82
Ölməz o adamdır ki, ondan sonra vətən üçün
böyük və faydalı yadigarlar qalır. L. V o v e n a r q
Bunlarla yanaşı batalyona əlavə olaraq zabitlər çağırılmış və
müxtəlif vəzifələrə təyin edilmişlər. Onlardan Çingiz Bayramovu, leyt.
Vaqif Məhəmmədovu, leyt. Vaqifi, leyt. Zamin Həmid oğlunu, baş leyt.
Qurban Sarıyevi, baş leyt. Mürşüd Məmmədovu, gizir Kamal Hacıyevi,
baş leyt. Ələkbər Bayramovu, gizir Şahin Bəxtiyarovu, leyt. İsa
Hüseynovu və başqalarını göstərmək olar.
May ayının 9-da İstisuda ratsiya ilə məlumat aldıq ki, Qarabağın
bel sütunu sayılan Şuşa şəhəri işğal edilmiş və Laçın uğrunda döyüşlər
gedir. Şuşa şəhəri və ətraf kəndlərin ermənilər tərəfindən işğalı
Azərbaycan üçün ən ağır itki idi.
Şuşanın ermənilər və ruslar tərəfindən işğalından sonra Laçın
bölgəsinin taleyi bizi çox maraqlandırır, tez-tez Laçın Batalyonu ilə əlaqə
saxlayır, vəziyyəti soruşurduq. Son günlər ratsiyada top mərmilərinin
səsini aydın eşidirdik. Artıq 17 may 1992-ci il tarixdə ratsiya susdu,
Laçın bölgəsi də ermənilər tərəfindən işğal edildi. Ermənilərin xalqımıza
qarşı apardığı növbəti
deportasiyalara Laçın əhalisi də məruz qaldı.
Evləri
yandırılan, özləri ölümlə üz-üzə qalan, Laçın əhalisinin bir hissəsi
Kəlbəcər ərazisindən-Murov dağından-“Həyat yolu”ndan keçərək
Azərbaycanın digər bölgələrinə köçürdülər. Bu zaman vahiməyə düşən
Kəlbəcər əhalisindən də ərazini tərk etmək istəyənlər olurdu. Polkovnik
Z.Rzayev və biz zabitlər əhalini sakitləşdirir, qorxulu bir şey olmadığını
onlara izah edir, Kəlbəcəri qoruyacağımıza söz verirdik. Beləliklə biz
həmin il Kəlbəcər əhalisinin köçməsinin qarşısını aldıq.
1992-ci ilin may ayında Batalyona yeni zabitlər çağırılmış və
müxtəlif vəzifələrə təyin edilmişdir. Mənə icazə verildi ki, bölüyə zabit
və gizirləri özüm seçim. Mən batalyon komandiri ilə razılığa gələrək baş
leytenant Ramiz Əhmədovu müavin, leytenant Ziyafət Tağıyevi və gizir
Arif Abbasovu tağım komandiri, gizir Şahin Bəxtiyarovu isə bölüyün baş
çavuşu vəzifələrinə təyin etdim. Hər gün bölüyün zabit və gizirləri ilə
əsgərləri İstisu qəsəbəsinin üst tərəfindəki dağa çıxarır, silahlardan
istifadə qaydalarını onlara öyrədir, əsgərlərin hərbi hazırlığının və hərbi
vərdişlərinin artırılmasına çalışırdım.
May ayının sonu idi. Yazın gəlişi İstisuda təzəcə hiss olunurdu.
Təlimdən sonra könüllü döyüşçülərdən biri olan Əjdərlə yuyunmağa
getmişdik. Sanatoriya binasının yaxınlığına çatanda qəflətən poliklinika
binasının üst tərəfinə bir qrad mərmisi düşdü, qəlpələr yağış kimi
ətrafımıza töküldü. Poliklinikanın və digər binaların pəncərə şüşələri
çiliklənib yerə töküldü. Qara tüstü ətrafımızı bürüdü. Bir anlıq
nə baş
83
DöyüĢmək-kiĢi sənətidir. M ü ə l l i f
verdiyini bilmədik. Qəfil atılan mərmi bizi çaşdırmışdı. Qrad haradan
atılırdı, düşmənin məqsədi nə idi? Biz bunları düşünməyə macal
tapmadıq. Birdən dalbadal bir neçə mərmi də sanatoriyanın üst tərəfinə,
dağın yamacına düşdü. Qəlpələr dolu kimi ətrafımıza yağırdı.
Biz qaçaraq
qərərgaha gəldik. Artıq həyəcan siqnalı verilmiş, bütün əsgərlər
silahlanmışdı. Qrad atəşi isə 20 dəqiqəyədək davam etdi. İtki olmamış,
heç kəs yaralanmamışdı. Mərmilərin çoxu isti su mənbəyinin
yaxınlığındakı dağ yamacına-qəsəbədən kənara düşmüşdü. Sonra biz
Taxtadüz və Sarıyerə kəşfiyyat dəstəsi göndərdik. Axşam onlar heç bir
məlumat əldə etmədən geri döndülər. Sonralar məlum olacaq ki, qrad
mərmiləri ermənilər tərəfindən, Ermənistan istiqamətindən-düşmənin
Arpaçay sahilindəki mövqelərindən atılmışdır.
Həmin gün günorta yeməyini yeyən vaxt yenidən həyəcan
komandası verildi. Komandir məni çağırdı və bildirdi ki, ermənilər Keyti
dağı istiqamətində hücum edərək qoyun sürülərini aparmağa cəhd edirlər.
Mənə tapşırıq verildi ki, bölüklə köməyə gedim. Mən cəld əsgərləri
silahlandıraraq maşınla Taxta düzə və oradan Keyti dağı tərəfə hərəkətə
başladıq. Bir ədəd kiçik çaplı minaatan da götürmüşdük. Dağın 3-4
kilometrliyinə çatanda maşının mühərriki dayandı və yenidən işə salmaq
mümkün olmadı. Biz minaatanı da götürüb piyada getməli olduq. Çayı
keçməli idik. Körpü olmadığından çayı piyada keçdik. Çayın keçərkən
ayağım sürüşdü və mən üz üstə çaya ylxıldım. Dizim daşa dəyərək
yaralandı. Bütün paltarım islanmışdı, dizimdən isə qan axırdı. Əsgərlərin
köməyi ilə cəld dizimi sarıdım və yenidən hərəkətə başladıq. Hadisə
yerinə yaxınlaşanda əsgərləri döyüşə hazır vəziyyətə gətirərək dağların
yüksəkliklərində mövqe tutmuş ermənilərə atəş açmaq əmri verdim.
Düşmən çox deyildi, cəmi 10-15 nəfər olardı. Ermənilər bizim güclü
atəşə və minaatan mərmilərinə tab gətirməyərək qoyun sürüsünü
aparmağa macal tapmadan mövqelərini qoyub dağın o biri üzünə
qaçdılar. Qoyun sürüsünü kəndlilərə təhvil verib geri qayıtmağa başladıq.
Həm ac idik, həm də bərk yorulmuşduq piyada getmək mümkün deyildi.
Artıq axşam düşmüşdü. Ratsiya ilə qərərgaha məlumat verdim. Vəziyyəti
bildirdim və bizə maşın göndərilməsini xahiş etdim. Bir az aşağıya-Keyti
dağının ətəklərinə tərəf endik. Komandirin göndərdiyi maşın gəldi və biz
axşamdan xeyli keçmiş İstisuya-qərərgaha qayıtdıq...