ELASTĐKLĐK ƏMSALI
– bir əlamətin nisbi
dəyişməsini digər əlamətin nisbi dəyişməsi ilə
xarakterizə edən artımıdır:
X
X
Y
Y
k
E
∆
÷
∆
=
burada:
Y
∆
- Y göstəricisinin artımı,
X
∆
- X
göstəricisinin əmsalıdır.
X bir faiz dəyişdikdə elastiklik əmsalı,, Y-in neçə
faiz dəyişdiyini göstərir. Statistik tədqiqatlarda
istehsal amilləri üzrə elastiklik əmsalını özündə
birləşdirən Kobba-Duqlas istehsal funksiyasından
tez-tez istifadə edilir.
Elastiklik əmsalından amil və nəticə əlamətləri
arasındakı əlaqəni iqtisadi cəhətdən xarakterizə
etmək üçün istifadə olunur. Xətti asılılıq halında a
parametrinin iqtisadi mənasını vermək üçün
elastiklik əmsalının düsturu aşağıdakı kimi yazılır:
y
x
E
a
⋅
=
1
ELEKTRĐK ENERJĐSĐ
- geniş istifadə olunan
enerji daşıyıcısıdır. Elektrik enerjisi həm ilkin,
həm də yanacaqdan yaranan enerji kimi istehsal
olunur. Đlkin elektrik enerjisi su, külək, günəş,
suyun
qabarma-çəkilməsi
və
dalğaların
enerjisindən əldə olunur. Azərbaycanda enerji
əsasən, istilik elektrik və su elektrik fəaliyyəti
hesabına əldə olunur. SES-də suyun potensial və
kinetik enerjisinin elektrik enerjisinə çevrilməsi,
ĐES-də isə təbii qaz və neft məhsulları kimi yanar
yanacağın yandırılması ilə əldə olunur. Su elektrik
stansiyalarının elektrik enerjisi istisna olmaqla,
bərpa olunan enerji mənbələri (günəşin istilik
enerjisi, geotermal enerji, külək enerjisi, biokütlə
enerjisi) və tullantılar hesabına istilik elektrik
stansiyalarında və kiçik həcmli səyyar generator
qurğuları vasitəsilə istehsal olunmuş ikinci
(təkrar) elektrik enerjisi də istehsal olunur.
ELEKTRĐK
RABĐTƏSĐ
–
işarələrin,
siqnalların, məktub mətnlərinin, səslərin, radio və
digər elektromaqnit sistemlərinin qəbulu və
ötürülməsini təmin edir. Bu alt sahəyə şəbəkə və
vasitələrin, telefon, teleqraf, faksimil əlaqəli
məlumatların və digər sənədli məlumatların
(elektron hesablama maşınları arasında mübadilə
əməliyyatları da daxil olmaqla), həmçinin
televiziya və radio səslərinin və televiziya
təsvirlərinin, radio və naqilli verilişlərin yayılması
da daxildir. Elektrik rabitəsi məlumatların
ötürülməsi qaydasından asılı olaraq səndəli və
digər elektrik rabitəsi növlərinə ayrılır.
ELEKTRĐK STANSĐYASININ GÜCÜ
–
texniki-iqtisadi
göstəricidir.
Elektrik
generatorlarının
quraşdırılmış
uzunmüddətli
maksimal,
səmərəli
məcmu
gücü
üzrə
müəyyənləşdirilir (“Mühərrikin gücü”nə bax), bir
şərtlə ki, bu göstərici texnoloji prosesin əvvəlki
mərhələsindəki
avadanlıqların
(qazanların,
turbinlərin və s.) gücünü aşmır. Əgər elektrik
mühərriklərinin quraşdırılmış gücü qazan və
turbinlərin gücündən çox olarsa, onda elektrik
stansiyalarının gücü bu avadanlığın mümkün
imkanları və onun artırılması üzrə mümkün
tədbirləri nəzərə almaqla müəyyənləşdirilir.
ELEKTRĐKLƏ SĐLAHLANMA (TƏCHĐZ
OLUNMA) ƏMSALLARI
– orta hesabla bir
işçiyə və yaxud işçilər tərəfindən işləmiş bir
adam-günə (adam-saata) düşən elektrik enerjisinin
və ya elektrik gücünün miqdarıdır. Potensial
elektriklə silahlanma əmsalları orta hesabla bir
işçiyə düşən elektrik ötürücü cihazlarının gücünün
kəmiyyətini xarakterizə edir. Faktiki elektriklə
silahlanma əmsalları istehsalatda orta hesabla bir
işçi tərəfindən istehlak edilmiş enerjinin miqdarını
xarakterizə edir. Đşlənmiş bir adam-günə (adam-
saata) dair hesablanmış sonuncu əmsal əməyin
elektriklə silahlanma əmsalı adlanır.
ELEKTRĐKLƏŞDĐRĐLMĐŞ YOL
– dəmir
yolu nəqliyyatı vasitələrinin hərəkət etməsi üçün
dartıcıların elektrik enerjisi ilə təmin olunması
məqsədilə kompleks quraşdırılmış əsas dəmir yol
xətti başa düşülür. Sahə xətti olan stansiyalara
bitişik, yalnız manevr əməliyyatlarını həyata
keçirmək üçün elektrikləşdirilmiş, lakin növbəti
stansiyaya
qədər
xətt
boyu
tam
elektrikləşdirilməmiş xətt bura aid edilmir.
ELEKTRON HESABLAMA MAŞINLARI
(EHM) ŞƏBƏKƏSĐNĐN ÖTÜRMƏ SƏ-
VĐYYƏSĐ
–
1)
istifadəçiləri
şəbəkənin
hesablama ehtiyatlarından istifadə ilə təmin edən
terminalların
(abunə
məntəqələrinin)
məcmusudur; 2) uzaqlaşdırılmış terminalların
hesablama sistemləri ilə və müxtəlif hesablama
sistemlərini bir-biri ilə əlaqələndirən məlumat
ötürücü sistemlərdir.
ELEKTRON HESABLAMA MAŞINLA-
RININ (EHM) YADDAŞININ QORUN-
MASI
– əməliyyatçının yanlış fəaliyyəti,
proqramlaşdırmada səhvlər, icazəsiz girişlər
nəticəsində avadanlıqlarda nasazlıqlar meydana
çıxdıqda, EHM-nin yaddaşında məlumatların
qorunmasını (saxlanmasını) təmin edən proqram-
texniki vasitələr kompleksidir.
153
ELEKTRON NƏŞR
- kompüter və ya digər
elektron qurğulardan istifadə etməklə çoxaldılan
və ya bir, yaxud bir neçə şəkil, təsvir, işarə, sənəd
və ya söz kimi göstərilə bilməklə üzərində
məlumatın qeyd olunduğu və ya saxlanıldığı
əşyadır (disk və ya elektron faylı da daxil
olmaqla).
ELEKTRON POÇT
– 1) fiziki poçt xidməti
formasında qəbul edilə və ya yayımlana bilən,
həmçinin məlumatların (göndərişlərin) elektron
ötürülməsi üçün müəyyən edilmiş xidmətdir.
2)
məlumatların yüksək sürətlə verilməsi,
hesablama texnikası vasitələrinə daxil edilməsi,
xüsusi rabitə vasitələri ilə hazırlanması və
qaydaya salınması üçün elektrorabitə kanallarının
aralıq “elektron poçt qutuları”dır.
ELEKTRON
SƏNƏD
–
informasiya
sistemində istifadə üçün elektron formada təqdim
edilən və elektron imza ilə təsdiq olunmuş
sənəddir.
ELEKTRON TĐCARƏT – müəssisə tərəfindən
internet vasitəsilə əmtəə və xidmətlərin alqı-
satqısını aparmasıdır. Telefon, faks və ya əllə
yazılan
elektron
məktublarla qəbul
edilən
sifarişlər
elektron-ticarət
hesab
edilmir.
Marketinq, menecement, ardıcıl təminat və
informasiya sistemləri kimi bir-birindən fərqli
olan təşkilat funksiyalarını birləşdirir.
ELEKTRON-HESABLAMA
MAŞINI
(EHM)
– elektron elementlərdən təşkil olunmuş
universal
hesablama
sistemidir.
Verilmiş
alqoritmlər üzrə məntiqi-məlumat və hesablama
tapşırıqlarının həllinin avtomatlaşdırılması üçün
nəzərdə tutulmuşdur. EHM tərkibinə daxildir:
prosessor,
əməliyyat
yaddaşı,
məlumatların
ötürülməsi və rabitə kanalları, xarici yaddaş,
məlumatların
daxil
edilməsi-alınması
və
teleişləmə qurğuları. EHM onların funksional
şəraitini,
texniki
vasitələrin
siyahısını
genişləndirmək və proqram təminatını inkişaf
etdirmək əsasında təkmilləşdirilməsi imkanları ilə
açıq sistem kimi yaradılmışdır.
ELEKTROVOZ
- ümumi olaraq kontakt
naqilləri və ya kontakt relsləri, yaxud lokomotivdə
yerləşən enerji mənbəyindən elektrik cərəyanı ilə
qidalanan bir və ya bir neçə elektrik mühərrikli
lokomotivdir.
Bu
kateqoriyaya
kontakt
naqillərindən və kontakt relslərindən qidalana
bilməyən,
lakin
elektrik
mühərriklərinin
qidalanması
üçün
cərəyanın
digər
enerji
mənbələrindən (dizel və s.) alınması məqsədilə
avadanlıqlarla təchiz olunmuş elektrovozlar da
daxildir.
ELEMENTAR VAHĐD
- əlamətləri statistik
müşahidələrin
(başdan-başa
və
ya
seçmə)
aparılmasında
öyrənilməli
(ölçülməli)
olan
müayinə
məcmusunun
tərkib
elementidir.
Elementar vahid anlayışı müşahidə vahidi və ya
məcmu vahidi anlayışı ilə oxşar mənalıdır.
ELM VƏ ELMĐ XĐDMƏTLƏRĐN GÖS-
TƏRĐLMƏSĐ (BURAXILIŞI)
– bu sahəyə
aid olan müəssisə və idarələr (aparıcı elmi-axtarış
işləri
üzrə
müəssisələr,
konstruktor
və
layihələşdirmə təşkilatları, öz sənaye məhsullarını
kənara buraxmayan təcrübə zavodları, elmi
müəssisələrə
xidmət
göstərən
təşkilatlar)
tərəfindən göstərilən bazar və qeyri-bazar
xidmətlərinin dəyəridir. Dövlət büdcəsindən və
qeyri-büdcə fondlarından məqsədli maliyyələşmə
hesabına yerinə yetirilən elmi-texniki işlərin
buraxılışı bu sahə üzrə qeyri–bazar buraxılışına
aid edilir və cari xərclər və əsas kapitalın
istehlakının cəmi ilə müəyyən edilir. Büdcə
təşkilatları daxil olmaqla, müəssisə və təşkilatların
öz vəsaitləri hesabına müqavilə qiymətləri ilə
sifariş üzrə yerinə yetirdikləri elmi-texniki işlərin
buraxılışı bu sahə üzrə bazar buraxılışına aiddir
və bu işlərin dəyəri kimi müəyyən edilir.
ELM VƏ ĐNNOVASĐYA STATĐSTĐKASI
– elmi-texniki və innovasiya fəaliyyətində
hadisələrin və proseslərin kəmiyyət tərəfini tədqiq
edən statistika sahəsidir. Elm və innovasiya
statistikasının əsas vəzifəsi - elmi tədqiqat və
işləmə ehtiyatlarının kəmiyyəti, strukturu və
dinamikası haqqında dəqiq və etibarlı statistik
məlumatlara
ictimaiyyətin
ehtiyacını
təmin
etməkdir. Bu, kadrlar və onların hazırlanması;
elmin maddi-texniki bazası; maliyyə vasitələri
(eyni zamanda, büdcədən pul ayırmaları); elmi
təşkilatlar şəbəkəsi, onların elmin bölmələri,
iqtisadiyyat sahələri, regionlar, elm və texnikanın
inkişafının prioritet istiqamətləri üzrə bölünməsi
(elmi-texniki
dövlət
proqramlarının
yerinə
yetirilməsi
və
dövlət
elm
mərkəzlərinin
proqramları daxil edilməklə); elmi tədqiqat və
işlərin səmərəliliyi (tapılmış, kəşf edilmiş,
yaradılmış yeni məhsul növü nümunələri), onların
sosial-iqtisadi inkişaf göstəricilərində əksi; texniki
innovasiyanın (növlər üzrə) həyata keçirilməsi,
bunun üçün xərcləri, innovasiya məhsulunun
həcmi, innovasiya fəaliyyətinin məqsədləri üzrə
innovasiyanın bölünməsi; daxili və xarici texnika
mübadiləsi (texnologiyanın kəşf edilməsi və
keçirilməsi
formaları
üzrə)
haqqında
məlumatlardır. Elm və innovasiya statistikasının
154
predmeti müvafiq göstəricilər sisteminin və
onların hesablanma metodologiyalarının müəyyən
edilməsi və təsnifatının hazırlanmasıdır.
Elmi-texniki məqsədlər və innovasiya siyasəti və
məlumata tələbatın təsiri ilə əlaqədar son illərdə
elmi tədqiqatların və işlərin yerinə yetirilməsinə
lazım olan statistik müşahidə alətlərinə və
metodologiyaya
yenidən
baxılma
həyata
keçirilmiş,
innovasiya
statistikası
tarixində
beynəlxalq standartlar nəzərə alınmış (“Elm və
innovasiya
statistikası
üzrə
beynəlxalq
standartlar”a
bax)
və
bazar
iqtisadiyyatı
şəraitində elm və innovasiya fəaliyyətinin
inkişafının
xüsusiyyətləri
nəzərə
alınmaqla,
inkişaf əldə edilmişdir. Qoyulmuş beynəlxalq
statistika prinsiplərinə uyğun olaraq, elmi tədqiqat
və işləmələr haqqında məlumatların yığılması iki
statistik məcmunun – elmi tədqiqat və işləmələri
yerinə yetirən təşkilatların (elmi təşkilat) və onları
maliyyələşdirən təşkilatların (nazirlik və idarələr)
müayinəsi yolu ilə təmin edilir. Elm və innovasiya
statistikası elmi tədqiqat və işləmələrin yerinə
yetirilməsi
haqqında
elmi
təşkilatların
hesabatlarına; nazirlik və idarələrin elmi tədqiqat
və
işləmələrinin
dövlət
büdcəsi
hesabına
maliyyələşdirilməsi haqqında məlumatlara; elmi
təşkilat və müəssisələrin kəşfləri, faydalı modellər
və sənaye nümunələri haqqında, yeni maşın,
avadanlıq, aparat və alət növlərinin nümunəsinin
yaradılması haqqında hesabatlara; elmi-tədqiqat
institutları, fəlsəfə doktorlarının və doktorantların
hazırlanması üzrə ali məktəblərin hesabatlarına;
sənaye məhsullarının istehsalından alınan texniki
innovasiya,
mənimsəmə,
sertifikatlaşdırma
haqqında hesabatlara, eyni zamanda birdəfəlik
müayinələrin materiallarına (elmin maddi-texniki
və təcrübə bazası, elm işçilərinin pul gəlirləri və
yaşayış şəraiti və s.) əsaslanır. Elm və innovasiya
statistikasının gələcək inkişafının perspektiv
məsələləri arasında – elmin ayrı-ayrı sektorlarının
xüsusiyyətlərinə nisbətən statistik müşahidə
alətlərinin
təkmilləşdirilməsi;
elmi-texniki
kadrların hərəkəti və onların sosial-iqtisadi
vəziyyətinin monitorinqinin təşkili; texnikada
tədiyyə balansının tərtibi üçün xarici ölkələrlə
texnikanın kommersiya mübadiləsi haqqında
məlumatların
toplanması;
elmin
inkişafının
regional
aspektlərinin,
xidmətlər
sferasında
innovasiya fəaliyyətləri, elm haqqında ictimai
rəyin, eyni zamanda beynəlxalq müqayisələrin
metodları və praktikasındakı inkişafın öyrənilməsi
mühüm yer tutur.
ELM VƏ ĐNNOVASĐYA STATĐSTĐKASI
ÜZRƏ BEYNƏLXALQ STANDARTLAR
– elm və innovasiya statistikasının sistemli təsvir
metodologiyasını təmin edən və beynəlxalq
statistika standartları kimi qəbul edilmiş, elm və
innovasiya
statistikası
sahəsində
aparıcı
beynəlxalq təşkilatların kompleks tövsiyələridir.
Elm
statistikasında
standartlaşdırma
və
göstəricilərin uçotu təcrübəsində milli fərqlərin
aradan qaldırılmasına zərurilik ilk dəfə sənaye
cəhətdən inkişaf etmiş ölkələrdə iqtisadiyyatın və
elmi-texniki
əməkdaşlığın
inkişafı,
onların
iqtisadiyyatının
inteqrasiyası
prosesində
yaranmışdır. Onlar tərəfindən elmi tədqiqat və
axtarış işlərinə ayrılan ehtiyatların sürətlə artımı
müvafiq məlumatların yığılması və işlənməsinin
genişləndirilməsini
tələb
edirdi.
Ölkələrin
səylərini əlaqələndirmək üçün 1957-ci ildə
Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı (ĐƏĐT)
(1960-cı ilədək Avropa Đqtisadi Əməkdaşlıq
Təşkilatı adlanırdı) nəzdində elm və texnika
göstəriciləri
üzrə
milli
ekspertlər
Qrupu
yaradılmışdır. Bu qrup tərəfindən elm və
innovasiya üzrə beynəlxalq standartların əsaslarını
təşkil edən “Fraskati Əsasları” hazırlanmışdır və
müntəzəm olaraq dəqiqləşdirir. Sonralar elm və
texnikanın
inkişafının,
onların
ehtiyatlarla
təminatının, nəticəliliyinin, milli və beynəlxalq
səviyyələrdə iqtisadi artıma təsirinin aktual
aspektlərinin statistik öyrənilməsi məsələləri üzrə
xüsusi standartlaşdırılmış tövsiyələrin işlənməsinə
tələbatı
nəzərə
alaraq,
ĐƏĐT-in
ekspertləri
tərəfindən
“Fraskati
Ailəsi”
adlandırılan
metodoloji əsaslar, o cümlədən texnologiyaya dair
tədiyyə balansının məlumatlarının ölçülməsi və
şərhinə dair qaydalar (1990-cı ildə); texnoloji
innovasiyalara dair məlumatların toplanması –
Oslo Əsasları (1992-ci ildə) (“Đnnovasiya
fəaliyyəti”nə,
“Đnnovasiya”ya
bax);
patent
məlumatlarından elm və texnika göstəriciləri kimi
istifadə (1994-cü ildə); elm və texnika üzrə kadr
ehtiyatlarının ölçülməsi – Kanber əsasları (1995-
ci ildə
Avrostatla
birlikdə)
(“Elmi-texniki
kadrlar”a bax) hazırlanmışdır. Həmçinin yüksək,
orta və aşağı texnologiyalı məhsul və sahələrin
ölçülməsi üzrə, bibliometrik statistikaya dair
standartların hazırlanması işləri təşkil edilmişdir.
Elm və innovasiyaya dair yeni beynəlxalq
standartların yaradılması və mövcud olanların
dəqiqləşdirilməsində Avropa Đttifaqının (AĐ)
statistika təşkilatı olan Avrostatın fəal rolu vardır.
1969-cu ildə Avrostat tərəfindən elmi proqram və
büdcənin təhlili və müqayisəsi üçün Siyahının
(Nomenklaturanın) birinci redaksiyası (hazırda
onun 1992-ci il redaksiyasından istifadə edilir)
işlənib hazırlanmışdır. Bu Siyahı AĐ-yə üzv
ölkələrdə sosial-iqtisadi problemlər üzrə elmi
tədqiqat və axtarış işlərinə ayrılmış büdcə
məbləğinə dair məlumatların toplanması, onların
yekunlaşdırılması
və
AĐ-də
elmin
dövlət
maliyyələşdirilməsinə
dair illik
məruzələrin
155
hazırlanması
üçün
əsas
hesab
edilir.
Təsnifləşdirmə
həll
edilməsi
üçün
dövlət
maliyyələşdirilməsi ayrılan elmi tədqiqatların və
işləmələrin qlobal vəzifələrini əks etdirir. AĐ-yə
üzv ölkələrlə elmi-texniki siyasətə dövlətin
məqsədlərinin transformasiyasına uyğun olaraq,
bu vəzifələr, dəyişikliklərə məruz qalır. Avrostat
tərəfindən
həm
də
elm
və
innovasiya
statistikasının regional aspektlərinin əsasları
hazırlanmışdır.
Elm və texnikaya dair məlumatların toplanması,
təhlili
və
nəşr
olunması
istiqamətində
YUNESKO-nun
statistika
şöbəsi
tərəfindən
müntəzəm işlər həyata keçirilir
Məlumatların
standartlaşdırılması
müntəzəm
olaraq ayrı-ayrı ölkələr üzrə elmi potensialın
həcmi
və
tərkibinin
qiymətləndirilməsinin
aparılmasına,
elmi-texniki
və
innovasiya
siyasətinin təkmilləşdirilməsi üzrə təkliflərin
işlənib hazırlanmasına, beynəlxalq əməkdaşlığın
inkişafına imkan verir.
ELM VƏ ĐNNOVASĐYALARIN MALĐY-
YƏLƏŞMƏ
MƏNBƏLƏRĐ
–
elmi
tədqiqatların və işləmələrin yerinə yetirilməsinə
və innovasiya fəaliyyətinin həyata keçirilməsinə
sərf olunan pul vəsaitlərinin ilkin mənbəyidir. Elm
və innovasiyanin maliyyələşmə mənbəyi ilkin
olaraq bu məqsədlər üçün nəzərdə tutulmuş və
faktiki olaraq istifadə olunmuş vəsaitlərin, uyğun
olaraq cari və kapital xərclərinin birbaşa
ötürülməsi meyarları üzrə müəyyənləşdirilir.
Maliyyələşmənin mənbələri arasında (tərkibində)
statistika
aşağıdakıları
fərqləndirir:
elmi
tədqiqatları və işləmələri yerinə yetirən və ya
innovasiyaları həyata keçirən (gəlirlərdən, yaxud
buraxılan məhsulun, işlərin, xidmətin maya
dəyərindən) təşkilatların (müəssisələrin) xüsusi
vəsaitləri; büdcə vəsaitləri, o cümlədən ölkə
büdcəsindən;
təşkilatların
(müəssisələrin)
bilavasitə və ya sifarişçilərin müqavilələr üzrə
aldıqları yerli büdcə vəsaitləri; qeyri–büdcə
fondlarının
vəsaitləri
(iqtisadiyyatın
stabilləşdirilməsi fondu, regional inkişaf fondu,
sahələr və sahələrarası elmi-tədqiqat və təcrübə-
konstruktor işlərinin büdcədənkənar fondları,
texnoloji inkişaf fondu, konversiya fondu və s.);
xarici mənbələr – dövlətin sərhədindən kənarda
olan fiziki və hüquqi şəxslərdən, o cümlədən
beynəlxalq təşkilatlardan əldə edilmiş vəsaitlər.
Elmi tədqiqatlara və işləmələrə müvafiq olaraq,
statistika
həmçinin
digər
elm
sektorları
təşkilatlarının - dövlət, sahibkarlıq, ali təhsil və
şəxsi təşkilatların vəsaitlərini də öyrənir. Ali təhsil
müəssisələri ayrılmış ümumi büdcə hesabına (o
cümlədən kreditorlara) elmi tədqiqat və işlərin
maliyyələşdirilməsi haqqında da hesabat verirlər.
Đlkin maliyyə mənbəyi qismində, qaytarılmaq şərti
ilə verilmiş istiqraz vəsaitləri (bank, kommersiya
kreditləri və s.) nəzərə alınmır.
Dostları ilə paylaş: |