A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə191/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   187   188   189   190   191   192   193   194   ...   197
 “Meydançay” əməliyyatı 
 
5-ci  tabor  baş  leytenant  Gəray  Əsədovun  komandanlığı  altında 
Murovdağdakı  Güzgü  aşırımının  sağ  cinahından-Koroğlu  dağı  tərəfdən 
keçərək  düşmən  arxasına  gedirdi.  Tabor  gecənin  qaranlığında  qarla 
örtülmüş  Murov  dağının  yamacları  ilə  və  dərələrlə  hərəkət  edərək, 
düşmənin  duyuq  düşməsinə  imkan  vermədən  Meydançayın  sağ 
sahilindəki  qayalıqda  mövqe  tutmalı  idi.  Tağım  komandiri  İbad  Vəliyev 
kəlbəcərlilərdən  ibarət  33  nəfərlik  tağımı  ilə  qabaqda  irəliləyirdi.  Onun 
qarşısına çox çətin və həm də şərəfli bir tapşırıq qoyulmuşdu... 
İbad  əvvəllər  çox  döyüşlərdə  olmuşdu.  Lakin  indiki  qədər 
təhlükəli  və  çətin  əməliyyata  getməmişdi.  Qalın  qarla  örtülmüş  dərədən 
keçəndə arxadan ona yaxınlaşan qardaşı Asifi gördü və təəccübləndi. Axı 
o,  Asifi  evdə  qoyub  gəlmişdi.  Evdən  çıxanda  qardaşı  Asif  də  onunla 
döyüşə  getmək  istədiyini  bildirmiş,  lakin  İbadı  razı  sala  bilməmişdi: 
“Mən  gedirəm,  sən  qal  evdəki  qocalara  muğayat  ol”-demişdi.  O, 
qardaşına  tapşırmışdı  ki,  ata-anasına  həyan  olsun.  İbad  Asifə  tərəf 
dönərək onu məzəmmətedici baxışlarla süzdü, amma döyüşçülər yanında  
heç nə demədi. Ürəyində isə “Döyüşün nə olduğunu sənə göstərərəm!”-
dedi.  
Onlar  Meydançay  dərəsinin  sağ  tərəfindəki  qayalıqlara  çatanda 
İbad  tabor  komandirinə  və  bölük  komandiri  bərdəli  Rizvana  həmin 
qayalıqlarda mövqe tutmaq lazım olduğunu bildirdi. Meydançay dərəsi ay 
və  qar  işığında  aydın  görünməsə  də,  dağların  kölgəsi  aydın  görünürdü. 
Döyüşçülər    hər  qayanın,  hər  daşın  və  ya  təpənin  arxasından  hər  an 
düşmənin  çıxmasından  ehtiyat  edərək,  son  dərəcə  səssizliyə  riayət 
edirdilər. Tamamilə səssizlik idi. Meydançaya yaxınlaşanda, İbad burdan 
o  yana,  yalnız,  öz  tağımı  ilə  gedəcəyini  bildirdi,  komandir  isə  etiraz 
etmədi. Tabor yolun qərbindəki dağda mövqe tutdu. İbad  və silahdaşları 
ehtiyatla  üstü  buz  bağlamış  çayın  kənarına  endi.  O,  burada  dayandı  və 
özüylə  dörd  nəfəri-Vilayəti,  Rəfini,  Səfiyarı,  və  Mübarizi  gütürəcəyini 
bildirdi. Tağımın digər əsgərlərinin onları qorumaları üçün burada mövqe 
tutmalarını tapşırdı.  
Çaylağa  çatdıqda  iri  daşların  arxasında  mövqe  tutdular  və  ətrafı 
dinləməyə başladılar: tam sakitlik idi. İbad onları orada qoyub təkbaşına 
üç  ədəd  tank  əleyhinə  mina  götürüb  əyilə-əyilə  çayı  keçib  yola 
yaxınlaşmağa başladı. Döyüş yoldaşlarımdan xeyli aralanmışdı. Mümkün 
qədər  səs  salmadan  minaları  basdırmaq  üçün  yolu  qazmağa  başladı. 
Torpaq  donduğundan  qazmaq  çətin  idi.  Birtəhər  yeri  qazıb  minaların 
üçünü də basdırdı. Sonra onların üstünə torpaq və qar tökdü. Ətrafa qulaq 


 
310 
asdı;  səssizlik  idi.  Geriyə-yoldaşlarının  yanına  qayıtmağa  başladı.  Çayı 
keçib  yamacla  qalxmaq  istəyərkən  ayağı  nəyəsə  ilişdi  və  özünü  saxlaya 
bilməyərək,  üzü  üstə  qarın  içinə  yıxıldı  və  daşların  arasına  yumalandı. 
Daşlara  dəyən  avtomatın  və  istehkamçı  belinin  cingiltiləri  dərənin 
səssizliyini  pozdu.  O  qalxıb  əvvəlcə  ətrafa  qulaq  asdı.  Səsə-küyə 
düşmənin  duyuq  düşüb-düşmədiyini  yəqinləşdirmək  istədi.  Lakin, 
yenidən  dərəyə  səssizlik  çökmüşdü.  Dizləri  daşlara  dəydiyindən  bərk 
ağrıyırdı,  yəqin  ki,  yaralanmışdı...  Əvvəlcə  silahını  axtarıb  tapdı.  Sonra 
isə ayağına ilişən məftili tapdı. Sən demə bu düşmənin rabitə xətti imiş: 
Yanşaq kəndindən Murovdağdakı düşmən mövqelərinə doğru çəkilmişdi. 
İbad  mümkün  qədər  səs  salmadan  xətti  bir  daşın  üstünə  qoyub  əlinə 
götürdüyü  daşla  kəsdi.  Qalxıb  yavaş-yavaş  döyüşçü  dostlarının  yanına 
qalxdı.  Döyüşçü  yoldaşları  onu  səbirsizliklə  gözləyirdilər.  Onlar 
komandirin 
sağ-salamat 
qayıtmağına 
sevindilər. 
İbad 
yuxarı 
komandanlığa məlumat verdi:  
-“Koroğlu” “Koroğlu”-mən “İbad”am-qəbul.  
-“İbad” “İbad” -mən “Koroğlu”-yam, eşidirəm.   
-“Tapşırıq yerinə yetirildi, əmrinizi gözləyirəm”. 
-“ İbad” sizi başa düşdüm, orada gözləyin, heç hara tərpənməyin. 
Həm  Murova  qalxan  yeganə  yol  minalanmış,  həm  də  düşmənin 
Yanşaq kəndi ilə Murovdağ mövqeləri arasındakı telefon xətti kəsilmişdi. 
Yuxarı  komandanlıqdan  onlara  yerlərindən  tərpənməməyi  tapşırdılar. 
Əsgərlər konserv açıb yeməyə başladılar. Qayanın yanında qarın üzərində 
uzanmış tağım komandirini isə çoxdan yuxu tutmuşdu... 
Artıq  səhər açılmaq  üzrə  idi.  Qəfildən başlayan  döyüş  dağı-daşı 
lərzəyə  gətirdi.  Topların,  qumbaraların,  avtomat  və  pulemyotların 
səsindən  qulaq  tutulurdu.  Səhərəyaxın  artilleriya  hazırlığından  sonra 
bizimkilər  Güzgü  və  Ömər  aşırımlarından  ermənilərin  mövqelərinə 
hücuma  keçdilər.  Amma,  orada-Murovdağda-nə  baş  verdiyindən  5-ci 
tabor  döyüşçülərinin  xəbəri  yox  idi.  Buradan  heç  nə  görünmədiyindən 
onlar,  ancaq  topların  dağı-daşı  silkələyən  səslərinə  qulaq  asırdılar.  Ağ 
geyimdə  qarın  içərisində  uzanmış  tağımın  əsgərləri  şaxtadan  donmaq 
dərəcəsinə  çatmışdılar.  Yuxarı  komandanlıqdan  isə  qəti  olaraq 
bildirirdilər ki, orada gözləsinlər, tərpənməsinlər.  
