* * *
Yol boyu susub danışmayan Gürşad Murov yoluna üz tutan
qocaları, qadınları, uşaqları görür, öz ata-anası yadına düşürdü. Fikir onu
götürmüşdü, görəsən onlar kənddən çıxıblar, yoxsa ermənilərin
hücumundan xəbərləri yoxdur? Gürşad mütləq kəndə gedib ermənilərin
Kəlbəcərə hücum etdiyini xəbər vermək qərarına gəldi və Əsrik kəndinə
gedəcəyini yoldaşlarına bildirdi. Yoldaşları onu bu fikirdən daşındırmaq
istəsələr də mümkün olmadı. Necə olursa-olsun o, ata-anasını və
həmkəndlilərini erməni quldurlarından xilas etmək istəyirdi.
Gürşad Əsrik kəndinə çatanda gecə idi. Əhali kəndi çoxdan tərk
etmişdi. Sonuncu dəfə evlərinə gəldi, qapı bağlı idi, həyətdə quzular
mələşirdi. Anasız qalaraq mələşən quzulara necə kömək edəcəyini
fikirləşdi. Tayadan onların qabağına quru ot tökdü... Kimsəsizlik bir anlıq
onu sıxdı. Gürşad cəld geri qayıtmaq qərarına gəldi.
Ac və yorğun halda bütün gecəni yol gələn Gürşad Çaykəndə
çatanda günorta idi. Körpünün yanında hərbi geyimli əsgərlər görünürdü.
Onlara yaxınlaşanda qəfildən atəşə tutuldu. Ermənilər imiş. Ermənilərin
belə tezliklə Çaykəndi işğal etmələri onun heç ağlına da gəlmirdi. Balaca
bir daşı özünə səngər seçən Gürşad atəş açaraq ermənilərin birini yerə
sərdi. Ermənilər Tərtərçayın o tayından, evlərin arasından, hasarların
arxasından-hər tərəfdən ona atəş açmağa başladılar. Qeyri bərabər bir
döyüş gedirdi...
Gürşad güllələrin necə qurtardığını hiss etmədi; artıq avtomat
susmuşdu. Düşmən Gürşadın gülləsinin qurtardığını hiss edib ona tərəf
yaxınlaşırdı. Birdən gizlətdiyi son güllə yadına düşdü. Bu gülləni o özü
üçün saxlamışdı. Gülləni darağa qoyan kimi bir erməni 5-6 addımlıqdan
onun üstünə qışqırdı: “silahı at yerə”-dedi. Yəqin ki, ona təslim olmağı
deyirdi. Gürşad “Al, əclaf”-deyərək son gülləni ermənin alnına sıxdı...
* * *
Gürşadı digər əsirlərlə birlikdə Kəlbəcərə gətirdilər. Ermənilərin
işgəncələrinə dözmək qeyri-mümkün idi. Gürşad necə olursa-olsun
onların əlindən qaçmaq və yüzlərlə əsir düşən və şəhid olan
soydaşlarımızın qisasını almaq barədə düşünürdü. Kəlbəcərdə qarətlə
307
məşğul olan ermənilər gündüzlər onlara qarət daşıdır gecələr isə ağıla
gəlməyə işgəncələr verirdilər.
Bir gün Kəlbəcərə gələn erməni jurnalisti çəkiliş aparır, əsirləri
danışdırıdı. Hətta əsir düşmüş aşıq Eyvaza saz çaldırıb oxudurdular.
Erməni zabiti Gürşadı məcbur edirdi ki, erməınilərin onlara yaxşı
baxdığını, incitmədiyini desin...
Günlər ayları əvəz edir, ermənilərin işgəncələri isə bitib-
tükənmirdi. Bütün bu əziyyətlərə mərdliklə tab gətirən Gürşad qaçmaq
haqqında fikirləşirdi. On ay idi ki, bu fikir onu rahat buraxmırdı. Səkkiz
nəfər idilər. Hər gün onları aparıb işlədir, axşam isə bir az çörək və su
verirdilər ki, tam taqətdən düşməsinlər. Gürşad yoldaşları ilə qəti qərara
gəlmişdilər: sabah erməniləri tərksilah edib əsirlik həyatına son
qoyacaqdılar...
* * *
Şərqi Türküstan çinlilər tərəfindən işğal edilmiş, türk xalqları
didərgin düşmüş, Vətənini tərk etməyənlər isə əsir aparılmış, qul halına
salınmışdı. Axırıncı Şərqi Türk xaqanı Çuluq Xan döyüşdə öldürülmüş,
kiçik oğlu Kürşad isə əsir aparılmışdı. Çinlilər Kürşad başda olmaqla 40
nəfər cəsur gənci mühafizə dəstəsinə qəbul etmişdilər. Çinlilər bununla-
mədəniyyəti, davranış qaydalarını-məhz türklərdən öyrənir və türklərə
oxşamağa çalışırdılar.
Kürşad yoldaşları ilə gizli danışaraq Çin imperatoru Tay Çunqu
oğurlayıb Türküstana aparmaq, əsir edilmiş digər soydaşları ilə dəyişmək
məqsədi ilə bir tədbir qurmuşdular: axşam imperator bağçada gəzərkən
onu qaçırmalı idilər. 40 gənc pusqu qurarkən gözlənilməz bir tufan
ucbatından imperator gəzintidən imtina etmişdi. Artıq Kürşad və
yoldaşlarının sarayda olmamaları çinliləri duyuq salmışdı. Gecikmək
olmazdı, çinlilər onları axtarırdılar. Kürşad və silahdaşları saraya hücum
etdilər. Yüzlərlə mühafizəçi öldürülsə də saraydan qaçıb qurtaranlar Çin
ordusuna xəbər verdilər. Ordu saraya doldu. Beləlıklə imperatoru qaçıra
bilmədilər. Kürşad saraydan çıxmaq əmri verdi. Onlar mehtərləri öldürüb
atlandılar və saraydan çıxdılar. Ordu onların arxasnca düşmüşdü. Vəy
çayına çatanda ordu onları haqlamışdı. Kürşad və 39 igid məcburən
dayandılar və döyüşməyə başladılar. Yüzlərlə Çin əsgəri məhv edildi.
Lakin, Çin ordusunun sonu tükənmirdi. Türk igidləri son damla qanları
qalanadək vuruşaraq azadlıq və Vətən yolunda şəhid oldular.
Üsyan baş tutmadı, amma bu xəbər “Kürşad üsyanı”, “Kürşad
dastanı” ilə bütün türk ellərinə yayılaraq azadlıq ideyalarını və torpaq
sevgisini qan yaddaşında nəsildən-nəsilə ötürərək bu günümüzədək
gətirib çıxardı.
308
* * *
Kürşad üsyanından 1355 il ötəcək, Xaqan oğlu Kürşad kimi
Qiyas oğlu Gürşad da düşmən əsarətinə dözməyərək üsyan qaldıracaq.
Erməni işğalçılarına qarşı üsyana qalxan Gürşad 7 yoldaşı ilə iki ermənini
öldürüb əsirlikdən azad olmağa və düşməndən qisas almağa çalışacaqlar.
Lakin emənilər tərəfindən mühasirəyə alınan Gürşad və onun yeddi cəsur
yoldaşı güllələri qurtaranadək döyüşəcək, yenidən əsir alınacaq və
işgəncələrdən sonra güllələnəcəklər...
Gürşad heç vaxt “Kürşad dastanı” haqqında eşitməmiş və
eşitməyəcək də. Lakin, Gürşad və Kürşadın igidlikləri min illərlə qan
yaddaşımızda qalacaq, bir adla iki dastan yazılacaq və gələcək nəsillərə
örnək olacaq.
Bu türk igidlərinin qəlblərindəki azadlıq atəşi isə böyüyərək bütün türk
ellərinə yayılacaq, türk torpaqları düşməndən azad ediləcək!!!
|