A k ġ f k a m a L


Hüseynov  Vəli    Məmməd    oğlu



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə61/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   57   58   59   60   61   62   63   64   ...   197
 
Hüseynov  Vəli    Məmməd    oğlu 
1972-cü 
ildə 
Kəlbəcərin 
Keçiliqaya 
kəndində 
anadan 
olmuşdur.  1992-ci  ildə  könüllü 
döyüşçü 
kimi 
Kəlbəcər 
Batalyonunda xidmətə başlamış və 
Ağdərə, 
Murovdağ, 
Laçın, 
Kəlbəcər uğrunda gedən  
döyüşlərdə  iştirak  etmişdir.  1994-
cü ildə ordu sıralarından  
tərxis olunmuşdur. 
 


 
77 
Müharibədə ölüm-itim çox ola bilər. Silahsız əhalinin öldürülməsi 
isə  soyqırımıdır. Soyqırımından da təhlükəli olan Ģey –  
həmin soyqırımı unutmaqdır.  M ü ə l l i f                     
Ağdaban  faciəsi 
Kəlbəcər  Batalyonu  bölgənin  həm  Ermənistanla,  həm  də  Dağlıq 
Qarabağla  olan  çox  uzun  sərhədini  qorumaqda  davam  edirdi.  Bu  qədər 
böyük ərazinin müdafiəsini təşkil etmək-bir batalyon üçün çox çətin idi. 
Həm  canlı  qüvvə,  həm  də  hərbi  texnika  çatışmırdı.  Sərhəd  kəndlərinin 
hərəsində  bir  tağım  yerləşdirmidik.  Bölük  və  tağımlar  arasında  əlaqə 
demək olar ki yox idi. 12 ədəd sərhəd məntəqəsində yerləşdirilmiş bölük 
və tağımlar bir-birləri ilə şəhər telefonları ilə əlaqə saxlayırdılar.  
1992-ci  il  fevralın  sonu  və  martın  əvvəllərində  Kəlbəcərdə  xalq 
cəbhəsi  üzvlərindən  ibarət  ikinci  bir  batalyon  yaradılmışdı.  Həmin 
batalyona  İlham  Həsənov  komandirlik  edirdi.  Bu  batalyonda  heç  bir 
qayda-qanun  və  nizam-intizam  yox  idi.  Onlar  Müdafiə  Nazirliyi 
tərəfindən  bizim  btalyona  ayrılmış  avtomat  silahlarla  silahlanaraq 
müstəqil  fəaliyyət  göstərirdilər.  Bütün  bunlara  baxmayaraq  biz 
Kəlbəcərin  müdafiəsində  onlardan  da  istifadə  etməyi  lazım  bilirdik. 
Çünki  bizim  batalyonun  qüvvələri  100  kilometrdən  çox  ərazinin 
müdafiəsində durmaq üçün azlıq edirdi. Bakıdan gəlmiş 60 nəfərlik dəstə 
isə çoxdan geriyə-Bakıya çağırılmışdı.  
Mart  ayının  sonu  idi.  Xalq  cəbhəsi  batalyonunun  komandiri 
İlham  Həsənov  bizə  müraciət  edərək,  Ağdaban,  Söyüdlü,  Mərcimək  və 
Çərəkdar  mövqelərinin  onlara  təhvil  verilməsini  xahiş  etdi.  Çünki 
Kəlbəcərin  sərhəddi  çox  uzun  olduğuna  görə  bizim  batalyonun  şəxsi 
heyəti və silahımız bəs etmirdi ki, bütün ərazini qoruya bilək. Komandir, 
qərərgah  rəisi  və  mən  məsləhətləşərək  onların  təklifi  ilə  razılaşdıq. 
Beləliklə  Söyüdlüdəki  Qaraqaya,  Ağdaban,  Çərəkdar  və  Mərcimək 
mövqelərini  xalq  cəbhəsi  batalyonuna  təhvil  verdik.  Bununla  da  biz 
əsasən  Ermənistanla  sərhəd  olan  mövqelərimizi  möhkəmləndirdik. 
Ağdaban,  Çərəkdar  və  Mərcimək  kəndlərində  olan  bizim  batalyonun 
əsgərlərini hər ehtimala qarşı, elə həmin kəndlərdə ehtiyatda saxladıq.  
Aprel  ayının  7-dən  8-nə  keçən  gecə  ermənilər  rus  ordusunun 
qüvvələri  ilə  birlikdə  Ağdabana  hücum  etdilər.  Onlar  əvvəlcədən 
kəşfiyyat  apararaq  Ağdaban  yüksəkliyində  xalq  cəbhəsi  batalyonu 
döyüşçülərinin  keşikdə  olmadığını  yəqin  etmiş  və  kəndi  mühasirəyə 
almışdılar.  Səhər  açılanda  isə  kəndi  gülləboran  etmişlər.  Bu  xəbəri 
eşidəndə  əvvəlcə  inanmadıq.  Çünki  demək  olar  ki,  hər  gün  bizə  belə 
zənglər edilir, yalan məlumatlar gəlirdi.  Biz məlumatı dəqiqləşdirdikdən 
sonra dərhal silahlandıq və maşınlara minərək Ağdabana yola düşdük. 


 
78 
DöyüĢ zamanı qaçmaq axmaqlıqdır. Gülləyə fərqi yoxdur  
harana dəyəcək - sinənə yoxsa kürəyinə. D. A n d r a Ģ i 
 
Kəndə yaxınlaşmaq mümkün deyildi. Kənd alovlar içərisində idi. Kəndin 
aşağı  tərəfindən  köməyə  gəlmiş  maşın  atəşə  tutulmuş  və  9  nəfər  şəhid 
olmuşdu. Ona gərə də biz kəndə Çayqovuşan tərəfdən girməyin mümkün 
olmadığını  bilərək,  Bağırlı  kəndi  tərəfdən  irəliləməyi  lazım  bildik.  Bir 
neçə  əlverişli  yüksəkliyə  çıxdıq  və  erməniləri  atəşə  tutduq.  Ermənilərin 
kəndi  tərk  etmək  fikri  yox  idi,  onlar  evləri,  Mal-qaranı,  maşınları  qarət 
edib daşımaqla məşğul idilər. Bizim atəşimizlə düşmən çaş-baş qalaraq, 
yeni mövqelər tutmağa çalışdı. Lakin qarətlə məşğul olduqlarından bizə 
müqavimət  göstərə  bilmədilər  və  itki  verərək  kəndi  tərk  etməyə 
başladılar.  Bu  döyüşdə  leytenant  H.Abbaovun  komandanlığı  ilə 
yüksəkliklərin birinə çıxarılan “Qrad” qurğusunun atəşi isə daha səmərəli 
oldu.  Hücum  əmri  ilə  yüksəklik  və  qayalıqlardan  yavaş-yavaş  enərək 
kəndə  yaxınlaşırdıq.  Ağdabana  yaxınlaşdıqda  kəndin  tamamilə 
yandrıldığını və evlərin hələ də tüstüləndiyini gördük. Artıq saat 3 olardı. 
Biz kəndə daxil olanda ermənilərin törətdikləri vəhşilikləri görüb dəhşətə 
gəldik. Ermənilər gecə kəndi mühasirəyə almış, hətta kəndə gələn yeganə 
yolu  nəzarətə  götürmüşdülər.  Ağdabanlıların  köməyinə  gələn  9  nəfərlik 
dəstə  elə  kəndin  girəcəyində  gülləboran  edilmişdi.  Cəmi  32  nəfər  kənd 
sakini  öldürülmüş,  beş  nəfər  əsir  aparılmışdı.  Ermənilər  qocalara, 
qadınlara, uşaqlara aman verməmiş, hətta səkkiz yaşlı qız uşağını yabaya 
sancmışdılar. Kəndin silahlı gəncləri öz atəşləri ilə əhalinin əksəriyyətinin 
Bağırlı  kəndi  istiqamətində  mühasirədən  çıxıb  qaçmalarına  kömək 
etmişdilər. Ağdabanın müdafiəsində qəhrəmanlıq göstərən Mahmud kişi 
(kənddə  ona  “Mamoy”  deyirdilər)  Aşıq  Şəmşirin  qəbrini  özünə  səngər 
seçərək, kənd əhalisinin əksəriyyətinin düşmən əlinə keçməsinin qarşısını 
almışdı. O özünün beşaçılan tüfəngi ilə erməniləri yaxına buraxmamış və 
bir neçə erməni başkəsənini sərrast atəşlə öldürmüş, bir addım da geriyə 
çəkilməmişdir.  Ermənilərin  və  rusların  birləşmiş  500  nəfərədək  bir 
ordusu  ilə  təkbətək  döyüşən  Mahmud  kişi  bir  saatadək  onları  yaxına 
buraxmamışdır. Məkrli düşmən onu mühasirəyə almış və arxadan həmlə 
etmişlər.  Mahmud  kişi  qəhrəmancasına  döyüşərək  şəhid  olmuşdu.  Bu 
qeyri-bərabər döyüşdə Ağdabanlı gənclərdən də bir neçəsi erməni və rus 
işğalçılarına qarşı tək-tək orda-burda döyüşsələr də düşmən hücumlarının 
qarşısını ala bilməmişlər.  Kəndi ələ keçirən ermənilər bütün evləri qarət 
etmiş,  əhalinin  mal-qarasını,  avtomobillərini  aparmış  və  evləri 
yandırmışdılar. Həmin gün Aşıq Şəmşirin evi və əlyazmaları da 
 


 
79 
Əvvəlcədən düĢünərək, dərk edərək torpaq və  
vətən uğrunda özünü fəda etmək-qəhrəmanlıqdan üstündür. 
                                                                                          M ü ə l l i f  
 
yandırılmışdı.  Ermənilərin  Ağdaban  kəndində  törətdikləri  bu  vəhşiliklər 
nəinki cinayət idi, bu həm də  xalqımıza qarşı  növbəti soyqırımı idi. 
Ermənilərin növbəti hücumunun qarşısını almaq üçün həmin gecə 
biz  Ağdaban  kəndinin  bütün  yüksəkliklərində  öz  əsgərlərimizi 
mövqelərdə  yerləşdirdik.  Onlara  həmin  gecə  əlavə  silah-sursat  və  ərzaq 
gətirdim,  gecə  olsa  da  bütün  mövqeləri  gəzdim,  komandir  və  əsgərlərə 
lazımi tövsiyələr verdim, səhərədək onların yanında qaldım. 
 
 
Kəlbəcər batalyonunun ilk əsgərləri - ĠSTĠSU-1992-ci il 
 


 
80 
Iradə zəif olanda , ən güclü ağıl belə bir qara quruĢa dəyməz. 
A n a t l i   f r a n s 
 
 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin