236
döyüş səngimişdi, ara-sıra avtomat və pulemyotların səsi eşidilir,
ətrafımızda işıqsaçan güllələr vıyıldayırdı.
Yuxarı komandanlıqdan əmr verildi ki, mühasirədən çıxıb
Qamışlı kəndinə tərəf hərəkət etməli və oradan Yanşaq kəndinə
qalxmalıyıq. Bir gün əvvəl azad etdiyimiz Çəpli kəndi indi ermənilərin
əlində idi. Gəldiyimiz yolla qayıtmaq qeyri-mümkün idi. Buna görə də
biz dağları dolanaraq 20 kilometr məsafəni qət etməli idik. Mühasirədən
çıxmaq üçün biz düşmənin mövqe tutduğu təpənin cənub yamacı ilə aşağı
enməli, atəş altında olan arxadakı təpəni dolanıb keçməliydik. Mən 1-ci
tağımın komandiri Məmmədə atəşi davam etdirməyi tapşırdım və
beləliklə taborun mühasirədən çıxmasına şərait yaratmağa çalışırdım.
Özüm də onların yanında qaldım və düşmən mövqelərinə atəş açmağa
başladıq. Digər bölüklərin xeyli uzaqlaşmalarına və mühasirədən
çıxmalarına şərait yaratdıq. Yarım saatdan sonra biz də döyüş mövqeyini
tərk etdik. Özümüzünkülərin yanına çatanda onlar meşədə bizi
gözləyirdilər. Gecənin qaranlığında 10 nəfər yaralını aparmaq əsgərləri
yormuşdu. Döyüşdə aclıq və susuzluğu hiss etməsək də, artıq indi
susuzluq və aclıq öz təsirini göstərirdi. Meşədə qar yeyə-yeyə
irəliləyirdik. Bir qədər də getdikdən sonra Qamışlı kəndinin üstündəki
yüksəklikdə yarım saat dincəlməyi qət etdik. Çantasında çörəyi və
konservi olanlar var idi. Çantalarımızda qalan çörək və konservləri
bölüşdürüb yedik və yenidən hərəkətə başladıq. Qarşıda-Qamıçlı
kəndinin yaxınlığındakı hündür qayaların başında- düşmən var idi. Biz
isə həmin qayaların altından keçib körpüyə yaxınlaşmalı idik. Buna görə
də mən iki əsgərlə 200 metrədək qabaqda gedərək kəşfiyyat aparıb
dayanır, əsgərlərdən birini arxaya göndərərək bizimkilərin gəlməyini
gözləyir, onları orada qoyub yenidən kəşfiyyat aparırdım. Kəndin üst
tərəfindən uçurumlu bir dərədən çətinliklə keçərək və yaralıları da
keçırərək körpünün yanındakı evlərə yaxınlaşırdıq. Sol tərəfdəki hündür
qayalarda ermənilərin mövqeləri var idi. Onlar bizim burada olmağımızı
bilsələr vəziyyət çıxılmaz olardı. Biz tam səssiz hərəkət edərək körpüyə
yaxınlaşırdıq. Bütün əsgər və zabitlərə tapşırıq verdim ki, əgər bizi atəşə
tutsalar, döyüşə-döyüşə Qamışlı çayını keçməliyik. Körpüyə
yaxınlaşdıqda qarşı dağda yerləşən bizim mövqelərdən bizə tərəf və
yuxarı qayalıqlara tərəf atəş açıldı. Güllələr ətrafımızdakı qayalara və
evlərin divarlarına dəyirdi. Biz ratsiya ilə “01”-ə məlumat verdik ki,
bizimkilər atəşi dayandırsınlar, güllələr bizə dəyə bilərdi. Ermənilərin
mövqe tutduqları qayalıqdan isə qarşı tərəfdəki meşəliyə tək-tək atəş
açılırdı. Bir azdan ermənilərin atəşi tam dayandı, səs-səmir gəlmirdi.
Daha bizimkilərin atəşinə heç bir cavab verilmirdi.
Nəhayət körpünün