ELMĐ TƏDQĐQATLARA VƏ ĐŞLƏMƏ-
LƏRƏ XƏRCLƏR
– elmi tədqiqatların və
işləmələrin yerinə yetirilməsinə çəkilən faktiki
xərclərin
pul
formasında
ifadəsidir.
Elmi
tədqiqatlar və işləmələr müntəzəm həyata
keçirilən bütün işləri əhatə edir və tədqiqatlar
prosesində əldə edilən və təcrübədə təsdiq
olunmuş biliklərə əsaslanan xərclərdir. Onlar yeni
materialların, cihazların, məmulatların, yeni
159
texnologiyaların,
sistemlərin
və
xidmətlərin
istehsalı və ya onların keyfiyyətinin daim
yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir.
Maliyyələşmə mənbəyindən asılı olmayaraq,
təşkilatların öz gücü ilə yerinə yetirdiyi daxili
elmi tədqiqat və işləmələrin uçotuna statistikada
xüsusi
diqqət
yetirilir.
Onların
bazasında
müqavilələr üzrə kənar təşkilatlar tərəfindən
yerinə yetirilmiş xərcləri təkrar uçota (hesaba)
almadan,
ölkədə
bütövlükdə,
sahələrdə,
regionlarda, elmin bölmələrində elmi tədqiqatlara
və işləmələrə xərclərin aqreqasiya edilmiş
qiymətləndirilməsini əldə etmək olar. Daxili
xərclərin tərkibində aşağıdakılara baxılır: cari
xərclərə, o cümlədən əməyin ödənilməsinə
(əvəzedicilərsiz elmi tədqiqatları və işləmələri
yerinə yetirən işçilərin və vətəndaş-hüquqi
xarakterli müqavilə üzrə işləyənlərin əmək haqqı
ayrılmaqla), sosial ehtiyaclara ayırmalara, işin
maya dəyəri hesabına avadanlıqların alınmasına
xərclərə və digər maddi xərclərə (kənardan alınan
xammalın,
materialların,
komplektləşdirici
məmulatların, yarımfabrikatların, yanacaq, enerji,
istehsal xarakterli iş və xidmətlərin və s. dəyəri),
digər cari xərclərə; əsaslı xərclərə, o
cümlədən torpaq sahələrinin alınmasına, tikintiyə
və ya binaların alınmasına, əsas fondların
tərkibinə daxil edilən avadanlıqların alınmasına və
s. Fraskati rəhbərliyinin (dərsliyinin) tövsiyələrinə
uyğun
olaraq,
cari
xərclərin
tərkibindən
amortizasiya ayırmaları çıxılır. Çünki onlar
(kapital qoyuluşu ilə cəmlənməsi) xərclərin ikiqat
hesablanmasına gətirib çıxara bilər. Elmi-
tədqiqatların və işləmələrin daxili xərcləri elm
sahələri (“Elm sahələri”nə bax), maliyyələşmə
mənbələri (“Elm və innovasiyanın maliyyələşmə
mənbələri”nə bax) və sosial-iqtisadi məqsədlər
(“Elmi tədqiqatların və işləmələrin sosial-iqtisadi
məqsədləri”nə bax) bölgüsündə uçota alınır.
Elmi-tədqiqatlara və işləmələrə daxili cari xərclər
iş növləri üzrə (əsaslı, tətbiqi tədqiqatlar,
işləmələr (“Elmi tədqiqatlar və işləmələr”ə bax),
həmçinin iqtisadi fəaliyyətin konkret növlərində
(sahələrində) istifadə üçün elmi tədqiqatların və
işləmələrin (məhsulların, texnoloji proseslərin,
idarəetmə sistemlərinin və s.) nəticələrinin təyin
edilmə meyarlarına görə məhsul və xidmət növləri
üzrə qruplaşdırılır. Sonuncuların siyahısı və ətraflı
tərkibi iqtisadi fəaliyyət növləri və məhsul növləri
təsnifatlarına uyğun olaraq müəyyənləşdirilir.
Statistika daxili xərclərdən başqa, xarici xərcləri
də, yəni hesabat verən müəssisələrlə müqavilələr
üzrə kənar təşkilatların yerinə yetirdikləri elmi
tədqiqatlar və işləmələrin dəyərini də öyrənir.
Ölkədə
elmi
tədqiqatların
və
işləmələrin
miqyasının ümumiləşdirici statistik göstəriciləri
kimi mütləq ifadədə və ümumi daxili məhsula
faizlə nisbi ifadədə hesabat ili ərzində (xaricdən
maliyyələşmə daxil edilməklə, xaricdən edilən
ödəmələr istisna olmaqla) milli ərazidə onların
yerinə yetirilməsinə çəkilən ümumi daxili xərclər
çıxış edir.
ELMĐ TƏDQĐQATLARIN VƏ ĐŞLƏMƏ-
LƏRĐN SOSĐAL-ĐQTĐSADĐ MƏQSƏD-
LƏRĐ
– yerinə yetirilən elmi tədqiqatlar və
işləmələrdə nailiyyət üçün son məqsədlərdir. Elmi
tədqiqatların
və
işləmələrin
sosial-iqtisadi
məqsədlərinin təsnifləşdirilməsi elmin inkişafında
toplanmış prioritetləri qiymətləndirmək üçün
nəzərdə
tutulmuşdur
(“Elm
və
texnikanın
inkişafının prioritet istiqamətləri”nə bax) və elmi-
texniki siyasətin formalaşdırılmasında əhəmiyyətli
alət kimi xidmət edir. Azərbaycanda statistika
elmində təsnifləşdirmə dövlətin elmi-texniki
siyasətindən irəli gələn vəzifələrə uyğun tərtib
edilir, Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı və
Avrostatın tövsiyələrinə uyğundur (“Elm və
innovasiya
statistikası
üzrə
beynəlxalq
standartlar”a bax).
Elmi tədqiqatların və işləmələrin sosial-iqtisadi
məqsədlərinin tərkibində aşağıdakılar ayrılır: 1.
Đqtisadiyyatın inkişafı: 1.1. Kənd təsərrüfatı,
meşəçilik və balıqçılıq; 1.2. Enerjinin istehsalı,
paylanması və səmərəli istifadəsi; 1.3. Sənaye, o
cümlədən:
1.3.1.
Sənayenin
iqtisadi
səmərəliliyinin
və
texnoloji
səviyyəsinin
yüksəldilməsi; 1.3.2. Qeyri-enerji minerallarının
hasilatı və emalı; 1.3.3. Kimya sənayesi; 1.3.4.
Avtomobil və digər nəqliyyat vasitələrinin
istehsalı;
1.3.5.
Elektron
sənayesi,
radio,
televiziya və rabitə üçün avadanlıqlar istehsalı;
1.3.6. Proqram təminatı vasitələrinin işlənib
hazırlanması;
1.3.7.
Elektrik
maşın
və
aparatlarının istehsalı; 1.3.8. Cihazların istehsalı;
1.3.9. Digər maşın və avadanlıqların istehsalı;
1.3.10. Paltar, toxuculuq və dəri məmulatlarının
istehsalı; 1.3.11. Qida məhsulları və içkilərinin
istehsalı; 1.3.12. Sənayenin digər sahələri; 1.4.
Tikinti; 1.5. Nəqliyyat; 1.6. Rabitə; 1.7. Şəhər və
kənd
yaşayış
yerlərinin
infrastrukturu
və
planlaşdırılması; 1.8. Xidmət sahəsi; 2. Sosial
məqsədlər; 2.1. Ətraf mühitin qorunması; 2.2.
Əhalinin sağlamlığının qorunması; 2.3. Sosial
inkişaf və ictimai strukturlar; 3. Elmin ümumi
inkişafı; 4. Yer və atmosferin tədqiqi və istifadəsi;
5. Kosmosun dinc məqsədlər üçün istifadəsi; 6.
Müdafiə.
Elmi tədqiqatların və işləmələrin sosial-iqtisadi
məqsədlər üzrə işlərin bölüşdürülməsi statistikada
konkret
elmi
araşdırma
və
tədqiq
etmə
layihələrinin bilavasitə məqsədli təyinatı meyarı
üzrə həyata keçirilir. Ayrı-ayrı məqsədlərin
tərkibinin müəyyənləşdirilməsi üçün iqtisadi
160
fəaliyyət, məhsul və xidmət növləri təsnifatlarında
istifadə olunur.
ELMĐ TƏŞKĐLAT
– 1) iqtisadiyyatın bu və ya
digər sahəsinə aid olmasından, təşkilati-hüquqi
formasından
və
mülkiyyət
növündən
asılı
olmayaraq, əsas fəaliyyət kimi elmi tədqiqatlar və
işləmələr yerinə yetirən, ya da tərkibində əsas
fəaliyyəti elmi tədqiqatların və işləmələrin yerinə
yetirilməsi hesab edilən bölməyə malik olan
təşkilatdır
(idarədir,
müəssisədir).
Statistika
müşahidəsi təcrübəsində elmi tədqiqatların və
işləmələrin yerinə yetirilməsinə görə hesabat
vahidi kimi həmişə sərbəst balansda olan və
hüquqi
şəxs
hüquqlarında
olan
təşkilatlar
(idarələr, müəssisələr) çıxış edirlər. Əgər elmi-
tədqiqatların və işləmələrin yerinə yetirilməsi
hesabat verən təşkilatın əsas fəaliyyətidirsə, onda
o həm hesabat vahidi, həm də müşahidə vahidi
hesab edilir. Əks halda, müşahidə vahidi kimi,
təşkilatın tərkibində olan, əsas funksiyası elmi
tədqiqatlar və işləmələr olan ixtisaslaşmış
bölmələr hesab edilir. Fraskatinin rəhbərlik üçün
tövsiyələrinə uyğun olaraq, statistikada elmi
təşkilatların aşağıdakı təsnifləşməsi nəzərdə
tutulur: elmin sektorları və təşkilati əlamətləri
üzrə birləşmiş təşkilatların tipləri, yerinə yetirilən
işlərin xüsusiyyəti və ixtisaslaşması və s. Elmin
dövlət sektoruna (ali təhsildən başqa) nazirlik və
mərkəzi idarələrin (Azərbaycan Milli Elmlər
Akademiyası və sahə akademiyaları daxil
edilməklə) elmi təşkilatları aid edilir. Sahibkarlıq
sektoruna – (ali təhsildən başqa) sahə elmi-
tədqiqat
institutları,
konstruktor,
layihə-
konstruktor, texnoloji təşkilatlar, layihə və layihə-
axtarış təşkilatları, sənaye müəssisələri, təcrübə
mərkəzləri və digərləri daxildir. Ali təhsil
sektoruna – universitetlər və digər ali təhsil
müəssisələri, ali təhsil müəssisələrinin və ya
Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat
institutları (mərkəzləri); ali məktəblərin və ya
Təhsil Nazirliyinin tabeliyində olan konstruktor
və layihə-konstruktor təşkilatları; ali təhsil
müəssisələrinin
tabeliyində
olan
klinikalar,
hospitallar, digər tibbi təşkilatlar aiddir. Gəlirsiz
xüsusi
sektoru
özündə
könüllü
elmi
və
professional cəmiyyətləri və assosiasiyaları;
ictimai təşkilatları; xeyriyyəçilik fondlarını və
digərlərini birləşdirir; 2) təşkilati-hüquqi və
mülkiyyət formasından asılı olmayaraq, fəaliyyət
göstərən hüquqi şəxs, habelə əsas elmi və (və ya)
elmi-texniki fəaliyyəti elmi işçilərin hazırlığını
həyata keçirən elmi işçilərin birliyidir.
ELMĐN MADDĐ-TEXNĐKĐ BAZASI
– elmi
tədqiqat və işləmələr sferasında istifadə edilən
vasitə və əmək əşyalarının kompleksidir. Elmin
maddi-texniki bazası ölkənin elmi potensialının
(əmək, maliyyə və informasiya ehtiyatları ilə
yanaşı) vacib tərkib hissəsi sayılır, həm də elmi
tədqiqat və işləmələrin nəticəliliyinə səbəb olur.
Elmi tədqiqat və işləmələrin əsas fondları
(vasitələri) elmin maddi-texniki bazasının vacib
hissəsini təşkil edir. Bu əsas fondlara elmi
təşkilatların və onların təcrübə bazalarının
balansında olan və onların əsas fəaliyyətlərində
istifadə edilən bina və tikililər; ötürücü qurğular;
maşın və avadanlıqlar, o cümlədən təcrübə-sınaq
qurğuları (elmi tədqiqat gəmiləri, radioteleskoplar
və s.), elmi cihazlar, avtomatlaşdırma vasitələri,
hesablama texnikası və s; nəqliyyat vasitələri;
alətlər, inventarlar və s. daxildir.
ELMĐN MADDĐ-TEXNĐKĐ VƏ TƏCRÜ-
BƏ BAZASININ STATĐSTĐKASI
– elm və
innovasiya
statistikasının
bölməsidir,
elmi
tədqiqat və işləmələrin vəziyyətini, kəmiyyət və
keyfiyyət
xarakteristikasını,
maddi-texniki
vasitələrin inkişaf və istifadə səviyyəsini, onların
nəticələrinin təcrübə-eksperimental yoxlanmasını
öyrənir. Elmin təcrübə bazası statistikası ayrıca
sahə kimi, elmi təşkilatların təcrübə bazalarının
ilk dəfə 1983-cü ildə keçirilmiş birdəfəlik
müayinəsindən sonra inkişaf etməyə başlamışdır.
Statistika
elmin
təcrübə
bazasının təşkilat
strukturu və mövcudluğunu; eksperiment, təcrübə
işlərinin keçirilməsi üçün xüsusi avadanlıqlar
daxil edilməklə, istehsal təchizat parkını, onun yaş
strukturunu;
təcrübənin
aparılma
yerinin,
sahəsinin, binasının ölçüsü və vəziyyətini; təcrübə
bazası işinin, eyni zamanda eksperiment, təcrübə
işlərinin ümumi həcmi və tərkibini; təcrübə-
eksperiment istehsalının səmərəliliyini, eyni
zamanda işçilərin miqdar və qruplaşdırma
göstəricilərini xarakterizə edən məlumatların
yığılması, işlənməsi və təhlilini həyata keçirir.
Elmin təcrübə bazası ilə təminatının təhlili həm
sifarişçi tərəfindən, həm də təcrübə, eksperiment
işlərini həyata keçirən tərəfindən həyata keçirilir.
Elmi təcrübə bazaları statistikasının daha sonrakı
inkişafı elmin maddi-texniki baza statistikası
çərçivəsində 1989 və 1992-ci illərdə keçirilən
birdəfəlik müayinələrlə bağlıdır. Statistikada elmi
təşkilatların
əsas
fondlarının
və
dövriyyə
vəsaitlərinin həcmi və strukturunu; elm texnikaları
və alətlərinin son dərəcə ətraflı təsnifləşdirilməsi
ilə texniki vasitələrin tərkibini, yaş strukturunu və
avadanlığın
texniki
səviyyəsini;
texniki
vasitələrdən, eyni zamanda, idxal olunmuş və
bahalı
avadanlıqlardan
istifadəni;
elm
təşkilatlarının bina ilə təmin edilməsini (“Elmin
maddi-texniki
bazası”
və
“Elmin
təcrübə
bazası”na bax) xarakterizə edən göstəriciləri
hazırlayır.
161
ELMĐN SAHƏLƏRĐ
– elmi tədqiqat və
işləmələri
həyata
keçirən
elmi
fənlərdir.
Müayinələrin konkret tədqiqat obyektlərinin və
alimlərin
maraq
dairələrinin,
onların
kooperasiyalarının təşkilati formalarının, dövri
elmi və digər nəşrlərinin, müvafiq profillər üzrə
kadrların hazırlanması sisteminin mövcudluğu ilə
xarakterizə olunur. Elmin sahələrinin təsnifatı,
onların
tədqiqat
(predmet),
metodoloji
və
funksional əlamətləri üzrə qurulur və iyerarxik
(aşağının yuxarıya tabeliyi) quruluşa malikdir:
elmin sahələri (I səviyyə); elmin fəaliyyət növləri
(II səviyyə); elmi ixtisaslar (III səviyyə).
Statistikada elmin sahələrinin təsnifatının əsası
YUNESKO-nun tövsiyələri hesab edilir (“Elm və
innovasiya
statistikası
üzrə
beynəlxalq
standartlar”a bax). Ona uyğun olaraq, elmi
fənlərin ümumi məcmusunun tərkibində elmin 6
iri sahəsi ayrılır: təbiyyat, texniki tibbi, kənd
təsərrüfatı,
ictimai,
humanitar.
Statistika
göstəricilərinin elmi sahələr və elmi ixtisaslar üzrə
qruplaşdırılması üçün “Elmi işçilərin ixtisas
nomenklaturası”ndan
(siyahısından)
istifadə
edilir. Qeyd olunan nomenklaturanı beynəlxalq
standartlara uyğunlaşdırmaq məqsədi ilə, ölkə
statistikasında elmin daha iri sahələri üzrə elmin
fəaliyyət növləri təsnifatı tətbiq olunur. Təbiyyat
elmlərinə aiddir: riyaziyyat, mexanika, fizika,
astronomiya, kimya, əczaçılıq kimyası, biologiya
elmləri, psixofiziologiya; geologiya-mineralogiya
elmləri; iqtisadi, sosioloji və siyasi coğrafiyadan
başqa coğrafi elmlər. Texniki elmlərə texniki
elmlər, bina və tikililərin arxitekturası daxildir.
Tibbi elmlərə tibb elmi, əczaçılıq kimyasından
başqa, digər əczaçılıq elmləri aid edilir. Kənd
təsərrüfatı elmlərinə kənd təsərrüfatı elmləri, kənd
təsərrüfatının iqtisadiyyatı, baytarlıq elmləri
aiddir. Đctimai elmlərə, kənd təsərrüfatının
iqtisadiyyatından başqa, iqtisadi elmlər, hüquq
elmləri,
pedaqoji
elmlər,
psixoloji
elmlər
(psixofiziologiyadan başqa), sosioloji elmlər;
siyasi elmlər; digər ictimai elmlər: iqtisadi,
sosioloji
və
siyasi
coğrafiya,
həmçinin
şəhərsalma,
rayon
planlaşdırılması,
yaşayış
yerlərinin
landşaft
arxitekturası
və
planlaşdırılması daxil edilir. Humanitar elmlərə -
tarix, fəlsəfə və filologiya elmləri, incəsənət,
arxitekturanın tarixi və nəzəriyyəsi, arxitektura
abidələrinin bərpası aiddir.
ELMĐ-TEXNĐKĐ FƏALĐYYƏT
– elmin və
texnikanın
bütün
sahələrində
elmi-texniki
biliklərin yaradılması, inkişafı, yayılması və
tətbiqi ilə sıx bağlı olan sistemli fəaliyyətdir.
Elmi-texniki
fəaliyyət
anlayışı
YUNESKO
tərəfindən işlənib hazırlanmışdır, elm və texnika
statistikasında beynəlxalq standartların baza
kateqoriyası
hesab
edilir.
YUNESKO-nun
tövsiyələrinə uyğun olaraq, elmi-texniki fəaliyyət
statistikanın obyekti kimi, onun 3 növünü əhatə
edir: a) elmi tədqiqatlar və işləmələr; b) elmi-
texniki təhsil və kadrların hazırlığı; c) elmi-
texniki xidmətlər.
Elmi-texniki təhsil və kadr hazırlığı özündə
ixtisaslaşdırılmış qeyri-universitet ali təhsil və
hazırlığını; universitet dərəcəsinə aparan ali təhsil
və hazırlığı; aspirant və sonrakı (növbəti) təhsili;
alim və mühəndislərin təşkil olunmuş fasiləsiz
hazırlığını
birləşdirən
fəaliyyət
kimi
müəyyənləşdirilir. Fəaliyyətin bu növləri Təhsilin
Beynəlxalq Standart Təsnifatının əsasən 5 və 6-cı
dərəcələrinə uyğun gəlir.
Elmi-texniki xidmətlər dedikdə, elmi tədqiqatlar
və işləmələrlə əlaqədar və elmi-texniki biliklərin
yaradılması, yayılması və tətbiq edilməsinə
kömək edən fəaliyyət başa düşülür. Elmi-texniki
xidmətlər elmi təşkilatlarda qeyri-əsas fəaliyyət
növü kimi, ya da bu məqsəd üçün yaradılmış
sərbəst
təşkilatlar
(elmi-texniki
informasiya
institutları, kitabxanalar, arxivlər, muzeylər və s.)
tərəfindən həyata keçirilə bilər. Statistika elmi-
texniki
xidmətlərə
elmi-texniki
məlumatlar
sahəsindəki fəaliyyəti; muzeylərin, botanika və
zoologiya bağlarının və sairin elmi-texniki
fəaliyyətini;
elmi-texniki
ədəbiyyatların
tərcüməsi, təshihi və nəşrini; axtarışları (geoloji,
hidroloji, topoqrafik, meteoroloji və s.); faydalı
qazıntıların kəşfiyyatını (axtarışını); sosial-iqtisadi
hadisələrə
dair
məlumatların
toplanmasını;
sınaqdan
keçirməni,
standartlaşdırmanı,
metrologiyanı, keyfiyyətin yoxlanmasını; konkret
layihələrin hazırlanması və həyata keçirilməsi
üzrə (elmi tədqiqatlar və işləmələrdən, istehsal
xarakterli
mühəndis
xidmətlərindən
başqa)
müştərilərə məsləhətlərin verilməsini; patent-
lisenziya fəaliyyətini aid edir.
ELMĐ-TEXNĐKĐ KADRLAR
– beynəlxalq
statistikada ölkədə yaşayan, elm və texnika
sahəsində 3 dərəcəni qurtarmış təhsilə malik olan
(Təhsilin Beynəlxalq Standart Təsnifatı üzrə) və
yaxud belə təhsilə malik olmayan, lakin yerinə
yetirilməsi üçün adətən ətraflı ixtisas tələb olunan
elmi-texniki fəaliyyətlə məşğul olan şəxslərin
məcmusu kimi müəyyənləşdirilir. Bu kateqoriya
tədqiqatçılar və ya texniklər kimi işləmək üçün
zəruri ixtisasa malik olan (“Elmi tədqiqatlarla və
işləmələrlə məşğul heyət”ə bax), yəni müvafiq ali
və orta ixtisas təhsil səviyyəsinə və yaxud bunun
üçün lazımi peşəkarlıq təcrübəsinə malik olan
şəxsləri
əhatə
edir.
Kanberri
təlimatına
(dərsliyinə) uyğun olaraq (“Elm və innovasiya
statistikası üzrə beynəlxalq standartlar”a bax),
162
elmi-texniki kadrlar ixtisas (təhsil) səviyyəsinə,
elmin sahələrini (“Elmin sahələri”nə bax)
peşələrə, məşğulluq kateqoriyaları (işsizlər və
iqtisadiyyatda
məşğul
olmayanlar
daxil
edilməklə), fəaliyyət növləri, regionlar, cinslər,
yaşlar
və
milli
mənsubiyyətinə
görə
təsnifləşdirilir. Bundan əlavə, kadrların gəlməsi
(təhsil müəssisələrinin buraxılışlarının hesabına
tamamlanma daxil edilməklə, mənbələr üzrə) və
getməsinə də (istiqamətlər üzrə, o cümlədən
xaricə)
baxılır.
Elmi-texniki
kadrların,
iqtisadiyyatın və sosial sferanın inkişafında
əhəmiyyətli rol oynamasını nəzərə alaraq, müasir
dövrdə bu kadrların mövcudluğu və hərəkəti
üzərində
kompleks
statistik
müşahidənin
aparılması zərurəti yaranmışdır. Müşahidə obyekti
elmi-texniki kadrların mövcudluğu, formalaşma
mənbələri, çevikliyi, miqrasiyası, həyat səviyyəsi
olmalıdır ki, bu da elm və innovasiya, əmək və
məşğulluq,
təhsil,
əhali
və
sosial-iqtisadi
statistikanın digər sahələrinin statistikası üzrə
işlərin əlaqələndirilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |