324
Sərin yaz gecələrindən biri idi. Birinci bölüyün ön mövqelərini
yoxlayarkən keşikdəki əsgərlərlə salamlaşır, onların əhvallarını soruşur
və bəzən onlara iradlarınmı bildirirdim. Bölük komandiri baş leytenant
Zakir Qocayev bu tapşırıqları yerindəcə həll etməyə çalışırdı. Mən həmin
tapşırıqlarının yerinə yetirilməsini yoxlamaq üçün iki gündən sonra bir
daha gələcəyimi baş leytenant Z.Qocayevə bildirdim. Qəbirstanlığın sol
tərəfindəki səngərlərə yaxınlaşanda bizi manqa komandiri çavuş
Canbaxışov Camal və Musayev Zahid qarşıladı. Onlar məlumat verərək
ermənilər tərəfdə nə isə bir sakitlik olduğunu bildirdilər. Onlar
həmişəkindən daha az səslərin eşidildiyini, düşmən əsgərlərinin isə daha
tez-tez göründüyünü bildirdilər. Mən düşmən mövqelərinin hər an
nəzarətdə saxlamağın və keşikdə ayıq-sayıq olmağın vacibliyini dedim.
əlavə etdim ki, düşmən əvəz çıxmaq üçün nə isə edəcəkdir. Həmçinin
yuxarı komandanlıqdan alınmış məlumatları bir daha onların yadına
saldım və əsasən gecələr ehtiyatlı olmağı tapşırdım.
Üçüncü bölüyün səngərlərini yoxlamaq daha uzun çəkdi.
Bölüyün sağ cinahı həm də taborun sağ cinahı idi. Xaçınçay sahilindəki
axırıncı mövqedən-“Çınqıl təpə”dən-qayıdanda artıq gecə yarıdan
keçmişdi. Burada da əsgər və zabitlər bildirdilər ki,
iki gündür ki, düşmən
tərəfdə qeyri-adi bir sakitlik hökm sürür. Hər gün ara-sıra səngərlərimizi
atəşə tutan düşmən nədənsə cəbhəboyu susurdu. Kəşfiyyatçıların və
keşikdə duran əsgərlərin dedikləri bu “susmaq” mənim şübhələrimi daha
da artırmışdı. Bu o demək idi ki, düşmən nə isə ciddi bir iş üçün
hazırlıqdadır. Amma nəyə hazırlaşır, necə hazırlaşır, düşmənin məqsədi
nədir? Bu suallar bir an belə məni rahat buraxmırdı. Buna görə də hər
gecə səngərlərdə olur, əsgərlər və zabitlərlə söhbətlər aparır, onlara dönə-
dönə ehtiyatlı olmağı və keşikdə ayıq-sayıq durmağı tapşırır, silah və
sursatın vəziyyəti ilə maraqlanır, telefon və ratsiyalarla bölüklərin tam
təmin olunmasına çalışır, bəzən əsgərlərlə səhərədək keşikdə qalırdım...
Mən rabitəçi əsgərlər-Ramil və Yaşarla-bütün gecəni səngərləri
gəzdiyim üçün bərk yorulmuşdum. idman kostyumunun dizləri və
ayaqqabılarım islanmışdı. “Ağ ev”in yaxınlığındakı bataqlıqdan keçərkən
hər üçümüzün ayaqlarına su dolmuşdu. Təpənin yanı ilə minaatan
batareyasının mövqelərinə tərəf yaxınlaşmağa başladıq. Gecənin
qaranlığında keşikdəki əsgər “Dur, kimdir gələn?” komandası verdi. Mən
“Qərərgah rəisi kapitan Kamalovdur”-dedim və əl çırağını üzümə tutdum
ki, əsgər məni tanısın. Keşikçi məni tanıyan kimi, o, batareya komandiri
baş leytenant Ə.Abbasovu çağırmaq istədi, lakin mən ehtiyac olmadığını
bildirdim və biz oradan qərərgaha qayıtdıq.
* * *
325
Qərərgaha qayıdanda saat 3 olardı. Mən qərərgahda-öz otağımda
bir az yatıb dincəlmək istədim. Təzəcə uzanmışdım ki, bu zaman ön
mövqelərdən güclü atəş səsləri eşidilməyə başladı. 1-ci bölüyün
mövqelərindən - qəbirstanlıq tərəfdən güllə səsləri eşidilirdi. Səsləri ayırd
etmək üçün başımı pəncərədən çölə çıxardım. Taborun qərərgahı kəndin
mərkəzində uşaq bağçasında yerləşirdi. Qərərgahla ön mövqe arasında
800-850 metrədək məsafə olduğundan atılan bəzi güllələr ətrafdakı
evlərin divarlarına dəyib ora-bura çovuyurdu. Atəş avtomat və
pulemyotlardan atılırdı. Birinci bölüyün dayaq məntəqəsi atəşə
tutulmuşdu. Həm düşmən silahlarının səsi gəlirdi, həm də bizimkilərin
avtomatları şaqqıldayırdı. Belə atışmalar son vaxtlar tez-tez baş verirdi.
Ona görə də əvvəlcə buna əhəmiyyət vermədim, elə-belə mövqe atışması
olduğunu zənn etdim. Birdən müxtəlif səslər içərisindən qumbara
Dostları ilə paylaş: