədiyimiz bir vaxtda yenidən düşmən arxasına getməyimizin təhlükəli 
olacağını  hamımız  hiss  edirdik.  Bundan  başqa  bizim  sağ  cinahımızda-
Bozdu  kəndi  yüksəkliyində  də  döyüş  gedirdi.  Bizim  tabor  düşmən 
mövqelərinin  içərisinə  doğru  irəlilədiyinə  görə  və  dərənin  içərisində 
olduğumuza görə tutduğumuz mövqe əlverişsiz idi. Buna görə də Qamışlı 
çayının  sağ  tərəfinə  keçilməsi  və  yolun  nəzarətsiz  qoyulmasını  düzgün 
hesab  etmirdik.  Mənim  təkidimlə  komandir  yuxarı  komandanlığa  bu 
barədə məlumat verdi və biz At daşına qalxdıqdan sonra Çəpli kəndinin, 
həmçinin  yolun  müdafiəsinin  təşkil  edilməsinin  vacib  olduğunu  bildirdi.  
“Qorxmaz”  bildirdi  ki,  Çəpliyə  əlavə  qüvvə  gətiriləcək,  siz  vaxtı 
itirmədən At daşına qalxmalısınız.  
Yanvarın  24-də  səhər  tezdən  hərəkətə  başladıq.  Bu  ərazidə 
düşmən  olmadığını  yəqin  edərək  tam  arxayın  gedirdik.  Qamışlı  çayını 
Çəpli  körpüsündən  keçıb  Lök  qalasının  yanından  meşə  ilə  At  daşı 
yüksəkliyinə  qalxmağa  başladıq.  Meşəliklə  dərə  yuxarı  qalxırdıq.  Sərt 
yoxuş  və  yarğanlar  irəliləməyimizə  mane  olurdu.  Leytenant  Əziz 
Abbasov  3-4  nəfərlə  qabaqda  mühafizə  dəstəsi  ilə  hərəkət  edirdi.  Biz 
əvvəlcə  Lök  qalasını  dolanaraq  onun  üst  tərəfindən  Qanlıkənd 
istiqamətində  hərəkət  etmək  istədik.  Lakin,  qalanın  altından  keçdikdən 
sonra  fikrimizi  dəyişərək  yüksəkliklikdə  hərəkət  etməyin  doğru  olduğu 
qərarına  gəldik  və  beləliklə  At  daşı  istiqamətində  meşə  ilə  dik  yoxuşla 
qalxmağa  başladıq.  Qarlı  meşədə  irəliləmək  çətin  idi.  Saat  11-də  At 
daşına çatdıq. Ermənilərin bizi görməməsi üçün əsgərləri dərədə saxladıq 
və  biz-bütün  komandirlər  seyrək  palıd  ağacı  olan  qayalı  bir  təpəyə 
qalxdıq.  Əraziyə  yenidən  baxış  keçirdik  və  bölüklərin  mövqe  tutması 
üçün yerləri müəyyənləşdirdik. Düşmən gözə dəymirdi, tam arxayın idik. 
Mən  bölüklə  Qanlıkəndin  cənub  tərəfində-qarlı  yüksəklikdə,  leytenant 
Z.Tağıyev  öz  bölüyü  ilə  kəndin  qərbində,  A.Nağızadə  isə  digər  bölüklə 
Lök  qalası  ətrafında  mövqe  tutmalı  idi.  Beləliklə  biz  Qamışlı  çayı 
dərəsindəki  bütün  yüksəklikləri  ələ  keçirməklə  düşmənin  bütün 
hərəkətlərinə  nəzarəti  də  öz  əlimizə  alacaqdıq.  Onda  düşmənin  geriyə 
çəkilməyən və inadlı müdafiə olunan Təkəqayası istiqamətindəki  


 
228 
qüvvələrinin  mövqeləri  zəifləməli  və  bizimkilərin  hücumlarının 
genişlənəciyi labüd idi. 
Beləliklə  25  gün  ərzində  bizim  tabor  3-cü  dəfə  idi  ki,  düşmən 
arxasına  göndərilirdi.  Bizim  taborun  apardığı  uğurlu  əməliyyatlar 
briqadanın digər tabor və bölmələri üçün nümunəyə çevrilmişdi. Taborun 
əsgər  və  zabitlərinin  əksəriyyəti  kəlbəcərli  olduğundan  ərazini  yaxşı 
tanıyır,  döyüşlərdə  vacib  yüksəklikləri  ələ  keçirilməsində  çətinlik 
çəkmirdilər.  
At  daşı  yüksəkliyi  Kəlbəcərin  Qanlıkəndlə  Güneypəyə 
kəndlərinin arasında bir aşırım idi. Seyrək palıd meşəsi və talaların arası 
ilə  maşın  yolu  Qanlıkənd  kəndini  Güneypəyə  ilə  birləşdirirdi.  Cənub-
şərqdə  Güneypəyə  kəndinin  üstündəki  tövlələr  görünürdü.  Qamışlı  çayı 
dərəsinin o tayında-Bozlu və Təkəqayası kəndləri uğrunda şiddətli döyüş 
gedirdi.  Ermənilərin  hücum  edən  tanklarını  görürdük.  Təkəqayasında 
mərmi ilə dolu düşmən maşını vurularaq alovlanmışdı. Mərmilər maşında 
yanaraq  ətrafa  uçuşur  və  partlayırdı.  Biz  dayandığımz  yüksəklikdən 
həmin döyüşü izləyir, düşmən hədəflərinin yerini “Nəriman”, “Qorxmaz” 
və ya “01”-ə ratsiya ilə bildirirdik. “Nəriman”- hərbi hissə komandirinin 
müavini,  mayor  N.Zeynalovun,    “Qorxmaz”-əməliyyat  bölməsi  rəisi, 
mayor 
Q.Qarayevin, 
“01”-  qərərgah  rəisi,  polkovnik-leytenant 
E.Həsənovun,  “Noğul-26”  isə  bizim  taborun  çağırışı  idi.  Biz  yarım  saat 
idi  ki,  həmin  yüksəklikdən  Bozlu  istiqamətində  hücuma  keçən  1-ci 
taborun  döyüşünə  baxır,  düşmən  tanklarının  yerini  onlara  ratsiya  ilə 
bildirirdik. Elə bu zaman biz Lök qalasının üstündə ermənilərin olduğunu 
müşahidə  etdik.  Qala  divarları  üzərində  və  arxasında  bir  neçə  düşmən 
əsgəri  gözə  dəyirdi.  Biz  qalanın  altından  səhər  tezdən  keçmişdik,  lakin 
onları görməmişdik. Yəqin ki, düşmən ya bizi görməmiş, ya da elə indi 
qalaya  qalxmışdı.  Biz  onlara  əhəmiyyət  vermədən  döyüşlərin  gedişini 
uzaqdan  izləyirdik.  Elə  bu  vaxt  düşmən  12  ədəd  zirehli  texnika  və  500-
dək  canlı  qüvvə  ilə  Seyidlər  kəndi  istiqamətindən  Çəpli  kəndinə  doğru 
hücuma  keçdi.  Düşmən  əsgərləri  körpünün  yuxarısında  maşınlardan 
tökülərək,  yol  və  onun  ətrafı  ilə  Çəpli  kəndi  istiqamətində  tankların 
köməyi  ilə  hücuma  keçdi.  Onlar  körpünü  keçərək  çayın  sağ  sahilinə-
bizim tərəfə doğru-keçir və dağların arxasında gözdən itirdilər. Biz yuxarı 
komandanlığa  təcili  bildirdik  ki,  düşmən  Çəpli  kəndinə  hücuma  keçib. 
10-15 dəqiqədən sonra düşmən qüvvələrinin Çəpli kəndinə yaxınlaşdığını 
gördük. Kənddə isə onların qarşısına çıxacaq bir qüvvə qalmamışdı. Arxa 
tərəfimiz 
müdafiəsiz  qalmışdı.  Kəndin  şimalında  qayalıqlarda 
yerləşdirilmiş  Daşkəsən-Şəmkir  briqadasının  kiçik  bir  dəstəsi  düşmən 
tanklarının və PDM-lərinin atəşinə tab gətirməyərək Susuzluq kəndinə  


 
229 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin