A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə135/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   131   132   133   134   135   136   137   138   ...   197
“Çəpli” əməliyyatı 
Hər dəfə hücuma gedəndə içimdən bir hayqırtı gəlirdi, qışqıraraq 
düşmənə    “Ey  ermənilər  sizinlə  döyüşə  qisasçılar  gəlir!”-demək 
istəyirdim...  
1994-cü il yanvar ayının 23-də bizə əmr verildi ki, Çəpli kəndinə 
hücum etməli, Göyçədən Ağdərəyə gedən yol-ermənilərin Qarabağla əsas 
əlaqə yollarından biri-nəzarətə götürülməlidir. Bu döyüşlərdə bizə mayor 
Q.Qarayev  rəhbərlik  edirdi.    Tabor  komandiri  baş  leytenant  F.Alışov 
mənə bölüklə Çəpli kəndinin üstündəki qayalıqda mövqe tutmağı tapşırdı. 
Biz  qayalıqlara  çatanda  ermənilərin  maşın  karvanı  Çəpli  kəndinə 
yaxınlaşırdı.  Əlbəttə,  düşmən  bizim  yaxında  olmağımızı  bilmirdi.  Kənd 
və yol sanki ayağımızın altında idi. Maşın karvanı Çəpli kənd körpüsünə 
yaxınlaşanda  əsgərlərə  vaxtı  itirmədən  atəş  əmri  verdik.  Sağ  tərəfdəki 
bölüklər də eyni vaxtda öz atəşləri ilə bizə kömək edərək atəş açdılar. Elə 
ilk  atəşdə  maşınlardan  biri  yandı.  Çayın  kənarı  ilə  dolanbac  yollarda 
düşmənin  maşın  karvanı  dayandırıldı.  Bir-iki  maşın  döngələrin  arxasına 
çəkilərək görünməz oldu. Digər maşınlardan tökülüşən düşmən əsgərləri 
bizimkilərin  atəşi  altına  düşərək  hara  qaçdıqlarını  bilmirdilər.  Ora-bura 
vurnuxan  ermənilər  Fazilin  pulemyotuna  və  bizim  avtomatçıların 
güllələrinə  tuş  gələrək  yolun  içərisinə  və  döngələrə  sərilirdilər. 
Maşınların  biri  alışaraq  erməniləri  daha  da  vahiməyə  salmışdı.  Bir  saat 
davam edən döyüşdə erməni və rusların maşın karvanı darmadağın edildi. 
Döyüşdən sonra  qayaların arasındakı cığırlarla kəndə yaxınlaşan kapitan 
Mürşüd Məmmədov və əsgərlər yaxınlıqdakı evdə ermənilərin olduğunu 
bildirdilər.  Biz  onları  mühasirəyə  alaraq  təslim  olmalarını  tələb  etdik. 
Onlar  müqavimət  göstərmədən  təslim  oldular.  Beş  nəfər  zabit  və  gizir 
idilər.  İlkin  məlumatlar  aldıqdan  sonra  məlum  oldu  ki,  onlardan  biri  -
hərbi  komissar  Aşot  Qriqoryan,  digər  dörd  nəfər  isə Ermənistandakı  rus 
diviziyasının zabitləridir. Onlar bildirdilər ki, Çəpli və Qamışlı kəndində 
döyüşənlərə kömək üçün 240 nəfər əsgər gətiriblər.  
Bu  döyüş  nəticəsində  Göyçə-Ağdərə  yoluna  nəzarəti  öz  əlimizə 
aldıq. Düşmənin 240 nəfərdən çox canlı qüvvəsi, bir tankı, iki avtomobili 
məhv  edildi,  üç  ədəd  PDM-i,  6  ədəd  müxtəlif  markalı  avtomobili,  xeyli 
silah-sursat  və  ərzağı  ələ  keçirildi.  Bu  əməliyyata  görə  taborun  bütün 
döyüşçülərinə  təşəkkür  elan  edildi,  Fehruz  Alışov  “Hərbi  xidmətlərə 
görə”  medalı  ilə,  taborun  bütün  zabitlərinin  isə  növbədənkənar  hərbi 
rütbə  ilə  təltif  olunduqları  elan  edildi.  Döyüşdə  zabitlərdən:  Fehruz 
Alışov, Ziyafət Tağıyev, Nizami Bayramov, Mürşüd Məmmədov, Kamal 


 
223 
Təmiz adamlar üçün namus,  qeyrət və Vətən öz canından da qiymətlidir. 
                                                                                                  M ü ə l l i f 
Hacıyev,  Çıraq  Bayramov,  Adil  Nağızadə,  Əziz  Abbasov,  Hüseyn 
Nəbiyev, Xalid Hümbətovun, əsgərlərdən: pulemyotçu Fazil Musa  
oğlunun,  Mikayılın  Həbib  oğlunun,  Vəliyev  Məmmədin,  Nofəlin  və 
digərlərinin qoçaqlıqlarını xüsusilə qeyd etmək lazımdır. 
Eyni  vaxtda  briqadanın  digər  taborları  da  uğurlu  döyüşlər 
apararaq  Kəlbəcərin  Qamışlı,  Bağırsaq,  Qasımbinəsi  kəndlərini  və 
Çiçəklidağ  yüksəkliyini  düşməndən  azad  etmişdılər.  Həmin  döyüşlər 
zamanı  erməni  başkəsənlərindən  biri  olan  bir  polkovnik  də 
öldürülmüşdür.  Qamışlı  kəndi  uğrunda  döyüşlərdə  də  düşmən 
darmadağın  edilmişdi.  Kəndin  yuxarısındakı  çay  kənarında  tək  evdə-
meşəbəyinin evində-düşmənin 30 nəfərədək canlı qüvvəsinin gizləndiyini 
aşkar etdıkdən sonra onları mühasirəyə alıb  təslim olmalarını əmr etdik. 
Düşmən  isə  döyüşü  davam  etdirir,  təslim  olmaq  istəmirdi.  Üst  tərəfki 
qayalıqdan  ev  tam  bizimkilərin  nəzarətində  idi.  Hətta  evin  və  tövlənin 
pəncərəsindən  içəriyə  bir  neçə  qumbara  atdıq.  Yuxarı  komandanlığa 
məlumat  verildi  ki,  düşmən  təslim  olmaq  istəmir.  “01”-qərərgah  rəisi 
polkovnik-leytenant  E.Həsənov-  əmr  verdi  ki,  təslim  olmurlarsa,  onları 
məhv edin. Düşmən hər tərəfdən atəşə tutularaq məhv edildi. Biz evin və 
tövlənin  içərisində  30  nəfər  düşmən  əsgərinin  və  bir  podpolkovnikin 
meyidinin qaldığını gördük... 
 
Düşmən  əks-hücuma  hazırlaşırdı.  Biz  düşmən  texnikasının  və 
əsgərlərinin  iki  kilometr  bizdən  aralı-Seyidlər  kəndinin  yaxınlığında 
toplaşdığını  müşahidə  edirdik.  Axşam  bölüyün  bir  tağımını  Çəpli 
kəndinin qərbində hündür qayalıqlarda yerləşdirdim ki, Seyidlər körpüsü 
tərəfdə  ermənilərin  toplanmış  12  ədəd  tank  və  PDM-lə  təchiz  olunmuş 
qüvvələrinin gözlənilən əks-hücumunun qarşısını ala bilək.  
Gecə  Çəpli  kəndində  salamat  qalmış  yeganə  evdə  (bu  ev 
ermənilərin  qərərgahı  imiş)  toplaşdıq.  Orada  bir  neçə  gündən  sonra  ilk 
dəfə  olaraq  əl-üzümüzü  bulaq  suyu  ilə  yuduq.  Döyüşlər  vaxtı  qarla  əl-
üzümüzü  yuyurduq.  İndi  isə  bir  neçə  gündən  sonra  ilk  dəfə  isti  yemək 
hazırlamaq  istədik.  Ət  konservi  isitdik  və  kartof  qaynatdıq.  Sonra  zabit 
yoldaşlarla-Fehruz  Alışov,  Ziyafət  Tağıyev,  Nizami  Bayramov,  Mürşüd 
Məmmədov,  Kamal  Hacıyev,  Çıraq  Bayramov,  Adil  Nağızadə,  Əziz 
Abbasov,  Hüseyn  Nəbiyev,  Xalid  Hümbətov  və  digərləri  ilə  sabahkı 
döyüş əməliyyatını  müzakirə etdik. Mən bir daha əsgərlərin sursatını və 
ərzağını  yoxladın  və  mövqeləri  gəzərək  onlarla  söhbət  etdim.  Gizir 
Kamal Hacıyev Bozlu əməliyyatı zamanı ermənilərin pusqusuna düşərək, 
onların 8-10 metrliyindən necə qaçıb salamat qurtardığını həmin gecə 


 
224 
mənə danışdı... 
Taborun  qarşısında  daha  çətin  bir  tapşırıq  dururdu:  tabor  “At 
daşı”  deyilən  yüksəkliyə  qalxmalı,  Qanlıkəndin  üst  tərəfindən  hərəkət 
edərək  Dəmirçidam  kəndini  azad  etməli,  Göyçə-Ağdərə  yolunu 
bağlamalı,  Kəlbəcər  şəhərinə  hücuma  hazırlaşmalı  idi.  Kəlbəcərə 
sancmaq üçün bayraq da hazırlamışdıq...  
Gecə  baş  leytenant  N.Bayramovla  ratsiyada  bizim  digər 
taborların  apardığı  döyüşlərə  qulaq  asırdıq.  Ratsiyaya  qulaq  asdıqca 
Qamışlı  kəndi  uğrunda  gedən  döyüşlər  daha  çox  maraq  doğururdu. 
Ratsiyada  “Koroğlu”nun  məlumatı  daha  maraqlı  idi.  O  bildirirdi  ki, 
Ermənistan istiqamətindən bizə tərəf  32 ədəd maşın və hərbi texnikadan 
ibarət  karvanı irəliləyir...  
Bizim sol cinahda Qamışlı kəndi uğrunda da üç gün idi ki, ardı-
arası  kəsilmədən  avtomat  şaqqıltısı  eşidilir,  gərgin  bir  döyüş  gedirdi. 
Ermənilər  itirilmiş  yüksəkliyi  ələ  keçirməyə  çalışaraq  tez-tez  hücuma 
keçir, bizimkilər isə onları Qasımbinə kəndinin yaxınlığındakı meşəli dağ 
zirvəsindən  atəşə  tutaraq  geri  qaçmağa  məcbur  edirdilər.  Həmin 
döyüşlərin iştirakçısı olan bir döyüşçü sonralar bizə söyləyirdi ki, bir dəfə 
ermənilər  bizim  mövqelərə  hücuma  keçdi  və  biz  yüksəklikdən  düşməni 
güclü  atəşə  tutduq.  Ermənilər  davam  gətirə  bilməyib    dağdan  üzü  aşağı 
qaçmağa  başladılar.  Düşməni  qovarkən  döyüşçülərdən  birinin 
pulemyotunun  darağında  güllələr  qurtarmış  və  o  imkan  tapmamışdır  ki, 
darağı  doldursun.  Pulemyotu  yerə  qoyub  qaçan  ermənini  qovub  tutmaq 
istəmişdi. Erməni qaçaraq özünü qayadan aşağı atmışdı...  
 
Tərtər bölgəsi-1994-cü il 


 
225 
 
Ən haqsız barıĢı, ən ədalətli döyüĢə seçərəm. 
                                                             F r i d r i x   H o l d e r l i n  
 
 
 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin