A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə41/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   37   38   39   40   41   42   43   44   ...   182

ELMĐ  TƏDQĐQATLARA  VƏ  ĐŞLƏMƏ-

LƏRƏ  XƏRCLƏR

  –  elmi  tədqiqatların  və 

işləmələrin  yerinə  yetirilməsinə  çəkilən  faktiki 

xərclərin 

pul 


formasında 

ifadəsidir. 

Elmi 

tədqiqatlar  və  işləmələr  müntəzəm  həyata 



keçirilən  bütün  işləri  əhatə  edir  və  tədqiqatlar 

prosesində  əldə  edilən  və  təcrübədə  təsdiq 

olunmuş biliklərə əsaslanan xərclərdir. Onlar yeni 

materialların,  cihazların,  məmulatların,  yeni 



 

159


texnologiyaların, 

sistemlərin 

və 

xidmətlərin 



istehsalı  və  ya  onların  keyfiyyətinin  daim 

yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir. 

Maliyyələşmə  mənbəyindən  asılı  olmayaraq, 

təşkilatların  öz  gücü  ilə  yerinə  yetirdiyi  daxili  

elmi    tədqiqat  və  işləmələrin  uçotuna  statistikada 

xüsusi 


diqqət 

yetirilir. 

Onların 

bazasında 

müqavilələr  üzrə  kənar  təşkilatlar  tərəfindən 

yerinə  yetirilmiş  xərcləri  təkrar  uçota  (hesaba) 

almadan, 

ölkədə 


bütövlükdə, 

sahələrdə, 

regionlarda,  elmin  bölmələrində  elmi  tədqiqatlara 

və  işləmələrə  xərclərin  aqreqasiya  edilmiş 



qiymətləndirilməsini  əldə  etmək  olar.  Daxili 

xərclərin  tərkibində  aşağıdakılara  baxılır:      cari 



xərclərə,  o  cümlədən  əməyin  ödənilməsinə 

(əvəzedicilərsiz  elmi  tədqiqatları  və  işləmələri 

yerinə  yetirən  işçilərin  və  vətəndaş-hüquqi 

xarakterli  müqavilə  üzrə  işləyənlərin  əmək  haqqı 

ayrılmaqla),  sosial  ehtiyaclara  ayırmalara,  işin 

maya  dəyəri  hesabına  avadanlıqların  alınmasına 

xərclərə və digər maddi xərclərə (kənardan alınan 

xammalın, 

materialların, 

komplektləşdirici 

məmulatların,  yarımfabrikatların,  yanacaq,  enerji, 

istehsal  xarakterli  iş  və  xidmətlərin  və  s.  dəyəri), 

digər  cari  xərclərə;                  əsaslı  xərclərə,  o 

cümlədən  torpaq  sahələrinin  alınmasına,  tikintiyə 

və  ya  binaların  alınmasına,  əsas  fondların 

tərkibinə daxil edilən avadanlıqların alınmasına və 

s. Fraskati rəhbərliyinin (dərsliyinin) tövsiyələrinə 

uyğun 


olaraq, 

cari 


xərclərin 

tərkibindən 

amortizasiya  ayırmaları  çıxılır.  Çünki  onlar 

(kapital qoyuluşu ilə cəmlənməsi) xərclərin ikiqat 

hesablanmasına  gətirib  çıxara  bilər.  Elmi-

tədqiqatların  və  işləmələrin  daxili  xərcləri  elm 

sahələri  (“Elm  sahələri”nə  bax),  maliyyələşmə 

mənbələri  (“Elm  və  innovasiyanın  maliyyələşmə 



mənbələri”nə  bax)  və  sosial-iqtisadi  məqsədlər 

(“Elmi  tədqiqatların  və  işləmələrin  sosial-iqtisadi 



məqsədləri”nə  bax)  bölgüsündə  uçota  alınır. 

Elmi-tədqiqatlara və işləmələrə daxili cari xərclər 

iş  növləri  üzrə  (əsaslı,  tətbiqi  tədqiqatlar, 

işləmələr  (“Elmi  tədqiqatlar  və  işləmələr”ə  bax), 

həmçinin  iqtisadi  fəaliyyətin  konkret  növlərində 

(sahələrində)  istifadə  üçün  elmi  tədqiqatların  və 

işləmələrin  (məhsulların,  texnoloji  proseslərin, 

idarəetmə  sistemlərinin  və  s.)  nəticələrinin  təyin 

edilmə meyarlarına görə məhsul və xidmət növləri 

üzrə qruplaşdırılır. Sonuncuların siyahısı və ətraflı 

tərkibi iqtisadi fəaliyyət növləri və məhsul növləri 

təsnifatlarına uyğun olaraq müəyyənləşdirilir.  

Statistika  daxili  xərclərdən  başqa,  xarici  xərcləri 

də, yəni  hesabat verən müəssisələrlə müqavilələr 

üzrə  kənar  təşkilatların  yerinə  yetirdikləri  elmi 

tədqiqatlar və işləmələrin dəyərini də öyrənir.  

Ölkədə 

elmi 


tədqiqatların 

və 


işləmələrin 

miqyasının  ümumiləşdirici  statistik  göstəriciləri 

kimi  mütləq  ifadədə  və  ümumi  daxili  məhsula 

faizlə  nisbi  ifadədə  hesabat  ili  ərzində  (xaricdən 

maliyyələşmə  daxil  edilməklə,  xaricdən  edilən 

ödəmələr  istisna  olmaqla)  milli  ərazidə  onların 

yerinə yetirilməsinə çəkilən ümumi daxili xərclər 

çıxış edir.  

 

ELMĐ  TƏDQĐQATLARIN  VƏ  ĐŞLƏMƏ-

LƏRĐN  SOSĐAL-ĐQTĐSADĐ  MƏQSƏD-

LƏRĐ

  –  yerinə  yetirilən  elmi  tədqiqatlar  və 

işləmələrdə nailiyyət üçün son məqsədlərdir. Elmi 

tədqiqatların 

və 


işləmələrin 

sosial-iqtisadi 

məqsədlərinin təsnifləşdirilməsi elmin inkişafında 

toplanmış  prioritetləri  qiymətləndirmək  üçün 

nəzərdə 

tutulmuşdur 

(“Elm 

və 

texnikanın 

inkişafının prioritet istiqamətləri”nə bax) və elmi-

texniki siyasətin formalaşdırılmasında əhəmiyyətli 

alət  kimi  xidmət  edir.  Azərbaycanda  statistika 

elmində  təsnifləşdirmə  dövlətin  elmi-texniki 

siyasətindən  irəli  gələn  vəzifələrə  uyğun  tərtib 

edilir,  Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı və 

Avrostatın  tövsiyələrinə  uyğundur  (“Elm  və 

innovasiya 

statistikası 

üzrə 

beynəlxalq 

standartlar”a bax). 

Elmi  tədqiqatların  və  işləmələrin  sosial-iqtisadi 

məqsədlərinin  tərkibində  aşağıdakılar  ayrılır:  1. 

Đqtisadiyyatın  inkişafı:  1.1.  Kənd  təsərrüfatı, 

meşəçilik  və  balıqçılıq;  1.2.  Enerjinin  istehsalı, 

paylanması  və  səmərəli  istifadəsi;  1.3.  Sənaye,  o 

cümlədən: 

1.3.1. 


Sənayenin 

iqtisadi 

səmərəliliyinin 

və 


texnoloji 

səviyyəsinin 

yüksəldilməsi;  1.3.2.  Qeyri-enerji  minerallarının 

hasilatı  və  emalı;  1.3.3.  Kimya  sənayesi;  1.3.4. 

Avtomobil  və  digər  nəqliyyat  vasitələrinin 

istehsalı; 

1.3.5. 

Elektron 



sənayesi, 

radio, 


televiziya  və  rabitə  üçün  avadanlıqlar  istehsalı; 

1.3.6.  Proqram  təminatı  vasitələrinin  işlənib 

hazırlanması; 

1.3.7. 


Elektrik 

maşın 


və 

aparatlarının  istehsalı;  1.3.8.  Cihazların  istehsalı; 

1.3.9.  Digər  maşın  və  avadanlıqların  istehsalı; 

1.3.10.  Paltar,  toxuculuq  və  dəri  məmulatlarının 

istehsalı;  1.3.11.  Qida  məhsulları  və  içkilərinin 

istehsalı;  1.3.12.  Sənayenin  digər  sahələri;  1.4. 

Tikinti;  1.5.  Nəqliyyat;  1.6.  Rabitə; 1.7.  Şəhər  və 

kənd 


yaşayış 

yerlərinin 

infrastrukturu 

və 


planlaşdırılması;  1.8.  Xidmət  sahəsi;  2.  Sosial 

məqsədlər;  2.1.  Ətraf  mühitin  qorunması;  2.2. 

Əhalinin  sağlamlığının  qorunması;  2.3.  Sosial 

inkişaf  və  ictimai  strukturlar;  3.  Elmin  ümumi 

inkişafı; 4. Yer və atmosferin tədqiqi və istifadəsi; 

5.  Kosmosun  dinc  məqsədlər  üçün  istifadəsi;  6. 

Müdafiə. 

Elmi  tədqiqatların  və  işləmələrin  sosial-iqtisadi 

məqsədlər üzrə işlərin bölüşdürülməsi statistikada 

konkret 


elmi 

araşdırma 

və 

tədqiq 


etmə 

layihələrinin  bilavasitə  məqsədli  təyinatı  meyarı 

üzrə  həyata  keçirilir.  Ayrı-ayrı  məqsədlərin 

tərkibinin  müəyyənləşdirilməsi  üçün  iqtisadi 



 

160 


fəaliyyət, məhsul və xidmət növləri təsnifatlarında 

istifadə olunur. 

 

ELMĐ TƏŞKĐLAT

 – 1) iqtisadiyyatın bu və ya 

digər  sahəsinə  aid  olmasından,  təşkilati-hüquqi 

formasından 

və 


mülkiyyət 

növündən 

asılı 

olmayaraq, əsas fəaliyyət kimi elmi tədqiqatlar və 



işləmələr  yerinə  yetirən,  ya  da  tərkibində  əsas 

fəaliyyəti  elmi  tədqiqatların  və  işləmələrin  yerinə 

yetirilməsi  hesab  edilən  bölməyə  malik  olan 

təşkilatdır 

(idarədir, 

müəssisədir). 

Statistika 

müşahidəsi  təcrübəsində  elmi  tədqiqatların  və 

işləmələrin  yerinə  yetirilməsinə  görə  hesabat 

vahidi  kimi  həmişə  sərbəst  balansda  olan  və 

hüquqi 

şəxs 


hüquqlarında 

olan 


təşkilatlar 

(idarələr,  müəssisələr)  çıxış  edirlər.  Əgər  elmi-

tədqiqatların  və  işləmələrin  yerinə  yetirilməsi 

hesabat  verən  təşkilatın  əsas  fəaliyyətidirsə,  onda 

o  həm  hesabat  vahidi,  həm  də  müşahidə  vahidi 

hesab  edilir.  Əks  halda,  müşahidə  vahidi  kimi, 

təşkilatın  tərkibində  olan,  əsas  funksiyası  elmi 

tədqiqatlar  və  işləmələr  olan  ixtisaslaşmış 

bölmələr  hesab  edilir.  Fraskatinin  rəhbərlik  üçün 

tövsiyələrinə  uyğun  olaraq,  statistikada  elmi 

təşkilatların  aşağıdakı  təsnifləşməsi  nəzərdə 

tutulur:  elmin  sektorları  və  təşkilati  əlamətləri 

üzrə birləşmiş təşkilatların tipləri, yerinə yetirilən 

işlərin  xüsusiyyəti  və  ixtisaslaşması  və  s.  Elmin 

dövlət  sektoruna  (ali  təhsildən  başqa)  nazirlik  və 

mərkəzi  idarələrin  (Azərbaycan  Milli  Elmlər 

Akademiyası  və  sahə  akademiyaları  daxil 

edilməklə)  elmi  təşkilatları  aid  edilir.  Sahibkarlıq 

sektoruna  –  (ali  təhsildən  başqa)  sahə  elmi-

tədqiqat 

institutları, 

konstruktor, 

layihə-

konstruktor, texnoloji təşkilatlar, layihə və layihə-



axtarış  təşkilatları,  sənaye  müəssisələri,  təcrübə 

mərkəzləri  və  digərləri  daxildir.  Ali  təhsil 

sektoruna  –  universitetlər  və  digər  ali  təhsil 

müəssisələri,  ali  təhsil  müəssisələrinin  və  ya 

Təhsil  Nazirliyinin  tabeliyində  olan  elmi-tədqiqat 

institutları  (mərkəzləri);  ali  məktəblərin  və  ya 

Təhsil  Nazirliyinin  tabeliyində  olan  konstruktor 

və  layihə-konstruktor  təşkilatları;  ali  təhsil 

müəssisələrinin 

tabeliyində 

olan 

klinikalar, 



hospitallar,  digər  tibbi  təşkilatlar  aiddir.  Gəlirsiz 

xüsusi 


sektoru 

özündə 


könüllü 

elmi 


və 

professional  cəmiyyətləri  və  assosiasiyaları; 

ictimai  təşkilatları;  xeyriyyəçilik  fondlarını  və 

digərlərini  birləşdirir;  2)  təşkilati-hüquqi  və 

mülkiyyət  formasından  asılı  olmayaraq,  fəaliyyət 

göstərən hüquqi şəxs, habelə əsas elmi və (və ya) 

elmi-texniki  fəaliyyəti  elmi  işçilərin  hazırlığını 

həyata keçirən elmi işçilərin birliyidir. 

 

ELMĐN MADDĐ-TEXNĐKĐ BAZASI

 – elmi 


tədqiqat  və  işləmələr  sferasında  istifadə  edilən 

vasitə  və  əmək  əşyalarının  kompleksidir.  Elmin 

maddi-texniki  bazası  ölkənin  elmi  potensialının 

(əmək,  maliyyə  və  informasiya  ehtiyatları  ilə 

yanaşı)  vacib  tərkib  hissəsi  sayılır,  həm  də  elmi 

tədqiqat və işləmələrin nəticəliliyinə səbəb olur.  

Elmi  tədqiqat  və  işləmələrin  əsas  fondları 

(vasitələri)  elmin  maddi-texniki  bazasının  vacib 

hissəsini  təşkil  edir.  Bu  əsas  fondlara  elmi 

təşkilatların  və  onların  təcrübə  bazalarının 

balansında  olan  və  onların  əsas  fəaliyyətlərində 

istifadə  edilən  bina  və  tikililər;  ötürücü  qurğular; 

maşın  və  avadanlıqlar,  o  cümlədən  təcrübə-sınaq 

qurğuları (elmi tədqiqat gəmiləri, radioteleskoplar 

və  s.),  elmi  cihazlar,  avtomatlaşdırma  vasitələri, 

hesablama  texnikası  və  s;  nəqliyyat  vasitələri; 

alətlər, inventarlar və s. daxildir. 

 

ELMĐN  MADDĐ-TEXNĐKĐ  VƏ  TƏCRÜ-



BƏ  BAZASININ  STATĐSTĐKASI

  –  elm  və 

innovasiya 

statistikasının 

bölməsidir, 

elmi 

tədqiqat  və  işləmələrin  vəziyyətini,  kəmiyyət  və 



keyfiyyət 

xarakteristikasını, 

maddi-texniki 

vasitələrin  inkişaf  və  istifadə  səviyyəsini,  onların 

nəticələrinin  təcrübə-eksperimental  yoxlanmasını 

öyrənir.  Elmin  təcrübə  bazası  statistikası  ayrıca 

sahə  kimi,  elmi  təşkilatların  təcrübə  bazalarının 

ilk  dəfə  1983-cü  ildə  keçirilmiş  birdəfəlik 

müayinəsindən  sonra  inkişaf  etməyə  başlamışdır. 

Statistika 

elmin 

təcrübə 


bazasının  təşkilat 

strukturu və mövcudluğunu; eksperiment, təcrübə 

işlərinin  keçirilməsi  üçün  xüsusi  avadanlıqlar 

daxil edilməklə, istehsal təchizat parkını, onun yaş 

strukturunu; 

təcrübənin 

aparılma 

yerinin, 

sahəsinin, binasının ölçüsü və vəziyyətini; təcrübə 

bazası  işinin,  eyni  zamanda  eksperiment,  təcrübə 

işlərinin  ümumi  həcmi  və  tərkibini;  təcrübə-

eksperiment  istehsalının  səmərəliliyini,  eyni 

zamanda  işçilərin  miqdar  və  qruplaşdırma 

göstəricilərini  xarakterizə  edən  məlumatların 

yığılması,  işlənməsi  və  təhlilini  həyata  keçirir. 

Elmin  təcrübə  bazası  ilə  təminatının  təhlili  həm 

sifarişçi  tərəfindən,  həm  də  təcrübə,  eksperiment 

işlərini  həyata  keçirən  tərəfindən  həyata  keçirilir. 

Elmi  təcrübə  bazaları  statistikasının  daha  sonrakı 

inkişafı  elmin  maddi-texniki  baza  statistikası 

çərçivəsində  1989  və  1992-ci  illərdə  keçirilən 

birdəfəlik müayinələrlə bağlıdır. Statistikada elmi 

təşkilatların 

əsas 


fondlarının 

və 


dövriyyə 

vəsaitlərinin həcmi və strukturunu; elm texnikaları 

və  alətlərinin  son  dərəcə  ətraflı  təsnifləşdirilməsi 

ilə texniki vasitələrin tərkibini, yaş strukturunu və 

avadanlığın 

texniki 


səviyyəsini; 

texniki 


vasitələrdən,  eyni  zamanda,  idxal  olunmuş  və 

bahalı 


avadanlıqlardan 

istifadəni; 

elm 

təşkilatlarının  bina  ilə  təmin  edilməsini  (“Elmin 



maddi-texniki 

bazası” 

və 

“Elmin 

təcrübə 

bazası”na  bax)  xarakterizə  edən  göstəriciləri 

hazırlayır. 



 

161


ELMĐN  SAHƏLƏRĐ

  –  elmi  tədqiqat  və 

işləmələri 

həyata 

keçirən 


elmi 

fənlərdir. 

Müayinələrin  konkret  tədqiqat  obyektlərinin  və 

alimlərin 

maraq 

dairələrinin, 



onların 

kooperasiyalarının  təşkilati  formalarının,  dövri 

elmi  və  digər  nəşrlərinin,  müvafiq  profillər  üzrə 

kadrların  hazırlanması  sisteminin  mövcudluğu  ilə 

xarakterizə  olunur.  Elmin  sahələrinin  təsnifatı, 

onların 


tədqiqat 

(predmet), 

metodoloji 

və 


funksional  əlamətləri  üzrə  qurulur  və  iyerarxik 

(aşağının  yuxarıya  tabeliyi)  quruluşa  malikdir: 



elmin sahələri (I səviyyə); elmin fəaliyyət növləri  

(II  səviyyə);  elmi  ixtisaslar  (III  səviyyə). 

Statistikada  elmin  sahələrinin  təsnifatının  əsası 

YUNESKO-nun  tövsiyələri  hesab  edilir  (“Elm  və 



innovasiya 

statistikası 

üzrə 

beynəlxalq 

standartlar”a  bax).  Ona  uyğun  olaraq,  elmi 

fənlərin  ümumi  məcmusunun  tərkibində  elmin  6 

iri  sahəsi  ayrılır:  təbiyyat,  texniki  tibbi,  kənd 

təsərrüfatı, 

ictimai, 

humanitar

Statistika 

göstəricilərinin elmi sahələr və elmi ixtisaslar üzrə 

qruplaşdırılması  üçün  “Elmi  işçilərin  ixtisas 



nomenklaturası”ndan 

(siyahısından) 

istifadə 

edilir.  Qeyd  olunan  nomenklaturanı  beynəlxalq 

standartlara  uyğunlaşdırmaq  məqsədi  ilə,  ölkə 

statistikasında  elmin  daha  iri  sahələri  üzrə  elmin 

fəaliyyət  növləri  təsnifatı  tətbiq  olunur.  Təbiyyat 

elmlərinə  aiddir:  riyaziyyat,  mexanika,  fizika, 

astronomiya,  kimya,  əczaçılıq  kimyası,  biologiya 

elmləri,  psixofiziologiya;  geologiya-mineralogiya 

elmləri;  iqtisadi,  sosioloji  və  siyasi  coğrafiyadan 

başqa  coğrafi  elmlər.  Texniki  elmlərə  texniki 

elmlər,  bina  və  tikililərin  arxitekturası  daxildir. 

Tibbi  elmlərə  tibb  elmi,  əczaçılıq  kimyasından 

başqa,  digər  əczaçılıq  elmləri  aid  edilir.  Kənd 

təsərrüfatı elmlərinə kənd təsərrüfatı elmləri, kənd 

təsərrüfatının  iqtisadiyyatı,  baytarlıq  elmləri 

aiddir.  Đctimai  elmlərə,  kənd  təsərrüfatının 

iqtisadiyyatından  başqa,  iqtisadi  elmlər,  hüquq 

elmləri, 

pedaqoji 

elmlər, 

psixoloji 

elmlər 

(psixofiziologiyadan  başqa),  sosioloji  elmlər; 



siyasi  elmlər;  digər  ictimai  elmlər:  iqtisadi, 

sosioloji 

və 

siyasi 


coğrafiya, 

həmçinin 

şəhərsalma, 

rayon 


planlaşdırılması, 

yaşayış 


yerlərinin 

landşaft 

arxitekturası 

və 


planlaşdırılması  daxil  edilir.  Humanitar  elmlərə  - 

tarix,  fəlsəfə  və  filologiya  elmləri,  incəsənət, 

arxitekturanın  tarixi  və  nəzəriyyəsi,  arxitektura 

abidələrinin bərpası aiddir. 

 

ELMĐ-TEXNĐKĐ  FƏALĐYYƏT

  –  elmin  və 

texnikanın 

bütün 

sahələrində 



elmi-texniki 

biliklərin  yaradılması,  inkişafı,  yayılması  və 

tətbiqi  ilə  sıx  bağlı  olan  sistemli  fəaliyyətdir. 

Elmi-texniki 

fəaliyyət 

anlayışı 

YUNESKO 

tərəfindən  işlənib  hazırlanmışdır,  elm  və  texnika 

statistikasında  beynəlxalq  standartların  baza 

kateqoriyası 

hesab 

edilir. 


YUNESKO-nun 

tövsiyələrinə  uyğun  olaraq,  elmi-texniki  fəaliyyət 

statistikanın  obyekti  kimi,  onun  3  növünü  əhatə 

edir:  a)  elmi  tədqiqatlar  və  işləmələr;  b)  elmi-

texniki  təhsil  və  kadrların  hazırlığı;  c)  elmi-

texniki xidmətlər. 



Elmi-texniki  təhsil  və  kadr  hazırlığı  özündə 

ixtisaslaşdırılmış  qeyri-universitet  ali  təhsil  və 

hazırlığını; universitet dərəcəsinə aparan ali təhsil 

və  hazırlığı;  aspirant  və  sonrakı  (növbəti)  təhsili; 

alim  və  mühəndislərin  təşkil  olunmuş  fasiləsiz 

hazırlığını 

birləşdirən 

fəaliyyət 

kimi 

müəyyənləşdirilir. Fəaliyyətin bu növləri Təhsilin 



Beynəlxalq Standart Təsnifatının əsasən 5 və 6-cı 

dərəcələrinə uyğun gəlir. 

 

Elmi-texniki  xidmətlər  dedikdə,  elmi  tədqiqatlar 

və  işləmələrlə  əlaqədar  və  elmi-texniki  biliklərin 

yaradılması,  yayılması  və  tətbiq  edilməsinə 

kömək  edən  fəaliyyət  başa  düşülür.  Elmi-texniki 

xidmətlər  elmi  təşkilatlarda  qeyri-əsas  fəaliyyət 

növü  kimi,  ya  da  bu  məqsəd  üçün  yaradılmış 

sərbəst 

təşkilatlar 

(elmi-texniki 

informasiya 

institutları,  kitabxanalar, arxivlər,  muzeylər  və  s.) 

tərəfindən  həyata  keçirilə  bilər.  Statistika  elmi-

texniki 

xidmətlərə 

elmi-texniki 

məlumatlar 

sahəsindəki  fəaliyyəti;  muzeylərin,  botanika  və 

zoologiya  bağlarının  və  sairin  elmi-texniki 

fəaliyyətini; 

elmi-texniki 

ədəbiyyatların 

tərcüməsi,  təshihi  və  nəşrini;  axtarışları  (geoloji, 

hidroloji,  topoqrafik,  meteoroloji  və  s.);  faydalı 

qazıntıların kəşfiyyatını (axtarışını); sosial-iqtisadi 

hadisələrə 

dair 


məlumatların 

toplanmasını; 

sınaqdan 

keçirməni, 

standartlaşdırmanı, 

metrologiyanı,  keyfiyyətin  yoxlanmasını;  konkret 

layihələrin  hazırlanması  və  həyata  keçirilməsi 

üzrə  (elmi  tədqiqatlar  və  işləmələrdən,  istehsal 

xarakterli 

mühəndis 

xidmətlərindən 

başqa) 


müştərilərə  məsləhətlərin  verilməsini;  patent-

lisenziya fəaliyyətini aid edir. 

 

ELMĐ-TEXNĐKĐ  KADRLAR

  –  beynəlxalq 

statistikada  ölkədə  yaşayan,  elm  və  texnika 

sahəsində 3 dərəcəni qurtarmış təhsilə malik olan 

(Təhsilin  Beynəlxalq  Standart  Təsnifatı  üzrə)  və 

yaxud  belə  təhsilə  malik  olmayan,  lakin  yerinə 

yetirilməsi üçün adətən ətraflı ixtisas tələb olunan 



elmi-texniki  fəaliyyətlə  məşğul  olan  şəxslərin 

məcmusu  kimi  müəyyənləşdirilir.  Bu  kateqoriya 

tədqiqatçılar  və  ya  texniklər  kimi  işləmək  üçün 

zəruri  ixtisasa  malik  olan  (“Elmi  tədqiqatlarla  və 



işləmələrlə məşğul heyət”ə bax), yəni müvafiq ali 

və  orta  ixtisas  təhsil  səviyyəsinə  və  yaxud  bunun 

üçün  lazımi  peşəkarlıq  təcrübəsinə  malik  olan 

şəxsləri 

əhatə 

edir. 


Kanberri 

təlimatına 

(dərsliyinə)  uyğun  olaraq  (“Elm  və  innovasiya 

statistikası  üzrə  beynəlxalq  standartlar”a  bax), 


 

162 


elmi-texniki  kadrlar  ixtisas  (təhsil)  səviyyəsinə, 

elmin  sahələrini  (“Elmin  sahələri”nə  bax) 

peşələrə,  məşğulluq  kateqoriyaları  (işsizlər  və 

iqtisadiyyatda 

məşğul 

olmayanlar 



daxil 

edilməklə),  fəaliyyət  növləri,  regionlar,  cinslər, 

yaşlar 

və 


milli 

mənsubiyyətinə 

görə 

təsnifləşdirilir.  Bundan  əlavə,  kadrların  gəlməsi 



(təhsil  müəssisələrinin  buraxılışlarının  hesabına 

tamamlanma  daxil  edilməklə,  mənbələr  üzrə)  və 

getməsinə  də  (istiqamətlər  üzrə,  o  cümlədən 

xaricə) 


baxılır. 

Elmi-texniki 

kadrların, 

iqtisadiyyatın  və  sosial  sferanın  inkişafında 

əhəmiyyətli  rol  oynamasını  nəzərə  alaraq,  müasir 

dövrdə  bu  kadrların  mövcudluğu  və  hərəkəti 

üzərində 

kompleks 

statistik 

müşahidənin 

aparılması zərurəti yaranmışdır. Müşahidə obyekti 

elmi-texniki  kadrların  mövcudluğu,  formalaşma 

mənbələri,  çevikliyi,  miqrasiyası,  həyat  səviyyəsi 

olmalıdır  ki,  bu  da  elm  və  innovasiya,  əmək  və 

məşğulluq, 

təhsil, 


əhali 

və 


sosial-iqtisadi 

statistikanın  digər  sahələrinin  statistikası  üzrə 

işlərin əlaqələndirilməsini nəzərdə tutur. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin