A. M. Allahverdiyev m.İ. Bağirova qanin laborator təDQİQİNİn kliNİK



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix06.03.2017
ölçüsü0,73 Mb.
#10400
1   2   3   4   5   6   7   8   9   10

Artmasına səbəb olan hallar:
Xronik pankreas çatışmazhğı 
Xronik infeksiyalar 
Hemoxromatoz 
Hemosideroz
Residiv verən meqaloblastik anemiya 
Azalmasma səbəb olan hallar:
D əm ir çatışmazhğı anemiyası 
İkincili polisitemiyalar 
Kollagen xəstəlikləri 
Revmatik artritlər 
Sistem qurdeşənəyi 
Sümük iliyinin karsinomalan 
Xronik ağciyər vərəmi 
Bronxoektaziya 
Şəkərli diabet 
Xronik pielonefrit 
Qocahq

2.19. SERULOPLAZMİN
Seruloplazmin  plazma  zülallannın  cx
2
-qlobulin  fraksiyasma 
daxil  olan  ferment  xassəli  zülaldır;  terkibinde  mis  ionu 
(0,32%-o  qədər)  olduğundan,  məhlula  açıq  mavi  rəng  verir; 
askorbin  turşusuna,  adrenaline,  dioksifenilalaninə  və  b.  zəif 
oksidləşdirici  tə'sir  göstərir.  Seruloplazminin  tərkibində  olan 
mis  ionlan  oksidləşraə-reduksiya  reaksiyalan  zamanı  birva- 
lentlidən  ikivalentliliyə və  əksinə çevrilə bilir.  Bunun sayəsin- 
də  seruloplazmin 
ionlannı  oksidləşdirib,  Fe^'^-ə  və 
ionlarını reduksiyaya uğradıb, Fe^'^-yə çevirə bilir.  Bu reaksiya- 
nın  transferrinin  tərkibində  olan  üçvalentli  dəm ir  ionlanndan 
hemoqlobinin sintezi üçün istifadə edilməsində böyük əhəm iy- 
yəti  vardır  (mə'Iumdur  ki,  hemoqlobinin  tərkibində  ikivalentli 
dəm ir  ionu  olur).  Hepatoserebral  distrofıya  (Vilson  xəstəliyi) 
zamanı  qan  plazmasında  seruloplazminin  qatılığı  xeyli  artır. 
Bu,  adi  çəkilən  xəstəliyin  mühüm  diaqnostik  m e’yarlanndan 
biridir.
N orm al g ö təriciləri:  0,15-0,5 q/L 
A rtm asın a səb əb  olan  hallar:
Hamiləlik 
Tirotoksikoz 
Bədxassəli şişlər 
Qaraciyər sirrozu 
B ə ’zi infeksiyalar
2.20. DƏM İRİN ORQANİZMDƏ
A RTIQ  MİQDARDA TOPLANMASI
t
Orqanizmdə  həddindən  artıq  dəmir  toplanmasının  əsas  se- 
bəblərindən  biri  -   bağırsaqlardan  dəmir  sorulmasmm  artması- 
dır.  Bundan  əlavə,  dəm ir  preparatlarınm  yüksək  dozalanm n 
parenteral  yolla  orqanizmə  yeridilməsi  də  oxşar prosesin  inki- 
şafina  səbəb  ola  bilər.  Belə  hallarda  dəmir  həm   retikuloendo- 
telial  hüceyrələrdə  (hemosiderin  və  ferritin  şəklində)  topiamr, 
həm   də  plazma  transferrininin  dəm irlə  doyma  dərəcəsi  artır. 
Qaraciyər,  ürək  əzələsi,  mə'dəaltı  vəzi  hüceyrələrində  uzun

m üddət  ərzində  artıq  miqdarda  dəmİr  toplandıqda  bu  hücey- 
rələr  zədələnir.  Bununla  əlaqədar  olan  patoloji  proses  hemo- 
xromatoz adlamr.
Normal göstəriciləri:
2
0
0
 mkq/dl:
Azalm asına səbəb olan hallar:
Qaraciyər zədələnm ələri 
Atransferrinemiya 
Böyük və kiçik taiassemiyalar 
Hemoqlobinopatiyalann digər növleri 
Paroksizmaİ gecə hemoqlobinuriyası 
Sideroblastik anemiyaiar 
Sideroaxrestik anemiyaiar 
Transferrin çatışmazİığı 
Artmasına səbəb olan  hallar:
N efritlər
Hemolitik anemiya 
Pernisioz anemiya 
Hipoplastik anemiya 
Kəskin  leykozlar 
Tez-tez qanköçürme
2.21.FOSFOR
Qanda  fosfora üzvi  və  qeyri-üzvi  fosfatlann,  fosfat  efirləri- 
nin  və  fosfolipidlərin  tərkibində  rast  gəlinir.  Fosforlu  birləş- 
m əiərin  biokimyəvi  prosesiərdə  çox  mühüm  rolu  vardır.  Mə- 
sələn,  karbohidrat  və  lipidlər  metabolizmin  m üxtəlif  m ərhə- 
lələrində  fosforlu  birləşm ələrə  çevrildikdən  sonra  iştirak  edir- 
lər.  Fosfor  ATF-in  və  digər  nukleozidfosfatlann  tərkibinə  da- 
xil  olaraq,  enerji  mübadiləsində  fəal  iştirak  edir.  Canlılarm  ən 
mühüm  tərkib  hissələrindən  olan  nukiein  turşulan  fosforlu 
birleşm ələrdir.  Bundan əlave,  fosforun qeyri-üzvi  birləşm ələri 
sümüklərin  möhkəmliyini  tə'min  edən  kalsiapatitlərin  tərkibi- 
nə  daxildir.  Orqanizmə  həzm   sistemi  vasitəsilə  daxil  olan  fos­
for  bağırsaqlardan  sorulduqdan  sonra  əsasən  sümüklərdə  to- 
plamr.  Qan  serumunda  fosforun  qatılığı  ilin  fəsillərinə,  günün

m üxtelif  saatlanna,  orqanizmin  fərdi  inkişaf  dövrünə  uyğun 
olaraq  dəyişə  bilər.  Qış  aylannda  və  gecə  saatlarmda  qan  se- 
rumunda  fosfonm qatılığı  aşağı, yay  aylannda  və  gündüz  saat- 
lannda isə nisbətən yuxan səviyyəde olur.
Normal göstəriciləri:
Uşaqlarda:  4,5-6,5 mq/dl 
Böyükİərdə:  3,0-4,5 mq/dl 
Artmasuıa səbəb olan hallar:
Sümük şişləri
Sümük sınıqlannm  sağalraa m ərhələsi
D vitamininin hipervitaminozu
Hipoparatiroidizm
Psevdohipoparatiroidizm
Addison xəstəliyi
Diabetik ketoasidoz
Leykozlar
Bağırsaq tutulması
Akromeqaliya
Laktat-asidoz
Mieloma
Limfoma
Azalmasına səbəb olan haliar:
Alkoholizm 
Şəkərli  diabet
Böyrəyin b ə ’zi patologiyalan 
D vitamini çatışmazlığı 
Hiperparatiroidizm
Yeniyetm ələrdə somatotrop hormon çatışmazlığı
Hipokalsiemiya
Sepsis
Diuretik dərman preparatlan  ilə müalice 
Turşu-qələvi müvazinətinin pozulması 
Qiükozanm damardaxili inyeksiyası 
Qidada fosfor çatışmazlığı 
Dispepsiyalar, xüsusən qusmalar

İrsi  hipofosfatemiyalar (bu  xəstələrdə  fosfat  ionunun  bağır- 
saqlardan sorulması və böyrəklərdə reabsorbsiyası pozulur) 
K.əskm ieykozlar 
Mieloma
Hiperparatiroidizm 
Sümüklərin bədxassəli şişləri
2.22. NATRIUM
Fizioloji  rolu:  Natrium  orqanizmdə  suda  yaxşı  hell  olan 
duzlar;  əsasən  xloridlər,  fosfatiar  və  bikarbonatlar  şəklində 
olur.  Insan orqanizmindəki natriumun 40% -ə  qədəri  sümük to- 
xumasında  toplanır.  Orqanizmdə  natrium  əsasən  hüceyrədən- 
xaric  mayenin  tərkibində  toplanır.  Natrium  orqanizmdə  aşağı- 
dakı proseslərdə iştirak edir:
1.  Hüceyrədaxili  və  hüceyrədənxaric  m ühitlərdə  maye  ba- 
lansmın  tənzimi,  onun  sabit  saxlanılraası  və  suyun  toxumalar 
arasında bölüşdürülməsi;
2.  Hüceyrədaxili  və  hüceyrədənxaric  mayelərin  osmos  təz- 
yiqinin  və pH-nın  tənzim edilməsi  (bu proseslərdə  natrium  ka- 
liumla birlikdə iştirak edir);
3. Turşu-qələvi müvazinətinin tənzim edilməsi;
4.  Sinir-əzələ oyamcılığınm tənzimi;
Orqanizmdə  natriumun miqdarmın azlığı  arterial  hipotenziya 
ilə, artıq olması  isə arterial hipertenziya ilə mtişayiət edilə bilər. 
Normal göstəriciləri:
136-145  mEkv/L və ya  136-145 mmol/L 
Artmasına səbəb oian  hailar:
Qusma, tərlem ə və s.  nəticəsində orqanizmin su  itirmesi
Diabetin m üxtəlif formalan
Diuretik dərm an preparatlan
Nefiropatiyalann hiper- və hipokalsiumlu formalan
Azalmasına səbəb olan  hallar:
Anadangəlm ə ürək çatışmazlıği 
Nefrozlar
Sirrozun assitli forması
Orqanizmin su itirməsinə səbeb olan hallar (qusma, tərləmə və s.)

Orqanizmdə duzlann itirilməsinə səbəb olan nefropatiyalar 
Hormonal  balansm pozulmalan  (antidiuretik  hormon  sekre- 
siyasımn çatışmazlığı)
Orqanizmə 
osmolyarhğı 
standart 
olmayan 
m əhlullar 
köçürülməsi
MannitoUa müaiicə 
Hiperqlikemiya və hiperlipidemiya 
Н1рефго1ешет1уа
2.23. QAN SERUMUNUN OSMOLYARLIĞI
Osmos  təzyiqini  məhlulda  olan  xırda  hissəciklərin  (o  cüm- 
lədən  hell  olmuş  qeyri-polyar  m olekullann  və  dissosiasiyaya 
uğramış  hisseciklərin)  sayı  formalaşdınr.  Məhlulda  olan  xırda 
hissəciklərin  qram-molekuilarla  miqdan  raəhlulun  osmolyarh- 
ğı  adlanır.  Ye'ni  əgər  I  litr  məhlulda  \  q-mol  (180q)  qlükoza 
olarsa,  bu  məhlulun  osmos  təzyiqi  1  osmol  hesab  edilir.  Həll 
olan  maddənin  molekullan 
2
  iona  dissosiasiya  edərsə,  onda 
onun  I  mol-u  2  osmol  təzyiq  yarada  bilər.  M əsələn,  natrium- 
xloridin  I  mol  (58,5  q)  qatılıqlı  məhlulunun  osmos  təzyiqi  2 
osmola bərabərdir.
Ekstrasellulyar və  intrasellulyar (hüceyrədənxaric və hücey- 
rədaxili)  mayeJərin  normal  osmolyarhğı  təxm inən  300  milli- 
osmoia bərabərdir.
Normal göstəricisi:
280-300 mosm/L 
Artmasına  səbəb olan  hallar:
Hiperqlikeraiya 
Diabetin ketoasidozlu forması 
Diabetik koma 
Spirtli  içkilər
Dehidratasiya nəticəsində törənən hipematriemiya 
Diabetin m üxtəlif formalan 
Xronik böyrək çatışmazlığı
O rağabənzer hüceyrəli hemoqlobinopatiya
Pnevmoniya
Pankreatit

M ərkəzi  sinir sisteminin b ə’zi zədələnm ələri 
Ü rək-dam ar sisteminin patologiyası 
Hipematriemiyaya səbəb olan m üxtəlif patoloji proseslər 
Azalmasına səbəb olan hallar:
Anadangəlm ə ürək qüsurları 
Sirroz
Nefrotik sindrom
Antidiuretik hormonun hiposekresiyası
Qusma, diarreya
Yamqlar
Peritonit
Pankreatit
Hiponatriemiya
M üalicə m əqsədiiə kortikosteroidlərdən istifadə edilməsi
2.24. QANIN pH-ı
Normal  halda qanm pH-ı neyrohumoral  sistem və  qamn bu- 
fer  sistemi  vasitəsilə  tənzim  edilir.  Qamn  bufer  sistemini  bi- 
karbonatlar,  fosfat  turşusunun  natrium  və  kalium  duzlan, 
plazma zülallan və eritrositlərdə olan hemoqlobin təşkil  edir. 
Arterial qanın normal pH-ı:  7,36-7,44 
Artmasına səb əb  olan  hallar:
M etabolik alkaloz 
Respirator alkaloz 
Azalmasma səbəb olan hallar:
Metabolik asidoz 
Respirator asidoz
2.25. KALİUM
Kaiium  ionu  hüceyrədaxili  kationdur.  İnsan  orqanizmində 
160-250  q-a  qədər  kalium  olur.  Bu  miqdarm  yalnız  2%-ə  qə- 
deri  hüceyrədənkənar  mayelərin  tərkibində,  qalan  hissəsi  isə 
hüceyrədaxili  mühitdə  toplanır.  Orqanizmin  hüceyrelərinin 
m üxtəlif növlərində  də  kaliumun  miqdarı  fərqli  olur.  Bu  iona 
ən  çox  eritrositlərdə,  əzələ  liflərində,  beyində  və  kardiomio-

sitlərdə  rast  gəlinir.  Ə zələləri  kalium  ionlan  üçün  depo  hesab 
etm ək oiar:  saya əzələ  liflərinin protoplazmasında və  eninəzo- 
laqlı  əzələlərin  tünd  zolaqlannda  kaliumun  miqdarı  xüsusilə 
çoxdur.  Kalium ionu əzələ tonusunu yüksəldir.
Həzm  traktından  1  gün  ərzində  25-30  q-a  qedər kalium  so- 
rulur; bu, orqanizmdəki kaliumun ümumi  m iqdanm n  1/7 hissə- 
sini  təşkil  edir.  Monosaxaridlərin  və  aminturşulann  sorulma- 
sında  da  kalium  ionlarınm  mühüm  rolu  vardır.  Bioloji  mem- 
branlardan  kaliumun keçməsi  x!or  ionlanmn  da passiv  surətdə 
nəql  olunması  ilə  müşayiət  edilir.  Kaliumun  membranlardan 
keçməsi  isə  ATF  enerjisinin  sə rf edilməsi  ilə  (N A \ 
- ATF- 
aza fermentinin köməyi ilə) həyata keçən aktiv prosesdir.
Orqanizmin  hər  1  kq-na  50-60  mmol  kalium  düşür.  Qanm 
hüceyrəvi  elementlərində  isə  bu  kationun  qatilığı  160  mmol/l-ə 
yaxmdır.  Qanda  kaliumun  qahlığının  artraa  və  azalması  ürək 
fəaliyyətinin  və  əzələlərin  yığılma  qabiİiyyətinin  müxtəlif- 
istiqamətli pozulm alan  ilə müşayiət edilir.
Normal göstənciləri:
Yenidoğulmuşlarda: 3,9-5,9 mmol/L 
K öф ələгdə: 4,1-5,3  mmol/L 
Uşaqlarda:  3,4-4,7 mmol/L 
Böyüklərdə:  3,5-5,1  mmol/L 
Heparinli plazmada:  3,5-4,5 mmol/L
Hemoliz  olmuş  qanda  eritrositlərdən  xaricə  çıxan  kalium 
qan  serumunun  analizindən  alınan  nəticənin  heqiqətəuyğunlu- 
ğuna tə'sir  göstərir.  Buna  görə  belə  qanda kaliumun miqdannı 
analiz etmək m əsləhət göriilmür.
Artmasına səbəb olan hallar:
Addison xəstəliyi 
Böyrək çatişmazlığı
M üxtəlif səbəblər üzündən baş verən hemolizler
Qan və maye köçürmələri
Aidosteron sintezinin azalması
Bə'zi  epileptik və mütamadi ifliclər
Su-elektrolit müvazinətinin pozulmasma səbəb olan hallar

Kaliumun  orqanizmden  xaric  edilməsini  azaldan  dəraıan 
preparatlan (m əsələn, a)dakton)  ilə apanlan müalicə 
Azalmasına  səbəb olan haUar:
Kuşinq sindromu
D iuretiklərlə müalicə
Aldosteron sintezinin birincili artması
Nefropatiyalar
Psevdoaldosteronizm
M etabolik asidoza səbəb olan hallar
XroniV pielonefrit, diurez və b,
Diarreyaiar
Qusma
Adenomalar
Zollinger-EUison sindromu 
Uretrosiqmoidostomiya
2.26. XLOR
Xlor  orqanizmdə  əsasən  natrium,  kalium,  kalsium,  maqne- 
zium  duzlarmm  tərkibində  dissosiasiyaya  uğramış  anionlar 
şəklində  olur.  Bu  anionun  fızioloji  proseslərde  mühüm  rolu 
vardır.  Bioloji  mayelərdə  (qan,  hüceyrəarası  maye,  limfa)  xlor 
ionlannm   yayılmasmm  başqa  anionlann  və  zülallarm  miqdarı 
ilə  əlaqösi  vardır.  Qanm  turşu-qələvi  müvazinətinin  tənzim 
edilməsində  xlor  anionlannm  m üəyyən  rolu  vardır;  bımdan 
əlavə,  xlor  anionlan,  natrium  kationlan  ilə  birlikdə,  bioloji 
mayeİərin  osmolyarlığmm tənzimində  iştirak  edir.  M ə'də  şirə- 
sinin  tərkibinə  daxil  olan  xlorid turşusunun  sintezi  üçün  orqa- 
nizmdə xlor anionlanndan istifadə edilir.
Normal göstəriciləri;
Yenidoğulmuşiarda:  97-110 mmol/L 
Normada:  98-106 mmol/L 
Artmasma səbəb olan  haliar:
Bromizm
Uretrosiqmoidostomiya 
Şəkərsiz diabet 
H ipeфaratiгoidizm

Bə'zi  dərman  preparatlanmn  (steroidİər,  salisilatlar,  natri- 
um-xİorid m əhiullan) yliksək dozada qebulu 
Bəzi böyrək xəstəlikləri 
K əllə-beyin zədələranələri 
İshal
Hiperxloremik asidoz 
A zalm asına səb ə b  olan  hallar:
Duz itkisinə səbəb olan böyrək xəstəlikləri
Hipokortikosteroidizm
İlkin aldosteronizm
H əddən artıq və uzımmüddətli qusma
Nefrit
Hamiləlik toksikozu
2.27. MAQNEZIUM
Maqnezium həyat proseslərində  mühüm rolu olan mikroele- 
m entlərdən  biridir.  Hüceyrədaxili  mübadilənin  (xüsusən  kar- 
bohidratlamı  kataboiizmi)  bə'zi  çox  mühüm  reaksiyalannı  ka- 
taliz  edən  fermentlərin  (fosforilaza,  enolaza  və  s.)  fəallığı 
mühitde m əhz maqnezium ionlarmm olmasından asıhdır.  Maq­
nezium  fermentlərin  bir  qrupunun  aktivatoru,  digər  qrupunun 
isə inhibitorudur.
Orqanizmin  bütün  maqnezium  ehtiyatınm  30% -e  qədəri 
yumşaq  toxumalarda  ve  mayelərdə,  qalan  hissəsi  isə  sümük- 
lərdə  olur.  Plazmadakı  maqneziumun  isə  1/3  hissəsi  zülallarla 
birləşm ə  şəklindədir.  Orqanizmin  hüceyrədənkənar  mayeləri- 
nin tərkibində  maqneziumun qatılığı  1,6-2,54  mq  ekv/l-dir.  Bu 
kationun  qatılığmm  artması  sinir  sisteminin  fəallığmm  və 
ezələlərin  ytğılma  qüvvesinin  azalmasma  səbəb  olur.  Maqne­
ziumun  m iqdan  artdıqda  isə  sinir  oyanıcılığı  artır,  periferik 
damarlar genişlənir, bə'zən (xüsusən kəskin miokard  infarktm- 
dan sonrakı dövrdə) ürək aritmiyaları meydana çıxır.
N orm al göstəriciləri:
Uşaqlarda:  1,67-2,1  mq-ekv/L 
Böyüklərdə:  1,6-2,54 mq-ekv/L

Artmasına səbəb olan  hallar:
Kəskin pankreatit
Hipoparatiroidizm
Xronik qlomerulonefrit
Hamiləlik
Xronik alkoholİ23n
İdiopatik hipomaqneziemiya
Diabet asidozu
H əddən artıq əmizdirmə
Hiperaldosteronizm
Bağırsaqlardan sorulmanm pozulmaları
Qidada maqnezium çatışmazlığı
Spirtli  içkilər
Yüksək  dozada  insulin,  amfoterisin-B,  aldosteron,  liraon 
turşusu,  ammonium-xlorid, kalsium duzları  alanlar
2.28. KALSİUM
Qan  plazmasındakı  kalsiumun  40%-ə  qədəri  zülallarla,  5%-ə 
qədəri  limon,  fosfat və karbonat turşusu ilə kompleks şəklində, 
qalan  hissəsi  İsə  ionlaşmış  vəziyyətdə  olur.  İonlaşmış  kalsiu­
mun  fızioloji  proseslərdə  rolu  daha  böyükdür.  Buna  görə 
ionlaşmış kalsiumun miqdannm müəyyənləşdirilm əsi  daha bö- 
yük  əh ə m i)^ ə tə   malikdir.  Lakin təəssü f ki,  bu  göstəricini  adi 
laborator  m üayinələr  vasitəsilə  deyil,  yalnız  spesifık  kalsium 
elektrodlan  vasitəsiiə tə'yin etm ək mümkün olur.
Kalsium  bir  çox  fermentiərin  aktivatorudur;  xüsusən  qanın 
laxtalanması  prosesində  mühüra  rolu  vardır.  Qanda  kalsiumun 
miqdarınm  kəskin  surətdə  azalması  tetanik  qıcoimalarla  nəti- 
cələnir.  Bu,  hipoparatircoz(tetamya)  xəstəlıyinin  ən  mühum 
əlam ətiərindən biridir.
Orqanizmdə  kalsiumun böyük  hissəsi  sümüklərdə  (fosfat bir- 
ləşmələri  şəklində) toplanır.  Sümüklərdə,  hüceyrədaxili  mühitdə 
və orqanizmin bioloji mayelərində kalsiumun miqdan  əsasən pa- 
rathormon və kalsitonin vasitəsilə tənzim edilir və çox vaxt möv- 
sümJə əlaqədar olaraq, dəyişikliklərə uğrayır (qış aylannda artır)

N orm al göstəıiciləri:
8.7-10,6 mq/dl (2,3-2,75 mmol/L)
A rtm asin a səb əb  olan  hallar:
Mieloma
Limfoma
Leykoz
Aloromeqaliya
Tirotoksikoz
idiopatik hiperkalsiemiya
Polisitemiya
Pecet xəstəiiyi
Sarkoidoz
H 1реф a r at i ro idizm
Sümüyün ilkin bədxassəli ve  ikinciIİ metastatik şişləri 
Ağciyər karsinomasi 
Böyrək karsinomasi
D vitamininin yüksək dozada qəbul  edilmesi 
Estrogenlər, hamiləliyin qarşısını alan hormonal preparatlar 
Ayaq üstdə uzun müddət qalma (15  dəq. müddətində 4-7%-ə
qedər arta bilər)
A zalm asm a səb əb  olan hallar:
Qaraciyər sirrozu 
D vitamini çatışmazlığı 
Alkoholizm
Kəskin pankreatit 
Xronik böyrək çatışmazlığı 
Maqnezium çatışmazlığı 
Kuşinq sindromu 
Hipoparatiroidizm 
Spru
Bəzi  dərm an  preparatlan  (kortikosteroidlər,  diuretiklər,  in­
sulin, qlükaqon, tetrasiklin).
2.29. M tS
Mis  orqanizmde  əsasən  qaraciyərdə,  böyrekdə,  ürəkde  sü- 
m ükdə  V
0
  tüklərdə toplanır.  Qan  serumunda  isə  misin  miqdan

olduqca  azdır,  Onım  əsas  hissəsi  seruloplazminin  tərkibində 
olur ki, bu  da plazma zülallannın oj-qlobulin fraksiyasına daxil 
olan  züialdır (bax:  bölmə  2.19).  Bə'zi  fermentativ proseslerdə, 
xüsusən  hemopoez  prosesində  demirin  üçvaientii  haldan  iki- 
valentli  hala  (və  əksinə)  keçməsində  mis  ionlanm n  böyük 
ehəm iyyeti vardır.
Normal göstəricisi:  100-200 mq/dl 
Artmasına səbəb olan hallar:
Leykozlar 
Qaraciyər sirrozu 
M etastazlar 
Kollagenoz xestelikləri 
M iokard infarktı 
Beyin infarktı
Q alxanabənzər vəzinin funksiyasmm pozulması 
Anemiyamn m üxtəlif formalan (talassemiya)
Spondilit 
Hemoxromatoz 
Ağciyər vərəm i 
Revmatik artrit
Estrogenlər və hamiləliyin qarşısını alan hormonal preparatiar 
Azalmasına səbəb olan hallar:
Nefrotik sindromlar 
D əm ir çatışmazlığı 
Yamqlar
Leykozun remissiyalan 
Qidada zülal çatışmazlığı 
Xronik ürək xəstəlikləri 
Spru
2.30. LİTtUM
Adi  halda  insan  orqanizmində  cüzi  miqdarda  litium  olur. 
Torkibində  litium olan dərman maddələrindən istifadə  edildik- 
də bu mikroelementin qandakı miqdan  arta bilər.  Litium duzla- 
nndan  (xüsusən  litium karbonatdan) maniakal-depressiv psixo- 
zun m üalicəsində  istifadə  edilir.  Qanda litiumun  aıtması  ürək-

bulanma,  qusma,  ataksiya,  tremor və  b.  patoloji  dəyişikliklərə 
səbeb ola bilər.
N orm al göstəriciləri:
Serumda tə'yin edilmir
M ü s b ə t   o l d u ğ u   h a l l a r :   litiumla müalicə zamanı 
T əxm ini sə rh ə d lə ri:
Həddi-buiuğa çatanlarda:  0,06-1,2 mq-ekv/L 
Yaşiı və uşaqlarda:  0,6-0
, 8
 mq-ekv/L
Kritik səviyyəsi yaşlı və uşaqlarda:  >2 mq-ekv/L

3. İMMUNOQLOBULİNLƏR
İmmunoqlobulinJər -  orqanizmə daxil olan h ər hansı  antige- 
nin  tə'siri  nəticəsində  sintez  edilən  spesifik  tə'sirli  zülallar 
olub,  humoral  immunitetin  əsas  tə ’siredici  vasitələridir.  Anti- 
geniərlə  kompleks  birləşm ə  əm ələ  gətirdiklərinə  və  onlarm 
zərərsizləşm əsinə  şərait  yaratdıqlanna  görə,  bunlara  antitellər 
(əks-cisimciklər)  de  deyilir.  Onlara  immunoqlobulin  adı  veril- 
məsi  isə  qlobulyar  strukturlu  zülallar  qrupuna  aid  olm alan  ilə 
əlaqədardır.  İmmunoqlobulmlər  insan  orqanizmində  olan  zü- 
lallarm  yeganə  növləridir  ki,  qaraciyərdə  sintez  edilmirlər. 
Onlarm m üxtəlif növlərmin orqanizmdə yanm yaşam a müddət- 
ləri  aşağıdakı kimidir:
im m unoqlobulin G (IgG) -  23  gün 
immunoqlobulin A (IgA) -  5,8 gün 
immunoqlobulin M (IgM) -  5,1  gün 
immunoqlobulin D (IgD) -  2,8 gün 
immunoqlobulin E (IgE) -  2,3  gün
3.1. İMMUNOQLOBULİN  Л
IgA  əsasən  həzm,  tənəffiis  və  sidik-cinsiyyet  orqanlannda 
olan  limfa düyünlərində  sintez edilir ve bu toxum alann hücey- 
rəarası  m ayelərində  daha  çox  oiur.  Orqanizmdeki  IgA-nm 
ümumi  m iqdannm   40-45%-i  qan  serumunda  toplanır.  IgA  ça- 
tışmazlığı  olan  şəxslərin  bə'zilərinin  qamnda  anti  -   IgA  anti- 
telləri  aşkar edilir;  bu,  qanköçürmə zamam  anafilaktik reaksiy- 
alara səbəb  ola biler.  A dətən belə  şexslər  autoimmun  mənşəli 
xəstəliklərə həssas olurlar.
Normal göstəricUəri:
Yenidoğulanlarda:  0-2 mq/dl 
K öф eləгdə (1-2 yaş):  3-100 mq/dl 
2-16 yaş:  25-230 mq/dİ 
16 yaşdan yuxan olanlarda;  80-420 mq/dl 
Artmasına səbəb oian hailar:
Qaraciyər sirrozu 
Hepatit

Anadangəlm ə infeksiyalar 
Bağırsaq xəstəlikləri 
Təneffüs sisteminin xəstəlikləri 
Veqener qranulematozu
Hemorragik trombositopenik purpur (Şenleyn-Genox xəstəliyi) 
Mieloma
Monoklonal qammapatiya 
Berger xəstəiiyi (IgA nefropatiyası)
V ərəm
G öbələk xəstəlikləri
Autoimmun xəstəliklər
Revmatik artritlərin kəskin formalan
Sistem qırmızı qurdeşənəyinin b ə ’zi formalan
Sarkoidozlu xəstələrin be'zileri
Döş vəzisi xərçəngi
Nefropatiyalann bə’zi formaları
Mieloma
Neytropeniya ilə m üşayiət edilen patoloji prosesler 
Azalmasına səbəb oian hallar:
Hamiləliyin  son aylan
__  
^
Bruton aqammaqlobulinemiyası
Həzm   sisteminin  ftınksiyalannm  pozulmalan  və  yanıqİarla 
eİaqədar kəskin zülal itkisi
Anadangəlmə immun sistem çatışmazlıqlan 
Dekstrania müalicə 
M alabsorbsiya sindromu
Sistem qırmızı qurdeşənəyi xəstəliyinin bəzi formalan 
Ataksiya-teleangiektaziya 
KÖфəIərdə m üvəqqəti hipoqammaqlobulinemiya 
Rentgen  şüasmın  te ’siri  nəticəsində  baş  verən  immım  ça- 
tışmazlıq (IgM-in artması ilə)
Limfoid neoplazmalar 
Q araciyər sirrozu (bə'zilərində)
Residiv verən otitlərin bə'zi növləri
Birincili və ikincili mielomalar, leykozlar, nefrotik sindromlar

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin