248
mağaradan çıxaraq gödəkcəsini çıxarıb başının üstündə yelləməyə
başladı. Vertalyotdakı döyüşçülər onu gördülər və vertalyotu yaxınlığa
endirməyə başladılar. Sağ qalanlarımız beləliklə xilas olduq”.
Murovdağ silsiləsinin Yeddiqardaş, Koroğlu və digər zirvələrini aşarkən
briqadanın çoxlu sayda əsgər və zabiti həlak oldu, 500 nəfərdən çox əsgər
don vurmadan əl və ayağı kəsilərək şikəst oldu. 3-cü taborun komandiri
baş leytenant Fehruz Alışov, baş leytenant Xalid Hümbətov, Şahin
Süleymanov, Mirzəli Mehdiyev, pulemyotçu Elxan-cəmi 11 nəfər isə qar
uçqunu altında qalaraq həlak oldular.
Əziziyəm, Murovda,
Əridi qar-qırov da.
Neçə igid gəlmədi,
Buza döndü Murovda.
Olmaz sənə tay Murov,
Umdum səndən pay Murov.
Özün
boyda ərləri,
Necə uddun, ay Murov?
Bu əməliyyatların uğursuz sonluğunu hərbi hissənin qərərgah rəisi
polkovnik-leytenant E.Həsənov belə şərh edir: “Kəlbəcərə hücum planı
hələ 1993-cü ilin yayında hazırlanmışdı. Bu plana əsasən Kəlbəcər
bölgəsi qısa bir vaxtda azad edilməli idi. Hərbi hissə yaxşı təchiz
edilmişdir. 1993-cü ilin noyabrında hərbi müşavirədə Kəlbəcərə hücum
etmək qərara alındı. Əməliyyatların məhz qışda başlamasına mən etiraz
etdim. Bununla da məni tutduğum vəzifədən uzaqlaşdırdılar. Dekabrda
başlanan əməliyyat çətin olsa da uğurla keçdi. 3-cü taboru Daşkəsənin
Zivlən kəndindən Kəlbəcərin Bozlu və Təkəqaya kəndləri istiqamətində
düşmən arxasına göndərdik. Digər taborlar isə Ömər aşırımından enərək
düşməni ağır itkilərə məruz qoydular. Artıq Kəlbəcər bölgəsinin böyük
bir ərazisi azad edilmişdir. Əsgər və zabitlərimiz yüksək vətənpərvərlik
hissləri ilə döyüşə atılmış, Murovdağın qarlı zirvələrini və aşırımlarını
qəhrəmanlıqla fəth etmiş, düşmən üzərinə əfsanəvi bir yürüş etmişdilər.
3-cü tabor-Kəlbəcər batalyonu-Daşkəsəndən Murovdağ silsiləsini aşaraq,
60-70 kilimetrlik bir məsafəni yürüş etmiş və 2 yanvar 1994-cü ildə
Kəlbəcərin Bozlu, Babaşlar və Təkəqaya kəndlərini düşməndən azad
etmişdir. Həmin tabor mühasirədə qaldığı üçün Murovdağı yenidən
geriyə aşmış və bir həftədən sonra digər taborlarla Murovdağın Ömər
aşırımından enərək Yanşaq, Qasımbinə, Zallar, Bağırsaq, Susuzluq
kəndlərini və həmçinin, yenidən Bozlu, Babaşlar və Təkəqaya kəndlərini
ermənilərdən azad etmişdir. Kəlbəcər batalyonu bir ay ərzində üç dəfə
düşmən arxasına göndərilmiş (birinci dəfə 30 dekabr 1993-cü
il tarixdə