A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə193/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   189   190   191   192   193   194   195   196   197
Məxfi tapĢırıq 
 
1992-ci  ilin  may  ayının  sonu  idi.  Hərbi  hissə  komandirindən 
tapşırıq alan kəşfiyyat dəstəsi artıq son hazırlıqlarını başa vurmaqda idi. 
Yeddi  nəfərdən  ibarət  kəşfiyyat  dəstəsi  yola  düşməyə  hazırlaşırdı. 
Komandir kəşfiyyatçıların geyimləri, silah və sursatlarını bir daha gözdən 
keçirdi.  Ordu  komandanlığından  alınan  mühüm  tapşırığı  bir  daha 
döyüşçülərin nəzərinə çatdırdı.  
Tapşırıq  belə  idi:  işğal  olunmuş  Laçın  bölgəsindəki  düşmən 
qüvvələri  haqqında  dəqiq-düzgün  məlumat  əldə  etmək.  Düşmən 
texnikasının, xüsusilə artilleriyasının harada yerləşməsi, əsgərlərinin sayı 
və  silahları,  Laçın  kəndlərinin  hazırkı  vəziyyəti,  evlərin  yandırılıb-
yandırılmaması və s. məlumatlar bizim ordu komandanlığı üçün vacib idi. 
Bu  məlumatların  gələcəkdə  Laçın  bölgəsində  düşmən  qüvvələrinin 
darmadağın edilməsində böyük əhəmiyyəti olacaqdı. 
Kəşfiyyat  dəstəsi  yeddi  nəfərdən  ibarət  idi:  Rəhimov  İlqar 
Ələmdar  oğlu,  Ələkbərov  Ələkbər  Vəli  oğlu,  Göyüşov  Vidadi  Rüstəm 
oğlu,  Hüseynov  Yaşar  Həmid  oğlu,  Abışov  Ramiz  Abdulla  oğlu, 
Cabbarov Fazil Yusif oğlu, Hüseynov Köçəri Əhəd oğlu.  
Müasir  silah-sursatla  təchiz  olunmuş  kəşfiyyat  dəstəsi 
Kəlbəcərdən  yola  düşəndə  səhər  açılırdı.  Sürücü  Köçəri  dolama  yolları 
sürətlə və ehtiyatla keçirdi. Axşama yaxın Qazıxanlı binəsinə çatan dəstə 
orada  da  dayanmayıb  Çilgəz  dağına  qalxdı.  Dağdan  Laçın  bölgəsinin 
böyük  bir  hissəsi-Şamkənd,  Ərikli,  Bağırlı,  Şəlvə  və  s.  kəndlər  aydın 
görünürdü.  Çilgəzdə  xeyli  müşahidə  aparan  kəşfiyyatçılar  bütün  gecəni 
də  gecəgörən  cihazla  müşahidə  apardılar.  Yaxın  kəndlərdə  düşmən 
qüvvələri demək olar ki, yox idi. Gecəni orada qaldılar. Səhər açılmamış 
onlar  sürücünü  Çilgəzdə  qoyub  iki  dəstəyə  ayrıldılar  və  Ərikli  kəndinə 
doğru  iki  istiqamətdən  hərəkətə  başladılar.  Onlar  Əriklidə  əvvəlcədən 
müəyyən  edilmiş  yerdə  görüşməli  idilər.  Axşamüstü  dəstələr  Ərikli 
kəndində yenidən birləşdilər və ratsiya ilə sürücünü də maşınla  Ərikliyə 
çağırdılar. Köçəri gecə maşının işıqlarını yandırmadan ustalıqla və hədsiz 
çətinliklə  Ərikli  kəndinə  endi.  Səhərəyaxın  Ərikliyə  çatan  kimi  onlar 
müəyyən edilmiş yerdə görüşdülər və kənddən bir qədər aralıda meşədə 
ağac budaqlarını qırıb maşını gizlətdilər. Həmin gecə kəndin kənarındakı 
meşədə  gizlənmiş  3  kişi  və  bir  qadının  olduğunu  müəyyən  edən 
kəşfiyyatçılar  gizlicə  onlara  yaxınlaşaraq  bizimkilər  olduğunu  müəyyən 
etdilər  və  onlarla  görüşdülər.  Onlar  öz  evlərində  deyil,  meşədə 
yaşayırdılar.  İlk  kəşfiyyat  məlumatlarını  bu  qoçaq  insanlardan  alan 
kəşfiyyatçılar,  digər  kəndlərə  getməyi  qərara  aldılar.  Güclü  yağan  yağış 


 
317 
xeyli çətinlik yaradırdı. Buna baxmayaraq tapşırıq yerinə yetirilməli idi. 
Onlar irəliləyərək, Şəlvə kəndi və onun ətrafındakı kəndlərdə ermənilərin 
olmadığını müəyyən etdilər. Növbəti istiqamət: Taxta zavod ətrafı idi... 
* * * 
Altı  gün  idi  ki,  düşmən  haqqında  mühüm  məlumatlar  əldə edən 
dəstə  yavaş-yavaş  Piçəniç  kəndinə  doğru  irəliləyirdi.  Meşə  ilə  hərəkət 
edən  kəşfiyyatçılar  arabir  dayanıb  ətrafı  dinləyir  və  yenidən 
irəliləyirdilər.  Kəndə  yaxınlaşan  dəstə  üzvləri  bir  qədər  də  müşahidə 
aparıb,  kəndə  girməyi  qərara  aldılar.  Kəndin  kənarındakı  evlərə 
baxdıqdan  sonra  məlum  oldu  ki,  kənd  əhalisi  evlərindən  heç  nə 
aparmayıblar.  Aptekə  baxan  Fazil  oradan  bir  xərək  çıxardı  və  dedi  ki, 
lazım olar. İlqar ona bildirdi ki, xərəyi neynirsən at yerə. Fazil isə yenə 
dedi ki, lazım olar.  
Fazil  və  onun  3  nəfərlik  qrupu  kəndin  aşağı  hissəsinə  doğru 
getdilər,  İlqargil  isə  yaxınlıqdakı  evlərə  yaxınlaşdılar.  Bir  azdan  Fazil 
ratsiyada  məlumat  verdi  ki,  kənddə  ermənilər  var.  Tezliklə  Fazilgilin 
yanına  enən  dəstənin  digər  üzvləri  uzaqdan  müşahidə  apardılar  ki,  11 
nəfər hərbçi erməni evləri qarət edib maşına yükləyirlər. Fazil təklif etdi 
ki,  erməniləri  atəşə  tutaq.  İlqar  və  Ramiz  buna  razı  olmadılar.  Çünki, 
onların  kəşfiyyatı  uğursuzluqla  nəticələnə  bilərdi.  Bu  vaxt  arxa  tərəfdə 
müşahidə aparan Ələkbər bildirdi ki, arxadan onlara tərəf 4 nəfər hərbçi 
gəlir.  Tez  pusqu  quruldu  və  həmin  hərbçilərin  bizim  xüsusi  təyinatlı 
polislər  olduğu  aşkar  edildi.  Onlarla  görüşən  kəşfiyyatçılar  həmin 
polislərin  də  kəşfiyyata  göndərildiklərini  yəqin  etdilər.  Onlar  da  UAZ 
markalı maşını meşədə gizlətmişdilər. 
* * * 
Ermənilər  isə  öz  işlərində  idilər.  Evlərdə  olan  lazımlı  əşya  və 
avadanlıqları qarət edib bir yerə toplayır, sonra isə maşına yükləyirdilər. 
Fazil  döyüş  yoldaşlarını  yola  gətirməyə  çalışırdı  ki,  erməniləri  atəşə 
tutaq, ya da onları mühasirə edib əsir götürək.  Bu zaman polislərdən bir 
nəfər  ehtiyatsız  hərəkət  etdi  və  ermənilər  onlar  tərəfə  atəş  açmağa 
başladılar.  Ramiz  dedi  ki,  ermənilərin  mövqe  tutduğu  evi  mühasirəyə 
almaq  lazımdır.  Döyüşçülərin  bir  neçəsi  sürünərək  və  əyilə-əyilə  evin 
ətrafını  tutdular.  Aramsız  olaraq  şaqqıldayan  avtomat  səsləri  ətrafın 
sükutunu  pozmuşdu.  Vaxtında  erməniləri  məhv  edib  meşəyə  çəkilmək 
lazım  idi.  Üç  tərəfdən  mühasirəyə  alınmış  ermənilərin  demək  olar  ki, 
qaçmaq ümidləri kəsilmişdi. Onlar evin pəncərəsindən və ya qapısından 
bayıra  çıxmağa  çalışır,  lakin  kəşfiyyatçıların  güllələrinə  tuş  gəlirdilər. 
Fazil  xeyli  irəliləyərək  evə  yaxınlaşdı  və  içəriyə  qumbara  atdı.  Güllə 
səslərinin  arasından  erməninin  bağırtısı  eşidildi.  Polislərdən  Aqil  adlı 


 
318 
döyüşçü  yerindən  qalxaraq,  atəş  aça-aça  evə  girdi.  Lakin,  ermənilərin 
atdığı əl qumbarası onun ayağının altına düşdü. Aqilin qışqırtısı eşidildi; 
o  yaralandığını  bildirirdi.  Ona  kömək  lazım  idi.  İlqarla  Ələkbər  digər 
yoldaşlarının  atəşinin  köməyi  ilə  evə  girməyə  çalışdılar.  Lakin 
ermənilərin  atdığı  qumbaralardan  güclə  yayına  bildilər.    Buna 
baxmayaraq  onlar  Aqili  evdən  bayıra  çıxara  bildilər  və  təhlükəsiz  yerdə 
İlqar  ona  ağrıkəsən  iynə  vurdu  və  qılçasını  sarımağa  başladı.  Ayağı 
parçalanmış Aqil özünü öldürməyə çalışırdı. Bir saata qədər davam edən 
döyüşdə  ermənilərə  təslim  olmaları  bildirildi,  lakin,  onlar  bu  təkliflərə 
atəşlə  cavab  verdilər.  Ramizin  atdığı  qumbaraatan  onları  daha  da 
vahiməyə  saldı.  Ermənilər  qaçmağa  can  atsalar  da  hər  cəhdləri  onların 
itkisinə  səbəb  olurdu.  Bu  arada  Ərikli  kəndində  gözləyən  Köçərini 
maşınla  Piçəniçə  çağıran  kəşfiyyatçılar  ermənilərin  arxa  pəncərədən 
qaçmağa  hazırlaşdıqlarını  yəqin  etdilər.  Vidadi  ilə  Yaşar  evin  başqa  bir 
pəncərəsindən  içəriyə  iki  qumbara  atdılar.  Ermənilərin  bir  neçəsi  də 
öldürüldü. Ermənilərdən 5 nəfəri sağ qalmışdı. Lakin, ayrı-ayrı otaqlarda 
gizlənmiş  ermənilərin  təslim  olmaq  fikirləri  yox  idi.  Fazil  əks  tərəfdən 
evə  yaxınlaşmaqda  davam  edirdi.  Birdən  Fazil  ermənilərdən  birinin 
pəncərənin  cağlarını  sökdüyünü  gördü.  Qəfil  atəş  açmağı  ilə  erməninin 
pəncərə  cağından  asılı  qalmağı  bir  oldu.  Fazil  bir  az  da  yaxınlaşıb  içəri 
bir əl qumbarası atdı və bu zaman özü də üzü üstə yerə yıxıldı. Ramiz elə 
bildi  ki,  Fazil  özü  yerə  uzandı.  Ona  yaxınlaşdıqda,  Fazili  qanın  içində 
gördü...  
* * * 
Bir azdan Ərikli kəndindən olan kişilər də öz beşaçılan silahları 
ilə  döyüşçülərimizə  köməyə  gəldilər.  Ramizlə  Ələkbər  evə  girdilər  və 
ermənilərin  gizləndiyi  otağa  iki  əl  qumbarası  atdılar. Sonuncu ermənilər 
də öldürüldü.  
Fazilin  meyidini  özünün  kənd  aptekindən  götürdüyü  xərəyə 
qoydular  və  xərəyi  maşına  qaldırdılar.  Fazil  sanki  bu  xərəyi  kənd 
aptekindən  özü  üçün  götürmüşdü.  Döyüşçülər  yaralı  Aqili    də  maşına 
qoydular. Onun yarası çox ağır idi.  
Ərikliyə  getmək  lazım  idi.  Elə  bu  zaman  üstünə  zenit  tipli 
pulemyot qoyulmuş iri təkərli K-700 traktorunun kəndə yaxınlaşdıqlarını 
gördülər.  Traktorun  üstündə  oturmuş  4  erməni  silahlısı  var  idi. 
Kəşfiyyatçılar  yenidən  mövqe  tutmalı  oldular.  Onlar  traktoru  bir  az 
yaxına buraxmağı qərara aldılar. Bu zaman Ərikli kənd sakini beşaçılanla 
traktorçunu  nişan  aldı  və  atəş  açdı.  Atəşin  açılmağı  ilə  traktorun  dərəyə 
yumalanması bir oldu. Onlar dərədə dörd erməninin meyidini gördükdən 
sonra  yenidən  maşına  qalxdılar  və  Ərikliyə  doğru  hərəkətə  başladılar.  


 
319 
Meşənin içərisində  torpaq yolla  hərəkət  edən  maşın  kəşfiyyatçıları  atıb-
tuturdu.  Onlar  həm  yorulmuş,  həm  də  Fazilin  ölümünə  görə  özlərini 
günahkar sayaraq dillənmirdilər.  
Kəşfiyyatçılar  bir  qədər  də  getdikdən  sonra  yolda  atla  və  MAZ 
maşınla qarət daşıyan daha altı erməniyə rast gəldilər və yenidən döyüşə 
atıldılar. Bir neçə dəqiqə ərzində ermənilərin üçünü məhv etdilər, üçünü 
isə əsir götürdülər... 
Kəlbəcərə qayıdan kəşfiyyatçılar arasında isə nə Fazil var idi, nə 
də polis Aqil. 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin