A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə32/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   28   29   30   31   32   33   34   35   ...   182

 

DĐNAMĐKA SIRASI (DĐNAMĐKĐ SIRA)

 – 


müəyyən  statistik  göstəricinin  və  ya  sıranın 

səviyyələri  adlanan  çoxluq  vahidi  əlamətinin 

xronoloji  ardıcıl  qiymətləridir.  Hər  bir  səviyyə 

müəyyən  ana  (anlı  dinamika  sırası)  və  ya  vaxt 

intervalına  (intervallı  dinamika  sırası)  aiddir. 

Dinamika  sırasının  səviyyəsi  mütləq,  nisbi  və  ya 

orta  kəmiyyətlə  xarakterizə  oluna  bilər.  Đntervallı 

dinamika  sırasına  öyrənilən  dövri  fasiləsiz  (tam 

dinamika  sırası)  və  ya  fasilələrlə  (natamam 


 

125


dinamika  sırası)  əhatə  olunan  səviyyələr  daxildir. 

Anlı dinamika sıraları həmişə natamam olur.  

Dinamika  sırası  baxılan  obyektin  və  onun 

ayrılıqda  xüsusiyyətlərinin  inkişaf  prosesinin 

öyrənilməsi  və  say  xarakteri  üçün  mühüm 

məlumatdır. 

Dinamika 

sıralarının 

ardıcıl 

səviyyələrinin  bir-birindən  fərqi  inkişafın  səbəb 

və  şərtlərinin  kompleksi  ilə  izah  olunur.  Bu  fərq 

tərkib  elementlərinə  görə  statistik  üsulla  düzülə 

bilər. Tərkib elementləri: dəyişiklik meylləri və ya 

trend  –  inkişaf  amillərinin  sabit,  uzunmüddətli 

təsiri  altında  dinamika  sırasının  rəvan  artması  və 

ya azalması; dövri enib-qalxmalar – dövri dəyişən 

amillərin 

təsiri 

altında 


dinamika 

sırası 


səviyyələrinin  artıb  və  azalmalarının  müəyyən 

vaxt  intervalları  ilə  müntəzəm  təkrarlanması, 

məsələn,  ilin  fəsillərinin,  günəşin  fəallığının 

dövrəsinin  dəyişməsi;  enib-qalxmalar  zamanı 

təsadüfi  paylanmalar  –  obyektin  əsas  inkişaf 

səbəbləri 

ilə 

əlaqədar 



olmayan 

amil 


və 

vəziyyətlərin  təsiri  altında  səviyyələrin  qeyri-

müntəzəm dəyişməsidir. 

 

DĐRĐ  DOĞUŞ

  –  doğuşların  sayının  uçota 

alınmasında  istifadə  olunan  və  diri  doğulmuş 

uşaqların  sayını  göstərən  anlayışdır.  Ümumdünya 

Səhiyyə Təşkilatının müəyyənləşdirmələrinə görə, 

diri  doğulma,  hamiləliyin  müddətindən  asılı 

olmayaraq, 

dölləmə 

məhsulunun 

ana 

orqanizmindən 



tam 

qovulması 

və 

xaric 


edilməsidir.  Bu  zaman  döl  nəfəs  alır,  göbək 

ciyəsinin kəsilməsindən və ya ciftin ayrılmasından 

asılı  olmayaraq,  digər  həyat  əlamətləri,  yəni  ürək 

döymə,  göbək  ciyəsinin  pulsasiyası  və  ya  

əzələlərin ixtiyari hərəkəti kimi təzahür edir. 

Statistika  baxımından  doğuşların  təhlil  edilməsi 

nəticəsində,  müəyyən  vaxt  ərzində  müvafiq 

ərazidə  doğulanların  ümumi  sayı  (diri  və  ölü 

doğulanlar  ayrı-ayrılıqda) haqqında  məlumat  əldə 

edilir.  Diri  doğulanlar  üçün  onların  cinsi,  ananın 

yaşı,  doğum  sırası,  doğulduğu  ay,  ananın  ailə 

vəziyyəti,  yaşayış  yeri  (kənd  və  ya  şəhər)  üzrə 

bölgüsü  haqqında  məlumatlar  da  hesablanır. 

Doğum 


səviyyəsini 

səciyyələndirmək 

üçün, 

mütləq  kəmiyyətlərlə  yanaşı,  nisbi  göstəricilər  də 



tətbiq  edilir.  Doğumun  ümumi  əmsalından  daha 

geniş istifadə edilir. 

 

DĐSKET

 – Maqnit diski”nə bax.  

 

DĐSKONT



  (veksellərin  uçotu)  –  1)  bank 

praktikasında:  bank  tərəfindən  veksellərin  uçota 

alınması  vaxtı  tutulan,    vekselin  məbləği  ilə 

ödəmə  vaxtı  çatanadək  onun  alınmasına  bank 

tərəfindən  ödənilən  məbləğ  arasındakı  fərqi 

göstərən  uçot  faizidir.  Mərkəzi  Bank  tərəfindən 

kommersiya 

veksellərinin 

yenidən 


uçota 

alınmasında  kredit  müəssisələrindən  yığılan 

diskontlar rəsmi uçot tarifi hesab olunur; 2) təcili 

valyuta  sövdələşmələrində  valyuta  və  əmtəə 



riskləri praktikasında – nağd əməliyyatlar zamanı 

valyuta 


kurslarında 

güzəştlərdir; 

əmtəələrin 

qiymətlərində  əvvəlcədən  müəyyən  olunmuş 

güzəştlərdir;  3)  fond  birjaları  praktikasında  – 

qiymətli  kağızların  nominalı  ilə  onların  birja 

kursları  arasında  olan  (sonuncunun  aşağı  olduğu 

halda)  fərqdir;  4)  forvard  kursu  ilə  valyutaların 

təcili  tədarükü  zamanı  mövcud  olan  kurs 

arasındakı müxtəliflikdir. 

 

DĐSKONTETMƏ  ƏMSALI  (DĐSKONT-

EDĐCĐ  VURUQ)

  –  maliyyədə  mürəkkəb 

faizlərin 

hesablanmasında 

istifadə 

edilən 

termindir. Vaxtın bir dövrü üçün q=(1+r)



-1

, vaxtın 

n dövrü üçün q

n

=(1+r)



-n

 olur, burada r – diskontun 

normasıdır.  

 

DĐSKONTLAŞDIRICI 



VURUQ

 

– 

“Yerdəyişmə əmsalına” bax.  

 

DĐSKONTLAŞDIRMAQ



  -  vaxtın  müxtəlif 

anlarına  aid  olan  xərclərin  və  nəticələrin 

qiymətlərinin 

qeyri-bərabərliyini 

araşdırmaq 

məqsədilə 

tez-tez 

maliyyə 


və 

iqtisadi 

hesablamalarda  tətbiq  olunan  əməliyyatlardır. 

Müxtəlif dövrlərin kəmiyyətlərinin tutuşdurulması 

və  müqayisəsi  üçün  istifadə  edilir,  məsələn,  

diskontlaşdırıcı  vuruq  (diskontlaşdırma  əmsalı) 

kimi. 

 

DĐSKRĐMĐNANT  TƏHLĐL



  –  çoxölçülü 

müşahidələrin 

təsnifləşdirilməsinin 

statistik 

metodlarının çoxölçülü məcmusudur. 

Fərz edək ki, müşahidənin nəticəsi olan  k ölçülü 

χ  =  (χ

1

,  χ



2

,  ...,  χ



k

)

T

    təsadüfi    vektor  hesab 

edilir.  Müşahidə  olunan  X  vektorunun  qiyməti 

üzrə    obyektin    π

i

  ί  =  1,2,  ...,  l  çoxluqlarından 

birinə 

aid 


olmasına 

dair 


 

qayda 


müəyyənləşdirilməsi tələb olunur. 

Diskriminasiya 

(bərabərsizlik) 

qaydası, 

π

i

 

obyektindən 



seçilmiş 

π

i

çoxluqları 

və 


p

i

  

ehtimalları  haqqında  aprior  (fərz  olunan)  optimal 



məlumatlar  əsasında,  müəyyən  prinsiplərə  uyğun 

seçilir. 

Adətən, 

fərqləndirmə 

məsələsində 

seçilmiş 

nöqtələr  çoxluğunu  daha  yaxşı  bölən,  obyekti 

xarakterizə  edən  əlamətlər  vektorundan,  onlardan 

xətti  funksiyaya,  diskriminant  funksiyasından  

hipermüstəviyə keçir. 

Əlamət  vektorlarının  normal  paylanması  (bu 

paylanmanın  parametrləri  haqqında  məlumat 

olmadıqda) 

daha 


çox 

öyrənilmişdir.

 


 

126 


Diskriminasiya 

funksiyasında 

paylanmanın 

naməlum parametrləri onların ən yaxşı qiymətləri 

ilə  əvəz  edilir.  Diskriminasiya  qaydaları  həqiqətə 

uyğunluğa əsaslanır. 

 

DĐSPANSERLƏŞDĐRMƏ

 

(dispanserlər 

vasitəsilə  görülən  sağlamlıq  tədbirləri)  – 

sağlamlığın 

vəziyyətinə, 

aktiv 


dinamik 

müşahidəyə  və  xəstəliklərə  qarşı  profilaktik 

tədbirlərin həyata  keçirilməsinə  əsaslanan  əhaliyə 

tibbi  xidmətin  göstərilməsi    metodudur.  Əhalinin 

dispanserləşdirilməsi 

haqqında 

məlumatlar 

səhiyyə 

statistikası 

tərəfindən 

öyrənilir. 

Dispanserləşdirmə  göstəriciləri  aşağıdakılardan 

ibarətdir:  xəstəliklərin  ayrı-ayrı  növləri  üzrə 

dispanser  müşahidəsi  ilə  əhatə  olunma  faizi 

(dispanser  müşahidəsində  duranların  sayının 

burada  olanların  ümumi  sayına  olan  nisbətidir); 

dispanser  müşahidəsinin  səmərəliliyi  (sağalması 

ilə əlaqədar uçotdan çıxarılanlar, faizlə; dispanser 

müşahidəsində  olanlar  arasında  cari  ildə  səhhəti 

kəskinləşməyənlərin sayı, faizlə).  

 

DĐSPERSĐYANIN  TƏHLĐLĐ

  -  əlaqələrin 

ölçülməsinin 

statistik 

metodudur. 

Nəticə 

əlamətləri ilə faktor əlamətləri arasında əlaqələrin 



strukturunu müəyyənləşdirir. 

Əlaqənin  ölçülmə  məsələsinin  həlli,  Y  nəticə 

əlamətinin  müşahidə  olunan  qiymətlərinin  Y-nin    

dəyişməsini 

şərtləndirən 

ümumi 


ortadan  

kənarlaşmalarının kvadratları cəminə əsaslanır.  

 

DĐSTRĐBYUTOR

  –  1)  geniş  mənada  ticarət 

vasitəçisidir;  2)  anbarlara  malik  olan,  əmtəələrin 

alqı-satqısı  ilə  məşğul  olan  iri  topdansatış 

təşkilatıdır. Əmtəələri satın alır, öz adından və öz 

vəsaiti  hesabına  satır.  Bəzən  öz      mütəxəssisləri 

vasitəsilə  əmtəələrin  texniki  müşayiətini  həyata 

keçirir.  Đstehsalçı  ilə  distribyutor  arasında 

bağlanmış müqavilə bəzən qarışıq xarakter daşıyır 

və özündə franşizm öhdəliyini əks etdirir. 

 

DĐVERSĐFĐKASĐYA



  (latınca  diversio  – 

kənarlaşma, 

dəyişmə) 



bazarın 



konyunkturasının, 

rəqabətin, 

iqtisadi 

münasibətlərin  dəyişməsinin      təsiri ilə  istehsalda 

baş 


verən 

dəyişikliklərdir. 

Aşağıdakılar 

fərqləndirilir:  1)  istehsalın diversifikasiyası  – tez-

tez  yalnız  bir  məhsulun  istehsalına  əsaslanan 

birtərəfli 

istehsal 

strukturundan 

geniş 

nomenklaturalı 



məhsul 

buraxan 


çoxprofilli 

istehsala keçid. Bunun nəticəsində diversifikasiya 

olunmuş 

müəssisələr 

ümumilikdə 

dar 


ixtisaslaşmış müəssisələrlə müqayisədə daha sabit 

və  rəqabətə  davamlı  olurlar.  Belə  ki,  onlar  yeni 

fəaliyyət 

sferasına 

daxil 

olur, 


buraxılan 

məhsulların 

çeşidlərini 

genişləndirirlər; 

2) 

məhsulların  diversifikasiyası  –  müasir  bazar 



iqtisadiyyatı  şərtlərində  rəqabət  mübarizəsinin 

formalarından 

biridir. 

Đstehsalda 

eyni 

bir 


məhsulun modifikasiyalarının sayının əhəmiyyətli 

dərəcədə  olması ilə ifadə olunur. Baxmayaraq ki,  

bu,  məhsulun  bahalaşmasına  səbəb  olur  və  ancaq 

konkret  istehlakçıların  maraqlarına  cavab  verir. 

Məhsulun  keyfiyyət  xarakteristikası  dəyişmədiyi 

halda,  yalnız  onun  dizaynının,  qablaşdırılmasının 

və  s.  dəyişdirilməsi  mümkündür  və  bu,  zahiri 

diversifikasiyadır.  Buna  baxmayaraq,  bazarda 

belə  mallar  təzə  kimi  və  daha  yüksək  qiymətə 

təklif 


olunur; 

3) 


kapital 

qoyuluşunun 

diversifikasiyası  –  investisiya  riskini  azaltmaq 

üçün  investorun  kapitalının  müxtəlif  qiymətli 

kağızlar 

arasında 

bölüşdürülməsidir; 

4) 


marketinqin 

diversifikasiyası, 

istehsalı 

əsas 


fəaliyyətlə  bağlı  olmayan,  yeni  məhsullar  (iş, 

xidmət) 


bazarında 

müəssisənin 

fəaliyyət 

sferasının 

genişləndirilməsinə 

yönəldilmiş 

marketinq strategiyasının növüdür.    

 

DĐVĐDENT



  (müəssisə  şəriklərinin  qoymuş 

olduqları  kapitala  görə  aldıqları  gəlir)  –  (I)  -  

səhmlər  üzrə  gəlirdir.  Adətən,  ildə  1-4  dəfə 

ödənilir.  Cəlb  edilmiş  dividentlər  imtiyazlı 

səhmlər  üzrə  ödənilir.  Adi  səhmlər  üzrə 

dividentlər  şirkətlərin  işlərinin  nəticəsindən  və 

onun  gəlirlərinin  (vergilər  ödəndikdən  sonra)  – 

yenidən 


kapital 

qoyma 


və 

dividentlərin 

ödənilməsinə  bölüşdürülməsi  nisbətlərindən  asılı 

olaraq  dəyişir.  Divident  pulla,  səhmlərlə  və  ya 

digər formalarda ödənilə bilər. 

(II)  -  səhm  sahiblərinin  maliyyə  vəsaitlərinin 

korporasiyanın  sərəncamına  verilməsi  nəticəsində 

qazanılan  hüquqa  görə  mülkiyyətdən  əldə 

etdikləri  gəlir  formasıdır.  Səhmlərin  buraxılması 

yolu  ilə  səhmdar  kapitalının  artması  maliyyə 

vəsaitlərinin  artmasının  alternativi  hesab  edilir. 

Borc  kapitalının  əksinə  olaraq,  səhmdar  kapital 

monetar mənada təsbit edilmiş öhdəlikləri artırmır 

və korporasiyanın səhmdarlarına təsbit edilmiş və 

ya əvvəlcədən müəyyənləşdirilmiş gəliri vermir.  



(III) 

– 

şirkətlərin 

partnyorlar 

tərəfindən  

bölüşdürülən gəlirləridir.  

 

DĐVĐDENTLƏR, FAĐZLƏR VƏ ONLARA 



BƏRABƏR  TUTULAN,  ƏLDƏ  OLUNAN 

GƏLĐRLƏR

  –  şirkətlər  üzrə  paylaşdırılan 

dividentlər və digər gəlirlər,  istehsal fəaliyyətinin 

nəticələri  nəzərə  alınmaqla,  müşahidə  olunan 

vahidin  qismən  şəxsi  mülkiyyəti  hesab  edilən 

səhmdar 

kapitaldır. 

Faizlər 

və 


onlara 

bərabərləşdirilən əldə olunan gəlirlər qısamüddətli 

və  uzunmüddətli  depozitlərə,  istiqrazlardan  olan 

gəlirlərə,  müvafiq  istiqrazlardan  əldə  olunan 

faizlərə  və  cari  debitor  hesabları  üzrə  borclara,  


 

127


kommersiya  kreditlərinə  aid  edilir.  Valyuta 

bazarındakı  əməliyyatlardan  olan  gəlirlər  də  bura 

daxil edilir. 

 

DOĞULDUĞU 



YER

 

(doğuşların 



cari 

uçotunun  məlumatlarının  işlənməsində)  –  bir 

qayda  olaraq,  doğuş  yerindən  və  ya  doğuşun 

qeydiyyat  yerindən  asılı  olmayaraq,  ananın  daimi 

yaşadığı yerdir (“Yaşayış yeri”nə bax). 

 

DOĞUM

 

– 



nəsli 

təşkil 


edən 

insanlar 

məcmusunda,  yaxud  nəsillər  məcmusunda  uşaq 

doğumu  prosesidir.  Doğumla  ölümün  qarşılıqlı 

əlaqəsi  əhalinin  təkrar  istehsalını  təşkil  edir. 

Müasir demoqrafiya ondan çıxış edir ki, doğumun 

səviyyəsi  və  xarakteri  cəmiyyətin  sosial-iqtisadi 

strukturundan  asılıdır,  onun  qanunauyğunluqları 

isə tarixi xarakter daşıyır. 

Doğumun  bioloji  əsası  –  insanın  nəsli  təkrar 

istehsal  etmək  qabiliyyətidir  (döllənmə,  uşağı 

bətnində  saxlama).  Törəmə  qabiliyyəti  –  uşaq 

doğumunun 

potensial 

imkanı 

qadınlar 



məcmusunun  reproduktiv  əxlaqı  nəticəsində 

reallaşır.  Həyat  tərzi  çərçivəsində  uşaqlar  ailənin 

iqtisadi və sosial fəaliyyəti üçün vacib olan sosial 

rol  oynayırlar.  Həyat  tərzi,  ailənin  strukturu  və 

funksiyaları ilk növbədə cəmiyyətin sosial-iqtisadi 

quruluşu  ilə  bağlıdır  və  tarixin  gedişində  dəyişir. 

Tarixən  reproduktiv  əxlaqı  tənzimləyən  sosial 

normalar  da  dəyişir.  Bir  nəslin  insanlarının 

reproduktiv  əxlaqı  törəmə  qabiliyyəti  dövrü 

ərzində  real  əhalinin  doğumunu  müəyyən  edir. 

Müəyyən  vaxt  ərzində  əhalidə  doğumun  eyni 

vaxtda  yaşayan  nəsillərin  reproduktiv  əxlaqından 

asılıdır. 

Maksimum  mümkün  olan  doğumun  səviyyəsi 

törəmə 

qabiliyyəti 



səviyyəsinə 

görə 


qiymətləndirilir. 

XX 


əsrin 

70-ci 


illərinin 

ortalarınadək  demoqrafiyaya  aid  ədəbiyyatlarda 

“doğum”  və  “törəmə  qabiliyyəti”  anlayışları 

arasında  dəqiq  fərq  qoyulurdu  və  sinonim  kimi 

işlədilirdi.  Təbii  doğumun  səviyyəsi  orta  hesabla 

ayrı-ayrı 

əhali 

və 


insanlar 

qrupları 

üzrə 

qiymətləndirilirdi.  Təbii  doğumun  maksimum 



qiyməti  kimi  adətən  qutteritlərin  (ABŞ)  dini 

sektasının  koqortalarından  biri  üçün  götürülən 

orta  qiymət  götürülür  və  o,  12,44  təşkil  edir; 

V.A.Borisovun 

təbii 

doğumun 


hipotetik 

minimumu  20–49  yaş  intervalı  üçün  7,95-ə 

bərabərdir.  Bu  qiymətlər  doğum  indekslərinin 

qurulması  zamanı  etalon  kimi  götürülür.  Real 

doğumun  səviyyəsi  həmişə  təbiidən  aşağıdır, 

çünki  hər  hansı  əhalidə  uşaq  doğumunun 

bilərəkdən  məhdudlaşdırılması  olmasa  da,  burada 

qadınların  bir  hissəsi  nikahda  olmur.  Nikah 

institutlarında  və  onun  müxtəlif  cəmiyyətlərində 

yayılmasında  fərqlər  böyükdür  və  buna  görə  də 

doğumun  haqqında  məlumatların  müqayisəsi 

natamamdır,  lakin  nikahda  olanlarda  doğum 

həmişə  nikahda  olmayanlara  nisbətən  çoxdur. 

Nikahdankənar  doğulan  uşaqların  sayı  bir  çox 

ölkələrdə cüzidir. Doğumun səviyyəsinə bilavasitə 

təsir  göstərən  və  onun  potensial  mümkün  olan 

doğum  səviyyəsindən  fərqini  müəyyən  edən 

amillərin  kompleks  təsvirini  Bonqaartsın  modeli 

üzrə qurulmuş indekslər sistemi verir. 

Doğumun  ölçülməsi  əmsallar  sistemi  və  doğum 

cədvəllərinin 

köməyi 


ilə 

aparılır. 

Onların 

seçilməsi 

konkret 

ölçülmə 


məqsədlərindən, 

doğumun  xüsusiyyətlərindən  və  mövcud  olan 

informasiyadan 

asılıdır. 

Ölçülərin 

çoxunun 


əsasında 

qadının 


yaşından, 

onların 


nikah 

vəziyyətindən,  nikahın  müddətindən  və  artıq 

doğulmuş  uşaqların  sayından  asılı  olaraq,  uşaq 

doğumunun  tezliyindəki  fərqləri  nəzərə  almaq, 

yaxud  kənarlaşdırmaq  cəhdi  durur.  Doğumun 

ölçüləri  arasında  xüsusi  yeri,  bu  prosesi 

xarakterizə edən insanlar arasında aparılan xüsusi 

sorğular  zamanı  uşaqların  ideal,  arzuladığı  və 

gözlədiyi  saylar  haqqında  alınan  təsəvvür  və 

niyyətləri  kəmiyyətcə  qiymətləndirməklə,  bu 

prosesi xarakterizə edən göstəricilər tutur.  

Doğumun 


tənzimləməsinin 

statistik 

göstəricilərinin qurulması metodologiyası milli və 

beynəlxalq  səviyyələrdə  əhalinin  müxtəlif  sosial-

mədəni 

qruplarında 



demoqrafik 

siyasətin 

effektivliyinin qiymətini almaq üçün işlənir. 

Doğum 


haqqında 

informasiya 

demoqrafik 

statistikanın 

müxtəlif 

mənbələrindən 

alınır: 


əhalinin  siyahıyaalınması,  doğumların  xüsusi 

idarələr  tərəfindən  cari  uçotu,  əhalinin  seçmə 

müşahidələri.  Đnformasiya  mənbələrinin  xüsusi 

qrupunu  arxiv  materialları  təşkil  edir.  Onlardan 

tarixi demoqrafiyanın xüsusi metodları ilə keçmiş 

dövrlərdəki doğumun xarakteristikaları alınır.  

Cəmiyyətin  sosial-iqtisadi  müxtəlifliyi  doğumun 

aşağı 


düşməsi 

dövründə 

onun 

xeyli 


diferensiasiyasını  törətmişdir  ki,  bu  da  doğum 

səviyyəsini  savad,  təhsil  səviyyəsi,  qadınların 

məşğulluğu,  gəlir,  ixtisas  və  s.  kimi  əlamətlərlə 

əks  əlaqədə  təzahür  etdirir.  Ailənin  yaşadığı, 

yaxud  ər-arvadın  doğulduğu  yerlərin  tipi  və 

ölçüləri doğumun səviyyəsi ilə əks əlaqədə olduğu 

təsdiq  olunmuşdur.  Doğumun  diferensiasiya 

xarakteri  və  onun  miqyası  təkcə  cəmiyyətin 

sosial-iqtisadi  və  mədəni  müxtəlifliyi  ilə  deyil, 

həm  də  yeni  reproduktiv  əxlaq  tipinə  keçid 

prosesinin 

mərhələsindən, 

azuşaqlılığa 

göstərişlərin  yayılmasından  və  uşaq  doğumuna 

nəzarətin effektivlik dərəcəsindən asılıdır. 

 

DOĞUM  CƏDVƏLLƏRĐ

  –    müəyyən 

qadınlar  çoxluğunda  uşaq  doğmaq  tezliyinin  və 

digər  xüsusiyyətlərinin  vaxt  ərzində  dəyişməsini 


 

128 


göstərən  ədədlərin  nizamlanmış  sırasıdır.  Real  və 

ya  fərz  olunan  koqortda  doğumun  ədədi 

modelidir. 

Doğum 


cədvəlləri, 

yaranmış 

demoqrafik strukturlardan asılı olmayaraq, doğum 

prosesinin 

tam 

təsvirini 



verir, 

müxtəlif 

məskunlarda və bir məskunda doğumun bilavasitə 

müqayisəsini dinamikada verməyə, prosesin daxili 

qanunauyğunluğunu  aşkara  çıxarmağa  imkan 

verir;  əhalinin  proqnoz  say  hesabında  tətbiq 

olunur. 

Ümumi 


doğum 

cədvəlləri 

doğum 

ardıcıllığının uçota  alınmaması  ilə, xüsusi  doğum 



cədvəlləri  isə  doğum  ardıcıllığının  uçotu  ilə 

qurulur.  Cədvəllərin  hər  iki  tipi  ya  yaşa  görə 

doğumun dəyişməsini göstərməklə bütün qadınlar 

üçün,  ya  da  ərdə  olan  qadınlar  üçün  nikah 



davamiyyətindən  asılı  olaraq  doğumu  xarakterizə 

etmək  üçün  (nikahın  məhsuldarlıq  cədvəli) 

hesablanır.  Ümumi  doğum  cədvəlləri  dolğun  və 

qısa  olur,  müvafiq  olaraq  bir  illik  və  beş  illik  və 

ya  daha  böyük  yaş  intervalı  və  ya  nikah 

davamiyyəti 

ilə 

qurulur. 



Ümumi 

doğum 


cədvəllərində 

göstəricilərin 

bir 

hissəsi, 



demoqrafik  proseslərdən  asılı  olmayaraq,  doğum 

səviyyəsini,  bir  hissəsi isə ölüm  nəzərə  alınmaqla 

doğum  səviyyəsini  xarakterizə  edir.  Xüsusi 

doğum  cədvəlləri,  doğulan  uşaqların  sayı  nəzərə 

alınmaqla,  doğumu  xarakterizə  edir  və  iki  növdə 

olur,  şkala  kimi  yaş  və  ya  əvvəlki  doğumdan 

sonra keçən interval götürülür.  

Ümumi  doğum  cədvəlləri  adətən  şkaladan  və 

10 000,  yaxud  100 000  nəfərə  hesablanan  6  əsas 

göstəricidən  ibarətdir.  Qısa  doğum  cədvəllərində 

yaş  şkalası,  yaxud  nikahın  uzunluğu  şkalanın 

addımının  R  qiyməti  ilə  tamamlanır.  Birinci 

göstərici  –  doğumun  yaş  əmsalı  f

x/x+R

,  ikinci  – 



doğumun kumulyativ əmsalıdır:  



=

x

k

x

x

x

k

f

F

15

/



onun  son  sətirdəki  qiyməti  ümumi  nəsilvermə 



əmsalıdır.  Üçüncü  göstərici  –  x/x+R  y a ş  

intervalında  qızların  doğulduğunun  orta  sayıdır 

və  


x

k

x

x

k

x

x

k

f

δ

ϕ



=



+

+

/



/

 

bərabərdir,  burada 



δ

x

  –  həmin  yaşda  doğulanlar 

arasında qızların payıdır. Dördüncü göstərici – -

yaşına doğulan qızların orta sayıdır:  

+



=

Φ

x



k

x

x

x

15

/



ϕ

 

onun  son  sətirdə  qiyməti  –  əhalinin  təkrar 



istehsalının  brutto-əmsalıdır.  Beşinci  və  altıncı 

göstəricilər  doğumu  stasionar  əhalidə xarakterizə 

edir – xyaşında  qızların doğulmasının orta sayı 

v ə   bu  göstəricinin  kumulyatıdır;  son  sətirdə 



əhalinin 

təkrar 

istehsalının 

netto-əmsalını 

göstərir. 

Ümumi 

doğum 


cədvəllərinin 

əlavə 


göstəricilərindən  ən  çox  analitik  əhəmiyyətə  -

yaşa  qadınların  diri  uşaqlarının  orta  sayı 

malikdir:  





+





=

y

x

y

k

x

x

y

L

f

dx

x

y

l

x

f

S

15

/



)

(

)



(

 

burada  L



y-x

  –  iki  cinsdə  olan  stasionar  əhalinin 

sayıdır.  Bundan  əlavə,  doğum  cədvəllərinin 

məlumatları  üzrə  uşağın  doğulduğu  zaman 



ananın orta yaşı hesablanır:  





 +



=

ω



ω

15

15



2

x

x

f

f

k

x

f

x

 

burada 



ω

  -  uşaq  doğumunun  son  yaşıdır 

(reproduktiv dövrün yuxarı sərhədi). 

Nikahda  olan  qadınlar  üçün  ümumi  doğum 

cədvəllərində  bütün  qadınlar  üçün  olan  doğum 

cədvəllərindəki  eyni  əsas  göstəricilər  var.  Ölüm 

əvəzi burada nikahın möhkəmliyi qəbul olunur və 

hesablamaq üçün məlumatlar ölüm cədvəllərindən 

deyil, nikahın pozulması cədvəllərindən götürülür. 

Son  göstəricilər  kimi,  nikahın  brutto-törəmə 

qabiliyyəti  və  nikahın  netto-törəmə  qabiliyyəti 

çıxış edir. Buna görə də, belə cədvəllər nikahların 



törəmə qabiliyyəti cədvəlləri adlanır. 

Xüsusi doğumun cədvəllərində doğumu doğulmuş 

uşaqların  sayı  nəzərə  alınmaqla  xarakterizə  edilir 

və  bu,  iki  növdə  ola  bilər,  şkala  kimi  yaş  (yaxud 

ərdə olanlar üçün nikahın müddəti) götürüldükdə; 

əvvəlki  doğumdan  sonra  (t)  keçmiş  interval. 

Cədvəllər  hissələrə  bölünür,  onların  hər  biri 

uşaqların 

müəyyən 

növbəliliklə 

doğulması 

qanunauyğunluqlarını  təsvir  edir,  hər  bir  hissəyə 

öz növbəsində eyni göstəricilər sistemi daxildir. 

Xüsusi  doğum  cədvəllərində  əsas  göstəricilər: 

şkalanın  W

t,,n-1

  nöqtəsinədək  sonrakı  uşağı  



doğmamaq 

ehtimalı

şkalanın 

həmin 

intervalında  bu  intervalın  başlanmasınadək 

doğmamışlar  üçün  sonrakı  uşağı  doğmaq 

ehtimalı  ft/t+1,n;  şkalanın  həmin  intervalında 

əvvəlki  uşağı  doğanların  hamısı  üçün  sonrakı 

uşağı  doğma  ehtimalı  (N

t/t+1,n

).  Bu  göstəricilər 

aşağıdakı nisbətlərdə olur:  

n

t

t

n

t

n

t

N

W

W

,

1



/

1

,



1

,

1



+



+

=



 

n

t

t

n

t

n

t

t

f

W

N

,

1



/

1

,



,

1

/



+

+



=

 



Şkala 

kimi 


yaş, 

yaxud 


nikahın 

müddəti 


götürüldüyü halda, W

t,n

 – şkalanın t anına n-dəfə 



doğma  ehtimalı  kimi  interpretasiya  olunur.  Bu 

zaman: 


n

t

t

n

t

n

t

t

f

W

N

,

1



/

1

,



,

1

/



+

+



=



 

129




+



=

1

0



1

0

1



,

,

,



t

t

n

t

n

t

n

t

N

N

W

Sonrakı 



uşağı 

doğmaq 


ehtimalı 

yekun 


göstəricilərdir 



=

ω



ω

0

1



,

0

,



n

t

n

t

n

N

N

a

 

və verilmiş növbəlilikdə uşağın doğulması zamanı 



orta yaşdır (nikahın orta uzunluğudur).  

5

,



0

0

,



0

,

+



=



ω

ω



n

t

n

t

n

N

t

N

t

 

Real  nəsillər  üçün  xüsusi  doğum  cədvəllərinin 



qurulmasının çıxış göstəriciləri N

t,n

-dir, burada t – 

müvafiq  şkaladır,  hipotetik  nəsil  üçün  isə  –  f

t,n

Hipotetik 



nəsil 

üçün 


göstəricilər 

cədvəlin 

hesablanmasında  qəbul  olunmuş  şkaladan  (yaş, 

nikahın  müddəti,  yaxud  əvvəlki  doğum  anından 

interval) asılı olaraq fərqlənir. 

Bütövlükdə  doğum  cədvəlləri  nisbətən  nadir 

hallarda qurulur, çox vaxt yalnız onların ayrı-ayrı 

göstəriciləri hesablanır. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin