DOLAYI
XƏRCLƏR
–
“dərhal”
bölüşdürülməsi mümkün olmayan xərclərdir.
Onlar
verilmiş
məhsulun
dəyərinə
daxil
edilməzdən
əvvəl
aralıq
hesablamaların
aparılmasını tələb edir.
DOLAYI VERGĐLƏR
– mal və xidmətlərin
qiymət
və
ya tariflərinə əlavədir. Malın
mülkiyyətçisi və ya xidmət göstərən şəxs verginin
ödəyicisi sayılmır. Belə ki, sonda onun ödəyicisi
bu mal və xidməti onun maya dəyərindən artıq
olan qiymətə alan istehlakçı olur.
Nəzəri cəhətdən birbaşa vergidən qaçmaq olmaz,
dolayı vergidən isə mal və xidmətin alınmasından
imtina etməklə qaçmaq olar.
DOMEN
– internet şəbəkəsində domen adlar
fəzasının sahəsidir.
Domen ad dedikdə, domenin simvolik adı nəzərdə
tutulur. Domen ad bir domen daxilində istənilən
hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam
adı nöqtə ilə ayrılmış bütün domenlərin
adlarından
təşkil
olunur
və
internetdə
yerləşdirilmiş hər hansı veb-saytın ünvanını
göstərir.
Domen - sadə dildə desək, saytın ünvanıdır,
məsələn,
www.microsoft.com
. Domenlər birinci,
ikinci və üçüncü səviyyəli olurlar.
Birinci səviyyəli domen bir vahiddən ibarətdir -
www.com.
Đkinci səviyyəli domenə isə
www.sayt.com
növlü
ünvanlar daxildir, məsələn,
www.microsoft.com
Üçüncü
səviyyəli
domenə
isə
www.sayt.hostinq.com
növlü ünvanlar daxildir.
Saytların rəqəm şəklində verilmiş ĐP ünvanlarını
yadda saxlamaq çox çətin olduğundan, DNS
sistemi vasitəsi ilə bu ünvanlar domen adlar ilə
əvəz olunur. Beləliklə, domen ad – istənilən
Đnternet istifadəçisinin sayta müraciətinə şərait
yaradan ünvandır.
DOMNA SOBASININ FAYDALI HƏC-
MĐNDƏN ĐSTĐFADƏ ƏMSALI
– qara
metallurgiyada
texniki-iqtisadi
göstəricidir.
Sobanın nominal metr-sutkalıq işinin əridilmiş
çuqunun miqdarına bölünməsi ilə müəyyən edilir.
Nominal
metr-sutkaların
kəmiyyəti
domna
sobasının faydalı həcminin m
3
-lə nominal sutkaya
(sobanın təqvim vaxt fondu minus onun soyuq boş
dayanmaları) vurulması ilə müəyyən edilir.
Domna sobasının faydalı həcmindən istifadə
əmsalı nə qədər kiçik olursa, domna sobasından
bir o qədər yaxşı istifadə edilir.
DOTASĐYA
- (xərclərini ödəmək üçün
idarələrə, müəssisələrə və ya təşkilatlara dövlət
tərəfindən verilən yardım - pul) – əgər
məhsulun istehsalına və satışına çəkdikləri
xərcləri əldə edilən gəlir ödəmirsə, geri
qaytarılmamaq şərti ilə, dövlət hakimiyyəti və
idarəetmə orqanları tərəfindən itkilərini tam və ya
qismən ödəmək üçün fiziki və hüquqi şəxslərə,
həmçinin əhalinin ayrı-ayrı qruplarına verilən pul
vəsaitidir. Dotasiya büdcə və müəssisənin öz
ehtiyatları (öz işçilərinə verilən dotasiya) hesabına
verilir. Qeyri-səmərəli fəaliyyətli müəssisələrə
dotasiyaların
verilməsindən
imtina
edilməsi
nəticəsində dotasiyaların həcmi tədricən azalır.
Dotasiya əsasən bir sıra fəaliyyət növlərinə (kənd
133
təsərrüfatı) və əhalinin sosial cəhətdən müdafiə
olunmayan qrupuna kömək kimi verilir.
DOU JONS ĐNDEKSĐ
– ABŞ-ın 65 ən stabil
və
etibarlı
şirkətlərinin
səhmlərinin
orta
qiymətinin
gündəlik
hesablanan
indeksidir.
Qiymətlər Nyu-York fond birjasının bağlanma
anındakı qiymətlərə uyğun olur. Hesablama üçün
baza 1920-ci il hesab edilir. Dou Jons indeksinin
dinamikası ümumilikdə ABŞ-ın nominal ümumi
milli məhsulunun dinamikasını əks etdirir.
DÖLÜN
ÖLÜMÜ
–
hamiləliyin
9-cu
həftəsindən başlayaraq, doğum anınadək insan
orqanizminin tələf olmasıdır. Döllərin ölüm
göstəricisi faizlə ifadə olunur və aşağıdakı
düsturla hesablanır: hamiləliyin 28 həftəsinədək
biixtiyar uşaqsalmaların sayı bölünsün biixtiyar
uşaqsalmaların sayı + ölü doğulanların sayı + diri
doğulanların sayı, vurulsun 100.
Hamiləliyin ilk 27 həftəsi ərzində döl yaşamağa
az qabil hesab olduqda, həyat əlamətləri olmayan
ölü
dölün
ananın
orqanizmindən
tamam
qovulması və ya çıxarılması uşaqsalma, yaxud
biixtiyar abort, hamiləliyin 28 həftəsindən sonra
isə – ölü doğulmuş adlanır.
Döllənmədən
embrionun
bətndaxili
inkişaf
prosesi orta hesabla 280 sutka (10 mehtab ayı)
davam edir və üç dövrə bölünür: ilkin (1-ci inkişaf
həftəsi), embrion (2–8 inkişaf həftəsi) və döl (9-cu
həftədən hamiləliyin başa çatmasınadək). Erkən
dölün ölümü (9–21 həftə), orta (22–27 həftə) və
gec (28 həftə və daha gec) hamiləlik müddətləri
fərqləndirilir. Hamiləliyin ən erkən müddətlərində
(12 həftəyədək) uşaqsalma nəticəsində hər nəslin
itkiləri ən yüksəkdir. Sonra onlar tədricən aşağı
düşür.
Hamiləliyin
erkən,
orta
və
gec
müddətlərində dölün ölümünün nisbəti təxmini
15:3:1-ə bərabərdir. Lakin, hamiləliyin erkən
müddətlərində embrionların və döllərin məhv
olunması hallarının uçotu və bunun tamamilə
dürüst statistikasının aparılması çətindir.
Həyat tsiklinin müxtəlif mərhələlərində nəslin
döllənmiş
insan
ömrünün
ölümü
bütöv
qabiliyyətinin vacib xarakteristikalarından biridir.
Ətraf
mühitin
müxtəlif
zəhərli
amilləri,
valideynlərin irsi və əldə edilmiş xəstəlikləri
döllənmiş ömürlərin təxminən
5
1
hissəsinin
məhvinə, dönməz patologiyaya gətirib çıxarır.
Onlarda 12–15% biixtiyar abortlar, 1–2% ölü
doğumlar,
4–8%
–
irsi
xəstəliklərlə
və
eybəcərliklərlə olan uşaqlar təşkil edir. Onların
çoxu doğulduqdan sonra müxtəlif müddətlərdə
ölür, yaxud uşaqlıqdan əlil olur.
DÖVLƏT BANKI
– 1919-cu il mart ayının 7-
də
Azərbaycan
Demokratik
Respublikası
Hökumətinin qərarı ilə Azərbaycan Dövlət
Bankının (Mərkəzi Bankın) təşkil edilməsi təklifi
bəyənilmiş və onun nizamnaməsinin hazırlanması
Maliyyə Nazirliyinə tapşırılmışdır. 16.09.1919-cu
ildə ölkə parlamenti Maliyyə Nazirliyinin kredit
şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət
Bankının Nizamnaməsini təsdiq etmişdir. 1919-cu
il sentyabrın 30-da isə Azərbaycan Dövlət
Bankının təntənəli açılışı olmuş və həmin gündən
etibarən fəaliyyətə başlamışdır. 1919-cu il noyabr
ayının 9-da Dövlət Bankının Gəncə bölməsi,
sonralar
isə
digər
regionlarda
bölmələri
açılmışdır.
Azərbaycan Dövlət Bankının əsas məqsədi pul
dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və
kənd təsərrüfatı sahələrinə yardım etmək, habelə
pul sistemini möhkəmlətməkdən ibarət olan
hökumət idarəsi idi. Pul nişanlarının emissiyası
səlahiyyətləri də Dövlət Bankına mənsub idi.
Müstəqillik qazanıldıqdan sonra Azərbaycan
Respublikası Prezidentinin 1992-ci il 11 fevral
tarixli fərmanı ilə Dövlət Bankının, keçmiş SSRĐ
Sənaye-Tikinti Bankının, SSRĐ Aqrar-Sənaye
Bankının Azərbaycan Respublikası bankları
bazasında Azərbaycan Respublikasının Milli
Bankı yaradılmışdır.
1992-ci
il
dekabrın
1-də
Azərbaycan
Respublikasının
Milli
Məclisi
"Azərbaycan
Respublikasının Milli Bankının Nizamnaməsinin
təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.
1992-ci
il
avqustun
7-də
"Azərbaycan
Respublikasında banklar və bank fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə yanaşı, "Azərbaycan Respublikasının Milli
Bankı haqqında" Qanun da qəbul olunmuşdur.
1996-cı il iyunun 10-da qanun yeni redaksiyada
qəbul
edilmişdir.
Yeni
bank
qanunları
respublikanın bank sisteminin qabaqcıl dünya
bank təcrübəsinə yiyələnməsində və etibarlı kredit
təşkilatlarının yaradılmasına imkan yaratdı.
18
mart
2009-cu
il
tarixində
keçirilmiş
“Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan
Respublikası
Referendumunun
yekunlarına uyğun olaraq, Milli Bank Mərkəzi
Bank adlandırılmışdır.
DÖVLƏT BORCU
– daxili və xarici dövlət
borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz
sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin
maliyyələşdirilməsi üçün qəbul edilən, ölkə
hökumətinin hüquqi və fiziki şəxslərə, habelə
xarici dövlətlərə müvafiq faiz ödənilməklə
qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə
edilmiş borc öhdəlikləridir. Azərbaycanda dövlət
borcunun mütləq və nisbi həddini Milli Məclis
qarşıdakı maliyyə ilinin büdcəsi ilə eyni vaxtda
134
təsdiq
edir.
Dövlət
borcuna
hökumətin
sərəncamında olan bütün aktivlərlə təminat verilir.
Dövlət borcu aşağıdakı formalarda ola bilər:
hökumətin aldığı kreditlər, hökumətin adından
buraxılan qiymətli kağızlar şəklində olan dövlət
istiqrazları və hökumətin təminat verdiyi digər
borc öhdəlikləri.
Dövlət borcu ötən illərdən qalan və yeni yaranan
borcdan ibarətdir.
Dövlət borcu qısamüddətli, ortamüddətli və
uzunmüddətli borc öhdəlikləri şəklində ola bilər.
DÖVLƏT BÖLMƏSĐ (SEKTORU)
– (I) –
iqtisadiyyatın dövlət orqanları tərəfindən idarə
edilən və dövlət mülkiyyətində olan hissəsidir;
(II) - dövlətin inzibati idarələri və müəssisələrinin
kompleksidir.
Müəssisənin bölgüsü Mülkiyyət Növləri Təsnifatı
əsasında həyata keçirilir.
DÖVLƏT
BÜDCƏSĐ
–
müvafiq
icra
hakimiyyəti orqanları vasitəsi ilə dövlətə məxsus
funksiyaların yerinə yetirilməsini təmin etmək
üçün lazım olan pul vəsaitinin qanunla müəyyən
olunmuş qaydada yığılması və xərclənməsi
sistemidir.
Dövlət
büdcəsinin
gəlirləri
ümumdövlət vergiləri, rüsumlar və məcburi
ödənişlər hesabına (muxtar respublikanın və yerli
büdcəyə daxil olan hissə çıxılmaqla) yaranır.
Dövlət
büdcəsinin
xərcləri
aşağıdakı
əsas
istiqamətlər üzrə həyata keçirilir: ümumdövlət
sosial proqramlarının maliyyələşdirilməsi; sosial
və iqtisadi infrastrukturların maliyyələşdirilməsi
(buraya hərbi xərclər, hüquq-mühafizə, dövlət
hakimiyyəti
və
idarəetmə
orqanlarının
saxlanmasına
çəkilən
xərclər
daxildir);
dövlətdaxili
vəzifələrin
yerinə
yetirilməsinə
çəkilən xərclər; xarici iqtisadi fəaliyyətə çəkilən
xərclər; elmin maliyyələşdirilməsinə çəkilən
xərclər və s. Büdcə ili yanvar ayının 1-dən dekabr
ayının 31-dək olan bir illik dövrdür. Dövlət
büdcəsinin kassa icrası büdcə gəlirlərinin daxil
olmasını və xərclərinin büdcə təsnifatına uyğun
olaraq xəzinədarlıq vasitəsilə ünvanlı istifadəsini
təmin edən icra mexanizmidir.
Azərbaycanda büdcə təsnifatı dövlət büdcəsinin,
Naxçıvan Muxtar Respublikasının büdcəsinin,
yerli
büdcələrin
və
büdcədənkənar
dövlət
fondlarının
gəlirlərinin,
xərclərinin
və
maliyyələşmə mənbələrinin funksional, iqtisadi və
digər prinsiplər əsasında qruplaşdırılmasıdır.
DÖVLƏT BÜDCƏSĐ KƏSĐRĐNĐN MA-
LĐYYƏLƏŞDĐRĐLMƏSĐ
– kəsiri ödəmək
üçün borc vəsaitlərinin mənbə kimi dövlət
tərəfindən
cəlb
edilməsidir.
Maliyyələşmə
formaları
bunlardır:
dövlət
öhdəliklərinin
buraxılışı və yerləşdirilməsi; ölkənin mərkəzi
bankından, digər banklardan və beynəlxalq
maliyyə təşkilatlarından alınan borclar; dövlət
hakimiyyətinin digər səviyyələrindən və ya dövlət
qeyri-büdcə fondlarından və xarici dövlətlərdən
alınan borclar. Maliyyələşdirmə formalarına həm
də büdcə hesablarındakı vəsait qalıqlarının
dəyişməsi
və
dövlətin
Maliyyə
Nazirliyi
tərəfindən idarə olunan qızıl-valyuta ehtiyatlarının
dəyişməsi daxildir.
DÖVLƏT BÜDCƏSĐNĐN KƏSĐRĐ
– dövlət
büdcəsinin xərclər hissəsinin gəlir hissəsindən
artıq olmasıdır. Dövlət büdcəsinin kəsirləri dövlət
öhdəliklərinin buraxılması və əhali və müəssisələr
arasında yerləşdirilməsi ilə tənzimlənir.
DÖVLƏT EHTĐYATI
– dövlətin maddi
sərvətlər ehtiyatıdır. Bu sərvətlər dövlətin
səfərbəredici ehtiyatlarının, fövqəladə halların
nəticələrinin ləğvində birinci növbəli işlərin təmin
edilməsini; sənayenin və təsərrüfatın müxtəlif
sahələrinə, idarə, müəssisə və təşkilatlara dövlət
yardımı göstərilməsini; daxili bazarda tələblə
təklif arasında disporsiyanın yarandığı halda
xammalın mühüm növləri ilə yanacaq-enerji
ehtiyatları ilə təchizatın müvəqqəti pozulması
zamanı iqtisadiyyatı sabitləşdirmək məqsədilə
dövlət tərəfindən kömək edilməsini; humanitar
yardım göstərilməsini və bazara tənzimedici təsir
edilməsini nəzərdə tutur.
DÖVLƏT ELMĐ MƏRKƏZĐ
– nadir təcrübə-
eksperimental avadanlıqlarına və yüksək ixtisaslı
kadrlara, beynəlxalq aləmdə tanınmış elmi-
tədqiqatların nəticələrinə malik olan ayrı-ayrı elmi
təşkilatlara, müəssisələrə, ali təhsil müəssisələrinə
hökumətin qərarı ilə verilən statusdur. Belə
təşkilatlara dövlət əhəmiyyətli obyektlər kimi
baxılır və onların fəaliyyəti xüsusi formalarla
kompleks dövlət təminatında olur. Təşkilata
Dövlət Elmi Mərkəzi statusu verilməsi onun
təşkilati-hüquqi formasında dəyişikliklərə səbəb
olmur. Dövlət Elmi Mərkəzinin fəaliyyəti
müvafiq qaydada təsdiq edilmiş işlər proqramına
uyğun olaraq həyata keçirilir.
Dövlət Elmi Mərkəzinin fəaliyyətinin statistik
müşahidəsi elmin büdcə maliyyələşdirilməsi
statistikası çərçivəsində həyata keçirilir (“Elm və
innovasiya statistikası”na bax). O, Dövlət Elmi
Mərkəzinin
proqramlarının
maliyyələşdirmə
həcmini, həmçinin elmin sahələrini, işləri (“Elmi
tədqiqatlar və işləmələr”ə bax), sosial-iqtisadi
məqsədlər üzrə xərclərin növünü (“Elmi tədqiqat
və işləmələrə ayrılan xərclər”ə bax) , habelə elmi
tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı
və tərkibini əhatə edir.
135
DÖVLƏT FUNKSĐYALARININ OPTĐ-
MALLAŞDIRILMASI
– özündə ictimai
prioritetlərin təminatını, ilk növbədə insan
potensialının inkişafı nöqteyi-nəzərindən onların
məqsədəuyğunluğunun təhlilini nəzərdə tutur.
Praktiki
olaraq,
istənilən
müdiriyyətin
funksiyalarının real yığımı, bir qayda olaraq,
optimallıqdan kənarda qalır. Adətən, əvvəlki
struktur quruluşundan irsi olaraq qalan elə
əhəmiyyətli sayda dövlət vəzifələri var ki,
dövlətin, iqtisadiyyatın və cəmiyyətin indiki
inkişafı əvvəllər vacib sayılan bu vəzifələrin
lazımsızlığını labüd edir. Lakin bürokrat idarəçilər
öz
səlahiyyətlərini
qoruyub
saxlamaq
və
genişləndirmək
məqsədilə,
nəinki
lazımsız
vəzifələri ləğv edir, hətta oxşar vəzifələrin
meydana çıxmasına şərait yaradırlar. Bu, bir
tərəfdən müdiriyyət arasında narazılığa, konfliktə
gətirib çıxarır, eyni zamanda müəyyən edilmiş
məqsədlərə çatmaq ehtimalını çətinləşdirir. Digər
tərəfdən isə, səmərəsiz və özünü doğrultmayan
nəticələr birbaşa və dolayı məsrəflərə gətirib
çıxarır. Bu vəziyyəti nəzərə alaraq, dövri olaraq
dövlət tərəfindən nəzarət həyata keçirilməli,
aktuallaşdırılması labüd olan lazımsız və oxşar
dövlət vəzifələrinin ixtisar edilməsi təklifi irəli
sürülməli və bu vəzifələrin dövlət səviyyəsində
bölüşdürülməsi
variantına
baxılmalıdır.
Bu
prosesə insan inkişafını nəzərə alan vətəndaş
cəmiyyəti təşkilatlarının cəlb olunması daha
vacibdir.
Vəzifələrin paylaşdırılmasını təhlil etdikdə nəzərə
almaq lazımdır ki, vətəndaş cəmiyyəti təşkilatları
müəyyən dövlət vəzifələrini öz üzərilərinə götürə
bilərlər. Özünü tənzimləmə sisteminin inkişafı
nəinki iqtisadi sahələrdə, insan inkişafı ilə bağlı
olan digər sahələrdə, təhsildə, səhiyyədə və
mədəniyyət sahəsində də mümkündür.
DÖVLƏT XĐDMƏTĐ
– ümumi qanunvericilik
qaydalarına uyğun olaraq, idarə edilməsi həyata
keçirilən ictimai-faydalı fəaliyyət növüdür. Dövlət
hakimiyyəti dövlət sferasında əhaliyə xidmətin
təşkilinə cavabdeh hesab edilir, lakin onun
tərəfindən göstərilən xidmətlərin xarakterindən
(bazar və ya qeyri-bazar) asılı olaraq, xidmətlər
inzibati idarələr, dövlət müəssisələri, şəxsi
müəssisə və firmalar tərəfindən də göstərilə bilər.
DÖVLƏT
ĐDARƏETMƏ
BÖLMƏSĐ
(SEKTORU)
– qanunvericilik, məhkəmə və
icra hakimiyyəti orqanlarının, sosial təminat
fondlarının və onların nəzarət etdikləri qeyri-
kommersiya təşkilatlarının məcmusudur.
Dövlət
idarəetmə
bölməsinin
əsas
funksiyaları
-
cəmiyyətə və ya ev təsərrüfatlarına əmtəələrin
çatdırılmasının və xidmət göstərilməsinin təşkil
edilməsi və bu xidməti vergiqoyma vəsaitlərindən
və ya digər gəlirlərdən maliyyələşdirməkdən;
transferlər yolu ilə gəlir və maddi nemətlərin
yenidən
bölüşdürülməsindən;
qeyri-bazar
xidmətlərinin istehsalından ibarətdir. Dövlət
idarələri bölməsinə mərkəzi və yerli səviyyələr
daxildir.
DÖVLƏT ĐDARƏETMƏ ORQANLARI
BÖLMƏSĐ
- aşağıdakı institusional rezident
vahidlər qruplarından ibarətdir:
a) mərkəzi, regional və yerli səviyyələrdə
idarəetmə orqanlarının bütün vahidlərindən;
b) hər bir idarəetmə səviyyəsində bütün dövlət
sosial təminat fondlarından;
c) dövlət vahidləri tərəfindən nəzarət edilən və
əsasən maliyyələşdirilən bütün qeyri-kommersiya
təşkilatlarından.
Hətta
bütün
səhmləri
dövlət
vahidlərinin
mülkiyyəti
olan
dövlət
korporasiyaları bu
bölməyə daxil edilmir. Bura həmçinin dövlət
vahidlərinin
mülkiyyətində
olan
və
onun
tərəfindən nəzarət olunan kvazikorporasiyalar da
daxil
edilmir.
Lakin
dövlət
vahidlərinin
mülkiyyətində olan və kvazikorporasiya hesab
olunmayan
qeyri-korporativ
müəssisələr
bu
vahidlərin ayrılmaz bir hissəsidir və buna görə də
dövlət idarəetmə orqanları bölməsinə daxil
edilməlidir.
DÖVLƏT ĐDARƏETMƏ ORQANLARI-
NIN APARATI
– qanunvericilik, icraedici,
məhkəmə hakimiyyəti orqanlarında və digər
dövlət orqanları sistemlərinin aparatında məşğul
olan işçilərin məcmusudur. Azərbaycanda dövlət
idarəetmə
orqanlarının
aparatının
tərkibinə
aşağıdakılar daxildir: mərkəzi və yerli orqanların
aparatı.
DÖVLƏT ĐDARƏETMƏSĐNĐN REGĐO-
NAL ORQANLARI
– dövlət idarəetməsinin
regional
orqanlarının
alt
bölmələri
ayrıca
institusional vahidlər hesab edilən idarəetmənin
dövlət orqanlarından və dövlət idarələri tərəfindən
nəzarət olunan və əsasən onlar tərəfindən
maliyyələşdirilən
qeyri-kommersiya
təşkilatlarından ibarətdir.
Dostları ilə paylaş: |