A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev


DÖVLƏT  ĐDARƏLƏRĐNĐN  SON  ĐSTEH-



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə35/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   31   32   33   34   35   36   37   38   ...   182

DÖVLƏT  ĐDARƏLƏRĐNĐN  SON  ĐSTEH-

LAK  XƏRCLƏRĐ

  –  kollektiv  xidmətlər  və  ya 

fərdi  mal  və  xidmətlərə  aid  olub-olmamasından 

asılı  olmayaraq,  dövlət  idarəetmə

 

orqanlarının 



müxtəlif  istehlak  mal  və  xidmətlərinə  çəkdiyi 

xərclərdir. 

Bu 

xərclər 


əsasən 

vergiqoyma 

vəsaitlərindən  və  ya  dövlət  daxilolmalarından 


 

136 


maliyyələşdirilir. 

Đdarəetmə 

orqanlarının 

funksiyalarının  və  ya  əsas  məhsul  növlərinin 

təsnifləşdirilməsinə 

uyğun 


olaraq, 

dövlət 


xərclərinin  təsnifləşdirilməsi  müxtəlif  əlamətlər 

(bazar 


və 

ya 


qeyri-bazar 

istehsalçılarının 

məhsulları;  kollektiv  xidmətlər  və  ya  fərdi  əmtəə 

və xidmətlər) üzrə həyata keçirilə bilər. 

 

DÖVLƏT  ĐSTĐQRAZI

  –  kredit  münasibətləri 

formasıdır, 

dövlət 


büdcəsinin 

kəsirinin 

maliyyələşdirilməsi  üçün  borc  alan  dövlətin 

adından  pul  vəsaitlərini  səfərbər  edir  və  ya 

dövlətin (və ya onun yerli orqanlarının) borclu və 

kreditor  kimi  çıxış  etdiyi  kredit  münasibətlərinin 

növüdür.  Đstiqraz  vərəqəsi  müəyyən  edilmiş 

müddətdə  qiymətli  kağızın  nominal  dəyərinin 

sabit  faizi  ilə  onun  sahibinə  ödəmək  barəsində 

(əgər  buraxılışın  şərtlərində  başqa  qayda  nəzərdə 

tutulmayıbsa)  emitentin  öhdəliyini  təsdiqləyən, 

adətən pul ifadəsində olan qiymətli kağızdır. 

Azərbaycan  Respublikasında  daxili  istiqrazlar 

üzrə istiqraz vərəqəsini buraxmaq hüququ dövlətə 

məxsusdur.  Đstiqraz  vərəqəsi  xüsusi  növ  mülki-

hüquq  öhdəliyini  rəsmiləşdirir.  Burada  borc  alan 

dövlət,  borc  verən  isə  vətəndaşlardır.  Đstiqraz 

vərəqələri hüquqi və fiziki şəxslər, kredit-maliyyə 

təşkilatları və xarici şirkətlər tərəfindən əldə edilə 

bilər.  


Đstiqraz  vərəqəsini  banklar sərbəst  satır  və  alırlar. 

Đstiqraz  vərəqələrindən  və  onun  uduşlarından 

vergi tutulmur.  

Đstiqraz vərəqləri manatla buraxılır. 



 

DÖVLƏT  QEYDĐYYATI

  –  ölkə  ərazisində 

hüquqi  şəxs  statusu  almaq  istəyən  qurumların, 

habelə  xarici  hüquqi  şəxslərin  ölkə  ərazisində 

yaratdığı  nümayəndəlik  və  ya  filialların  hüquqi 

statusunun  təsdiq  edilməsi,  müəyyənləşdirilməsi 

və  onlara  dair  məlumatların  (qeydlərin)  hüquqi 

şəxslərin vahid dövlət reyestrinə daxil edilməsidir. 

Azərbaycan  Respublikasında  “Hüquqi  şəxslərin 

dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında” 

Qanuna  əsasən,  ölkədə  vahid  dövlət  qeydiyyatı 

sistemi  həyata  keçirilir.  Göstərilən  qanunda 

aşağıdakılar  müəyyənləşdirilmişdir:  a)  bütün 

hüquqi 

şəxslər 


müvafiq 

icra 


hakimiyyəti 

orqanlarında dövlət qeydiyyatından keçməlidirlər; 

b)  bütün  ölkə  üzrə  hüquqi  şəxslər  üçün  vahid 

dövlət  qeydiyyatı  həyata  keçirilir;  c)  dövlət 

qeydiyyatını 

həyata 


keçirən 

orqan 


hüquqi 

şəxslərin 

yaradılmasında 

müəyyən 


edilmiş 

qaydalara  riayət  etməli  və  onların  yaradılması 

üçün  lazım  olan  sənədlərin  qanuna  uyğunluğunu 

yoxlamalıdır;  ç)  dövlət  qeydiyyatından  imtina  ilə 

bağlı məhkəməyə müraciət edilə bilər. 

Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, 

biznes 

mühitinin 



əlverişliliyinin 

daha 


da 

artırılması  və  biznesə  başlama  proseduralarının 

sadələşdirilməsi  üçün  Azərbaycan  Respublikası 

Prezidentinin 25.10.2007-ci il tarixli Sərəncamına 

uyğun  olaraq,  01  yanvar  2008-ci  il  tarixindən 

sahibkarlıq 

fəaliyyəti 

subyektlərinin 

dövlət 

qeydiyyatında 



“bir 

pəncərə” 

prinsipinə 

keçilmişdir.  



 

DÖVLƏT 

QĐYMƏTLĐ 

KAĞIZLARI 

(DQK)

 – dövlətin emitent üzrə əmlak hüquqlarını 

və  ya  borc  münasibətlərini  təsdiqləyən  pul 

sənədidir.  Qiymətli  kağızlar  kağızda  çap  edilmiş 

sertifikat  blankları  şəklində  və  ya  hesablardakı 

qeydlər formasında ola bilər. 

Qiymətli  kağızların  elementi  qiymətli  kağızları 

buraxan  (emissiya  edən)  və  qiymətli  kağızlara 

görə  onların  sahibləri  qarşısında  məsuliyyət 

daşıyan  hüquqi  şəxsdir.  Emitent  kimi  dövlət  və 

yerli  hakimiyyət  orqanları  çıxış  edir.  Bir  sıra 

hallarda  qeyri-dövlət  qiymətli  kağızları  da  dövlət 

statusu ala bilər.  

Dövlət  qiymətli  kağızları  daha  etibarlı  qiymətli 

kağız hesab olunur. 

Azərbaycan  Respublikasında  dövlət  qiymətli 

kağızları ilə yanaşı, müəssisələr və ölkə ərazisində 

qeydə  alınmış  digər  hüquqi  şəxslər  (o  cümlədən 

birgə  və  xarici  müəssisələr)  də  emitent  rolunda 

çıxış edə bilərlər. 

 

DÖVLƏT 

QULLUĞU 

(XĐDMƏTĐ)

 

– 



Azərbaycan  Respublikasının  Konstitusiyasına  və 

digər  qanunvericilik  aktlarına  uyğun  olaraq, 

dövlətin  məqsədlərinin  və  funksiyalarının  həyata 

keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz 

vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.  

 

DÖVLƏT  QULLUQÇUSU

 

(Azərbaycan 

Respublikasında)  –  “Dövlət  qulluğu  haqqında” 

Qanunda  müəyyən  edilmiş  qaydada  maaşlı  (maaş 

yalnız  dövlət  büdcəsi  vəsaitindən  verilə  bilər) 

dövlət  qulluğu  vəzifəsini  tutan  və  inzibati  vəzifə 

üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan 

Respublikasına 

sadiq 

olacağına 



and 

içən 


Azərbaycan Respublikasının vətəndaşıdır. Đnzibati 

vəzifə  tutan  və  hakimiyyət  səlahiyyətləri  alan 

dövlət  qulluqçusu  vəzifəli  şəxsdir.  Deputatlar  və 

hakimlər dövlət qulluqçuları sayılmırlar. 



 

DÖVLƏT MƏŞĞULLUQ FONDU

 -   əsasən 

dövlət və  yerli büdcələrin vəsaitləri, mülkiyyət və 

təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  

respublika  ərazisində  fəaliyyət  göstərən  hüquqi 

şəxslərin  və  fərdi  qaydada  sahibkarlıq  fəaliyyəti 

ilə  məşğul  olan  fiziki  şəxslərin  məcburi 

ayırmaları,  hüquqi  şəxslərin  və  vətəndaşların 

könüllü  ianələri,  Dövlət  Məşğulluq  Fondunun 



 

137


vəsaitini 

artırmaq 

məqsədi 

ilə 


sahibkarlıq 

fəaliyyətindən götürülən gəlir hesabına yaranır. 

Hüquqi  şəxslər  Dövlət  Məşğulluq  Fonduna 

hesablanmış  əmək  haqqı  fondunun  1  faizi 

məbləğində məcburi ayırmalar köçürürlər.  

Fərdi  qaydada  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan  fiziki  şəxslərin  Dövlət  Məşğulluq  Fonduna 

məcburi  ayırmalarının  məbləği  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Dövlət  Məşğulluq  Fondunun  vəsaiti  barəsində 

müvafiq icra hakimiyyəti orqanı sərəncam verir. 

Dövlət  Məşğulluq  Fondunun  hesabat  ilində  

istifadə  edilməmiş  vəsaiti  ondan  alınmır  və 

növbəti maliyyə ilinə keçirilir. 

Đşsizlik  müavinətləri  üzrə  bank  əməliyyatlarına 

görə haqq ödənilmir. 



 

DÖVLƏT 

MƏŞĞULLUQ 

XĐDMƏTĐ 

ORQANLARINDA 

RƏSMĐ 

QEYDƏ 

ALINMIŞ  ĐŞSĐZLƏR

  –  dövlət  məşğulluq 

xidməti  orqanları  tərəfindən  işsiz  statusu  alan 

şəxslərdir.  “Məşğulluq  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununa  uyğun  olaraq,  işi  və 

qazancı olmayan, işə başlamağa hazır olub, dövlət 

məşğulluq  xidməti  orqanında  işaxtaran  kimi 

qeydiyyata  alınan  əmək  qabiliyyətli  yaşda  olan 

əmək  qabiliyyətli  vətəndaşlar  işsiz  hesab  olunur. 

Müəssisə,  idarə  və  təşkilatların  ləğv  edilməsi, 

yenidən qurulması, işçilərin sayının və ya ştatların 

ixtisarı  ilə  bağlı  işdən  azad  edilməsi  zamanı 

verilən müavinətlər qazanc kimi sayılmır.  

15  yaşına  çatmayan,  ailə  başçısını  itirməyə  görə 

uşaqlar  üçün  təyin  olunmuş  pensiyalar  istisna 

olmaqla,  pensiya  hüququ  qazanmış  vətəndaşlar, 

qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində 

münasib  iş  axtarmaq  məqsədilə  üzrsüz  səbəbdən 

dövlət  məşğulluq  xidməti  orqanına  gəlməyənlər 

və ya bu müddət ərzində təklif edilən iki münasib 

işdən  imtina  edənlər  (vətəndaşa  eyni  iş  təkrarən 

təklif  oluna  bilməz),  ilk  dəfə  işaxtaranlar, 

azadlıqdan  məhrum  etmə  cəzasını  çəkənlər, 

muzdla  işləyən,  o  cümlədən  əmək  müqaviləsi 

(kontraktı)  ilə  tam  və  tam  olmayan  iş  vaxtı 

ərzində  müəyyən  haqq  müqabilində  iş  görən, 

habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, 

sahibkarlar,  fərdi  əmək  fəaliyyəti  ilə  məşğul 

olanlar,  mülkiyyətində  torpaq  payı  olanlar,  əmək 

qabiliyyətinin  müvəqqəti  itirilməsi,  məzuniyyət, 

ixtisasartırma,  tətil, istehsalatın  dayandırılması  və 

ya  başqa  səbəblər  ilə  əlaqədar  iş  yerində 

müvəqqəti 

olmayanlar, 

ölkənin 


silahlı 

qüvvələrində  xidmət  edənlər,  ölkə  ərazisində 

(əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər)  və 

ölkə  hüdudlarından  kənarda  (ölkə  vətəndaşları) 

qanuni  əsaslarla  əmək  fəaliyyəti  ilə  məşğul  olan 

şəxslər işsiz sayılmır.  

Dövlət  məşğulluq  xidməti  orqanlarında  rəsmi 

qeydə  alınan  işsizlərin  sayı,  Beynəlxalq  Əmək 

Təşkilatının  metodologiyasına  əsasən  keçirilən 

müayinələrdən  əldə  olunan  işsizlərin  sayından 

fərqlənir.      

 

DÖVLƏT  MÜƏSSĐSƏSĐ



  –  (I)  –  Azərbaycan 

Respublikasının 

qanunlarına 

görə, 


təhkim 

olunmuş  əmlak  üzərində  mülkiyyət  hüququ 

olmayan  unitar  müəssisədir  -  kommersiya 

təşkilatıdır.  Onun  əmlakı  dövlətin  əmlakıdır  və 

müəssisəyə  yalnız  əməli  idarəetmə  hüququ 

əsasında  məxsus  olur.  Dövlət  müəssisələrinə 

əsaslanan  aşağıdakı  növ  müəssisələr  fəaliyyət 

göstərirlər: əmlakı tamamilə dövlət mülkiyyətində 

olan  müəssisələr;  səhmlərinin  nəzarət  paketi 

dövlət  orqanlarına  aid  olan  müəssisələr.  Dövlət 

mülkiyyətinin 

firma 


adı 

özünə 


əmlakın 

mülkiyyətçisini  ehtiva  edir.  Dövlət  mülkiyyətinin 

idarəetmə  orqanı  mülkiyyətçi  tərəfindən  təyin 

edilən 


rəhbər 

hesab 


olunur 

və 


rəhbər 

mülkiyyətçiyə hesabat verir. 



(II)  -  mülkiyyət  hüququna,  maliyyə  iştirakına  və 

ya  müəssisənin  idarə  olunmasının  normativ 

aktlarına görə, hakimiyyət orqanlarının birbaşa və 

ya dolayısı yolla əsas təsir göstərdiyi müəssisədir. 

Müəssisəyə  əsas  təsir  o  halda  göstərilir  ki, 

hakimiyyət  orqanları  birbaşa  və  ya  dolayı  yolla 

aşağıdakılara malik olur:  

a)  iltizam  üzrə  buraxılan  səhmdar  kapitalının 

böyük hissəsinə malik olduqda; 

b)  proporsional  olaraq,  müəssisənin  buraxdığı 

qiymətli  kağızlara  əsasən  səslərin  əksər  hissəsinə 

malik olduqda; 

c) 

müəssisənin 



inzibati 

orqanı 


üzvlərinin, 

idarəetmə  və  ya  nəzarət  etmə  orqanlarının 

üzvlərinin yarıdan çoxunu təyin etdiyi halda. 

 

DÖVLƏT 

MÜLKĐYYƏTĐ 

(DÖVLƏT 

SEKTORU)

  –  Azərbaycan  Respublikasında 

ölkə  Konstitusiyasına  əsasən,  dövlətə  məxsus  və 

dövlət 

mülkiyyətinin 



aparıcı 

formasıdır. 

Azərbaycan 

Respublikasının 

mülkiyyəti 

Azərbaycan  xalqına  məxsusdur.  Ölkənin  ərazisi 

hüdudlarında,  torpaq,  yerin  təki,  daxili  və  ərazi 

suları,  qitə  şelfi,  bitki  və  heyvanlar  aləmi,  hava 

hövzəsi  Azərbaycan  Respublikasının  müstəsna 

mülkiyyətidir. 

Azərbaycan  Respublikasının  dövlət  maliyyə 

ehtiyatları 

hesabına 

yaradılmış 

və 

başqa 


dövlətlərin  ərazisində  yerləşən  müəssisələr  və  ya 

onların  hissələri  də  Azərbaycan  Respublikasının 

dövlət mülkiyyətidir. 

 

DÖVLƏT  NEFT  FONDU



  -  Azərbaycan 

Respublikası  Prezidentinin  29  dekabr  1999-cu  il 

tarixli  Fərmanı  ilə  Dövlət  Neft  Fondu  təsis 


 

138 


edilmişdir. Neft Fondunun fəaliyyəti neft və qazın 

kəşfiyyatı  və  işlənməsi  sahəsində  bağlanmış 

sazişlərin  həyata  keçirilməsindən  və  Fondun  öz 

fəaliyyətindən  əldə  olunan vəsaitin toplanması  və 

səmərəli  idarə  edilməsi  vasitəsi  ilə  ölkə 

qarşısındakı  aşağıdakı  mühüm  vəzifələrin  həllinə 

yönəlmişdir:  

- böyük həcmdə daxil olan xarici valyuta gəlirləri 

şəraitində 

ölkədə 


makroiqtisadi 

sabitliyin 

qorunması  və  maliyyə-vergi  intizamının  təmin 

edilməsi,  eyni  zamanda,  neft  gəlirlərindən 

asılılığın  azaldılması  və  qeyri-neft  sektorunun 

inkişafının təmin edilməsi; 

 -  neft  və  qazın  bərpa  edilməyən  təbii  ehtiyat 

olduğunu  nəzərə  alaraq,  onlardan  əldə  edilən 

gəlirin  nəsillər  arasında  bərabər  bölüşdürülməsi 

və   gələcək  nəsillər  üçün  ehtiyat  vəsaitinin 

toplanması; 

 -  ölkənin  sosial-iqtisadi  tərəqqisi  ilə  əlaqədar 

mühüm 

ümummilli 



layihələrin 

maliyyələşdirilməsi. 

 

DÖVLƏT  STATĐSTĐKA  KOMĐTƏSĐNĐN 

YERLĐ  (RAYON,  ŞƏHƏR)  STATĐSTĐKA  

ORQANLARI

  –  Azərbaycan  Respublikasının 

vahid  statistika  sisteminə,  yəni  Azərbaycan 

Respublikası  Dövlət  Statistika  Komitəsinin  və 

Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Statistika 

Komitəsinin  bilavasitə  tabeliyində  olaraq,  onların 

strukturuna  daxil  olan  və  onlara  hesabat  təqdim 

edən orqanlardır. 

Yerli  (rayon,  şəhər)  statistika  idarələri  (şöbələri) 

“Yerli  statistika  orqanları  üçün  statistik  işlər 

haqqında  Proqram”ın  yerinə  yetirilməsini  və 

Azərbaycan  Respublikasının  Dövlət  Statistika 

Komitəsi  tərəfindən  müəyyənləşdirilmiş  statistik 

göstəricilərin 

metodologiyasından, 

statistik 

məlumatların  yığılması,  işlənməsi  forması  və 

metodlarından  istifadə  etməklə,  istifadəçilərə,  o 

cümlədən yerli icra hakimiyyəti orqanlarına rəsmi 

statistika məlumatlarının təqdim olunmasını təmin 

edirlər.  

Yerli  (rayon,  şəhər)  statistika  idarələri  (şöbələri), 

mülkiyyət  formasından  asılı  olmayaraq,  rayonun 

(şəhərin)  ərazisində  yerləşən  statistik  vahidlərin 

registrini  aparır,  statistik  məlumatların  yığılması, 

işlənməsi,  saxlanması  və  dövlət  və  kommersiya 

sirlərinin  qorunmasını  həyata  keçirir,  sorğu 

bülletenlərini  və  digər  təhlili  məlumatları  nəşr 

edir, 


kütləvi 

informasiya 

vasitələrinin 

nümayəndələri ilə müntəzəm əlaqə saxlayırlar. 

Yerli  (rayon,  şəhər)  statistika  idarələri  (şöbələri) 

rayonun  (şəhərin)  ərazisində  yerləşən  bütün 

hüquqi  və  fiziki  şəxslərə,  digər  təsərrüfatçılıq 

subyektlərinə  yerinə  yetirilməsi  məcburi  olan 

statistika  məsələləri  üzrə  göstərişlər  verə  bilər, 

həmçinin statistika müşahidələrinin keçirilməsi və 

ya 

Statistik 



vahidlərin 

Dövlət 


registrinin 

aparılması  üçün  zəruri  olan  məlumatların  təqdim 

edilməməsinə 

və 


ya 

vaxtında 

təqdim 

edilməməsinə, 



yaxud 

hesabatların 

təhrif 

edilməsinə  görə  statistik  vahidlərin  rəhbərləri  və 



ya  digər  vəzifəli  şəxsləri  barədə  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  inzibati  icraat  başlaya 

və inzibati tədbirlər tətbiq edə bilərlər. 

Yerli  (rayon,  şəhər)  statistika  orqanları  öz 

fəaliyyətlərini 

Dövlət 


Statistika 

Komitəsi 

tərəfindən  təsdiq  olunan  rayon  və  şəhər  statistika 

idarəsi  (şöbəsi)  haqqında  Əsasnaməyə  uyğun 

olaraq həyata keçirirlər.  

 

DÖVLƏT 

TƏNZĐMLƏMƏSĐ

 

bazar 


tarazlığının  saxlanması  məqsədi  ilə  sosial,  vergi, 

maliyyə  siyasətinin  həyata  keçirilməsi  yolu  ilə 

bazar 

iqtisadiyyatı 



amillərinin 

qarşılıqlı 

münasibətlərinə  dövlətin  birbaşa  və  dolayı 

müdaxiləsidir.  Bazar  iqtisadiyyatı  şəraitində 

dövlətin  siyasi  vasitələrinə  ictimai-zəruri  mal  və 

xidmətlərin  istehsalı  üçün  dövlət  sifarişləri,  bir 

sıra  tariflərin  nizamlanması,  vergi  tariflərindən, 

xarici iqtisadi tariflərdən, maliyyə yardımlarından, 

kredit  güzəştlərindən  və  s.  çevik  istifadə,  iqtisadi 

və 


sosial 

sahələrdə 

kompleks 

məqsədli 

proqramların qəbul edilməsi və həyata keçirilməsi 

aiddir. 


 

DÖVLƏT 

TORPAQ 

KADASTRI

 

– 

torpaqların 

hüquqi 

vəziyyəti, 

torpaq 

mülkiyyətçiləri, 



sahibləri, 

istifadəçiləri 

və 

icarəçiləri  arasında,  eləcə  də  kateqoriyalar  üzrə 



bölüşdürülməsi  haqqında,  torpağın  kəmiyyət  və 

keyfiyyət  xarakteristikasına  və  təsərrüfat  üçün 

dəyərli  olmasına  dair  zəruri  məlumatları  özündə 

əks etdirən sənədlər toplusudur. 

Torpaq  sahələrinin  hüquqi  vəziyyəti  haqqında 

məlumatlar  torpaqların  dövlət  kadastrı  kitabında 

əks 

olunur 


və 

istifadə 

rejimində 

torpaq 


mülkiyyətinin  obyekt  və  subyektləri,  torpağa 

sahiblik,  torpaqdan  istifadə  və  torpaq  icarəsi, 

torpaq  sahələrinin  məqsədli  təyinatı  haqqında 

məlumatlar  verilir.  Torpaqların  kəmiyyət  və 

keyfiyyətinin  uçotu  onların  faktiki  vəziyyəti  və 

istifadəsi üçün aparılır və bütün dəyişikliklər onlar 

baş verəndən sonra təsbit edilir. 

Azərbaycan  Respublikasında  torpaqların  uçotu 

şəhər  və  kənd  yaşayış  məntəqələri,  qəsəbələr, 

rayonlar və ümumilikdə ölkə üzrə aparılır. 

Bütün 

kateqoriyalı 



torpaqlar 

uçota 


alınır. 

Torpaqların  uçotunun  aparılmasında  məhsuldar 

torpaqların qiyməti təyin olunur və qeyri-səmərəli 

istifadə olunan, aşınmış və az məhsuldar torpaqlar 

ayrılır. 

Torpaq-kadastr 

rayonlaşdırılması, 

torpaqların 

təsnifləşdirilməsi,  onların  ekoloji,  texnoloji  və 


 

139


şəhərsalma  xüsusiyyətləri  üzrə  xarakteristikası, 

dayaq 


qruplaşması, 

torpağın 

iqtisadi 

qiymətləndirilməsi  torpağın  keyfiyyət  uçotuna 

daxildir.  

 

DÖVLƏT  VƏ  BƏLƏDĐYYƏ  MÜƏSSĐSƏ-

LƏRĐNĐN 

ÖZƏLLƏŞDĐRĐLMƏSĐ

 

vətəndaşlar,  səhmdar  cəmiyyətlər  tərəfindən

 

dövlətə, 



dövlət 

idarəetmə 

orqanlarına, 

subyektlərinə,  bələdiyyə  orqanlarına  məxsus 

müəssisələrin,  istehsalın,  sahələrin,  müstəqil 

istehsallara  ayrılmış  bu  müəssisələrin  digər 

bölmələrinin; 

avadanlıqların, 

binaların, 

qurğuların, 

lisenziyaların, 

müəssisələrin 

patentlərinin  və  s.  material  və  qeyri-material 

aktivlərinin 

(mülkiyyətçinin 

adından 


belə 

qərarların  qəbul  edilməsində  səlahiyyəti  olan 

orqanların  qərarı  ilə  fəaliyyət  göstərən  və  ləğv 

olunan); 

digər 

səhmdar 


cəmiyyətlərin 

(yoldaşlıqların) 

kapitalında 

özəlləşdirilən 

müəssisələrə  mənsub  olan  payın  (səhmlərin) 

səhmdar cəmiyyətlərin (yoldaşlıqların) kapitalında 

dövlət  və  bələdiyyə  orqanlarının  payı  (səhmləri), 

həmçinin 

birgə 

müəssisələrin, 



kommersiya 

banklarının, 

assosiasiyaların, 

konsernlərin, 

ittifaqların  və  s.  birliklərin  mülkiyyətlərinin 

alınmasıdır. 



 

DÖVLƏTĐN  ELMĐ-TEXNĐKĐ  PROQRA-

MI

  –  elm  və  texnikanın  inkişafının  prioritet 

istiqamətlərdə  vacib  elmi-texniki  problemlərin 

səmərəli həllini təmin edən, tədbirlərin ehtiyatları, 

müddətləri  və  iştirakçıları  üzrə  qarşılıqlı  əlaqə 

kompleksidir. 

Proqramın 

seçilməsi 

aşağıdakı 

şərtləri 

gözləməklə, 

sosial-iqtisadi 

prioritetlərə, 

proqnozlara,  struktur  siyasətinin  məqsədlərinə, 

beynəlxalq  öhdəliklərə  uyğun  həyata  keçirilir: 

yeni  texnoloji  sistemlərin  formalaşdırılmasına 

yönəldilmiş,  böyük  struktur  dəyişiklikləri  üçün 

onların  əhəmiyyətinin  vacibliyinə;  mütərəqqi 

elmi-texniki 

nailiyyətlərin 

geniş 


miqyasda 

yayılması  üçün  vacib  olan,  əsasən  yeni  və 

qarşılıqlı 

əlaqəli 


proqram 

tədbirlərinə 

(layihələrinə). 

Azərbaycanda 

dövlətin 

elmi-texniki 

proqramlarının hazırlanması və həyata keçirilməsi 

üzrə  işlərin  təşkili,  onların  maliyyələşdirilməsi, 

eyni  zamanda  bir  çox  hallarda  proqramların 

dövlət sifarişçisi kimi çıxış edən Azərbaycan Milli 

Elmlər 

Akademiyasına 



həvalə 

edilmişdir. 

Proqrama  rəhbərlik  edən  dövlət  sifarişçisi 

(Azərbaycan 

Milli 

Elmlər 


Akademiyası) 

proqramın  məqsədlərinə  nail  olmaq  üçün  vacib 

olan tədbirlərin kompleksliyi və tamlığına, onların 

həyata  keçirilmə  səviyyəsinə  və  elmi-texniki 

qərarların  qəbul  edilməsinə  cavabdehlik  daşıyan 

elmi  şura  yaradır;  müəyyən  edilmiş  qaydada 

icraçıların 

seçilməsini, 

alınmış 

nəticələrin 

ekspertizasını təşkil edir. 

Dövlət  elmi-texniki  proqramları  təsdiq  edilmək 

üçün ölkə Prezidentinə təqdim edilir.  

Dövlət 


büdcəsi 

hesabına, 

həmçinin 

digər 


mənbələr  hesabına  elmi  tədqiqat  və  işləmələr, 

elmi-texniki 

xidmətlər 

və 


digər 

fəaliyyət 

növlərinin 

(“Elmi-texniki 

fəaliyyət”ə 

bax) 

maliyyələşməsini  əhatə  edir.  Elmi  tədqiqat  və 

işləmələrə, daxili cari xərclərə (“Elmi tədqiqat və 



işləmələrə 

xərclər”ə 

bax) 

istiqamətlər 

(altproqramlar) və elmin mühüm sahələri (“Elmin 



sahələri”nə bax) bölməsində baxılır.  

Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin