A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə43/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   39   40   41   42   43   44   45   46   ...   182

 

EV  TƏSƏRRÜFATI  MÜƏSSĐSƏLƏRĐ

  – 


ev  təsərrüfatı  üzvlərinə  mənsub  olan  və  onlar 

tərəfindən  nəzarət  olunan  qeyri-korporativ  (ev 



təsərrüfatlarından  ayrılıqda  təsis  olunmayan) 

istehsal 

müəssisələridir. 

Bu 


müəssisələrin 

aktivləri, istehsalın gedişində öhdəlik qəbul etmiş 

və ona görə məsuliyyət daşıyan sahibinə malikdir. 

Belə  müəssisələrin  sahibləri  eyni  zamanda  həm 

sahibkar,  həm  də  muzdlu  işçilər  olurlar  (hesab 

edilirlər).  Belə  müəssisələrin  xalis  mənfəəti 

sahibkarlıq  mənfəətindən  və  işə  görə  muzddan 

ibarət  qarışıq  gəlir  adlanır;  bu  kəmiyyətlər 

arasındakı 

nisbət 


müəssisənin 

istehsal 

fəaliyyətinin  xüsusiyyətindən  asılıdır.  Bazar  və 

qeyri-bazar  ev  təsərrüfatı  müəssisələri  bir-

birindən  fərqlənirlər  (“Mal  və  xidmətlərin  qeyri-

bazar istehsalçıları”na bax). 

 

EV  TƏSƏRRÜFATININ  ORTA  ÖLÇÜSÜ

 

–  əhalinin  ev  təsərrüfatları  məcmusunun  ən  sadə 

və 


geniş 

yayılmış 

ümumiləşdirici 

xarakteristikasıdır.  Şəxsi  ev  təsərrüfatlarının 

üzvlərinin  sayının  (ev  təsərrüfatı  xaricində 

yaşayan  şəxslərsiz  daimi  əhalinin  miqdarına 

bərabərdir  (“Đnstitusional  əhali”yə  bax.))  ev 

təsərrüfatlarının sayına nisbəti kimi hesablanır.  



 

EV 

TƏSƏRRÜFATLARI 

BÖLMƏSĐ 

(SEKTORU)

 –  onlara aid olan qeyri-korporativ 

müəssisələri  və  ev  təsərrüfatları  tərəfindən 

yaradılan  kvazikorporasiyalar  da  daxil  olmaqla, 

bütün ev təsərrüfatlarının məcmusudur.

 

Gəlirlərin 



növündən  (əsas  mənbəyindən)  asılı  olaraq,  ev 

təsərrüfatlarının 

aşağıdakı 

alt 


bölmələrini 

fərqləndirmək  olar:  işə  götürənləri;  muzdlu  

işçiləri;  muzdlu  şərtlərlə  işləyən  şəxsləri;  xüsusi 

mülkiyyətindən  və  transferlərdən  gəlir  əldə 

edənləri.

 

Alt bölməyə bölünmənin digər üsulu, ev 



təsərrüfatının  başçısı  sayılan  şəxsin  məşğuliyyət 

mənşəyinin,  əmək  sahəsinin,  təhsilinin  və 

ixtisasının  müəyyən  edilməsi  ilə  bağlıdır.  Ev 

təsərrüfatları  bölməsinin  alt  bölmələri  ümumi 

gəlirin  həcminə,  üzvlərinin  sayına  və  ya  onun 

yerləşdiyi yerə uyğun olaraq yaradıla bilər. 



 

EV  TƏSƏRRÜFATLARI  BÜDCƏLƏRĐ-

NĐN  SEÇMƏ  TƏDQĐQATI

  -  əhalinin  həyat 

səviyyəsinin,  onların  gəlir  və  xərclərinin  və  s. 


 

167


göstəriciləri  üzrə  faktiki  vəziyyətini  öyrənmək 

məqsədilə aparılan statistik müşahidə metodudur. 

  

EV 

TƏSƏRRÜFATLARI 

BÜDCƏLƏ-

RĐNĐN  TƏDQĐQATI  ÜÇÜN  SEÇMƏNĐN 

TƏŞKĐLĐ

 

ev 


təsərrüfatlarının 

seçmə 


məcmusunun  bazasını  ölkədə  keçirilmiş  əhalinin 

siyahıyaalınmasının  materialları  təşkil  edir.  Yeni 

təmsilli  ev  təsərrüfatları  şəbəkəsinin  yaradılması 

üçün 


siyahıyaalma 

materiallarından 

istifadə 

olunaraq,  yaşayış  məntəqələri  üzrə  ailələrin 

ünvanları,  ailə  başçısının  soyadı,  adı  və  atasının 

adı  kompüterə  daxil  edilir.  Məlumat  bazası 

kompüterlərdə aşağıdakı dəyişənlər üzrə yaradılır: 

yaşayış  məntəqəsinin  kodu,  ailə  üzvlərinin  sayı, 

ev  təsərrüfatı  başçısının  soyadı,  adı,  atasının  adı, 

şəhər  yerlərində  konkret  ünvan,  kənd  yerlərində 

isə  yaşayış  məntəqəsinin  adı.  Yaradılmış  bazada 

siyahıyaalma  şöbəsi  –  ilkin  seçmə  vahidi, 

təlimatçı  məntəqəsi  –  ikinci  seçmə  vahidi,  sayıcı 

məntəqəsində isə ailələr növbəti mərhələdə seçmə 

obyekti kimi nəzərə alınmışdır. 

Đqtisadi  rayonlar  üzrə  ev  təsərrüfatlarının  hər 

seçilmə  mərhələsində  təbəqələşmə  üsulundan 

istifadə  etməklə,  ikipilləli  ehtimal  (təsadüfi) 

modeli 

tətbiq 


olunmuşdur. 

Təbəqələşmə 

prosedurası 

əhalinin 

ərazi 

üzrə 


yerləşmə 

xüsusiyyətlərinə,  onun  demoqrafik  və  sosial-

iqtisadi  strukturuna,  bazar  iqtisadiyyatına  keçid 

şəraitində  struktur  dəyişikliklərinin  obyektiv 

təsvirinə  əsaslanaraq  ev  təsərrüfatının  təmsilli 

seçmə məcmusuna yönəlmişdir. 

Təbəqələşmə üsulu iki səviyyədən ibarətdir: 

1.  Əhalinin  yaşayış  yerini  nəzərə  almaqla,  ərazi 

təbəqələşməsi  (iki  təbəqə)  şəhər  yerləri  və  kənd 

yerləri üzrə aparılır; 

2.  Sosial-iqtisadi  və  demoqrafik  göstəricilərin 

strukturunu  nəzərə  almaqla,  hər  təbəqədə  yarım 

təbəqələrin formalaşdırılması. 

Müsahibəçilərin işi üçün ərazilərin seçilməsi başa 

çatdıqdan  sonra,  həmin  ərazilər  üçün  ev 

təsərrüfatlarının  tam  siyahısından  istifadə  olunur. 

Hər  bir  ərazi  üzrə  ev  təsərrüfatlarının  seçilməsi 

müsahibəçilərin  hamısı  üçün  eyni  sayda  olan  ev 

təsərrüfatlarının 

sadə 


təsadüfi 

seçilmənin 

köməkliyi  ilə  aparılır.  Bu  cür  üsul,  yəni  əvvəlki 

mərhələlərdə  ərazilərin  seçilməsinin  ərazidəki  ev 

təsərrüfatlarının 

sayı 


ilə 

mütənasibliyi 

ehtimallarının  nəzərə  alınması,  ölkənin  bütün  ev 

təsərrüfatlarının  seçməyə  eyni  ehtimalla  düşmə 

imkanı,  habelə  müsahibəçilərin  hamısı  arasında 

görülən  işin  bərabər  surətdə  bölüşdürülməsini 

təmin edir. 

Đlkin  seçmə  ərazilərinin  seçimindən  sonra, 

müsahibəçilərin 

keyfiyyətli 

işləmələri 

üçün 


onların  lazım  olan  ölçülərdə  ərazilərə  bölünməsi 

və  seçmənin  növbəti  addımını  həyata  keçirmək 

üçün təşkil olunmuş ərazilərin kəmiyyəti haqqında 

zəruri 


olan 

məlumatlar 

hazırlanır 

və 


müsahibəçilərin işləməsi üçün ərazi seçilir.  

Əhalinin  siyahıyaalınması  zamanı  istifadə  olunan 

xəritələrdən 

istifadə 

etməklə, 

ilkin 


seçmə 

ərazilərinin  hər  biri  öz  coğrafi  ölçülərinə  və 

müsahibəçilərin  işlədikləri  ərazilər  qismində 

yararlı olan ev təsərrüfatlarının sayına görə seçmə 

ərazilərinə  bölünür.  Đlkin  seçmə  ərazilərinin 

əksəriyyətinin 

ikinci 

seçmə 


əraziləri 

kimi 


götürülməsində müvafiq siyahıyaalma şöbələrinin 

təlimatçı  məntəqələrindən  istifadə  olunur.  Kənd 

yerlərinin ilkin seçmə ərazilərinin hər birindən bir 

ikinci  seçmə  ərazisi  seçilib  ayrılır.  Seçmə  ikinci 

seçmə  ərazilərinin  ev  təsərrüfatlarının  sayına 

mütənasib  olan  ehtimallarla  aparılır.  Şəhər 

yerlərində  hər  bir  ilkin  seçmə  ərazisində  ikinci 

seçmə  ərazilərinin  ev  təsərrüfatlarının  sayına 

mütənasib  olan  ehtimallarla  iki  ikinci  seçmə 

əraziləri seçilib ayrılır.    

Hər  bir  müsahibəçi  üçün  ev  təsərrüfatlarının 

seçilməsi  ikinci  seçmə  ərazilərinin  hüdudları 

daxilində sadə təsadüfi seçmə ilə, yəni bir yaşayış 

məntəqəsindən  artıq  olmayan  ev  təsərrüfatlarının 

yaşadığı ərazilər üçün sadə, təsadüfi üsuldan bir o 

qədər  də  fərqli  olmayan  üsulla  aparılır.  Bununla 

yanaşı,  kənd  yerlərində  hər  bir  müsahibəçinin  işi 

yalnız  bir  ikinci  seçmə  ərazisində,  şəhərlərdə  isə 

hər  bir  müsahibəçi  iki  ikinci  seçmə  ərazisində 

təşkil edilir. 

Ev  təsərrüfatlarının  13  müxtəlif  cütlüyünün  hər 

bir    müsahibəçinin  rüblük  seçməsinin  tədqiqinin 

təşkil  edilməsinin  ümumi  sxeminə  uyğun  olaraq, 

iki  həftəlik  dövr  ərzində  rübün  13  müxtəlif 

həftələrinin 

xərclərinin 

qeydiyyatına 

şərait 


yaradır. 

Seçmənin 

aparılmasının 

sonuncu 


mərhələsində  ehtimalların  hesablanması  zamanı 

seçmə  özündən  sonra  gələn  hər  addımda  əvvəlki 

seçmələrin 

addımlarının 

nəticələrindən 

asılı 


olmadan, keçirildiyindən, ixtiyari ev təsərrüfatının 

seçilmə  ehtimalını  seçmənin  keçirilməsinin  ayrı-

ayrı addımlarına uyğun gələn seçmə vahidlərindən 

törəyən ehtimallar kimi hesablamaq olar. 

Hər  bir  təbəqədə  (stratada)  ilkin  seçmə  əraziləri 

ərazilərdəki  ev  təsərrüfatlarının  sayına  mütənasib 

olan  ehtimallarla  seçilir.  Ona  görə  də, 

h

 

təbəqəsindəki  ilk  addımda  ixtiyari  (



s

-  qəbildən 

olan) ilkin seçmə ərazilərinin seçilmə ehtimalı 

 

N



s

h

N

h

m

s

h

I

p

,



)

,



(

=



 düsturu ilə hesablanır.  

 

Burada, 



h

m

 



h

 

 təbəqəsindəki 



(stratasındakı)  seçilmiş  seçmə  ilkin  seçmə 

ərazilərinin sayıdır; 



 

168 


s

h

N

,



  - 

h

  stratasındakı  (təbəqəsindəki) 



S

 

qəbildən  olan  ilkin  seçmə  ərazilərindəki  ev 



təsərrüfatlarının sayıdır; 

=





s



h

N

N

h

 

təbəqəsindəki 



ev 

təsərrüfatlarının sayıdır. 

Hər  bir  ilkin  seçmə  ərazilərinin  hüdudları 

daxilində  ikinci  seçmə  ərazilər  yaradılmış 

registrdəki  ev  təsərrüfatlarının  sayına  mütənasib 

ehtimallarla  seçilir.  Ona  görə  də, 



h

  təbəqəsinin 

seçmə  ərazisinin  ixtiyari 



S

dən  olan  ikinci 

seçmə  ərazisi  hüdudları  daxilində  seçmə  ehtimalı 



s

h

N

j

s

h

N

s

h

k

j

s

h

II

p

,

,



,

,

)



,

,

(



=

 



düsturu 

ilə 


hesablanır.  

 

Burada, 



s

h

k

,



h

  təbəqəsinin 



S

dən  olan  ilkin 

seçmə  ərazisindəki  ikinci  seçmə  ərazilərinin 

seçilməsinin  kəmiyyətidir  (



s

h

k

,

kənd  əraziləri 



üçün  1-ə,  şəhər  ilkin  seçmə  əraziləri  üçün  2-yə 

bərabərdir); 



h

 

təbəqəsindəki 





S

  qəbilli  ilkin  seçmə 

ərazidəki 

j

  qəbilli  ikinci  seçmə  ərazisinin 

registrdəki ev təsərrüfatlarının sayıdır. 

 



=

j

j

s

h

s

h

N

N

,

,



,

 

h

  təbəqəsindəki 

S

  qəbilli  ilkin  seçmə 

ərazilərdəki ev təsərrüfatlarının sayıdır. 

Ev təsərrüfatlarının 



h

 təbəqəsinin 



S

 qəbilli ilkin 

seçmə  ərazilərinin 

j

  qəbilli  ikinci  seçmə 

ərazilərinin 

hüdudları 

daxilində 

ev 


təsərrüfatlarının 

sadə 


təsadüfi 

seçilməsində 

ixtiyari  ev  təsərrüfatlarının  daxil  edilməsinin 

ehtimalı (

)

,

,



(

j

s

h

III

p

 ) olarsa, onda 



j

s

h

N

s

h

n

j

s

h

III

p

,

,



,

)

,



,

(

=



 düsturu ilə hesablanır.  

Burada, 


h

N

s



h,

  təbəqəsinin 



s

  qəbildən  olan 

seçmə  ərazisinin 



j

dən  olan  ikinci  seçmə 

ərazilərindəki seçilmiş ev təsərrüfatlarının sayıdır.  



 

EV  TƏSƏRRÜFATLARI  STATĐSTĐKASI 

(EV  TƏSƏRRÜFATLARININ  BÜDCƏSĐ-

NĐN  SEÇMƏ  MÜAYĐNƏSĐ) 

–  mikro 

səviyyədə  əhalinin  həyat  səviyyəsinin  tədqiqatı 

üçün  əsas  məlumat  bazası  hesab  edilir.  Ev 

təsərrüfatları 

statistikası 

sosial-iqtisadi 

statistikanın  əsas  sahələrindən  biridir  və  ölkə 

əhalisinin  həyat  səviyyəsini  və  əsas  etibarı  ilə 

onun 

maddi 


vəziyyətini 

öyrənir. 



Ev 

təsərrüfatlarının 

müayinəsinin 

materialları 

müxtəlif əhali qruplarının gəlirlərinin, xərclərinin, 

şəxsi  istehlakının,  gəlir  və  istehlak  xərclərinin 

səviyyəsinin  struktur  dəyişmələrini  xarakterizə 

edir; 

ailənin 


tərkibindən, 

onun 


üzvlərinin 

məşğulluğundan  asılı  olaraq,  bu  səviyyələrdəki 

müxtəlifliyin  ortaya  çıxarılmasına  imkan  verir; 

gəlirlərin  formalaşdırılmasında,  istehlakın  gəlir 

səviyyələrindən  asılılığında  müxtəlif  mənbələrin 

rolunu  göstərir,  istehlak  tələbindəki  dəyişmələri 

izləməyə  imkan  verir;  əhalinin  gəlirləri,  xərcləri, 

istehlakı  və  s.  üzrə  təbəqələşməsini  xarakterizə 

edir.  

Ev  təsərrüfatları  statistikasının  məlumatlarından 



ümumi daxili məhsulun iqtisadi hesablamalarında; 

milli 

hesabların 

hazırlanmasında; 

istehlak 

qiymətləri  indeksinin,  əhalinin  real  gəlirlərinin 

hesablanmasında;  istehsal  balansının  tərtibində, 

əhalinin 

həyat 

səviyyəsində 



baş 

verən 


dəyişikliklərin  təhlil  edilməsi  və  əhalinin  sosial 

müdafiəsi 

üçün 

tədbirlər 



sisteminin 

hazırlanmasında, kənd təsərrüfatı məhsullarının və 

s. istifadəsində geniş istifadə olunur.  

Azərbaycanda 

ev 

təsərrüfatlarının 



seçmə 

məcmusu  bütün  regionların  sərhədləri  daxilində 

“bütün  əhali”  kateqoriyasının  təmsil  edilməsi 

prinsipi  əsasında  təşkil  edilmişdir.  Ev  təsərrüfatı 

seçməsinin  formalaşdırılması  Dövlət  Statistika 

Komitəsi 

tərəfindən 

təsdiq 


edilən 

ev 


təsərrüfatlarının seçilməsi alqoritmi əsasında elmi 

əsaslandırılmış 

metodlarla 

həyata 


keçirilir. 

Seçmədə  ümumi  məcmu,  kollektiv  yaşayanlar 

(uzun  müddət  xəstəxanada,  qocalar  üçün  internat 

evlərində,  internat  məktəblərdə  və  s.  institusional 

müəssisələrdə, dini təşkilatlarda və digər kollektiv 

yaşayış  yerlərində  olan  şəxslər)  istisna  olmaqla, 

bütün növ ev təsərrüfatlarını əhatə edir.  

Seçmənin  son  vahidi  özlərini  yemək  və  həyat 

üçün  lazım  olan  bütün  hər  şeylə  birlikdə  təmin 

edən,  yəni  öz  vəsaitlərini  tamamilə,  ya  da  hissə-

hissə  birləşdirən  və  xərcləyən,  qohumluq  əlaqəsi 

ilə  bir-birinə  bağlı  olan,  eləcə  də  qohumluq 

əlaqəsi olmayan, bir yaşayış yerində, yaxud onun 

bir  hissəsində  yaşayan  şəxslərin  məcmusunu 

təmsil edən ev təsərrüfatıdır. Ev təsərrüfatı sərbəst 

yaşayan bir insandan da ibarət ola bilər. 

Ev  təsərrüfatları  büdcələrinin  seçmə  tədqiqatı 

əhalinin  həyat  səviyyəsinin  dövlət  tərəfindən 

statistik  müşahidə  metodudur.  Azərbaycanda  ev 

təsərrüfatları  büdcələri  tədqiqatının  böyük  tarixi 

təcrübəsi  var.  Đlk  tədqiqatlar  XIX  əsrin  sonu  və 

XX 


əsrin 

əvvəllərində 

Bakı 

neftçilərinin 



ailələrində  aparılmışdır.  Hazırda  mövcud  olan  ev 

təsərrüfatlarının  seçmə  tədqiqatının  metodoloji 

şəbəkəsi  50-ci  illərin  əvvəllərində  yaradılmışdır. 


 

169


Đlk  vaxtlar  600-dək  ev  təsərrüfatında,  1969-cu 

ildən  isə  1150  ev  təsərrüfatında  tədqiqat 

aparılmışdır.  Reprezentativliyi  (təmsilliliyi)  və 

məlumatların 

düzgünlüyünü 

təmin 


etmək 

məqsədilə  1988-ci  ildən  tədqiq  olunan  ev 

təsərrüfatlarının  sayı  1625-ə  çatdırılmışdır.  1990-

cı  ildən  başlayaraq,  ölkədə  aparılan  iqtisadi 

islahatlarla  bağlı  yeni  təsərrüfatçılıq  formaları 

yaranmış  və  bununla  bağlı  əhalinin  yeni  sosial-

iqtisadi  qrupları  əmələ  gəlmişdir.  Əhalinin  bu 

qruplarını  tədqiq  etmək  üçün  2000-ci  ilin 

iyulundan yeni tədqiqat forması işə tətbiq edilmiş 

və  tədqiq  olunan  ev  təsərrüfatlarının  sayı  bütün 

iqtisadi  rayonları  əhatə  etməklə,  hər  rübdə 

rotasiya 

olunmaqla 

2200-ə, 


2006-cı 

ilin 


yanvarından 

isə 


daimi 

əsaslarla 

4250-yə 

çatdırılmışdır.  Tədqiqat  ev  təsərrüfatı  üzvlərinin 

bilavasitə  sorğusu  və  gündəlik  gəlir  və  xərclər 

barədə yazıların aparılması qaydası ilə keçirilir. 

Ev  təsərrüfatlarının  seçmə  tədqiqatı  Dünya  Bankı 

və inkişaf etmiş dövlətlərin statistika qurumlarının 

mütəxəssislərinin  bilavasitə  iştirakı  və  tövsiyələri 

nəzərə  alınmaqla,  yeni  metodologiya  üzrə  həyata 

keçirilir.  Yeni  təmsilli  seçmə  aparmaq  məqsədilə 

əhalinin 

siyahıyaalınmasının 

materiallarından 

istifadə  etməklə,  ölkədə  bütün  ailələrin  bazası 

yaradılmışdır. 

Bu 

baza 


əsasında 

iqtisadi 

rayonların  hər  birində  bir  nəfər  məsləhətçi 

çalışmaqla 125 ilkin seçmə vahidindən ibarət yeni 

təmsilli seçmə şəbəkəsi yaradılmışdır. 

Seçmənin  formalaşdırması  üsullarına  tələbat 

aşağıdakıların 

hesabına 

təmin 

olunur: 


1) 

ehtimallar  seçməsi  tədqiq  edilən  göstəricilər 

sisteminin  əsas  qrupları  üzrə  və  onda  cüzi  xüsusi 

çəkisi  olan  qruplar  üzrə  tipik  əsasların  tərtibi  və 

onlardan  təmsilçi  məcmular  formalaşdırılması 

üsulları ilə uyğunlaşdırmaqla, seçmənin təşkilinin 

bütün  mərhələlərində  tətbiq  edilməsi;  2)  yeri 

dəyişdirilməmiş  qiymətlərin  əldə  edilməsinə 

gətirib  çıxaran  tənliklərin  dəqiqliyinin  ölçülməsi 

və  parametrlərin  qiymətləndirilməsi  üçün  cəlb 

edilməsi;  3)  əhalinin  siyahıyaalınması  və  mikro 

siyahıyaalınmasının 

məlumat 

massivinin 

seçilməsi üçün baş məcmu kimi istifadə edilməsi. 

Ev 


təsərrüfatlarının 

seçmə 


məcmusunun 

formalaşdırılması  üçün  iki  pilləli  seçmə  tətbiq 

edilir.  Birinci  pillənin  formalaşdırılması  şəhər  və 

kənd  əhalisi  üzrə  ayrı-ayrı  regionlar  səviyyəsində 

keçirilir (sorğuçu tətbiq olunan yükə görə). Birinci 

pillədə 


seçmənin 

əsası 


– 

əhalinin 

siyahıyaalınması, 

yaxud 


mikro 

siyahıyaalınmasının 

sayıcı 

məntəqələrinin 



məcmusu, onlardan hər birinin öz nömrəsi var və 

müvafiq  olaraq  müəyyən  inzibati  rayona  aiddir; 

ikinci  pillədə  -  sayıcı  məntəqəsinin  sərhədləri 

çərçivəsində  ayrı-ayrı  ev  təsərrüfatlarına  tərtib 

edilən  əhalinin  siyahıyaalınma  və  ya  mikro 

siyahıyaalınma  blanklarının  məcmusudur.  Seçmə 

özündə  yaşayış  məntəqələrinin  siyahısını  və  hər 

birindən  məlumat  toplanılan  respondentlərin 

sayını  əks  etdirir.  Sorğu  ancaq  bu  yaşayəş 

məntəqələrində  keçirilməlidir.  Əgər  hər  hansı  bir 

səbəbdən  orada  keçirmək  mümkün  deyilsə 

(məsələn,  ucqar  dağ  kəndi),  məntəqənin  əvəz 

edilməsi 

Dövlət 


Statistika 

Komitəsi 

ilə 

razılaşdırılır. 



Ev 

təsərrüfatlarının 

büdcəsinin 

müşahidə 

proqramı ev təsərrüfatında ay ərzində gəlir və xərc 

vəsaitlərinin 

(pul 

və 


natura 

ifadəsində) 

balanslaşdırılmış  uçot  sistemini  özündə  əks 

etdirir.    Ayrı-ayrı  ev  təsərrüfatlarının  müşahidə 

dövrü  respondentin  istəyi  ilə  təyin  edilir  və 

müayinənin 

başlama 

anından 


12 

ayı 


keçməməlidir.  Məlumatların  toplanmasını  xüsusi 

hazırlanmış işçilər həyata keçirir – yerli statistika 

orqanlarındakı  büdcə üzrə məsləhətçilər  – təqvim 

ayı keçəndən sonra baş çəkmə və ev təsərrüfatının 

yaşlı  üzvlərinin  şəxsən  sorğusunun  aparılması 

vasitəsilə  həyata  keçirilir.  Sorğunun  nəticələri 

müayinənin  xüsusi  formasında  qeyd  edilir.  Əldə 

edilən  yekunların  dəqiqləşdirilməsi  üçün  ev 

təsərrüfatlarında  gəlir  və  xərclər  haqqında 

müntəzəm 

olaraq 

(gündəlik) 



aparılmış 

qeydiyyatdan 

istifadə 

olunur. 


Gündəlik 

qeydiyyatın 

aparılması 

müayinənin 

zəruri 

elementi hesab edilir.  



Büdcə  üzrə  məsləhətçilər,  hesabat  dövründən 

sonrakı  ayın  15-dən  gec  olmamaq  şərti  ilə, 

müayinə  formasını  Dövlət  Statistika  Komitəsinin 

Baş  Hesablama  Mərkəzinə  (BHM)  təqdim  edir. 

Ev  təsərrüfatlarının  büdcə  müayinəsinə  cəlb 

edilən 


işçilər 

fərdi 


ev 

təsərrüfatı 

üzrə 

məlumatların  məxfiliyinin  qorunmasına  şəxsən 



məsuliyyət daşıyırlar.  

Əldə  edilmiş  məlumatlara  toplanması,  işlənməsi 

məntiqi  nəzarəti  və  saxlanmasını  BHM-nin 

müvafiq  bölməsinin  işçiləri  həyata  keçirir. 

Müayinənin 

nəticələri 

kompüterdə 

xüsusi 


hazırlanmış 

proqramda 

işlənilir. 

Yerlərdə 

müayinənin  keçirilməsi  və  təşkilinə  cavabdehlik 

yerli statistika orqanlarına həvalə edilmişdir.  



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin