13309
A.M .ALLAHVERDİYEV
M.İ.BAĞIROVA
QANIN LABORATOR
TƏDQİQİNİN KLİNİK-
DİAQNOSTİK
ƏHƏMİYYƏTİ
( D ə r s v a s a i t i )
BAKI - 2003
Elm i redaktor: professor S.Ə.Cavadov
RəWçildr: Azoıbaycan MEA-nın müxbir üzvü, prof TAAğayev
professor A.M. Əfəndiyev
Aüahverdiyev A.M., Bağırova M.İ. QANIN LABORA-
TOR TƏDQİQINİN KLİNİK-DİAQNOSTİK ƏHƏMİYYƏTİ.
- B a k ı, 2002,134 səh.
Kitab qanın klinik-laborator analizlərinin diaqnostik əhə-
m iyyətinə həsr edilmişdir. Burada qanın analitik göstəriciləri-
nin m ənşəyi və fizioioji roiu haqqında mə'lumat və bu göstəri-
cilərin orta normal göstəricilərdən fərqlənm əsinə səbəb olan
patoloji proseslərin siyahısı verilmişdir. Kitabda verilən
mə'İumatlar analitik göstəricilərdən diaqnostikada istifadə
edilməsi üçün zəmin yaradır. Kitab həkim lər, biokimyaçılar,
patofizioloqlar və tibb təhsili alan tələbələr üçün nəzərdə tu-
tulmuşdur.
АхэгЬаусап Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasımn
25 dekabr 2002~ci il tarixli (protokol N°4}) qəran ilə çap edilir.
^ 4702060202
„
Ə -------------------- “Səda’ nəşrıyyatı
M 653(07)2003
ISBN 5-8020-1652-4
MÜQƏDDİMƏ
X əstəliklərə qısa m üddətdə və dəqiq diaqnoz qoymaq hər
bir həkim in qarşısmda duran ən raühüm problem lərdən biridir.
Çünki həkim in seçdiyi müalicə taktikasmın effektivliyi ilk
növbədə xostəliyin diaqnozunun düzgünlüyündən asılıdır.
A dətən həkim xəstəlikiərə ilkin diaqnoz qoymaq üçün ilk növ-
bədə müayinə zamanı aşkara çıxan klinik əlam ətlərə əsaslamr.
Lakin çox vaxt ümumi raüayinə üsulları (vizual müayinə, per-
kussiya, palpasiya, auskultasiya və s.) zamanı müşahidə edilən
klinik əlam ətlər dəqiq diaqnostika üçün kifayət etmir, b ə ’zən
isə buna həkimin səriştəsizliyi mane olur. Bundan əlavə, bir
sıra xəstəliklərin atipik keçməsi də diaqnozun müəyyənləş-
dirilməsi sahəsində əlavə çətinlikler törəde bilər. Bütün bunla-
ra görə, klinik analizlərin nəticələrindən istifade etmək diaq-
nostikanın olduqca mühüm və m əs’uliyyətli m ərhələlerindən
biri hesab edilməlidir. Юinik analizlər diaqnostikaya yardım
göstərm əklə bərabər, həm də müalicənin nəticələrinə və
sağalma prosesinin intensivliyinə nəzarət etm əyə imkan verən
çox mühüm vasitələrdir. Bu üsuliardan yetərincə istifadə edil-
məsi isə təkcə həkim dən deyil, həm də onun sərəncamında
olan klinik-diaqnostik labaratoriyanın təchizat səviyyəsindən,
eləcə də kadrpotensiahndan asılıdır. Biz, bütün bunlan nəzərə
alaraq, qanm analitik göstəricilərinin diaqnostik əhəm iyyətinə
dair m ə ’lumatları toplamağı və kitab şəkİində çap edərək hə~
kimlərin m ühakim əsinə verməyi qərara aldıq. Bu kitabda qa
nm m üxtəlif göstəricilərinin analizi zamam əldə edilən nə-
ticələr, bu nəticələrin orta normal göstəricilərdən fərqlənm ə-
sinə səbəb olan xəstəlik və patoloji proseslər haqqmda
m ə ’Iumat vermişik. Kitabda qanın formalı elementlərinin, qan
zülallanm n (proteinlərin), enzimlərin (fermentlərin), hormon-
larm, immunoqlobulinlərin, vitaminlərin və bir sıra digər gös-
təricilərin artmasına və azalmasına səbəb olan xəstəliklərin
siyahısı verilmişdir. Ümid edirik ki, bu kitab xəstəliklərin di-
aqnostikasında mövcud olan problemlərin bir qisminin aradan
qaldınlmasmda həkim lərə yardımçı olacaq. Kitabın yazılması
zamanı m üxtəlif dillərdə (ingilis, ras, türk və Azərbaycan dil-
ləri) nəşr edilmiş ədəbiyyat m ənbələrindən istifadə etraiş və
uzun iliərdən bəri elmi və praktik fəaliyyətim izdə əldə et-
diyimiz təcrübələrə esaslanmışıq. Azərbaycan eiminin dünya
elminə inteqrasiyasmı nəzərə alaraq, kitabda beynəlxalq ter-
m inlerə üstüniük vermişik.
Kitabdan istifadə edəcək hörmətli oxuculara vacib bir mə-
qamı da çatdırmaq istəyirik. Burada qamn m üxtəlif göstərici-
ləri üzrə verilən normativlər m üxtəlif labaratoriyalarda, müx-
te lif metodlar vasitəsilə əldə edilmiş və bir-birindən fərqlənən
vahidlərlə ifadə edilmişdir. Buna görə oxuculanm ız kitabda
verilən normativləri raütləq göstərici kimi qəbul etmeməli,
yeri gəldikdə öz çahşdıqlan müalicə ocaqlanm n labaratoriya-
lannda alınmış orta göstəricilərə əsaslanmalıdırlar.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutuimuşdur. Bu
kitabdan nəzəri tibb sahəsində çalışan m ütəxəssislər, həkim-
lər, tələbələr və eləcə də, öz sağlamlığı ilə raaraqlanan h ər bir
şəxs istifadə edə bilər.
Oxuculann kitab haqqında təklif və tenqidi qeydləri müəl-
liflər tərəflndən böyük məmnuniyyətlə qebui ediləcəkdir.
A.M.Allahverdiyev, M.İ.Bağırova
QANIN ÜMUMİ KLİNİK ANALİZİ
V Ə DİGƏR ÜMUMİ GÖSTƏRİCİLƏRİ
Formalı elementlərin (qan hüceyrələrinin) m iqdannın tə'yin
ediiməsi qanm ümumi analizinin əsas mərhələsidir. Umumi
analizə qamn m üəyyən həcm vahidində olan hüceyrə element-
lərindən eritrositlərin (və eritroid toxumaya aid olan digər hü-
ceyrələrin), leykositlərin ve trombositlərin saymm m üəyyən-
ləşdirilm əsi aiddir. Bunlardan əlavə, qanın ümumi a^alizinə
hemoqlobinin qatılıgmın müəyyənləşdirilməsi, leykositar düs-
turun (y ə’ni m üxtəlif leykosit növlərinin faizlə m iqdannın he-
sablanması) və eritrositlərin çökmə sür'ətinin (EÇS) təyin edii-
məsi daxildir.
A dətən ümumi analiz üçün labaratoriya praktikasmda sol
əlin dördüncü (adsız) barmağının yumşaq toxumasından və ya
qulaq sırğalığından götürülən kapillyar qandan istifadə edilir,
lakin xüsusi analizatorlarla aparUan tədqiqat zamanı dirsək ve-
nasmdan götürülən venoz qandan da istifadə etm ək olar. ICa-
pillyar qanı götürmək üçün skariflkatorlardan istifadə edirlər.
Bu m əqsədlə əvvəllər tətbiq edilən frank i>^əiərindən hazırda
istifadə edilmir. Ə vvəllər skarifikatorlan istifadə edildikdən
sonra yuyub, sterilizatorda qaynadır və 2 saat 180” С tempera-
turda quruducu şkafda saxlayırdılar. Son vaxtlarda isə birdəfə-
lik istifado edilən skarifıkatorlar işlədilir.
Q an g ö tü rm o k ü çü n sol o lin dördım cü b a rm a ğ m ın u c hissosinin
dorisi spirtlo isladılm ış p a m b ıq la silinir v ə sk arifık ato r y u m ş a q
toxıım anın 2-3 m m d o n n liy in ə yeridilir; bu z a m a n b a n n a q orta
xotdon bir q ə d o r aralıdan d c şilm o lid ir. Çiinki bu s a h o d ə kapilyar
ş o b ə k o si d a h a six olur. Y a ralan m ış sah o d o n q a n s ə r b ə s t g ə lm ə lid ir.
B u n d an ö t m barm ağı sıx d ıq d a götüriilon q a n a to x u ın a m a y e si q a rışa
b ilər; bu iso a n a liz d ə n alın an n o tic o lə rin t ə h r i f o lım m a s ın a s ə b ə b
Ф
olur.
Analiz üçün qam fıziki (və ya zehni) gərginlikdən, fiziote-
rapevtik müalicə üsullannın tətbiqindən, dərman maddələrinin
parenteral yolla yeridilməsindən, rentgenoloji m üayinədən və
orqanizmin fizioloji halma tə'sir göstərə bilən digər prosesiər-
dən sonra götürmək m əsləhət göriilmür. M üayinələri yalmz
günün eyni saatlannda təkrarlamaq lazımdır. Çünki qanm mor-
foioji və biokimyəvi tərkibi gün ərzində dəyişikliklərə uğraya
bilər.
1. QANIN MORFOLOJİ ELEMENTLƏRİ
1.1. ERİTRO SİTLƏ R
Fizioloji rolıı:
qanın formalı elementlərinin əsas kütləsini
eritrositlər təşkil edir. Eritrositlərin əsas funksiyası onlann si-
toplazmasmda olan hemoqlobindən asılıdır. Hemoqlobin at-
mosfer havasından qəbul edilən oksigeni özünə birləşdirərək,
ağciyərlərdən toxumalara daşıyır, toxumalarda metabolizm
nəticəsində əm ələ gələn karbon qazmm (CO
2
) bir hissəsi isə
ağciyərlərə karbhemoqlobin (karbon qazının hemoqlobinlə
birləşm əsi) şəklində nəql edilir və ağciyər vasitəsilə orqa-
nizmdən xaric edilir. Lakin karbon qazının böyük hissəsi to-
xumalardan ağciyərlərə eritrositlərin sitoplazmasında və qan
plazmasında hidrokarbonat (НСОз"^) ionlan şəklində nəql edi
lir. Toxumalardan qana keçən karbon qazınm su ile reaksiyaya
girərək, hidrokarbonat anionuna çevrilməsi, ağciyərlərdə isə
hidrokarbonat anionunun yenidən karbon qazına və suya par-
çalanması xüsusən eritrositlərdə olan katalaza fermentinin fə-
alhğı ilə əlaqədardır; eritrositlərdə olan hemoqlobin bufer xas-
səsinə malik olrhaqla, qanın turşu-qələvi müvazinətinin tənzi-
mində də iştirak edir.
Eritrositlərin yaşama müddəti 110-130 gündür.
N orm al göstəriciləri:
Qadınlarda - 3,8-5,2 milyon/mm^
K işilərdə - 4,2-5,4 milyon/mm^
Yenidoğulmuşlarda - 4,8-7,1 milyon/mm^
E ritro sitlə rin sayının artm ası (eritrositoz) m üxtəlif sə-
bəblərlə əlaqədar ola bilər. Bu göstericinin çox yüksək səviy-
yəyə qalxması (6,5-10^- 8,5-10Vmm‘^) eritremiya (Vakez) xəs-
təliyinin əsas əİamətidir. Başqa hemoblastozlann (subley-
kemik mieloz, xronik mieloleykoz və s.) başlanğıc dövrlərində
də yüksəksəviyyəli eritrositoz müşahidə edilə bilər.
İkincili (simptomatik) eritrositozlar m üxtəlif proseslərin
elam əti kimi meydana çıxır; bu eritrositozlan
2
qrupa bölm ək
olar.
1
)
mütiəq
(eritropoezin sür'ətlənməsi ilə olaqədar olan)
və
2
) nisbi (qamn qatılaşması və hecmimn azaiması ilə əlaqə-
dar olan) eritrositozlar. Mütləq eritrositozlar ağciyərlərin xro-
nik obstruktiv xəstəlikləri, anadangəlmə ürək çatışmazlığı, il-
kin ağciyər hipertenziyası, irsi hemoqlobinopatiyalar, Pikvik
sindromu, beyincik hemangioblastoması, bə'zi hormonal aktiv
şişlər, böyrək arteriyasımn daralması, hipemefroid xərçeng,
hepatoma kimi xəstəlik və patoloji proseslər zamanı müşahidə
edilir; yüksək dağ şəraitində y a ş ^ a n şəxslərdə atmosfer hava-
sında oksigenin parsial təzyiqinin azhğı nəticəsində fızioloji
olaraq, m ütləq eritrositoz törənə bilər. İkincili nisbi eritrosi
tozlar isə qanm maye hissəsinin äzalması və qatıhğının artması
ilə əlaqədar olan proseslər (şiddətH tərləm ə, qusma, ishal və
s.) zamanı müşahide edilir.
Qanda erifrositlərin sayınm azalması (eritrositopeniya)
anemiyalann əsas əlam ətlərindən biridir. Laİdn anemiyalann
m üxtəlif klinik formalannda eritrositopeniyamn səviyyəsi ge-
niş hüdudda dəyişir. M əsələn, xronik qanitirm ələr nəticəsində
törənən dəm ir çatışmazhğı anemiyası zamanı qanda eritrositlə-
rin sayı normal və ya yüngül dərəcədə azalmış ola bilər. Kəs-
kin qanitirmƏj B
, 2
vitamini çatışmazhğı, hipoplastik və hemoli-
tik anemiyalar (böhran dövründə) zamanı isə periferik qanda
eritrositlərin sayı I mln/mm^-na qədər enə bilər.
1.1.1. Hemoqlobin
HemoqlobİTi (Hb) - eritrositlərin daxilində yerləşən xro-
moprotein təbiətli mürəkkəb zülaldır. Bıı zülahn prostetik qru-
punu tərkibinə ikivalentli dəmir ionu daxil olan protoporfirin
(hem) təşkil edir. H ər bir hemoqlobin molekulu 4 hem dən ve 4
polipeptid zəncirindən ibarətdir. Bu polipeptidləre «qlobin»
adı verilmişdir. İnsan hemoqlobininin ümumi kütləsinin 98%-ə
qədərini A tipli hemoqlobin təşkil edir; hemoqlobinin bu
növünün tərkibində 2 ədəd və 2 edəd p- qlobin olur. Bət-
ndaxili inkişaf dövründə olan insanm hemoqlobini A tipli he-
moqlobindən qlobin zəncirlərinin aminturşu tərkibinə görə
fərqlonir. Hemoqlobinin polipeptid zəncirlərində törənən irsi
dəyişikliklər onun oksigendaşıma xassesinin də deyişraəsi ile
m üşayiət edilir. Hemoqlobinin əsas funksiyaian haqqm da yu-
xanda m ə'lum at verilmişdir.
Normal göstericiləri:
K i ş i l ə r d ə - 14,2-17,4 q/dl
Q ad ın la rd a- 12,8-15,9 q/dl
Uşaqlarda: 12 yaşdan aşağı - 10,7-14,4 q/dl
12 yaşdan y u x a n - 10,4-16,7 q/dl
1.1.2. Hematokrit
Qanın formah elementlərinin həcminin ümumi qamn həc-
minə nisbətinin faizlə ifadəsi hematokrit (Ht) adlanır. For
mal! elementlərin əsas kütləsi eritrositlərdən ibarət olduğuna
görə, hematokrit göstəricisinə əsaslanmaqla qanda olan eritro-
sitlərin sayı və hemoqlobinin miqdan haqqında dolayı yolla
mühakimə yürütmək mümkündür; hematoİcritin tə'yinedilmə
üsulunun nisbətən sadə və daha e’tibarlı olması bu üsulun di-
aqnostik əhəm iyyətini artınr. Hematokrit ədədinin hər 1%-i
təxm inən 107000 eritrositə müvafiq gəlir.
Normal göstəriciləri:
Kişilərdə - 42-52%
Qadmlarda - 36-46%
Yenidoğulmuşlarda - 52-60%
Eritrositlərin, Hb-nin və Ht-nin artmasına səbəb olan
hallar:
B ə’zi hemoqİobinopatiyalar (HbS, HbS-in talassemiyaya-
bənzər anemiyalarla kombinasiyası, HbC, HbSC)
Xronik ağciyer xestəlikləri
Hepatoma
Eritremiya (polisitemiya)
0
ağ yerlərində yaşama
Ü rək xəstələri (sianoz forması)
Böyrək arteriyasmm daralması
Sidik axannın tutulması
Qadınlarda fıbromioma
Hipemefroma
Pikvik sindromu
Beynin bə'zi şişləri (qlioblastoma, astrositoma, angioblastoma)
Orqanizmin dehidratasiyası (diarreya, qusma və tərləm ə)
Stress nəticəsində baş verən polisitemiyalar
Autoimmun hemolitik anemiyalar
Damardaxili hemoliz
Azalmasma səbəb olan hallar:
Entrositlərin strukturunun pozulması
Eritrositlərm lizisi
Kəskin və xronik qanitirmələr
1.1.3. Eritrositlərin çökmə sür'əti
Qan elementləri plazmaya nisbətən ağır olduğuna görə,
kapillyarborucuqda saxlanıldıqda aşağı hissəye çökürlər. Buna
eritrositlərin çökmə reaksiyası (EÇR) deyilir. EÇR 100 mm-Iik
kapillyar bonıcuqda
1
saat saxlanılan (limon turşusunun natri
um duzu vasitesilə sabitiəşdirilmiş) qanda eritrositlərin neçə
millimetr çökməsi ilə ifadə edilir. Bu göstərici eritrositlərin
çökmə sür’əti (EÇS) adlamr və mm/saat-la ifadə edilir. EÇS
m üxtəlif xəstəliklərin (xüsusən gizli şəkildə gedən xəstəliklə-
rin) aşkar edilməsində və oniann patogenezinin öyrənilməsin-
də mühüm rolu olan qeyri-spesifik əlam ətlərdən biridir.
Kapillyar borucuqda saxlanılan qamn tərkibində ə w ə lc ə
bir-birilə əlaqəsi olmayan eritrositlər çökür; bundan sonra erit-
rositlər aqqlütinasiyaya uğrayır və onların çökməsi sür'ətlənir.
EÇS-ə m üxtəlif amillər tə'sir gösterə bilər. Qan plazması
zülallarımn kəm iyyət və keyfıyyət dəyişiklikləri EÇS-ə tə'sir
göstərən ən mühüm amillərdir. Plazmada iridispersli zülallann
(qlobulinlər, fibrinogen) artması EÇS-in artmasına, onlann
azalması ve xırdadispersli zülallann (aibuminlər) artması isə
EÇS-in azalmasma səbəb olur. Güman edilir ki, fibrinogen və
qlobulinlər eritrositlərin aqreqasiyasma şərait yaradır, bu isə
EÇR-i sür’ətləndirir. Plazmada xolesterin/fosfolipid nisbətinin
dəyişməsi də EÇS-ə tə'sir göstərir. Öd piqmentləri və Öd tur-
şuları EÇS-i ləngidir. Bunlardan əlavə, qanm özlülüyü artdıqda
EÇR sür'ətlənir; qan plazmasının tuxşu-qələvi müvazinəti də
EÇS-ə tə'sir göstərə bilir; qanda turşuluq artdıqda (asidoz)
EÇS azalır, qələviliyin artması (alkaloz) isə EÇS-in artması Uə
m üşayiət edilir. Beləliklə, EÇS m üxtəlif amillərdən asılıdır və
bu am illərin qarşıhqlı münasibətinin sabitliyi EÇS-in sabitliyi-
nin tə'min oİunmasında mühüm rol oynayır.
Normal halda qadınlarda EÇS kişilərdəkine nisbəten bir
qedər yüksək olur. Bu, qadınlarm qanında fibrinogen və qlobu-
linlərin qatılığmın artıq olması ilə əlaqədardır.
Normal göstəriciləri:
Kişilərdə “ 2-10 т ш /saat
Qadmlarda - 2-15 mm/saat
Artmasına səbəb olan hallar:
M üxtəlif infeksion xəstəliklər (xüsusen vərəm və bakterial
m ənşəli infeksiyalann böyük bir qismi)
Kəskin və xronik hepatit
Bakterial m ənşəli endokardit
Miokarditin kəskin forması
Revmatizm
Revmatik artritin kəskin forması və artritlərin diger formalan
Menstruasiya
Hamiləliyin birinci üç ayı
U rəkdə cərrahi oməiiyyatdan sonrakı vəziyyət
Hipotiroidizm
Hipertiroidizm
Hemorroy (babasil) xəstəliyinin kəskin forması
Nefrozlar
Hemoblastozlar (kəskin leykoz, limfoqranulematoz, mielo-
ma xəstəliyi)
M üxtəlif m ənşəli anemiyalar, xüsusen hipoxrom (dəmir
çatışmazlığı) ilə əlaqədar olan anemiya
Limfoma
Bağırsaq karsinoması
Döş vəzisinin karsinoması
Arsen və qurğuşunla zəhərlənm ələr
Kəskin appendisitin birinci günü
Infeksion mononukleoz
B ədən temperaturunun qəflətən yüksəlməsi
Stenokardiya
Allergik proseslərin kəskin dövrü
M ə'də xorası xəstəliyi
«Psevdo»
v9 ya «yalan» olaraq azalntasma S9bəb olan hallar:
Qaraciyər parenximasının nekrozu
Eritremiya (Vakez xəstəliyi)
İkinciii polisitemiya
O rağabənzer hüceyrəli anemiya
İrsi sferositoz
Kaxeksiya
Bə'zi nevroz xəstəlikləri
Epilepsiya
Anafılaktik şok (qanın fıziki-kimyəvi xassəiərinin dəyiş-
məsi nəticəsinde fıbrinogenin m iqdanm n azalması).
1.1.4. Eritrositar indekslər
Anem iyalann müxtəHf növlərinin diaqnostikasmda eritro-
sitlərin hesablama yolu ilə m üəyyənləşdirilən m üxtəlif göstə-
ricilərinin böyük əhəm iyyəti vardır. Bunlara eritrositar in-
dekslsr deyilir. Eritrositar indekslərdən ən geniş istifadə edilə-
ni rəng göstəricisidir. Bundan əlavə, klinik praktikada eritro-
sitlərdə hemoqlobinin orta miqdan və orta qatıhğı, həmçinin
eritrositlərin orta həcmi və orta diametri kimi param etrlərdən
istifadə edilir.
Rəng göstəricisi eritrositlərdə hemoqlobinin nisbi miqdan-
nı əks etdirir. Sağlam şəxslərdə rəng göstəricisi 0,86-dan 1,05-ə
qəder ola bilər.
Rəng göstəricisinin ifadəliHk dərəcesinə görə, anemiyalan
3 qrupa bölürlər: l) hipoxrom', 2) normoxrom ve 3) hiperxrom
anemiyalar. B ə'zən bir xəstədən götürülmüş qanda hemoqlo-
binlə zənginliyine görə bir-birindən fərqlənən eritrositlərə te-
sadüf edilir. Buna a n i z о x г
0 m i у а deyilir.
Eritrositlərdə hemoqlobinin orta m iqdan normal halda
24-33 pq-yə bərabərdir. Bu göstərici ya hesablama yolu ilə
(hemoqlobinin miqdannı eritrositlərin sayma bölm əklə), ya da
nomoqramlara görə (Mazon üsulu) müəyyənləşdirilir.
1
eritrositdə olan hemoqlobinin orta miqdarmın azalması
hipoxromiyanın əiam ətidir və çox vaxt dəm ir çatışmaziığı ilə
əlaqədar olan anemiyalar zamanı müşahidə edilir; bu göstərici-
nin artmasma isə makrositar və xüsusən meqalositar anemiya
lar zamanı təsadüf edilir.
Eritrositlərin orta həcmini hesablamaq üçün hematokrit
edədini
1
mm^ qanda olan eritrositlərin ümumi miqdarma bÖ-
lürlər. Normal halda eritrositlərin orta həcmi 75-95 mkm’’ olur.
Bu göstəricinin artması irsi makrosferositoz, makrositar və ya
meqalositar anemiyalar üçün səciyyəvidir. B,, vitamini çatış-
mazlığı iiə əlaqədar olan anemiyalar zamanı eritrositlərin orta
həcmi xüsusilə böyük (130 mkm^ və daha artıq) ola bilər. Qa-
raciyərin diffuz zədələnm ələri və alkoholizm də eritrositlərin
həcminin artması ilə müşayiət edilir. Mikrositar anemiyalar və
talassemiya zamanı isə eritrositlerin həcmi normal göstərici-
lərdən kiçik olur.
I. Norraoxrom anemiyaların əm ələgəlm ə səbəbləri:
Endokrin xəstəlikləri; xüsusən, hipotiroidizm
Hemolitik anemiyalar
Qanitirmə
Leykoz, limfoma, mieloma, mielofıbroz
Hamiləlik
II. Hipoxrom anemiyalann əm ələgəlm ə səbəbləri:
D əm ir çatışmazlığı anemiyası
Talassemiya
Infeksiya m ənşəli xronik anemiyalar
Qurğuşun zəhərlənm ələri
Piridoksin çatışmazlığı
Sideroaxrestik anemiyalar
III. Hiperxrom anemiyalann əm ələgəlm ə səbəbləri:
B
, 2
vitamini və ya fol turşusu çatışmazlığı
DNT sintezinin patologiyası
Hemolitik anemiyalar; hipoplastik və aplastik anemiyalar
Miksodem xəstəliyi
Qaraciyər və öd yollanm n xəstəlikləri, xüsusən öd yolla-
nnın tııtulması
Splenektomiya
1.1.5. Hemolitik anemiyalı xəstələrdə
erltrositlərin yaşama müddəti
Eritrodiarezin (eritrositlərin lizisi) sür'ətlənm əsi nəticesin-
də törənən qanazhğınm m üxtəlif formalan hemolitik anemi
yalar adı altmda birləşdirilir. Bunları əm ələgəlm ə sebəblərinə
görə
2
qrupa bölm ək olar:
1. Eritrositlərin və ya hemoqlobinin irsi patologiyası nəti-
cəsində inkişaf edən hemolitik anemiyalar (eritrositiərdə irsi
ferment çatışmazlıqlan, membran stnıktunınun və funksiya-
larmm irsi qüsurian, hemoqlobinopatiyalar);
2. Eritrositdənkənar amillərin törətdiyi hemolitik reaksi-
yalar (toksik və immım mənşoli hemolitik anemiyalar).
Eritrositlərin yaşama müddəti 110-130 gündür. Hemolitik
anemiyaiann m üxtəlif növiəri bu müddətin m üxtəlif dərəcədə
dəyişm əsinə səbəb olur.
Dostları ilə paylaş: |