A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə145/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   141   142   143   144   145   146   147   148   ...   197
Ölümlə heç bir zaman qarĢılaĢmayacaqsan. Ölüm varsa sən yoxsan, sən 
varsa- ölüm yox.. O halda ölümdən qorxmaq axmaqlıqdır.
  
 
 
 
 
dəfə  idi  ki,  Çəpli  kəndinə  hücum  edirdik.  Düşmən  kəndin  içərisindəki 
evlərdə  və çayın  o tayında  mövqe  tutmuşdu.  Mən atəş  əmri  verdim.  Elə 
ilk dəqiqələrdə ermənilərin bir tankını vura bildik. Tank yanmağa başladı. 
Ermənilər  PDM-lərdən  düşüb  qaçmağa  başladı.  Yarım  saat  ərzində 
düşmən 15 nəfər canlı qüvvə, 3 PDM, bir tank itirərək Seyidlər kəndinə 
tərəf  geri  çəkildi.  Bir  saatdan  sonra  artıq  biz  kəndə  nəzarət  edirdik. 
Düşməndən qənimət kimi götürdüyümüz PDM-ləri təmir etmək lazım idi. 
Bunun  üçün  Susuzluq  kəndindən  traktor  gətirib  PDM-ləri  ona  qoşaraq 
bir-bir  Susuzluq  kəndinə  çıxardıq...  Axşamüstü  mövqelərimizi  başqa 
bölüyə təhvil verib Susuzluq kəndinə qalxdıq.  
*   *  * 
Yanvarın 27-də komandir məni çağırıb üç gün əvvəl mühasirəyə 
düşdüyümüz  “At  daşı”na  qalxmağı  və  orada  döyüş  meydanında  qalmış 
döyüşçülərimizin meyidlərini götürməyi tapşırdı. O, əlavə edərək bildirdi 
ki,  artıq  4-cü  tabor  Qamışlı  kəndini  azad  edərək  At  daşına-bizim 
mühasirəyə  düşdüyümüz  yerə  çıxmışdır. Mən  baş leytenant  A.Nağızadə 
ilə bölüyün 75 nəfər əsgərini cərgəyə düzdüm, onların silah-sursatını bir 
daha yoxladım, tapşırığı onlara bildirdim və müvafiq təlimatlar verdim.  
Qaranlıq  düşməmiş  At  daşına    çatmaq  lazım  idi.  Ona  görə  mən 
vaxt  itirmədən  komanda  verdim  və  bir  cərgə  ilə  hərəkətə  başladıq. 
Susuzluq  kəndindən  aşağı  enərək  Çəpli  kənd  körpüsünü  keçib,  meşə 
cığırı ilə, sərt yoxuşla yavaş-yavaş At daşına qalxırdıq. Mən gah qabaqda
gah  ortada,  gah  da  arxa  cərgədəki  əsgərlərlə  irəliləyir,  yol  gedə-gedə 
onların əhval-ruhiyyələrini yüksəltməyə çalışırdım. Əsgərlərin bəzilərinin 
həyəcan  keçirdiyin  hiss  edirdim.  Çünki  iki  gün  əvvəl  getdiyimiz  yerdə 
mühasirəyə  düşmüşdük.  Əsgərlərin  çoxunun  üz-gözündə  həyəcanı  sezir, 
onlara  ürək-dirək  verməyə  çalışırdım.    Lakin,  buna  nail  ola  bilmirdim. 
Əsgərlər gah mənə, gah da A.Nağızadəyə yaxınlaşır yenə də At daşında 
döyüşəcəklərini və yaxud  orada bizimkilərin olub-olmamalarını soruşur, 
daxili  bir  həyəcanla  addımlayırdılar.  Mən  onlara  düşmənin  uzaqda 
olduğunu və 4-cü taborun düşməni oradan uzaqlaşdırdıqlarını bildirir,  
təhlükəli heç nə olmadığını deyirdim. Lakin, əsgərlərin yenə də həyəcanlı 


 
240 
olduqlarını  hiss  edir,  onları  sakitləşdirməyə  çalışırdım.  Meşə  cığırı  ilə 
yuxarı  qalxır,  demək  olar  ki,  danışmırdıq.  Mən  əsgərlərə  ürək-dirək 
versəm də onları üç gün əvvəl mühasirəyə düşdükləri və ölümdən  
çətinliklə xilas olduqları yerə yenidən aparmaq üçün əhval-ruhiyyələrinin 
lazımi qədər olmadığını yaxşı dərk edirdim.  
Cığırla  yuxarı  qalxarkən  qəfil  dilimin  ucuna  gələn  sözləri 
zümzümə  etməyə  başladım:  “İgid  əsgər,  möhkəm  dayan,  möhkəm 
dayan...” Mahnının sözlərini tam bilməsəm də  astaca zümzümə edirdim. 
Axı  mən  heç  vaxt  əsgərlərin  yanında  və  ya  başqa  vaxt  mahnı  oxuyan 
deyildim.  Əsgərlərdən  bəziləri  təəccüblə  mənə  baxır,  bəziləri  isə 
gülümsünürdülər.  Bu  iki-üç  kəlmə  söz  bütün  əsgərlərin  üzünə  bir 
təbəssüm  gətirdi  və  onların  döyüş  ruhunu  geri  qaytardı.  Hamının  əhvalı 
yaxşılaşdı. Onlar əlbəttə, komandirin əhvalının yaxşı olduğunu görüb hər 
şeyin yaxşı olacağını düşünürdülər...  
Meşəliyin  qurtaran  yerinə-dağın  üstünə  qalxdıq.  4-cü  tabor  iki 
gün  əvvəlki  döyüş  meydanından  300  metrədək  arxada  hündür 
təpəliklərdə mövqe tutmuş, ermənilər isə dünənki döyüşdə bir neçə meyid 
qoyaraq  əvvəlki  mövqelərindən  qovularaq  bir  az  da  yuxarı-dağlara  tərəf 
geri çəkilmişdilər. İrəlilədikcə təpəlikdə və yamaclarda erməni meyidləri 
görünürdü. Bizim zabit və əsgərlərin meyidləri isə meşə talasında-neytral 
ərazidə  qalmışdı.  Mən  birinci  tağımı  alçaq  təpəliklərdə  yerləşdirdim  ki, 
öz  atəşləri  ilə  düşmənin  başını  qatsın  və  digər  tağmlarla  biz  meyidləri 
döyüş  meydanından  çıxaraq.  Arxa  tərəfdə  mövqe  tutmuş  4-cü  taborun 
komandirinə isə bizi qorumağı tapşırdım.  
Talaya    yaxınlaşanda  axşam  düşürdü.  Uzaqdan  bizi  görən  düşmən 
işıqsaçan  güllələrlə  bizi  atəşə  tutdu.  1-ci  tağımın  əsgərləri  güclü  atəşlə 
düşmənə  cavab  verdilər.  Arxadakı  təpədən  4-cü  taborun  döyüşçüləri  də 
düşməni  atəşə  tutdu.  Biz  isə  axşamın  düşməsindən  istifadə  edərək  atəş 
açmadan  meşə  talasına  yaxınlaşır  və  meyidləri  bir-bir  götürüb  geriyə-
təpənin arxasına çıxarırdıq. Düşmən getdikcə atəşi gücləndirirdi. Deyəsən 
bizi  görmüşdülər.  Birdən  düşmən  iri  çaplı  pulemyotlarla  və 
qumbaraatanlarla talanı  güclü atəşə tutdu  və  biz  məcbur  olub sürünərək 
geriyə çəkildik. İki gün əvvəl burada ikiqat mühasirəyə düşmüş və xeyli 
həyəcan keçirmiş əsgərlərdən bəziləri  yenidən vahiməyə düşərək geriyə 
qaçdılar.  Mən  baş  leytenant  A.Nağızadəyə  axtarışı  davam  etdirməyi 
tapşırdım,  özüm  isə  geriyə  çəkilmiş  əsgərlərin  arxasınca  qaçaraq  onlara 
çatdım.  Əsgərlərin    qarşısını  kəsərək  geri  qayıtmağı  və  tapşırığı  yerinə 
yetirməyi  əmr  etdim.  Biz  yenidən  talaya  qayıdanda  artıq  A.Nağızadə 
bildirdi  ki,  13  nəfərin  meyidi tapılıb. Talada  və  ondan  aşağıda  bir  qədər 
də axtarış apardıq. Çünki taborun 14 əsgərinin həlak olduğunu yəqin 


 
241 
Ġgid hərbdə, dost dərddə, zəif adam isə hiddətdə bəlli olar. 
 
etmişdik.  14-cü  meyidi  isə  tapa  bilmədik.  Yəqin  etdik  ki,  itkin  düşüb. 
Meyidlərin  hamısını  götürərək  meşə  cığırı  ilə  çətinliklə  Çəpli  kəndinə 
tərəf enməyə başladıq.  
İtkin  düşən  əsgər  Göyçay  bölgəsindən  müharibəyə  gəlmişdi. 
Lakin, 12 gündən sonra 4-cü taborun əsgərləri həmin əsgəri yaralı halda 
meşədə bir qayalıqdan sağ tapmışlar. Çiynindən güllə yarası almış əsgər 
sürünərək qayalığa çəkilmiş və bizdən aralı düşmüşdü. Biz mühasirədən 
çıxdıqdan  sonra  həmin  ərazi  düşmən  əlinə  keçdiyi  üçün  o,  gizləndiyi 
qayalıq  və  kolluqdan  çıxmadan  gizlənməyə  davam  etmişdi.  Bir  neçə 
gündən sonra bizim 4-cü tabor həmin əraziləri azad etsə də həmin yaralı 
əsgər onların da düşmən olduğunu yəqin edərərk, yenə də gizlənmiş, 12 
gün  orada  ac-susuz  qalmışdı.  4-cü  taborun  tağım  komandiri  Elxan 
Əliyevin  dediklərindən:  “At  daşı  adlanan  yüksəkliyi  düşməndən  azad 
edərək  xeyli  irəliləmişdik.  Artıq  Kəlbəcər  şəhərinə  doğru  qəti  hücuma 
keçmək üçün əmr gözləyirdik. Qalın qar yağmış, əməliyyat aparmaq bir 
qədər çətinləşmişdi. Buna baxmayaraq əsgərlərin əhval-ruhiyyəsi yüksək 
idi.  At  daşı  adlanan  ərazinin  təpəliklərində  ön  mövqedə  durmuşduq. 
Yanvarın  24-də  burada  mühasirəyə  düşmüş  Kəlbəcər  Batalyonu  isə 
geriyə  çəkilmiş  və  yenidən  döyüşlərə  qatılmışdır.  Həmin  batalyon  sonra 
başqa  istiqamətdə-Söyüdlü  istiqamətində  irəliləyərək  Göyçə  ilə  sərhədə 
çıxmışdı.  Fevralın  5-i  idi.  Mövqelərimizin  cənub  tərəfində  Güneypəyə 
kəndinin  yuxarı  hissəsindəki  meşəlikdə  bir  yaralı  əsgərə  rast  gəldik.  O, 
ölümcül vəziyyətdə idi. Güclə bizi başa saldı ki, 3-cü taborun əsgəridirvə 
Göyçaydandır.  Çiynindən  yaralanmış,  xeyli  qan  itirmiş,  aclıq  və 
susuzluqdan taqətdən düşmüşdü. İlk tibbi yardım göstərdikdən sonra onu 
hospitala göndərdik... ”  
 


 
242 
 
                              Faydasız həyat-vaxtsız ölümə bərabərdir
.
 
 
 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin