DEZĐNFLYASĐYA
– işsizliyin səviyyəsini
kəskin
artırmadan
inflyasiyanın
məhdudlaşdırılması
məqsədilə
aparılan
deflyasiyanın (tədavüldə olan kağız pulların
miqdarının azaldılması) yüngül formasıdır. Hər
şeydən əvvəl, faiz tariflərinin artırılması yolu ilə
istehlak
xərclərinin
məhdudlaşdırılmasında,
kreditlə alışa dair müqavilələrin bağlanmasına
məhdudiyyətlərin qoyulmasında, defisit malların
qiymətləri
üzərində
nəzarətin
həyata
keçirilməsində özünü göstərir.
DƏLLALLIQ
HAQQI
–
birja
sövdələşmələrinin
həyata
keçirilməsində
vasitəçiliyinə görə brokerə (dəllala) haqqın
ödənilməsidir.
Adətən,
bağlanmış
sazişin
məbləğinin faizi kimi hesablanır və brokerə həm
satıcı, həm də alıcı tərəfindən ödənilir. Dəllallıq
haqqının miqdarı sövdələşmələrin həcmi, birja
nizamnaməsi və ya sövdələşmə iştirakçıları
arasında olan müqavilə ilə müəyyən edilir.
DƏMĐR
YOLU
ĐLƏ
GƏTĐRMƏ
(GÖNDƏRMƏ)
– daşıma prosesinin başladığı
nəqliyyat növündən asılı olmayaraq son məntəqəsi
dəmir yolu stansiyasında qurtaran birbaşa
nəqliyyatla yük və sərnişin daşınmalarıdır. Yükün
gətirilməsinin həcmi - gəlib çıxma anına görə
tonla və ton-km ilə, sərnişin gətirilməsinin
miqdarı isə - bilet satılan ana görə sərnişinlərin
sayı və sərnişin-km ilə hesaba alınır.
DƏMĐR YOLU KRUĐZĐ
- müəyyən müddət
ərzində dairəvi dəmir yolu marşrutu üzrə turist
səyahətidir. Qatar bu zaman nəqliyyat vasitəsi
kimi deyil, yerləşdirmə, qidalanma yeri və s.
məqsədilə
istifadə
olunur
və
marşrutun
dayanacaqları üzrə ekskursiya nəzərdə tutulur.
118
DƏMĐR YOLU NƏQLĐYYATI VASĐTƏ-
LƏRĐNDƏN ĐSTĐFADƏ
– bir sıra texniki-
iqtisadi göstəricilərlə xarakterizə olunur. Bu
göstəricilərə dəmir yolu nəqliyyatı vasitələrinin
sürəti, məhsuldarlığı, onun işinin müxtəlif
səmərəlilik göstəriciləri daxildir. Bir qayda olaraq,
nəqliyyatın işinin təhlilində bu göstəricilərin
faktiki səviyyəsi normativ və ya keçən dövrdə
əldə olunmuş göstəricilərlə müqayisə olunur.
DƏMĐR YOLU NƏQLĐYYATI VASĐTƏ-
LƏRĐNĐN (NƏQLĐYYAT VASĐTƏLƏRĐ-
NĐN) VAXT BÜDCƏSĐ
– istifadə (istismar)
növləri üzrə mövcud parkın (donanmanın) və
müəssisənin
sərəncamında
olan
parkın
(donanmanın)
və
kateqoriyalarla
istismar
olunmayan (fəaliyyətsiz) parkın təqvim vaxtının
bölüşdürülməsini və ya dəmir yolu nəqliyyatının
(nəqliyyat
vasitələrinin)
istehsal
dövrünün
(silsiləsinin) elementləri üzrə istismar olunan
(işlək)
parkın
vaxtının
bölüşdürülməsini
xarakterizə edən göstəricilər sistemidir. Park
(donanma) üzrə təqvim dövrü ərzində bütövlükdə
vaxt, parkın hər bir kateqoriyasında olma və ya
dövrün ayrılıqda əməliyyatları üzrə sərf olunan
vaxtların cəmi kimi hesablanır. Orta hesabla
nəqliyyat vahidi üçün gün ərzində vaxt, sərf
olunan ümumi vaxtın cəminin gün ərzində
nəqliyyat vahidlərinin orta sayına və təqvim
dövründə
olan
günlərin
sayına
bölməklə
hesablanır. Dəmir yolu nəqliyyatının (nəqliyyat
vasitələrinin) vaxt büdcəsi həm də nəqliyyat
vasitələrinin yük və sərnişin götürmə qabiliyyəti
və gücü (ton-saatla və ton-günlə, sərnişin-
oturacaq-saatla və sərnişin-oturacaq-günlə, güc-
saatla və güc-günlə) nəzərə alınmaqla müəyyən
edilir.
DƏMĐR YOLU NƏQLĐYYATININ (NƏQ-
LĐYYAT
VASĐTƏLƏRĐNĐN)
DÖVR-
ETMƏ (REYS) MÜDDƏTĐ
– saatla və ya
günlə bir istehsal dövrünə orta hesabla sərf olunan
vaxtdır. Đşçi (istismar olunan) parkın dəmir yolu
nəqliyyatının
(nəqliyyat
vasitələrinin)
vaxt
büdcəsi göstəricisi həcminin nəqliyyat vasitəsinin
yükgötürmə, sərnişin yerləşdirmə qabiliyyəti və
gücü nəzərə alınmaqla və ya alınmamaqla tapılan
istehsal
dövrlərinin
sayına
bölünməsi
ilə
bütövlükdə və dövrün elementləri üzrə müəyyən
edilir. Dövr ərzində dəmir yolu nəqliyyatının
(nəqliyyat
vasitələrinin)
dövretmə
(reys)
müddətində məsafə, dövr ərzindəki hərəkətin
sürəti, yükü, intensivliyi və tezliyini və digər
texniki əməliyyatları müəyyənləşdirən amillər
göstəriciləri sistemində öyrənilir.
Đşçi parkın vaqonunun dövr etməsinin orta
müddəti dəmir yolunun işinin vahidi üçün
müəyyən edilir.
Lokomotivin
orta
dövr
müddəti
hazırda
hesablanmır. Bu göstərici istismar olunan parkın
lokomotivlərinin
bir
günlük
büdcə
vaxtı
göstəricisi ilə əvəz edilmişdir (“Dəmir yolu
nəqliyyatının vaxt büdcəsi”nə bax).
Gəminin orta reys (dövr) müddəti, gəminin
yükgötürmə qabiliyyəti və ya gücü nəzərə
alınmaqla, başa çatmış reysə görə hesablanır.
DƏMĐR YOLU TRANZĐTĐ
- yük və sərnişin
daşınmalarının
daşınma
yolunun
hüdudları
xaricində yerləşən göndərilmə və çatdırılma
stansiyaları arasında həyata keçirilməsidir. Yük
daşınmalarının tranzit həcmi çatdırılma anına,
tonla və ton-kilometrlə, sərnişin daşınmaları isə -
göndərilmə anına gözlənilən kəmiyyət kimi
sərnişin və sərnişin-kilometrlə müəyyən edilir.
DƏMĐR YOLUNUN (XƏTTĐNĐN) UZUN-
LUĞU
– ayrı-ayrı dəmir yolu xətlərinin
uzunluqlarının cəmi kimi hesablanır, ayrı-ayrı
dəmir yolu xətlərinin uzunluğu isə baş yol (əsas)
xətti ilə stansiyalar arasında olan məsafə ilə
müəyyən edilir. Dəmir yolunda ümumi istifadədə
olan və ümumi istifadədə olmayan xətlər ayrıca
öyrənilir. Ümumi istifadədə olan dəmir yolu
bilavasitə sərnişin və ya yük daşınmasını həyata
keçirmək məqsədilə istismar olunan xəttin ümumi
uzunluğudur. Ümumi istifadədə olmayan dəmir
yolu xətti dedikdə isə, istismar edilən dəmir yolu
xəttinin “giriş yolunun sərhədi” işarəsi ilə
nişanlanmış yerdən başlayaraq dəmir yolu xəttinin
sonuna qədər olan və istifadə olunan hissə başa
düşülür. Bu yol müəssisələr və ümumi istifadədə
olan dəmir yolu arasındadır və ayrı-ayrı
təsərrüfatlara xidmət edir. Ümumi istifadədə olan
dəmir yolu şəbəkəsinə çıxışı olmayan yolların
istismar edilən hissəsi müəssisələrin obyektlərinin
son
məntəqələri
arasında
olan
yolların
istiqamətlərinə əsasən müəyyən edilir. Dəmir
yolunun uzunluğu mənzillər, stansiyalar, sahələr,
yolun distansiyaları (məsafələri), dəmir yolu
şöbələri
və
dəmir
yolu
şəbəkələri
üzrə
müəyyənləşdirilir.
Dəmir yolunun mümkün uzunluğu – müəyyən
edilmiş plan və profil sahəsində düz üfüqi sahənin
istismar uzunluğunun kilometrlə ifadə olunmuş
şərti məsafəsidir. Đstiqamətlər üzrə konkret
sahələr üçün onların istismar uzunluğunun
mümkünlük əmsalına vurulması ilə müəyyən
edilir.
Dəmir yolunun tikinti uzunluğu – stansiya oxları,
dalanların dirəkləri, stansiya və xüsusi yolların
119
birləşmə nişanları arasında ölçülmüş dəmir
yolunun faktiki məsafəsidir.
Dəmir yolunun istismar uzunluğu – stansiyaların
oxları arasında iki stansiya arasındakı məsafəni
(mənzili)
məhdudlaşdıran,
yolun
faktiki
məsafəsidir. Çox yollu sahələrdə ən kiçik yol
məsafəsi üzrə müəyyən edilir. Dəmir yollarının
məsafələrinin xarakteristikasına xidmət edir.
Dəmir
yollarının
tikintisi
genişləndirilmiş
uzunluğu – sahələrdə olan bütün dəmir yollarının
tikinti uzunluğunun cəminin kilometrlə yekun
məsafəsidir. Bütövlükdə və ayrılıqda baş yollar
(keçmə yollar və stansiyalarda onların davamları)
üçün, stansiya yolları (qəbul etmə - yola salma,
yükləmə-boşaltma, depo və s.) üçün və xüsusi
yollar (anbarlara, karxanalara, xəbərdaredici
dalanlarda şaxələr) üçün müəyyən edilir. Eyni
zamanda, torpağın döşənməsi və yolun yuxarı
hissəsinin tikilməsinin yekun kəmiyyətinin
xarakteristikasına xidmət edir.
Dəmir yolunun salınmış uzunluğu – sahədə
birinci baş yolun tikinti uzunluğunun kilometrlə
konstruktiv elementlərini nəzərə almaqla, dəmir
yollarının şərti xarakteristikasıdır. Salınmanın
əsasında müxtəlif elementlərin cari saxlanmasına
bərabər əmək sərfi durur.
DƏMĐR YOLUNUN ĐŞĐ
– dəmir yolu
stansiyalarında yüklənmiş və daşımanı davam
etdirmək üçün yüklənmiş vəziyyətdə digər
yollardan qəbul olunmuş vaqonların sayı ilə
ölçülən yük daşımaları üzrə işin həcmidir. Şəbəkə
üçün dəmir yolunun işi yüklü vaqonların sayına
uyğun gəlir.
DƏNĐZ GƏMĐSĐNĐN REGĐSTR TUTUMU
– gəmidəki bütün yerlərin həcmlərinin cəmidir,
registr tonnajıdır: korpus, qurğu və tikililər –
gəmilərin ölçmə qaydalarına uyğun müəyyən
edilərək, 2,83 m
3
-ə bərabər registr tonla ölçülür.
Registr tutumunun iki növü fərqləndirilir: ümumi
(brutto, brutto-registr tonnaj tutumu) və xalis
(netto, netto-registr tonnaj tutumu). Ümumi registr
tutumu gəminin bütün ölçüləri haqqında, xalis
tutum isə gəminin yük və sərnişin yerlərinin
həcmləri, yəni gəlir gətirən yerlər (kommersiya
məqsədilə istismar edilən yerlər) haqqında
məlumat verir. Gəmiçilik və gəmiqayırma
haqqında statistik məlumatlar, bir qayda olaraq,
gəmilərin ümumi tutumuna əsaslanır.
DƏRƏCƏLĐ (ÜSTLÜ) TREND
-
t
Y
= a·t
b
(burada t vaxtı göstərir) funksiyası ilə göstərilən
trenddir.
a
və
b
parametrləri
funksiya
loqarifmləşdirildikdən sonra müəyyən edilir:
ln
t
Y
= ln a + b · ln t.
b parametri - artım səviyyəsidir. b>1 olduqda,
artım xətti trenddəki artımdan çox olur. b<1
olduqda isə, artım xətti trenddəki artımdan az
olur.
DƏYƏR
– bazar şəraitində məhsul, xidmət,
iqtisadi aktiv qiymətlilərinin pul ilə ifadəsidir.
Əmtəə vahidinin qiymətinin onun sayına olan
hasili, istehsal xərclərinin cəmi (qeyri-bazar
məhsulu) kimi və ekspert qaydasında müəyyən
edilir.
Dəyər qiymətlərin ölçüldüyü və mühasibat
uçotunun
aparıldığı
vahiddir
və
pulun
funksiyalarından biridir.
DƏYƏR (XƏRCLƏR)
- mühasibat uçotunun
xüsusi maddəsinə aid olan xərclərin cəmidir.
Dəyər aşağıdakı üç xarakteristika ilə müəyyən
edilir:
- dəyərin hesablanmasının tətbiq edildiyi sahə:
istismar üsulu, məhsul, məhsulun hazırlanması
prosesində istehsal mərhələsi;
- tərkib: konkret göstərilmiş dövr ərzində tam və
ya qismən qeyd edilmiş və hesaba alınmış xərclər;
- konkret baxılan dövrdən əvvəlki (əvvəlcədən
müəyyən edilmiş dəyər) və ya sonrakı (müşahidə
olunan dəyər) hesablama vaxtı.
DƏYƏR
ĐFADƏSĐNDƏ
ĐSTEHSALIN
HƏCMĐ
– satılan məhsulun həcmi, maddi
dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsi və
əmtəə və xidmətlərin təkrar satışından əldə olunan
xalis gəlir əsasında, dəyər ifadəsində vahidin
faktiki istehsal etdiyi məhsulun miqdarını əks
etdirir.
Đstehsal edilmiş məhsulun dəyəri aşağıdakı kimi
müəyyən edilir: dövriyyə, (+/-) hazır məhsul
ehtiyatlarının, başa çatmamış istehsalın və təkrar
satış üçün alınmış əmtəə və xidmətlərin
ehtiyatlarının dəyişməsi, (-) təkrar satış üçün
əmtəə və xidmətlərin alınması, (+) müəssisənin
özünün istifadəsi üçün istehsal etdiyi məhsullar.
Təkrar satış üçün alınmış əmtəə və xidmətlərə
alınmış vəziyyətdə heç bir dəyişiklik etmədən
təkrar üçüncü tərəfə satılan əmtəə və xidmətlər
aiddir.
Öz istifadəsi üçün istehsal olunan məhsullar - öz
gücünə istehsal olunmuş və istehsalçıda onun son
istehlakı və ya investisiyası üçün saxlanılan
əmtəələrin dəyərləri daxildir. Sonuncuya əsas
maddi fondlar (bina və s.) daxil olduğu kimi,
qeyri-maddi
aktivlər
(proqram
vasitələrinin
hazırlanması və s.) də daxildir. Öz istifadəsi üçün
istehsal olunan məhsul - satılmayan məhsuldur və
onun dəyəri belə məhsul üçün mövcud olan əsas
qiymətlərlə və ya əgər bu mümkün deyilsə, əsas
istehsal məsrəfləri ilə qiymətləndirilir. Qeyd
120
etmək lazımdır ki, kapital şəklində olan mallar da
investisiyalara daxil edilə bilər.
Milli
hesablar
sistemində
(MHS)
istehsal
konsepsiyasından
“xərclər-buraxılış”
cədvəllərində istifadə olunur. Đstehsal olunan
məhsulun dəyəri “dövriyyə” göstəricisindən
“satış-istehsal” göstəricisinə keçidin köməyi ilə
hesablanır. “Ümumi” əsasla məlumatları yığan
müəssisələr statistikasında “istehsal”ı MHS-də
müəyyənləşdirilən mənada təyin etmək mümkün
olmur. Beləliklə, “aralıq istehlak” termininin
dəqiq mənası müəssisələr statistikasında deyil,
MHS-də verilmişdir.
Buna görə də, dövriyyə ilə əlavə dəyər arasında
aralıq dəyər ifadəsi olmalıdır ki, fəaliyyət
növündən və əməliyyatların hesab-fakturada əks
olunma üsulundan və ya uçot üsulundan asılı
olmayaraq, ayrı-ayrı vahidlərlə sənaye sektorları
arasında müqayisə aparmaq mümkün olsun. Bir
məşğula düşən istehsal olunmuş məhsulun dəyəri
– tutuşdurma və müqayisə üçün bir məşğula düşən
dövriyyədən daha əlverişlidir.
Đstehsal olunmuş məhsulun dəyərinin müəyyən
edilməsi üçün, hər bir fəaliyyət növü üçün
spesifik olan bütün hallarda “təkrar satış üçün
alışlar”ı çıxmaq vacibdir və bu üsulla göstərilən
xidmətlərin dəyəri, gəlir norması və əmtəə
istehsalı (bu terminin klassik mənasında) daxil
olan məhsul istehsalının dəyərini almaq olur.
Đstehsal olunan məhsulların dəyəri aqreqasiya
oluna (birləşdirilə) bilməz. Belə ki, ona aralıq
istehlak daxildir, lakin bütün fəaliyyət növləri və
müəssisələr
arasında
müqayisə
aparmağa
əhəmiyyətli dərəcədə imkan verir. Beləliklə, bu
andan ümumi gəlirin, əlavə dəyərin və s. müəyyən
edilməsinin standart üsulundan istifadə oluna
bilər.
Đstehsal olunmuş məhsulun dəyəri aşağıdakı kimi
müəyyən edilir:
Dövriyyə
- alınmış vəziyyətdə təkrar satış üçün alınan
əmtəə və xidmətlər
+/- istehsal vahidinin istehsal etdiyi hazır məhsul
və natamam istehsal ehtiyatlarının dəyişməsi
+/- alınmış vəziyyətdə təkrar satış üçün alınan
əmtəə ehtiyatlarının dəyişməsi
+ özünün istifadəsi üçün məhsullar
____________________________________
= Dəyər ifadəsində istehsalın həcmi
Dəyər ifadəsində istehsalın həcmindən “əsas
qiymətlərlə əlavə dəyər”in və digər aqreqasiya
edilmiş və qalığı çıxardılmış göstəricilərin
hesablanmalarında istifadə olunur.
DƏYƏR QĐYMƏTLƏNDĐRMƏLƏRĐ VƏ
ƏMƏLĐYYATLARIN
QEYDĐYYAT
VAXTI
–tədiyyə balansında əməliyyatlar bazar
qiymətləri ilə qeyd olunurlar. Yəni verilən
məbləğə əmtəə/xidmət satmağa hazır olan,
satıcıya alıcının ödəməyə hazır olduğu məbləğ
göstərilir və bu zaman iki asılı olmayan tərəf
arasında mübadilə, istisna olaraq kommersiya
baxımından əsaslandırılır. Qəbul edilmişdir ki,
əksər hallarda əməliyyatın dəyər göstəricisi
verilən
tələblərə
uyğundur.
Faktiki
dəyər
naməlum olduğu hallarda (məsələn, xaricdən olan
humanitar yardımlar), dəyər dünya bazarı
qiymətlərinə və ya tədarükçü üçün dəyərin
qiymətinə əsaslanaraq hesablanır. Əməliyyatlar
mülkiyyət hüququnun keçmə anına yazılır, yəni
əmtəəyə mülkiyyət hüququnun bir vahiddən
digərinə keçmə anına; xidmətin göstərilmə anına;
gəlirin əldə olunması anına; transferlərlə əlaqədar
hesab əməliyyatlarının icrası anına; maliyyə
əməliyyatları
aparan
tərəflərin
sənədlərinə
müvafiq qeydlərin yazılması anına.
DƏYƏR və FRAXT
(...təyinat limanının adı),
CFR (Cost and Freight (... named port of
destination)) – bu terminin mənası odur ki, mal
yükləmə
limanında
gəminin
məhəccərindən
keçdikdə, satıcı çatdırılma üzrə öz öhdəliyini
yerinə yetirmiş olur.
Satıcı
malın
göstərilmiş
təyinat
limanına
çatdırılması üçün lazımi xərcləri və fraxtı
ödəməlidir, lakin malın yüklənməsindən sonra
malın itirilməsi və ya korlanması məsuliyyəti,
həmçinin yaranan hər hansı əlavə xərclər satıcıdan
alıcıya keçir.
CFR şərtində tələb olunur ki, malın ixrac gömrük
rəsmiləşdirilməsini satıcı yerinə yetirsin. Bu
termin yalnız dəniz və ya daxili su nəqliyyatı ilə
malın daşınması zamanı tətbiq edilə bilər. Əgər
tərəflər malı gəminin məhəccərindən keçirmək
niyyətində deyillərsə, o zaman CPT termini tətbiq
edilməlidir.
DƏYƏR, SIĞORTA VƏ FRAXT
(...təyinat
limanının adı), CĐF (Cost, Insurance and
Freight (... named port of destination) - bu
terminin mənası odur ki, mal yükləmə limanında
gəminin
məhəccərindən
keçdikdə,
satıcı
çatdırılma üzrə öz öhdəliyini yerinə yetirmiş olur.
Satıcı
malın
göstərilmiş
təyinat
limanına
çatdırılması üçün lazımi xərcləri və fraxtı
ödəməlidir, lakin malın yüklənməsindən sonra
malın itirilməsi və ya korlanması məsuliyyəti,
həmçinin yaranan hər hansı əlavə xərclər satıcıdan
alıcıya keçir.
Lakin CĐF şərtinə əsasən satıcının üzərinə,
həmçinin daşınma zamanı malın itirilməsi və
korlanması məsuliyyətinə qarşı alıcının xeyrinə
dəniz sığortasının alınması öhdəliyi düşür.
121
Beləliklə, satıcı sığorta müqaviləsi bağlamalı və
sığorta
haqlarını
ödəməlidir.
Alıcı
nəzərə
almalıdır ki, CĐF şərtinə əsasən, satıcıdan yalnız
sığortanın minimal ödəmələrlə təmin edilməsi
tələb edilir. Əgər alıcı daha böyük ödənişli sığorta
istəyərsə, o zaman o bu barədə ya satıcı ilə xüsusi
olaraq razılığa gəlməlidir, ya da özü əlavə sığorta
müqaviləsinin
bağlanması
üzrə
tədbirlər
görməlidir.
CĐF şərtində tələb olunur ki, malın ixrac gömrük
rəsmiləşdirilməsini satıcı yerinə yetirsin.
Bu termin yalnız dəniz və ya daxili su nəqliyyatı
ilə malın daşınması zamanı tətbiq edilə bilər. Əgər
tərəflər malı gəminin məhəccərindən keçirmək
niyyətində deyillərsə, o zaman CĐP termini tətbiq
edilməlidir.
DƏYƏRƏ ƏLAVƏ
– öz iş fəallığının
gəlirliliyini təmin etmək məqsədi ilə alınan mal və
xidmətlərin dəyərinə şirkət tərəfindən əlavə edilən
dəyərdir.
DƏYƏRLĐ HƏYAT SƏVĐYYƏS
Đ – “sağlam
həyat tərzinin keçirilməsi, ərazi və sosial
səfərbərliyin təmin edilməsi, informasiya
mübadiləsi və cəmiyyətin həyatında iştirak etmə”
daxil olmaqla, dəyərli mövcudluq üçün zəruri olan
maddi resurslarla təmin olunma ilə bağlıdır. Bu
element insanlara malik olduqları imkanları açır,
ancaq onlardan istifadəni müəyyənləşdirmir. Đnsan
bacarığının
inkişafı
və
həyata
keçirilməsi
imkanları çoxsaylı amillərdən asılıdır. Bu amillər
aşağıdakılar hesab edilir: şəxsi gəlir; cəmiyyətin
təbəqələri arasında gəlirlərin bölüşdürülməsi;
əvvəllər toplanmış mülk (əmlak); resurslar və
kredit əldə etmə imkanı; infrastrukturun inkişafı
və səhiyyəyə, təhsilə, nəqliyyata, kommunal
xidmətlərə və s. malik olma mexanizmi; həyatın
fərdi üslubu; ailənin ölçüsü və strukturu; ev
təsərrüfatında istehsal olunan nemətlər; yaşayış
yerində təbii-iqlim və ekoloji şərait və s.
1> Dostları ilə paylaş: |