Bir  saatdan  çox  idi  ki,  döyüş  başlamışdı.  Artıq  səhər  açılmış, 
günəş  şüaları  döyüşçüləri  az  da  olsa  isitməyə  başlayırdı.  Meydançay 
dərəsi  buradan  aydın  görünürdü.  Dərədə  kəşfiyyatçıların  verdiyi 
məlumatın  əksinə  olaraq  nə  düşmənin  ehtiyat  qüvvəsi  var  idi,  nə  də  bir 
düşmən əsgəri gözə dəyirdi. İbad qardaşı Asifi, Aydınov Rəfini, Elxanı, 
Səfiyarı,  Zabili,  İlahimi,  Şahini,  Nurunu,  Səxavəti,  Firudini,  Əsgəri, 


 
311 
Vilayəti, Mübarizi, pulemyotçu Sərxanı, qumbaraatan Şahvələdi götürüb 
yenidən  Meydançay  dərəsinə  endilər.  Yavaş-yavaş  “İbrahimin  damı” 
adlanan  tək  evə  yaxınlaşmağa  başladılar.  Evdə  heç  kəs  yox  idi.  Murova 
qalxan  yeganə  yol  “tək  ev”in  yanından  keçirdi.  Taborun  digər 
döyüşçüləri  isə  Meydançayın  sağ  tərəfindəki  yüksəklikdə-mövqe 
tutduqları yerdən onları izləyirdilər. Həm yorulmuş, həm də ac idilər. Tək 
evə girən döyüşçülər konserv açıb quru spirtlə isidərək yemək yedilər və 
özləri ilə gətirdikləri spirtdən bir az da içdilər.  
Artıq gün xeyli qalxmış, Murovdakı döyüşdən isə bir xəbər yox 
idi. İbad pəncərədən çölə-üzü aşağı Meydançay dərəsinə baxırdı. Aşağıda 
Yanşaq  kəndinin  mal-qara  fermaları  görünürdü.  Elə  bu  zaman  tağım 
komandiri  beş-altı  yüz  metr  aşağıdakı  yol  döngəsindən  bir  dəstə 
erməninin  onlara    tərəf  qalxdığını  gördü.  Onlar  15  nəfər  idilər. 
Ermənilərin 9 nəfəri yol ilə, 6 nəfəri isə qarlı dərə ilə telefon kabelindən 
tuta-tuta  Meydançay  boyunca  yuxarı  qalxırdılar.  Yəqin  ki,  onlar  kabelin 
harada  sıradan  çıxdığını  bilmək  istəyirdilər.  Ibad  əli  ilə  döyüşçülərə 
evdən  çıxmamaq  və  sakit  olmaq  işarəsi  verdi.  Hamı  silahlarını  hazır 
vəziyyətə  gətirərək  evin  döşəməsinə  tərəf  əyilərək  gözləyirdi.  Ermənilər 
əvvəlcə tək evdən bir qədər aşağıda İbadın gecə yola basdırdığı minaları 
tapıb  zərərsizləşdirdilər.  Onlar  minaların  üçünü  də  çıxarıb  yolun  üstünə 
qoydular.  Ermənilərin  digər  dəstəsi  isə  telefon  xəttinin  kəsilmiş  yerini 
tapdılar  və  onu  bərpa  etməyə  başladılar.  Düşmən  yəqin  etmişdi  ki, 
Azərbaycan  kəşfiyyatçıları  tərəfindən  gecə  kabel  kəsilmiş,  yol 
minalanmış,  sonra  onlar  çəkilib  getmişlər.  Onlar  heç  vaxt  ağıllarına 
gətirməzdilər  ki,  bizimkilər  onların  bir  neçə  addımlığndadırlar.  Artıq 
düşmən əsgərləri bizimkilərin gizləndiyi tək evin 30-40 metrliyinə qədər 
yaxınlaşmışdılar.  İbad  əvvəlcə  erməniləri  əsir  götürmək  istədiyini  işarə 
ilə yoldaşlarına başa saldı. Lakin, qəflətən hövsələsiz döyüşçülərdən biri 
evdən bayıra tullanaraq düşmənə tərəf qışqırıb təslim olmalarını əmr etdi. 
Ermənilər çaş-baş qalaraq hərə bir tərəfə qaçdı və eyni vaxtda onu atəşə 
tutdular.  Artıq  vaxt  itirmək  olmazdı;  tağım  komandiri  düşməni  atəşə 
tutmaq  əmri  verdi.  Bizimkilərin  açdığı  atəşlə  düşmən  əsgərləri  bir-bir 
yerə  sərilməyə  başladılar.  Onların  sağ  qalanları  isə  çaylaqla  üzü  aşağı 
qaçmağa başladılar. Lakin qaçanların da bir neçəsi döyüşçülərimizin atəşi 
ilə bir-bir qarın üstünə yıxılırdılar. Qayalıqdakı taborun döyüşçüləri də öz 
atəşləri  ilə  tağıma  dəstək  verirdilər.  Bir  neçə  dəqiqə  ərzində  düşmən 
əsgərlərinin on nəfəri məhv edildi. Lakin, qaçanlardan sağ qalmış tək bir 
erməni  snayperi  xeyli  aşağıda-çay  dərəsindəki  daşların  arxasında 
gizlənərək  tağımın  döyüşçülərinə  atəş  açır,  onları  hərəkət  etməyə 
qoymurdu.  Bu vəziyyəti görən Aydınov Rəfi “Mən ermənini görürəm”-


 
312 
deyərək yamacla aşağı enərək qayaların, daşların arası ilə erməniyə tərəf 
gedirdi.  İbadın  “geriyə  qayıt”  qışqırtısına  isə  əhəmiyyət  vermirdi.  Rəfi 
demək olar ki, gizlənmədən, qaça-qaça erməniyə tərəf gedirdi. Bu bizim 
döyüşçülərin  erməni  üzərinə  qorxmadan  getdiyi  çoxsaylı  hadisələrdən 
biri idi. Rəfi ilə düşmən arasında məsafə getdikcə qısalırdı. Ibad düşmən 
snayperini  atəş  altında  saxlamaqda  davam  edirdi.  Düşmənlə  Rəfinin 
arasındakı məsafə 15-20 metr olardı. Rəfi iri bir daşın arxasından qəflətən 
açdığı  atəşlə  düşmən  snayperini  susdurdu.  O,  gizləndiyi  yerdən  çıxaraq 
öldürdüyü  düşmənə  yaxınlaşmağa  başladı.  Elə  bu  vaxt  başqa  bir  daşın 
arxasında  gizlənmiş  bir  yaralı  erməni  üç-dörd  metrlikdən  Rəfiyə  atəş 
açdı.  Rəfi  qarla  örtülmüş  daşların  arasına  yıxıldı.  Bizimkilərin  atdığı 
güllələrlə  düşmən  susdurulsa  da  artıq  gec  idi.  Döyüş  yoldaşları  Rəfinin 
yıxıldığı yerə yaxınlaşanda o, gözlərini əbədi olaraq yummuşdu... 
* * * 
Üç  saatdan  çox  idi  ki,  Murovdağda  amansız  döyüş  gedirdi. 
Taborun  döyüşçüləri  qaçan  və  köməyə  gələcək  düşməni  Meydançayda 
qarşılamalı  idi.  Ermənilər  bizimkilərin  burada  olmağını  bilmirdilər. 
Amma,  nə Murovdağdan qaçan düşmən gözə dəyirdi, nə də Yanşaqdan 
köməyə  gələcək  düşmən.  Birdən  Murovdağdan  mövqelərini  tərk  edərək 
dərələrlə  üzü  aşağı,  onlara  tərəf  qaçan  düşmənlər  görünməyə  başladı.  
Onlar İbad və onun tağımının 80-100 metrliyində idilər. İbadgil onları bir 
qədər  də  yaxına  buraxdı.  Düşməni  atəşə  tutmağa  tələsən  döyüşçü 
dostlarını  tələsməyə  qoymadı.  Ermənilər  bir  qədər  də  yaxınlaşdıqda 
İbadın gülləsi qabaqdakı ermənini yerə sərdi. Qaçan ermənilərdən dördü 
elə  orada  öldürüldü,  iki    erməni  isə  silahlarını  yerə  ataraq  əllərini 
qaldırdılar. Ermənilərdən biri  isə qayıdıb Murova doğru qaçdı... 
Döyüş  qurtarmaq  üzrə  idi.  Elə  bu  zaman  Murovdağdan  qaçan 
piyada ermənilərin arxasınca bir döyüş maşını da ağ bayraq qaldıraraq tək 
evə  yaxınlaşmağa  başladı.  PDM-in  üstündə  15-16  nəfər  düşmən  əsgəri 
var  idi.  Bizim  döyüşçülər  onların  təslim  olduqlarını  zənn  edib 
mövqelərini tərk edərək düşmən maşınına tərəf getməyə başladılar. İbad 
döyüşçülərə  qışqıraraq  “yaxınlaşmayın”-dedi.  O,  döyüş  təcrübəsindən 
bilirdi ki, ermənilər hər cür fırıldağa əl ata bilərlər. Ona görə də düşmənə 
yaxnlaşmamağı  lazım  bildi  və  ermənilərə  tərəf  qışqıraraq  təslim 
olmalarını  tələb  etdi.  Elə  bu  zaman  qəflətən  düşmən  PDM-dən  onlara 
tərəf  dalbadal  atəş açıldı  və  PDM  böyük  sürətlə  yerindən  götürlüb  yolla 
üzü  aşağı  hərəkətə  başladı.  Bir  neçə  saniyənin  içərisində  baş  verən  bu 
hadisə  döyüşçüləri  çaş-baş  salsa  da  onlar  çaylaqda  özlərinə  mövqe 
seçməyə  macal  tapdılar  və  düşmən  maşınını  atəşə  tutdular.  Düşmən 
PDM-i  onların  lap  yaxınlığından  keçirdi.  Tağımın  döyüşçüləri  düşmən 


 
313 
əsgərlərini  bir-bir  PDM-dən  yerə  salmağa  başladılar.  Şahvələdin 
qumbaraatanla atdığı mərmi PDM-in üstündəki ermənilərin sonuncularını  
yerə töksə də maşına dəyərək çovudu. Onlardan bir qədər aralanmış PDM 
qəflətən dayandı və lüləsini geri döndərərək döyüşçülərimizi güclü atəşə 
tutdu.  Gizlənməyə  yer  tapa  bilməyən  döyüşçülər  özlərini  yenidən  xırda 
daşların  arxasına  yıxdılar.  Bu  döyüş  bir  qədər  də  davam  etsəydi, 
döyüşçülərimiz  itkiyə  məruz  qalacaqdı.  Bu  zaman  Murovdağ 
silsiləsindən  düşməni  tamamilə  qovaraq  döyüşü  uğurla  başa  çatdıran 
briqadanın  tankları  və  minaatanları  düşmən  maşınına  atəş  açdılar. 
Murovdağdan atılan mərmilər PDM-i məhv edə bilməsə də onun ətrafına 
düşməyə  başladı.  Bunu  görən  düşmən  maşını  atəş  aça-aça  Yanşaq 
kəndinə doğru hərəkət edərək gözdən itdi...  
 
 
 
 


 
314 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin