ELMĐ-TEXNĐKĐ
PROQRAM
–
ölkə
hakimiyyəti tərəfindən təsdiq edilmiş ehtiyatlar,
icraçı və həyata keçirmək
müddəti üzrə
əlaqələndirilmiş elmi iş və tədqiqatlar kompleksi,
həmçinin elm və texnikanın inkişafının prioritet
istiqamətlərində vacib problemlərin səmərəli həlli
üçün onların təminatı üzrə tədbirlərdir.
Dövlətin elmi-texniki proqramının məqsədləri
bunlardır: fundamental və tətbiqi elm sahəsində
yeni
biliklərin əldə
edilməsi;
elmi-texniki
problemlərin həlli; keyfiyyətcə yeni elmi ideya və
texnologiyanın bilik səviyyəsinin ümumi cəhətdən
yüksəldilməsini və praktiki həyata keçirilməsini
təmin edən texnika, texnologiya, materiallar üzrə
rəqabət
qabiliyyətli
konkret
obyektlərin
yaradılması; ölkənin elmi-texniki və ixrac
potensialının inkişafı.
Dövlətin elmi-texniki proqramı - ölkənin sosial-
iqtisadi
inkişafının
proqnozlaşdırılması
və
proqramları haqqında qanunlarına uyğun olaraq,
müəyyən dövr üçün (məsələn, beş illik)
hazırlanan,
sosial-iqtisadi
və
elmi-texniki
inkişafın məqsəd və vəzifələrini həyata keçirən
tədbirlər sisteminin tərkib hissəsidir.
Proqramların dövlət səviyyəsində seçilməsi üçün
aşağıdakı əsas şərtlərin mövcudluğu vacibdir:
proqramın və ona daxil olan layihələrin elmi və
texniki inkişafının prioritet istiqamətləri və
sadalanan texnologiyalarla uyğunluğu; həll olunan
problemin gözlənilən son nəticələrindən, onun
iqtisadiyyat, sosial sahə və ixracat ehtiyacları, elm
və texnikanın inkişafı üçün tələbatından irəli
gələn əhəmiyyəti; problemin, fəaliyyət göstərən
bazar mexanizmindən istifadə etməklə, qəbul
olunmuş dövr ərzində həll olunmasının qeyri-
mümkünlüyü və dövlət yardımının vacibliyi;
iqtisadiyyatın texnoloji qurumunda və istehsalın
səmərəliliyinin
yüksəldilməsində
struktur
mütənasibliyinə əhəmiyyətli təsir göstərməyə
qabil elmi-texniki nəticələrin prinsipial yeniliyi və
texnoloji tərəqqisi; nəticələrin tətbiq sahəsinin
miqyaslılığı; texnoloji əlaqədar sahələrin və
istehsalın sahələrarası əlaqələrinin qurulmasının
vacibliyi; qoyulmuş məsələlərin səmərəli həlli
üçün tədbirlər proqramı sisteminin kafiliyi
(tamlığı və qarşılıqlı uyğunluğu); problemin
həllinin, yaradılmış artıq məhsulun, kadrların,
maddi-texnoloji
bazanın
və
digər
vacib
ehtiyatların mövcudluğundan irəli gələn reallığı.
Dövlətin
elmi-texniki
proqramları
dövlət
sifarişçiləri ilə müsabiqə əsasında seçilən,
proqram
tədbirlərinin
icraçıları
arasında
bağlanılan müqaviləyə əsasən həyata keçirilir.
Statistikada dövlətin elmi-texniki proqramının
həyata keçirilməsi, dövlət məqsədli proqramları,
həmçinin elm və texnikanın inkişafının prioritet
istiqamətləri müşahidə çərçivəsində öyrənilir.
ELMĐ-TƏDQĐQAT
VƏ
TƏCRÜBƏ-
KONSTRUKTOR ĐŞLƏRĐNDƏ (ETTKĐ)
ĐŞLƏYƏNLƏRĐN SAYI
– bu göstərici
bilavasitə elmi-tədqiqat və təcrübə-konstruktor
işləri ilə məşğul olan, eyni zamanda bu işlərə
birbaşa xidməti təmin edən bütün şəxslərə
(məsələn, menecerlər, inzibatçılar və dəftərxana
işçilərə) aid edilir.
Dolayısı ilə xidməti təmin edən (məsələn, hətta
əmək haqları əlavə xərc kimi ümumi xərclərə
daxil edilən yeməkxana və mühafizə işçiləri)
şəxslərin sayı bu göstəriciyə daxil edilmir.
EMAL
– həyata keçirilmə vaxtı, yeni malların
alınması məqsədi ilə xammalın, yarımfabrikatların
xassəsini, tərkibini və ya formasını dəyişən, bəzi
məmulatların yaxşı saxlanılması, onlara müəyyən
xüsusiyyət verilməsi və ya onlardan istifadə
edilməsi zamanı zərərli təsirə məruz qalmasının
qarşısının alınması məqsədi ilə həyata keçirilən
prosesdir.
Məsələn,
kənd
təsərrüfatı
məhsullarının, ağac, metal və tullantıların emalını
misal göstərmək olar.
EMAL ƏMƏLĐYYATLARI
– quraşdırma,
yığılma, bərpa olunma, qaydaya salınma və başqa
mallara uyğunlaşdırılma da daxil olmaqla, malın
hazırlanması, emalı və təkrar emalı, təmiri, emal
məhsullarının istehsalına xidmət edən və ya
istehsalı asanlaşdıran bəzi mallardan tamamilə və
ya qismən istifadə edilməsidir.
163
EMAL SƏNAYESĐ
– sənayenin hasilat və
digər sahələrindən daxil olan xammal, material və
yarımfabrikatların, həmçinin kənd təsərrüfatı,
meşə və digər xammalların emalını həyata keçirən
sənaye müəssisələrinin məcmusudur. Đqtisadi
fəaliyyət növləri təsnifatına görə, bura qida
məhsullarının istehsalı, içki istehsalı, tütün
məmulatlarının istehsalı, toxuculuq sənayesi,
geyim istehsalı, dəri və dəridən məmulatların,
ayaqqabıların istehsalı, mebeldən başqa, ağacın
emalı və ağacdan məmulatların və tıxacın
istehsalı; hopdurma və hörmə materialların
istehsalı, kağız və karton istehsalı, poliqrafiya
fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara
çoxaldılması,
koks
və
təmizlənmiş
neft
məhsullarının istehsalı, kimya sənayesi, əczaçılıq
məhsullarının
istehsalı,
rezin
və
plastmas
məmulatların istehsalı, digər qeyri-metal mineral
məhsulların istehsalı, metallurgiya sənayesi,
maşın və avadanlıqlardan başqa, hazır metal
məmulatlarının istehsalı, kompüter, elektron və
optik
məhsulların
istehsalı,
elektrik
avadanlıqlarının istehsalı, maşın və avadanlıqların
istehsalı, avtomobil, qoşqu və yarımqoşquların
istehsalı, sair nəqliyyat vasitələrinin istehsalı,
mebellərin istehsalı, sair sənaye məhsullarının
istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti
daxil edilir.
EMĐQRASĐYA
(lat.
emigro
–
çıxıram,
gedirəm) – 1) daimi, yaxud müvəqqəti (uzun
müddətə) yaşamaq üçün başqa ölkəyə (könüllü,
yaxud məcburi, özbaşına və mütəşəkkil), bir çox
hallarda vətəndaşlığı dəyişdirməklə köçmələrdir
(“Beynəlxalq miqrasiya”ya bax). Emiqrasiyanın
səbəbləri sosial-iqtisadi amillər (işsizlik, yaşadığı
yerlərdə gəlirlərin və həyat səviyyəsinin aşağı
olması, köçdüyü yerdə daha yaxşı şəraitin olması
və s.), həmçinin siyasi, hərbi (müharibələr,
münaqişələr, yeni dövlətlərin yaranması, dövlət
sərhədlərinin dəyişdirilməsi), milli (etnik), dini və
s. amillərdir. XX əsrin ikinci yarısında dünyanın
bir sıra ölkələri və regionlarında (Orta və Yaxın
Şərq, Hindistan, Pakistan, Yuqoslaviya, Şimali və
Cənubi Qafqaz, Tacikistan və s.) hərbi, milli və
dini münaqişələr əhalini kütləvi qaçmağa məcbur
etdi. Emiqrasiya əhalinin demoqrafik, milli,
konfessional və ümumi sayını nəzərəçarpacaq
dərəcədə dəyişdirə bilər (hətta onun mütləq
azalmasınadək).
2) Hər hansı bir ölkədə yaşayan emiqrantların
məcmusu
(məsələn,
Fransada
–
rusların,
Argentinada – italyanların emiqrasiyası və s.).
EMĐSSĐYA
– maliyyələşdirmə üçün istifadə
olunan ödəniş vəsaiti və sənədlərinin yaradılması
və dövriyyəyə daxil edilməsidir. Emissiyanı qısa
mənada, bank sistemi və maliyyə institutları,
başlıca olaraq, mərkəzi (milli) bank, dövlət
xəzinədarı (Maliyyə Nazirliyi) və digər banklar ilə
valyuta yaradılması adlandırırlar.
EMĐTENT
– qiymətli kağızları dövriyyəyə
buraxan hüquqi şəxsdir. Öz adından onlara görə
alıcılar və sahibkarlar qarşısında cavabdehlik
daşıyır. Emitentlər dövlət – mərkəzi hökumət,
bələdiyyə orqanları; dövlət tərəfindən himayəsi
olan idarələr və təşkilatlar; xüsusi müəssisələr və
təşkilatlar; ölkənin qeyri-rezidentləri; istehsal və
maliyyə səhmdar institusional vahidlər ola
bilərlər.
EMPĐRĐK ELASTĐKLĐK ƏMSALI
–
sosial-iqtisadi amillərin, hər şeydən əvvəl qiymət
və gəlirlərin dəyişməsinə tələb və təklifin
reaksiyasının ölçüsüdür. Empirik elastiklik əmsalı
amil əlamətinin 1% artması nəticəsində tələbin
(təklifin) faizlə dəyişməsini əks etdirir. O,
A.Marşall tərəfindən təklif edilmiş düsturla
hesablanır:
y
x
x
y
E
⋅
∆
∆
=
burada y - tələb; x – amil əlaməti;
∆
-artım
işarəsidir.
Çox vaxt cari dövrdə artım bazis dövrü ilə
müqayisədə müəyyənləşdirilir; bu zaman empirik
elastiklik əmsalı nəticə və amil əlamətlərinin
artım templərinin nisbətinə uyğun gəlir:
x
y
ar
T
ar
T
x
y
x
x
y
y
E
.
.
.
0
0
0
1
0
1
÷
=
÷
−
−
=
burada: y
0
və x
0
baza dövrünün tələb və amil
əlamətləri; y
1
və x
1
cari dövrün tələb və amil
əlamətləri; T.ar.
y
,
T.ar.
x
– tələb və amil
əlamətlərinin artım tempidir.
ENDOGEN DƏYĐŞƏN
– öyrənilən obyektin
daxili strukturundan asılı olan dəyişəndir.
Ekzogen dəyişənindən fərqli olaraq, endogen
dəyişəninin təsiri modellə müəyyənləşdirilir.
ENERGETĐKA AVADANLIĞI
– enerjinin
yaranması üçün nəzərdə tutulmuş energetika
təsərrüfatının bir hissəsidir: buxar qazanları, bütün
mühərrik növləri, elektrik generatorları, elektrik
cihazları, qızdırıcı qurğular, güc transformatorları
və dəyişdiriciləri.
164
ENERJĐ
ĐLƏ
TƏCHĐZ
OLUNMA
ƏMSALI
– orta hesabla bir işçiyə və ya bir işçi
tərəfindən işlənmiş adam-günə (adam-saata)
düşən mexaniki və elektrik enerjisinin miqdar
göstəricisidir. Potensial enerji ilə təchiz olunma
əmsalı mexaniki ötürücü, elektrik mühərrikləri və
elektrik aparatlarının gücünün cəmi daha çoxsaylı
növbədə
işləyənlərin
sayına
bölünməklə
hesablanır. Faktiki enerji ilə təchiz olunma əmsalı
istehsal prosesində istehlak olunan elektrik və
mexaniki enerjinin cəminin işçilərin orta siyahı
sayına və yaxud onlar tərəfindən işlənmiş adam-
günlərin
(adam-saatların)
ümumi
miqdarına
bölünməsi ilə hesablanır.
ENERJĐ MƏHSULLARININ ALINMASI
(dəyər ifadəsində) – hesabat dövrü ərzində alınan
və ancaq yanacaq kimi istifadə edilməsi nəzərdə
tutulan enerji məhsullarını əks etdirir.
Xammal kimi və ya yenidən satılmaq üçün
alınmış enerji məhsulları buraya aid edilmir.
Məlumatlar yalnız dəyər ifadəsində verilir.
ENERJĐ TUTUMU
- müəyyən ərazidə
(ölkədə) istehlak olunmuş enerjinin həmin ərazidə
(ölkədə) istehsal olunmuş ümumi daxili məhsula
nisbətidir və inkişafın sabitliyini xarakterizə edən
göstəricilərdən hesab olunur. Göstərici son
istehlak, həmçinin ümumi istehlak əsasında eyni
şərti ölçü vahidinə - neft ekvivalenti tonuna
çevrilməklə hesablanır, ümumi daxili məhsul isə
faktiki qiymətlərlə götürülür.
ENGEL ƏYRĐSĐ
– d tələbinin, iki - p
dəyişənindən və m gəlirindən asılılığını əks
etdirən əyridir: d=f(m, p). Əgər ehtimal edilsə ki,
qiymətlər daimidir (dəyişməzdir), (məsələn,
p=p
1
), onda bu qiymət üçün d=f(m, p
1
) tələbi m
gəlirinin funksiyası hesab edilir.
Əgər nəzərə alınsa ki, gəlir daimidir, məsələn,
m=m
1
, onda bu gəlir üçün d=f(m
1
,p) tələbi p
qiymətinin funksiyası hesab edilir. Verilmiş
qiymətdə tələbin gəlirdən asılılığını əks etdirən p
1
,
p
2
, ..., p
n
daimi qiymətləri üçün “tələb–gəlir”
əyrisi və m
1
, m
2
,...,m
n
daimi gəlirlərində tələbin
qiymətlərdən asılılığını əks etdirən “tələb-qiymət”
əyrisi statistik Ernest Engelin (1821-1896)
şərəfinə Engel əyrisi adını almışdır.
ENGEL
QANUNU
–
alınan
nemətləri
qiymətlər sabit qaldıqda ailənin gəlirlərinin artıb
və ya azalmasından asılı olaraq, ailələrin
xərclərinin
strukturunun
dəyişməsi
qanunauyğunluğudur (ilk dəfə XIX əsrdə prussiya
statistiki E.Engel tərəfindən formalaşdırılmışdır).
Engel qanununa uyğun olaraq, gəlir artdıqca aşağı
keyfiyyətli və ucuz nemətlərə olan tələb azalır və
yığım artaraq daha bahalı, yüksək keyfiyyətli
nemətlərin istehlakı çoxalır.
ENĐNƏ TƏHLĐL
(şərti nəsil və ipotetik nəsil
metodları) – demoqrafik proseslərin öyrənilmə
üsuludur, qısa təqvim dövrü (adətən 1–2 il üçün)
üçün hər hansı demoqrafik vəziyyətlərin uzunluq
intervalları üzrə alınmış demoqrafik hadisələrin
tezlik göstəricilərinin koqortanın (nəslin) ömrü
boyu belə hadisələrin ardıcıl tezlikləri dəsti kimi,
interpretasiyasına əsaslanır. Əhalidə istənilən anda
həmin vəziyyətin (məsələn, hər yaş intervalında)
hər uzunluğu intervalında olan insanların olması
sayəsində və həmin ildə onların bir hissəsində hər
intervalda
həmin
növ
demoqrafik
hadisə
(məsələn, uşaqlar doğulur) baş verir, bu dövr üçün
hesablanmış demoqrafik hadisələrin intervallar
üzrə tezlik göstəriciləri həmin vəziyyətin uzunluq
kəmiyyətlərinin tam dəstini (məsələn, qadınların
reproduktiv dövrünün birinci ilindən son ilinədək
yaşlar üzrə doğum əmsalları) əhatə edir. Eninə
təhlildə
həmin
demoqrafik
vəziyyətin
uzunluğunun belə ardıcıl kəmiyyətləri üçün sıraya
müəyyən xəyali hipotetik nəsli xarakterizə edən
sıra kimi baxılır. Qrafik təsvirdə bu, demoqrafik
cədvəldə hadisələr məcmusunun ömür xəttinin
eninə keçən təsvirinə uyğundur, buradan da
metodun adı verilib.
Eninə təhlilin ən yayılmış üsulu demoqrafik təsvir
və təhlildir. Verilmiş təqvim dövrü (il) üçün dərc
olunan xüsusi demoqrafik xarakteristikaların
əksəriyyəti – doğum, ölüm, nikah yaş əmsallarının
sıraları,
həmçinin
demoqrafik
cədvəllərin
göstəriciləri və ümumiləşdirilmiş demoqrafik
göstəricilər (ümumi nəsilvermə əmsalı, gələcək
ömrün gözlənilən uzunluğu, əhalinin təkrar
istehsalının brutto və netto-əmsalları) – adətən
real nəsil üçün deyil, hipotetik nəsil üçün
göstəricilərdir. Onlar demoqrafik proseslərin
müasir vəziyyəti haqda təsəvvür yaradır və yalnız
stabil əhalidə real nəsillərin müvafiq göstəriciləri
ilə üst-üstə düşür.
ETĐBARLILIQ (QUDVĐLL)
– müəssisənin
qiymətləndirilə və balansın ayrıca maddəsinə
salına bilinməyən kapital aktivini özündə əks
etdirir.
Müəssisənin
ticarət
potensialının
saxlanması və inkişafına (müştərilər, müəssisənin
adı, əmtəə nişanının nüfuzu, şəkillər və modellər,
bazardakı pay, satış şəbəkəsi, müştərilərin faylları
və s.) imkan yaradır.
ETĐBARLILIQ
HƏDDĐ
–
interval
qiymətləndirilməsinin
həddidir
(etibarlılıq
intervalının sonudur).
165
ETĐBARNAMƏ
– təqdim edənin (etibar
olunanın) digər şəxsin (etibar edənin) adından
sövdələşmələri və ya qanunauyğun fəaliyyətləri
həyata
keçirmək
üçün
səlahiyyətləri qeyd
olunmuş sənəddir. Etibarnamə - etibar edilən
şəxsin səlahiyyətlərinin tərkibini və hüdudlarını
müəyyən
edən
birtərəfli
sövdələşmədir.
Etibarnamə etibar edilən şəxs üçün bilavasitə
vəzifə və hüquqlar yaradır.
Etibarnamənin üç növü fərqləndirilir: hər hansı
konkret bir fəaliyyətin yerinə yetirilməsi üçün
birdəfəlik
etibarnamə;
hər
hansı
birtərəfli
fəaliyyətin yerinə yetirilməsi üçün xüsusi
etibarnamə; etibar edənin əmlakının idarə
edilməsi, müqavilələrin bağlanması, məhkəmə və
arbitrajlarda çıxış edilməsi və s. üçün ümumi və
ya baş etibarnamə. Aşağıdakıları misal kimi
göstərmək olar: maddi qiymətlilərin, pul
vəsaitlərinin, sənədlərin bir dəfə alınması üçün
etibarnamə; müəssisə üçün ənənəvi olan (ümumi
etibarnamədən fərqli olaraq, burada verilən
səlahiyyətlər qanunla məhdudlaşdırılır), daimi
sövdələşmələrin aparılmasına hüquq verən, ticarət
əməliyyatlarının aparılması üçün etibarnamə;
əmanət banklarında olan əmanətlərin hamısının və
ya müəyyən bir hissəsinin (birdəfəlik və ya üç
illik verilə bilər) alınması üçün digər şəxsə hüquq
verən əmanətçinin sərəncamı olan - əmanət üzrə
etibarnamə; səhmdarın hüquq etibarnaməsi –
səhmdarın öz rəsmi səlahiyyətlərini onun adından
fəaliyyət göstərən şəxsə verməsidir.
Etibarnamə nümunəvi formada olan blankla
rəsmiləşdirilir. Onda göstərilməsi vacib sayılan
məlumatlar
aşağıdakılar
hesab
olunur:
müəssisənin adı; onun bank rekvizitləri (bankın
adı, hesablaşma hesabının nömrəsi, yerləşdiyi
yer); etibarnamənin fəaliyyət müddəti; qiymətli
şeylərin alınmasının kimə etibar edilməsi və
kimdən alınması (və ya fəaliyyətin harada və kim
tərəfindən yerinə yetirilməsi); etibarnaməni alan
şəxsin imzası; müəssisə rəhbərinin və baş
mühasibinin möhürlə təsdiqlənmiş imzaları.
ETNĐK MĐQRASĐYALAR
– müəyyən etnik
(milli) mənsubiyyətə malik insanların iştirak
etdiyi əhali miqrasiyalarıdır. Beynəlxalq miqyasda
miqrasiya edənlərin tərkibinin belə seçilməsi bir
milli ölkədən köçürülmələr zamanı (məsələn,
portuqalların Braziliyaya miqrasiyası) özünü
göstərir; bundan əlavə, beynəlxalq və daxili
miqrasiyalarda seçim ölkənin müxtəlif sahələrində
yaşayan xalqların (məsələn, rusların Sibirə
köçürülməsi) qeyri-bərabər sosial-iqtisadi və
mədəni inkişafı; milli əsarət və ya qeyri-
bərabərsizlik, ayrı-ayrı xalqlar arasında hərbi
toqquşmalar, dini təqib (din etnik mənsubiyyətlə
üst-üstə düşür) və s. ilə şərtləşə bilər. Uzaq
məsafəyə, xarici dilli mühitə etnik miqrasiyalar
insanların əsas etnik özəkdən ayrılmasına gətirib
çıxarır, digər xalqlarla qarışmağa, onlar arasında
əlaqələrin güclənməsinə və etnik proseslərin
inkişafına səbəb olur.
ETNĐK
STATĐSTĐKA
–
demoqrafiya
statistikasının bir bölməsidir, ona əhalinin etnik
(milli) tərkibi haqda məlumatların toplanması və
işlənməsi daxildir. Əhalinin siyahıyaalınmasından
əldə olunan məlumatlar etnik statistika üçün əsas
bazadır.
Onların
sorğu
vərəqəsinə
etnik
mənsubiyyət, yaxud milliyyət haqda sual, etnik
mənşəyi, bir valideyn, yaxud hər iki valideyn üzrə
sual, həmçinin ana dili haqda sual daxil edilir.
Əhalinin
xüsusi
müşahidələri,
cari
uçotu
materialları da etnik statistika üçün mühüm rol
oynayır. Bəzən etnik statistikaya sözün geniş
mənasında etnosun xarakteristikası ilə sıx bağlı
olan dil, din və irqi statistika daxil edilir.
EV TƏSƏRRÜFATI
– sosial-iqtisadi özəkdir;
insanları birgə məişətin təşkili: ümumi ev
təsərrüfatının aparılması, birgə yaşaması və s.
zamanı yaranan münasibətlərlə birləşdirir. Başqa
sözlə, bir evdə yaşayan, bütün gəlirlərini və
qiymətlilərini (və ya onların bir hissəsini)
birləşdirən, əmtəə və xidmətlərə; əsas etibarilə
yaşayış
və
ərzaqlara
olan
tələbatlarının
ödənilməsinə çəkilən xərcləri birlikdə həyata
keçirən şəxslər qrupudur (və ya tək şəxsdir) və
iqtisadi fəaliyyətin üç əsas subyektlərindən
(dövlət, müəssisə, ev təsərrüfatı) biridir. Adət-
ənənədən, dini, tarixi və digər sosial-iqtisadi
amillərdən asılı olaraq, ev təsərrüfatı istənilən
forma və ölçüyə malik ola bilər. Uzun müddət
ərzində müxtəlif müəssisələrdə (xəstəxanalarda,
həbsxanalarda, qocalar evlərində) yaşayan və
təsərrüfat müstəqilliyinə malik olmayan şəxslər ev
təsərrüfatlarına deyil, digər müvafiq institusional
vahidlərə aid edilirlər. Eyni zamanda, oxşar
müəssisələrdə
qısa
müddətdə
yerləşdirilmiş
şəxslərə, adətən, onların aid olduqları ev
təsərrüfatlarının üzvləri kimi baxılır. Ailədən
fərqli olaraq, bir ev təsərrüfatı üzvləri arasında
qohumluq münasibətləri, yaxud xassələri mütləq
deyil:
onların
arasında
pensiyaçılar,
ev
qulluqçuları və başqaları, həmçinin müstəqil
yaşayan bir nəfər ola bilər. Şəxslər qrupu kimi ev
təsərrüfatını iqtisadi fəaliyyəti növü üzrə ev
təsərrüfatı fəaliyyətindən fərqləndirmək lazımdır.
Azərbaycanda yalnız 1999-cu ildə keçirilən əhali
siyahıyaalınmasında ilk dəfə olaraq BMT-nin
tövsiyələrinə
uyğun
olan
ev
təsərrüfatları
kateqoriyası nəzərə alınmışdır.
Ev təsərrüfatının izahı konkret sosial-iqtisadi
şəraitdən asılıdır və ölkələr üzrə fərqlənir. BMT
166
tövsiyələrinə görə, əhalinin siyahıyaalınması üçün
ev təsərrüfatı anlayışı məişət tərzinə əsaslanır,
onun çərçivəsində ayrı-ayrı şəxslər, yaxud şəxslər
qrupu özünü həyatı üçün lazım olan yeməklə və
hər şeylə təmin edir. Ev təsərrüfatı bir, yaxud öz
gəlirlərini birləşdirib birgə təsərrüfat kimi bir neçə
şəxslərdən, həm qohum olan, həm də olmayan,
yaxud onlardan və başqalarından ibarət ola bilər.
Beləliklə, ev təsərrüfatına istehlak özəyi kimi
baxılır, istehsal fəaliyyətinin elementləri isə yalnız
o dərəcədə nəzərə alınır ki, ev təsərrüfatı özünün
ehtiyaclarını ödəmək üçün lazım olsun. Bu
mənada ev təsərrüfatı bir və ya bir neçə ailədən
ibarət ola bilər. Ölkələrin əksəriyyəti BMT izahını
qəbul etsələr də, fərqli mövqelər də mövcuddur:
bir halda ön plana birgə yaşama, digərlərində –
birgə qidalanma çıxarılır. ABŞ, Đsveç, Đsveçrə və
bir sıra başqa ölkələrdə ayrıca yaşayış sahəsi tutan
şəxs, yaxud şəxslər qrupu ev təsərrüfatı sayılır.
Məskunlaşdığı yerlər müxtəlif olduğu üçün, belə
izah aydın olmur. Adətən, ev təsərrüfatı bir, yaxud
çox mənzilli evlərdə yerləşir, lakin düşərgələrdə
çadır, mehmanxanalarda otaq, idarə binalarında
xidməti
otaqlar
və
s.
ola
bilər,
yaxud
ümumiyyətlə, məskunlaşmaq üçün yeri olmaya
bilər; bəzi mürəkkəb ailədən ibarət olan ev
təsərrüfatı bir başçı altında birləşməsinə və
ümumi yemək qazanından istifadə olunmasına
baxmayaraq, onlar ayrı-ayrılıqda yaşayış sahəsinə
malik ola bilərlər. Keçmiş SSRĐ-də əhalinin
siyahıyaalınması zamanı ev təsərrüfatına yaxın
olan ailə kateqoriyası tətbiq olunurdu; ev
təsərrüfatından fərqli olaraq, ailənin tərkibinə
qohumluqla, yaxud xüsusiyyəti ilə bağlı olmayan
şəxslər daxil edilirdi. Lakin yalnız iki və daha çox
insandan ibarət olan şəxslər qrupu ailə sayılırdı.
Ev təsərrüfatının izahındakı fərqlər müxtəlif
ölkələr
üzrə
məlumatların
müqayisəsini
çətinləşdirir. Müqayisə o vaxt asanlaşır ki, ev
təsərrüfatına daxil olan adamların qohumluq və
iqtisadi münasibətlərinin xarakterinə görə onun
tərkibi məlum olsun. Đnkişaf etmiş ölkələrin
əksəriyyətində ev təsərrüfatının böyük hissəsi bir
ailədən ibarət olur və tərkibində qohum
olmayanlar yoxdur.
Qrup ev təsərrüfatları xüsusi bir kateqoriya təşkil
edirlər, yəni qohumluqla bağlı olmayan, lakin
yataqxana tipli yaşayış sahələrində birgə yaşayan
insanlar qrupudur (məsələn, kazarmalar, xroniki
xəstələr üçün xəstəxanalar və s.). Keçmiş Sovet
Đttifaqında keçirilmiş əhali siyahıyaalınmalarında
belə adamlar tək, yaxud əvvəllər tərkibinə daxil
olan
ailə
ilə
müntəzəm
maddi
əlaqə
saxlamağından asılı olaraq, ailənin ayrıca yaşayan
üzvü hesab olunurdu.
Demoqrafiyada
qohumluqla
bağlı
olmayan
şəxslərin daxil olmadığı ailə ev təsərrüfatı, yəni
praktiki olaraq bir kiçik qrup kimi ailə öyrənilmə
obyektidir.
Tədqiqat obyekti kimi, demoqrafiyada ailə ev
təsərrüfatı götürülür ki, burada da qohumluq
əlaqələri olmayanlar ailəyə daxil edilmir, yəni
ailəyə kiçik qrup kimi baxılır. Şəxslər qrupu kimi
ev təsərrüfatlarını iqtisadi fəaliyyət növü kimi ev
təsərrüfatından fərqləndirmək lazımdır.
Dostları ilə paylaş: |