DƏYĐŞƏN
- proqramlaşdırma dilində mürəkkəb
informasiya obyektidir. Dəyişən, verilmiş sadə
element, ya da strukturlaşdırılmış obyektdən
ibarətdir.
DƏYĐŞƏN QĐYMƏT
– istehsalına uzun
müddət tələb olunan məhsula qoyulan qiymətdir.
Belə qiymətlər həmin məhsulun hazırlanması
dövründə olan istehsalat xərclərinin (mal-material,
yanacaq
və
s.)
dəyişməsini
nəzərə
alan
dəyişkənlik prinsipi əsasında hesablanır. Məsələn,
gəmi
tikintisi,
iri
tikinti
komplekslərinin
hazırlanması və s.
DƏYĐŞƏN TƏRKĐBLĐ ĐNDEKS
– müxtəlif
amillərin müqayisədə birgə təmsilçiliyini əks
etdirən indekslər orta səviyyə indeksi və yaxud
dəyişən tərkibli indeks adlanır. Dəyişən tərkibli
indeks
indeksləşdirilən
kəmiyyətin
təsirini
xarakterizə edən sabit tərkibli indeksə və
quruluşun dəyişilməsi təsirini xarakterizə edən
quruluş dəyişilməsi indeksinə ayrılır. Sabit
tərkibli indekslər isə ancaq bir amilin -
indeksləşdirilən
göstəricinin
dəyişilməsini
xarakterizə edir. Bu məqsədlə göstəricinin
quruluşu sabit götürülür. Quruluş dəyişilməsi
indeksində indeksləşdirilən göstərici sabit qalır və
əsas dövrün səviyyəsində ifadə olunur və dəyişən
hadisənin quruluşu olur.
DƏYĐŞƏNLƏRĐN
STANDARTLAŞDI-
RILMASI
– µ riyazi gözləməsi olan və σ orta
kvadrat
kənarlaşması
olan
x
təsadüfi
kəmiyyətindən
standartlaşdırılan,
ya
da
normalaşdırılmış
dəyişən
adlanan
t=
σ
µ
−
x
köməkçi
kəmiyyətinə
keçiddir.
Dəyişənlərin standartlaşdırılması hesablamalarda
statistik cədvəllərdən istifadə olunmasına imkan
verir ki, bu da statistik məlumatların işlənməsini
və bir çox məsələlərin həllini əhəmiyyətli
dərəcədə asanlaşdırır.
DĐALOQ REJĐMĐ
– EHM ilə istifadəçinin
interaktiv qarşılıqlı əlaqəsidir; məlumatların
ikitərəfli mübadiləsi xüsusi dil və terminalın
köməyi ilə yerinə yetirilir.
Dialoq rejimindən ən çox hesablama sistemində
(məlumat-sorğu xidməti) saxlanılan məlumatlara
sorğuların
təşkilində,
proqramların
hazırlanmasında
və
məlumatların
təshih
edilməsində, təlim proseslərində, konstruktor
işlərində və s. işlərdə istifadə edilir.
DĐFERENSĐAL ÖLÜM
– ölümün demoqrafik
təhlilində istiqamətdir, ayrı-ayrı demoqrafik və
sosial-iqtisadi qrupların ölüm səviyyələrindəki
fərqlərin öyrənilməsinə əsaslanır. Diferensial
ölümün təhlili həm bütün yaş qrupları, həm də
ayrıca kontingentlər (əmək qabiliyyətli yaşda olan
əhali, yaşlılar, uşaqlar) üzrə aparılır. Diferensial
ölümün təhlilinə formal olaraq şəhər və kənd
əhalisinin
ölümündəki
cins-yaş
fərqlərinin
öyrənilməsi də aid edilir. Lakin demoqrafik təhlil
praktikasında çox vaxt diferensial ölümün irqi və
etnik mənşəyindən, dinindən, sosial statusundan,
gəlirlərin səviyyəsindən, məşğuliyyətindən (peşə
ölümü), təhsilindən, nikah vəziyyətindən, doğulan
uşaqların sayından və s. asılı olaraq ölümdəki
fərqləri də aid edirlər. Nəzərdə tutulur ki,
122
ölümdəki fərqlər sosial qrupların həyat tərzi və
səviyyəsi xüsusiyyətlərini, həmçinin gigiyenik
normalardakı fərqləri, sağlamlığının qorunmasına,
həyat və ölüm problemlərinə münasibəti və s. əks
etdirir.
Diferensial ölümün təhlilinin əsasını ölüm
əmsalları təşkil edir. Onların hesablanması üçün
əhalinin baxılan dövrdə tədqiq olunan hər
yarımqrupu üzrə ölənlərin və yaşayanların
(dövrün ortalarına) sayı haqqında məlumatlara
malik olmaq lazımdır. Bu saylardan heç olmasa
biri yaş (birillik, 5 yaxud 10 illik) qrupu üzrə
bölüşdürülməlidir, çünki əhalinin yaş strukturu
nəzərə alınmadan hesablanmış göstəricilər real
vəziyyəti əks etdirmir. Əgər hər iki say yaşlar üzrə
bölüşdürülübsə, onda ölümün yaş əmsalları, lazım
gəldikdə isə ölüm cədvəlləri, yaxud düz metodla
standartlaşdırılmış ölüm əmsalları hesablanır.
Əgər yaşayanlar haqqında məlumatlar yaş üzrə
bölüşdürülübsə,
onda
dolayı
metodla
standartlaşdırılmış ölüm əmsallarından, əgər
ölənlər haqqında məlumatlardırsa – əks metodla
standartlaşdırılmış ölüm əmsallarından istifadə
olunur.
Əhali yarımqrupları üzrə yaşayanlar və ölənlərin
sayı haqqında uyğunlaşan məlumatlar almaq üçün
statistika praktikasında bir neçə yanaşmalar
mövcuddur.
Birinci
yanaşma
əhalinin
siyahıyaalınması və ölüm haqqında məlumatların
cari uçotu proqramlarına identik sualların daxil
edilməsinə əsaslanır. Bu, yaşayanlar və ölənlər
haqqında məlumatların tam müqayisə edilməsinə
zəmanət vermir. Çünki ölənin qohumlarından
alınan məlumatlar siyahıyaalma zamanı alınan
cavablardan fərqlənə bilər. Đkinci yanaşma
siyahıyaalmadan sonra gələn illərdə ölənlər
haqqında məlumatlardan istifadəni nəzərdə tutur.
Ölənlərin
sosial-demoqrafik
xarakteristikaları
haqqında fərdi məlumatların siyahıyaalma zamanı
onun haqqında alınan məlumatla birləşdirilməsi
yolu ilə müəyyən edilir. Dövrün ortalarına
ölənlərin sayı hesablama yolu ilə müəyyən edilir.
Bu cür alınan məlumatlar daha dəqiqdir, lakin
siyahıyaalma materiallarında hər bir ölən haqda
məlumatın axtarışı zamanı zəhmət tələb edən
işdir. Üçüncü yanaşma əhali registrində ölənlər
haqqında olan statistik informasiyanın tətbiqi ilə
bağlıdır. Bütün sadalanmış hallarda yaşayanlar və
ölənlərin sayı haqqında məlumatlar identik
proqram
üzrə
fərdi
məlumatların
işlənib
hazırlanması yolu ilə alınır. Dördüncü yanaşma
fərdə həmin yaşayış yeri üçün (siyahı sahəsi,
şəhər məhəlləsi, yaxud yaşayış məntəqəsi)
səciyyəvi
(tipik)
olan
sosial-demoqrafik
xarakteristikaların verilməsinə əsaslanır. Belə
yanaşma ölümün sosial fərqləndirmə səviyyəsi
haqda yalnız qismən danışmağa imkan verir.
Ömrünün birinci ilində diferensial ölümün təhlili
hər qrup üçün körpə yaşda ölüm əmsallarının
hesablanmasına əsaslanır. Bunun üçün müvafiq
dövr üzrə əhalinin müəyyən yarımqrupları üçün
doğulanların
və
ölənlərin
sayı
haqqında
məlumatlar, ömrünün birinci ilində doğum və
ölümlərin qeydə alınması zamanı valideynlər
haqqında identik məlumatlar olmalıdır.
Demoqrafiyada geniş yayılmış nəzər nöqtəsinə
görə, ayrı-ayrı demoqrafik və sosial-iqtisadi
qrupların ölüm səviyyələrində fərqlər tarixin
bütün mərhələlərində mövcud olmuşdur. Onlar
demoqrafik keçidin başlanması ilə xeyli artmışdır.
Çünki ölüm səviyyəsinə nəzarət vasitələri və
metodları əhalinin ayrı-ayrı qrupları üçün qeyri-
bərabər dərəcədə əlçatan idi.
Diferensial ölümün təhlilinin ilk cəhdləri italyan
həkimi B.Ramassininin adı ilə bağlıdır. O, peşə
xəstəliyini öyrənmiş və peşə ilə ölüm səviyyəsi
arasındakı əlaqəni aşkar etmişdir.
Ölümün sosial fərqlənməsinin öyrənilməsi elmi
tədqiqatların vacib məsələlərindən biri kimi
qalmaqdadır,
çünki
ölümün
azalması
bu
demoqrafik
prosesə
ayrı-ayrı
sosial-iqtisadi
amillərin təsirinin neqativ nəticələrini aradan
götürmədən mümkün deyildir.
DĐGƏR ĐSTEHSAL XƏRCLƏRĐ
– özündə
mühasibatlıq məsrəfləri, məsləhət xidmətləri,
dəftərxana malları, işçi heyətin toplanması, sığorta
ödəmələri, kollektiv nəqliyyat, bank xidmətləri
(faizlərin ödənilməsi də daxil olmaqla), poçt və
rabitə (telefon, teleks) məsrəflərini birləşdirir.
Bu göstərici “Mal və xidmətlərin alınması”
göstəricisinin bir hissəsi hesab edilir.
Topdansatış ticarət və yenidən satışa münasibətdə
“Mal və xidmətlərin alınması” göstəricisinin digər
hissəsini “Alındığı vəziyyətdə yenidən satılma
üçün əmtəə və xidmətlərin alınması”, “Bina və
avadanlıqların istismarı ilə əlaqədar istehsal
xərcləri” və “Satış xərcləri” təşkil edir.
DĐLER
(ticarətçi) – 1) istehsalçıdan malı
topdansatış qiymətində alan və onu, adətən,
satışdan sonra xidmət göstərməklə istehlakçılara
satan
topdan-pərakəndə
satış
müəssisədir
(sahibkardır). Bir qayda olaraq, iri sənaye
korporasiyalarının agenti olur və onun diler
şəbəkəsində fəaliyyət göstərirlər; 2) ticarət
sövdələşmələrində, o cümlədən birjalarda agent-
vasitəçidirlər. Öz vəsaitləri hesabına fəaliyyət
göstərir, işə öz şəxsi pullarını qoyur, qiymətli
kağızların, valyutanın, qiymətli metalların sərbəst
alqı-satqısını həyata keçirirlər.
DĐNAMĐK MODEL
– prosesin inkişafını və ya
vaxta görə modelləşdirilən obyektin hərəkətini
123
təsvir edən modeldir. Statistik modeldən fərqli
olaraq,
dinamiki
model
cari
dövrün
modelləşdirilən endogen dəyişikliklərinin əvvəlki
dövrün (və yaxud gecikmiş paylama hallarında
əvvəlki
dövrlərin)
ekzogen
və
endogen
dəyişikliklərindən asılılığını müəyyənləşdirir.
DĐNAMĐKA
SIRALARININ
MÜNTƏ-
ZƏM TƏRKĐBĐ
– aşağıdakı şəkildə verilmiş
vaxt sırasının bir sıra komponentlərinin cəmidir:
+
+
=
t
t
t
V
U
X
t
W
+
t
E
, t = 1,2, ... T
burada, X
t
– t zamanında vaxt sırasının müşahidə
edilən dəyəridir, U
t
– trend, ya da sistematik
hərəkət adlanan tərkib hissəsidir, V
t
– böyük, ya
da kiçik müntəzəmliklə trendə aid titrəyişi əks
etdirən komponentdir; W
t
– zamanın bərabər
aralığında təkrarlanan, dövri titrəyişin böyük, ya
da kiçik daimi formalarıdır; E
t
– səbəblərinin təyin
edilməsi mümkün olmayan nizamsız titrəyişdir;
bu, qalıq titrəyişlər adlandırılır.
X
t
sırasının
t
t
t
t
S
W
V
E
=
+
=
cəmi dinamika
sıralarının müntəzəm tərkibi adlanır.
E
t
t
t
S
X −
=
qalığı dinamika sırasının təsadüfi
tərkib hissəsi sayılır.
DĐNAMĐKA SIRALARININ TƏHLĐLĐ
–
dinamika sıralarının kəmiyyətinin dəyişməsi
qanunauyğunluğunun
aşkar
edilməsi
üçün
aparılan elmi tədqiqatdır.
Dinamika sıralarının təhlilinin əsas şərti onların
zamana görə müqayisəliliyi hesab edilir. Statistik
məlumatlar hər şeydən əvvəl vaxta görə müqayisə
oluna
bilməlidir.
Müqayisəsizlik
müxtəlif
səbəblərdən irəli gələ bilər: ərazinin dəyişməsi;
müşahidə
vahidinin
dəyişməsi;
valyutanın
dəyişməsi; hadisələrin statistik müşahidələrlə
əhatə
dərəcəsinin
müxtəlifliyi;
statistik
müşahidənin
metodologiyasının
mükəmməl
olmaması və s.
Sosial-iqtisadi
hadisələrin
zaman
ərzində
dəyişməsini
xarakterizə
edən
statistika
göstəriciləri sırasına dinamika sırası deyilir.
Dinamika sıralarının elementləri aşağıdakılardır:
1) statistika məlumatının aid olduğu vaxt anı
(adətən, tarix və yaxud dövrdür) - gün, ay, rüb, il;
2) sıranın səviyyəsi adlanan məlumatın özüdür.
Hər iki element, vaxt və səviyyə dinamika
sırasının üzvləri adlanır.
Dinamika sıralarını düzgün tədqiq etmək üçün
onların növlərini bilmək lazımdır. Vaxt əlamətinə
görə dinamika sıraları an və fasiləli dinamika
sıralarına ayrılır. An dinamika sıralarında sıranın
səviyyəsi
müəyyən
tarixə
verilir.
Fasiləli
dinamika sıralarında sıranın səviyyəsi sosial-
iqtisadi hadisələri müəyyən vaxt ərzində ifadə
edir. An dinamika sırasından fərqli olaraq, fasiləli
dinamika sıralarının səviyyələrini cəmləmək olar
və iqtisadi mənası olan göstəricilər alınar. Belə
cəmləmə nəticəsində daha iri dövr ərzində
hadisənin
səviyyəsini
xarakterizə
etmək
mümkündür.
Dinamika sıralarını tam və tam olmayan dinamika
sırasına ayırmaq olar. Dinamika sıralarının təhlili
zamanı istifadə edilən göstəricilərdən mütləq
artımı, artım sürətini, nisbi artımı və bir faiz nisbi
artımın mütləq qiymətini göstərmək olar. Mütləq
artım.
Sosial-iqtisadi
hadisələrin
mühüm
göstəricilərindən biri mütləq artımdır. Dinamika
sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas
götürülmüş səviyyə arasındakı fərqə mütləq artım
deyilir.
Mütləq
artımı
silsiləvi
qaydada
hesablamaq
üçün
sıranın
hər
sonrakı
səviyyəsindən
əvvəlki
səviyyəsini
çıxmaq
lazımdır. Mütləq artımı əsas qaydada hesablamaq
üçün sıranın hər bir sonrakı səviyyəsindən
müqayisə üçün əsas götürülmüş səviyyəni çıxmaq
lazımdır.
Dinamika sırasının ilk səviyyəsini Y
1
, son
səviyyəsini Y
n
, sıranın cari səviyyəsini Y
i
,
özündən qabaqkı səviyyəni Y
i-1
, mütləq artımı
∆
ilə işarə etsək, o zaman mütləq artım silsiləvi
qaydada
1
1
−
−
=
∆
i
i
Y
Y
, bazis qaydada isə
1
Y
Y
i
i
−
=
∆
düsturları ilə hesablana bilər.
Artım sürəti. Sosial-iqtisadi hadisələrin inkişaf
sürətini xarakterizə etmək üçün artım sürəti
göstəricisindən tez-tez istifadə olunur. Artım
sürəti
sıranın
cari
səviyyəsinin
əvvəlki
səviyyəsindən neçə dəfə (faiz) çox və ya az
dəyişdiyini göstərir. Artım sürəti faiz və ya əmsal
şəklində hesablanır. Təhlilin məqsədindən asılı
olaraq, artım sürəti də silsiləvi və ya bazis
qaydada hesablana bilər.
Silsiləvi qaydada artım sürətini hesablamaq üçün
sıranın
cari
səviyyəsini
özündən
qabaqkı
səviyyəyə bölmək və alınan nəticəni faiz şəklində
ifadə etmək üçün 100-ə vurmaq lazımdır.
Bazis qaydada artım sürətini hesablamaq üçün
sıranın cari səviyyəsini müqayisə üçün bazis
götürülmüş səviyyəyə bölmək lazımdır. Artım
sürəti faiz şəklində aşağıdakı kimi hesablanır:
Silsiləvi qaydada
100
1
⋅
=
−
i
i
i
Y
Y
S
, bazis qaydada
100
1
⋅
=
Y
Y
S
i
Nisbi artım. Mütləq artımın müqayisə üçün bazis
götürülmüş səviyyəyə nisbəti nisbi artım adlanır.
Nisbi artımın hesablanmasının digər üsulundan
biri də artım sürətindən 100-ü çıxmaqdır (artım
sürəti əmsal şəklində hesablanırsa, vahidi çıxmaq
lazımdır). Nisbi artım faizlə ifadə olunursa, onun
124
hesablanması aşağıdakı düsturlar vasitəsilə həyata
keçirilir:
Silsiləvi qaydada
100
1
1
⋅
∆
=
−
i
i
y
n
, yaxud N
i
=S
i
-
100
Bazis qaydada
100
1
⋅
∆
=
y
n
, yaxud N = S - 100
1% nisbi artımın mütləq qiyməti. Bir faiz nisbi
artımın mütləq qiymətini hesablamaq üçün mütləq
artımı nisbi artıma bölmək lazımdır. Bu
göstəricini aşağıdakı düsturla hesablamaq olar:
%
i
i
n
m
∆
=
burada
i
∆
silsiləvi mütləq artım,
%
i
n
isə faiz
ifadəsində silsiləvi nisbi artımdır.
Dinamika sırasının təhlilində mühüm əhəmiyyətə
malik olan orta göstəricilərdən biri orta mütləq
artımdır. Orta mütləq artım müəyyən dövr ərzində
sıranın səviyyəsinin orta hesabla nə qədər
artdığını və ya azaldığını göstərir.
Orta illik mütləq artım silsiləvi mütləq artımlar
əsasında aşağıdakı kimi hesablanır:
1
1
...
2
1
−
∆
=
−
∆
+
+
∆
+
∆
=
∆
∑
n
n
i
n
y
burada
i
∆
- silsiləvi mütləq artımdır, n – sıranın
sayıdır.
Sosial-iqtisadi
hadisələrin
inkişafının
intensivliyinin ümumiləşdirici göstəricisi kimi,
təhlil prosesində orta illik artım sürəti və orta illik
nisbi artım göstəriciləri hesablanır. Orta illik artım
sürəti silsiləvi artım sürəti əsasında həndəsi orta
kəmiyyətin aşağıdakı düsturu ilə hesablanır:
n
S
S
S
S
⋅
⋅
⋅
⋅
⋅
⋅
=
2
1
Burada
S
- orta illik artım sürəti,
n
S
S
S
⋅
⋅
⋅
⋅
⋅
⋅
2
1
-
silsiləvi artım sürətinin əmsalları, n – silsiləvi
artım sürəti əmsallarının sayıdır.
DĐNAMĐKA SIRALARININ TƏSHĐHĐ
METODLARI
– vaxta görə hadisələrin
inkişafının əsas meylini əks etdirən qiymətlərlə
hesablanmış
dinamika
sırasının
faktiki
səviyyəsinin dəyişdirilməsidir.
Sürüşkən orta kəmiyyət metodu. Bu metoddan
istifadə edilərkən dinamika sırasının səviyyəsinin
faktiki qiymətləri bir neçə qonşu səviyyələrin orta
qiyməti ilə əvəz olunur. Fərz edək ki, y
1
, y
2
, ..., y
n
ilkin dinamika sırasıdır. Onda hər bir m qonşu
səviyyələr üçün orta hesabi qiymət hesablana
bilər:
,
1
,...,
2
,
1
;
1
1
+
−
=
=
∑
−
+
=
=
m
n
k
y
m
y
m
k
i
k
i
i
burada m düzəldilmə intervalının həcmidir
(sayıdır).
Əgər m tək ədəddirsə, onda yuxarıda göstərilmiş
düstur əsasında hesablanmış qiymətlə düzəldilən
intervalın ortasında yerləşən sıranın səviyyəsini
əvəz edir. m cüt ədəddirsə, onda hesablanmış
qiymət guya düzəldilən intervalın ortasına aid olur
(məsələn, m = 4 olduqda, hesablanan qiymət
ikinci və üçüncü səviyyələrin arasına düşür).
Düzəldilmə
intervalı
sıranın
səviyyəsindəki
təsadüfi kənarlaşmaların ödənilməsi üçün kifayət
qədər böyük olmalıdır. Çox vaxt 5-10 illik
intervaldan istifadə edilir. Metodun çatışmazlığı
ondan ibarətdir ki, düzəldilmə səviyyələrinin sayı
verilmiş m-1 sayından az olur. Belə ki, m=3
olduqda, iki kənar (son), m=5 olduqda, 4 kənar
qiymətlər itirilir.
Çəkili sürüşkən orta kəmiyyətdən istifadə etmə
hallarında hər bir səviyyəyə orta kəmiyyət
hesablandıqda, çəki verilir. Çəkinin verilməsi
üsulu təhlilin məqsədindən asılı olur. Əgər
məlumatların əhəmiyyətlilik dərəcəsi vaxtdan asılı
olaraq artırsa, onda daha sonrakı müşahidələrə
yüksək çəki verilir və əksinə.
Eksponensial düzəltmə metodu. Bu metod
zamanı sadə orta qiymətlər əvəzinə eksponensial
orta kəmiyyətlərdən istifadə edilir.
Analitik düzəltmə metodu. Bu metod dinamika
sırasının inkişaf meylini əks etdirən müəyyən
əyrinin seçilməsindən ibarətdir.
Arqument t vaxtı kimi çıxış etdikdə, əyri
formasının seçilməsi nəzəri təhlil, ilkin dinamik
sıranın qrafik təsviri və digər üsullar əsasında
həyata keçirilir. Düzəltmə düz xətt, parabol,
hiperbol, eksonensial əyrisi və s. üzrə tətbiq edilir.
Parametrlərin hesablanması çox vaxt ən az
kvadratlar metodu ilə həyata keçirilir. Hazırda
FEHM-nin statistik proqramlar paketinə əyrilərin
hesablanmasının geniş spektri daxildir və bununla
əlaqədar hesablama problemi ikinci plana keçir.
Ən yaxşı əyrinin seçilməsinin formal amili Y
x
-dən
faktiki Y-ə kimi düzəldilən dinamika sırasının
kənarlaşması üçün minimum qalıq dispersiyası
hesab edilir
∑
(Y-Y
x
)
2
= min.
Dostları ilə paylaş: |