ELM VƏ TEXNĐKANIN ĐNKĐŞAFININ
PRĐORĐTET (ÜSTÜN) ĐSTĐQAMƏTLƏRĐ
- elm və texnikanın, sosial-iqtisadi və elmi-texniki
inkişafın cari və perspektiv məqsədlərinə nail
olmaq üçün birinci dərəcəli əhəmiyyət kəsb edən
tematik sahələridir. Onlar növbədə milli sosial-
iqtisadi prioritetlərin, siyasi, ekoloji və s. amillərin
təsiri altında formalaşırlar; inkişaf surətinin
intensivliyi ilə, əmək, material və maliyyə
ehtiyatlarının daha yüksək təmərküzləşməsi ilə
fərqlənirlər. Elm və texnikanın inkişafının
miqyasından asılı olaraq, qlobal (ümumdünya),
beynəlxalq (bir sıra ölkələr üçün) və milli (ayrı-
ayrı
dövlətlər
çərçivəsində)
prioritetlər
fərqlənirlər.
Prioritetlərin seçilməsi və onların əsasında
konkret tədqiqat və işlərə və ayrı-ayrı elmi
təşkilatlara (selektiv) seçmə qaydada kömək
göstərilməsi dövlətin elmi-texniki siyasətinin əsas
elementi hesab edilir. Elm və texnikanın
inkişafının prioritet istiqamətləri iqtisadiyyatın
texnoloji bazisində əsaslı dəyişmələrə səbəb olan
texnologiyaların yaradılması, mənimsənilməsi və
yayılması üzrə, fundamental tədqiqatların inkişafı,
sosial
proqramların
elmi-texniki
təminatı,
beynəlxalq əməkdaşlıq üzrə iri sahələrarası
layihələr şəklində reallaşdırılır. Elm və texnikanın
inkişafının prioritet istiqamətləri sahələrarası
xarakter daşıyan, elm və texnikanın bir çox
sahələrinin inkişafı üçün əsaslı zəmin yaradan,
göstərilən istiqamətlərin reallaşdırılmasının əsas
problemlərinin həllini təmin edən ağır (çətin)
texnologiyaların siyahısında təfsilatı ilə göstərilir.
Ağır
(kritik)
texnologiyalar
seçilərkən,
məhsulların və xidmətlərin rəqabət qabiliyyətinə,
ömrünün
uzunluğuna,
ekoloji
şəraitin
yaxşılaşmasına və s. onların təsiri nəzərə alınır.
ELMĐ (fəaliyyət) BÖLMƏLƏR
– elmi iş və
tədqiqatları həyata keçirən təşkilatları birləşdirən
və əsas funksiyaların və göstərilən xidmətlərin,
maliyyə mənbələrinin, hüquqi statusun oxşarlığını
xarakterizə edən təsnifləşdirmə
qrupudur (“Elmi
təşkilat”a
bax).
Elmi
təşkilatların
strukturlaşdırılmasına belə yanaşma Fraskati
Dərsliyində tövsiyə edilmişdir. Məqsəd elmi-
texniki fəaliyyəti həyata keçirən və təmin etdikləri
ictimai tələblər qruplarına əsaslanan iqtisadi
sahələrin eyniləşdirilməsidir.
Bu zaman MHS-də
qəbul olunmuş təsnifatla müqayisəliliyə xüsusi
diqqət verilir ki, bu da elmi iş və tədqiqatların
göstəricilərini,
digər
statistik
məlumatlarla
müqayisə etməyə və elmin ölkə iqtisadiyyatında
156
birbaşa və ya dolayısı ilə yerini və iqtisadi artımda
iştirakını qiymətləndirməyə imkan verir.
Ölkə
elminin
inkişafında
on
illər
boyu
dəyişmədən elm bölməsinin təsnifatı tətbiq
olunmuşdur ki, onun da əsasında elmi təşkilatların
idarə tabeçiliyinin əlamətləri qoyulmuşdur. Ona
akademiya, ali məktəb, sahə və zavod əlamətləri
daxil idi. MHS-yə keçid, elm və innovasiya
statistikasının
beynəlxalq
standartlara
adaptasiyası,
elmin
müasir
şəraitdə
və
perspektivdə
inkişaf
istiqamətlərinin
uçota
alınması elm bölməsinin təsnifatına, elmi iş və
tədqiqatların
yerinə
yetirilməsinin
statistik
müşahidəsinə yenidən baxılmasını tələb etdi.
Hazırda Azərbaycanda elm bölməsi dövlət,
sahibkar, universitet (ali təhsil) və xüsusi gəlirsiz
bölmələrə ayrılır.
ELMĐ ĐŞÇĐLƏRĐN ĐXTĐSASLARININ
NOMENKLATURASI
(SĐYAHISI)
–
Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi
kadrların – elmlər namizədləri və elmlər
doktorlarının
hazırlanması
və
attestasiyası
sferasında tətbiq edilən elm sahələrinin və elmi
ixtisasların
siyahısıdır.
Azərbaycan
Respublikasının
Prezidenti
yanında
Ali
Attestasiya Komissiyasının 24 oktyabr 2003-cü il
tarixli (protokol №14) qərarı ilə təsdiq edilmiş
Azərbaycan Respublikasında Elmi və Elmi-
Pedaqoji işçilərə alimlik dərəcələri verilməsi üzrə
hazırkı nomenklaturaya 25 elmi sahə daxildir:
fizika-riyaziyyat, kimya, biologiya, geologiya-
mineralogiya, texniki, kənd təsərrüfatı, tarix,
iqtisadi, fəlsəfə, filologiya, coğrafiya, hüquq,
pedaqoji, tibbi, əczaçılıq, baytarlıq, sənətşünaslıq,
arxitektura, psixologiya, hərbi, sosiologiya, siyasi
və mədəniyyət. Ümumilikdə, elm sahələri 334
elmi ixtisası əhatə edən ixtisas qruplarına
(riyaziyyat,
mexanika,
astronomiya,
fizika,
maşınqayırma, maşınşünaslıq və s.) bölünür. Elmi
işçilərin
ixtisaslarının
nomenklaturasından
aspirant
və
doktorantların,
həmçinin
tədqiqatçıların sayının statistik müşahidəsi zamanı
istifadə olunur.
ELMĐ
KADRLARIN
MOBĐLLĐYĐ
(HƏRƏKƏTĐ, ÇEVĐKLĐYĐ)
- alimlərin
ixtisaslaşmasının, tədqiqat obyektinin, iş və
yaşayış yerlərinin dəyişməsinə uyğunlaşması
qabiliyyətidir. Elmi kadrların mobilliyi yeni elmi
istiqamətlərin
inkişaf
perspektivlərini
müəyyənləşdirir,
müxtəlif
bilik
sahələrinin
inteqrasiyasının
gücləndirilməsinə,
ictimai
tələbatın daha dolğun ödənilməsinə imkan
yaradır. Đqtisadi artım şəraitində o, elm və texnika
bölməsində ölkənin nailiyyətlərini təmin edən
həlledici
amil
kimi
qiymətləndirilir.
Elmi
kadrların mobilliyinin müxtəlif aspektləri əhalinin
siyahıyaalınmalarında (peşənin, iş və yaşayış
yerlərinin dəyişməsi), alimlərin müayinələrində
(ixtisaslarının artırılması, ikinci məşğulluq), elmi-
texniki
kadr
bazarının
təhlili
və
proqnozlaşdırılmasında (elm və iqtisadiyyatın
digər bölmələri arasında kadr mübadiləsi,
kadrların peşəkarlıq strukturunun dinamikası,
alimlərin emiqrasiyası və s.) statistik təhlilin
obyekti olmalıdır. Elmi kadrların mobilliyinin
öyrənilməsi
onların
tərkibinin
dəyişməsi
perspektivlərinin
qiymətləndirilməsinə,
elmi
kadrların
hazırlanması
istiqamətlərinin
dəqiqləşdirilməsinə, onların bölüşdürülməsi üzrə
tədbirlərin həyata keçirilməsinə imkan verir.
ELMĐ TƏCRÜBƏ BAZALARI
– təcrübə,
eksperimental işləri yerinə yetirən təcrübə
istehsalatlarının cəmidir. Elmi təcrübə bazaları
ölkənin elmi potensialının tərkib hissəsi hesab
edilir, onun vəziyyəti və ondan istifadə innovasiya
prosesinin
fasiləsizliyinin
təmin
olunması
məqsədilə elmi tədqiqatların və işləmələrin
nəticələrinin
təcrübədə
yoxlanması
həyata
keçirilir. Elmi təcrübə bazaları özündə təcrübə,
eksperimental işlərinin aparılması üçün nəzərdə
tutulmuş əmək və maddi-texniki ehtiyatları
birləşdirir. Təcrübə istehsalatı müxtəlif təşkilati
formalarda (tiplərdə) ola bilər – zavod, sex,
emalatxana, təcrübə-eksperimental bölmə, təcrübə
stansiyası və s.; təsərrüfat sərbəstliyinin müxtəlif
səviyyəsində – elmi təşkilatların balansında ola
bilər və yaxud sərbəst balansa malik ola bilər.
Sərbəst balansda olan təcrübə müəssisələrinin
sırasına,
kənara
sənaye
məhsulu
buraxıb-
buraxmamasından
asılı
olmayaraq,
elmi
təşkilatların tabeliyində olan bütün istehsalatlar
daxildir.
Statistika
təcrübə,
eksperimental
işlərin,
məhsulların seriyalı istehsalının, elmi təşkilatların
təcrübə bazalarının təmiri və avadanlıqlara xidmət
üzrə yerinə yetirilmiş işlərin və s. həcmi daxil
edilməklə, təcrübə bazasının yerinə yetirdiyi
işlərin (istehsal olunmuş məhsulların) ümumi
həcmini nəzərə alır. Elmi təcrübə bazalarının əsas
təyinatı, yəni elmi tədqiqat və işləmələr məqsədi
üzrə onun ümumiləşdirici istifadə göstəricisi
təcrübə istehsalı işinin ümumi həcmində təcrübə,
eksperimental işlərinin xüsusi çəkisi hesab edilir.
ELMĐ TƏDQĐQAT VƏ ĐŞLƏMƏLƏRĐN
YERĐNƏ YETĐRĐLMƏSĐNƏ ÇƏKĐLƏN
DAXĐLĐ XƏRCLƏR
– hesabat verən təşkilatın
öz qüvvələri ilə elmi tədqiqat və işləmələrin
yerinə yetirilməsinə çəkilən xərclərdir. Daxili
xərclərin tərkibinə cari və əsaslı xərclər aiddir.
157
Daxili cari xərclər – bütün növ kompensasiyalar,
əlavələr, məzuniyyətə əlavə ödəmələr və sosial
güzəştlər daxil olmaqla, siyahı tərkibində olan
işçilərin də (mühasibatlığın, kadr xidmətlərinin,
maddi-texniki təchizat bölmələrinin və s.)
əməyinin
ödənilməsi
xərcləridir.
Əməyin
ödənilməsi
xərclərinin
tərkibinə
əvəzçilərin
əməyinin ödənilməsi də daxil edilir.
Əsaslı xərclər –
binaların tikintisinə və
alınmasına, irimiqyaslı yenidənqurmanın həyata
keçirilməsinə, elmi tədqiqat və işləmələrin yerinə
yetirilməsi
üçün
ayrılmış
binaların
modernləşdirilməsinə və təmirinə; əsas fondların
tərkibinə daxil edilən avadanlıqların alınmasına,
elmi tədqiqat və işləmələrin yerinə yetirilməsi
üçün torpaq sahələrinin alınmasına çəkilən
xərcləri əhatə edir.
ELMĐ TƏDQĐQAT VƏ ĐŞLƏMƏLƏRLƏ
MƏŞĞUL OLAN HEYƏT
- ardıcıl olaraq
həyata keçirdiyi yaradıcılıq fəaliyyətini elmi
biliklərin artırılmasına, bu biliklərin yeni tətbiq
sahələrinin axtarılmasına yönəldilmiş, eləcə də
tədqiqat və işləmələrin yerinə yetirilməsi ilə
əlaqədar olan xidmətlərin bilavasitə göstərilməsi
ilə
məşğul
olan
şəxslərin
məcmusudur.
Statistikada tədqiqat və işləmələr ilə məşğul olan
heyət tədqiqat və işləmələri yerinə yetirən
təşkilatların
(ali
məktəblərin,
sənaye
müəssisələrinin və sair müvafiq bölmələrin)
işçilərinin siyahı sayı kimi nəzərə alınır.
Tədqiqat və işləmələrlə məşğul olan heyət dörd
kateqoriyaya ayrılır: tədqiqatçılar, texniklər,
köməkçi heyət və sair heyət.
Tədqiqatçılar – elmi tədqiqat və işləmələrlə
peşəkarcasına məşğul olan və yeni biliklərin,
məhsulların,
proseslərin,
metodların
və
sistemlərin
yaradılmasını
bilavasitə
həyata
keçirən, eləcə də göstərilən fəaliyyət növlərinin
idarə edilməsini təmin edən işçilərdir. Mütəxəssis-
tədqiqatçılar, adətən ali peşə təhsilinə malik
olurlar.
Texniklər – bir qayda olaraq, tədqiqatçıların
rəhbərliyi
altında
texniki
vəzifələri
(elmi
cihazların, laboratoriya avadanlığının, hesablama
texnikasının
istismarı
və
onlara
xidmət
göstərilməsi,
materialların,
çertyojların
hazırlanması, eksperimentlərin, sınaqların və
təhlillərin aparılması və s.) yerinə yetirməklə elmi
tədqiqat və işləmələrin həyata keçirilməsində
iştirak edən işçilərdir.
Köməkçi heyət – tədqiqat və işləmələrin həyata
keçirilməsi ilə əlaqədar olan köməkçi vəzifələri
yerinə yetirən: plan-iqtisad, maliyyə bölmələrinin,
elmi-texniki informasiya bölmələrinin, elmi-
texniki
kitabxanaların,
patent
xidmətlərinin
işçilərini, eləcə də elmi avadanlığın və cihazların
qurulmasını, sazlanmasını, təmirini və onlara
xidmət göstərilməsini həyata keçirən işçiləri əhatə
edir.
Sair işçilər – təsərrüfat xidməti üzrə işçilər və
bütünlükdə təşkilatın fəaliyyəti ilə əlaqədar
ümumi xarakterli vəzifələri yerinə yetirən işçilərə
aid edilir. Bu işçilərə mühasibat, kadr xidməti,
dəftərxana, maddi texniki təminat və s. ümumi
xarakterli vəzifələri yerinə yetirən işçilər daxil
edilir.
Statistika elmi işlər və tədqiqatlarla məşğul
heyətin
sayını
heyətin
kateqoriyası,
təhsil
səviyyəsi (ali, o cümlədən elmlər doktoru və ya
elmlər namizədi dərəcəsi, orta ixtisas və s.), onun
hərəkəti (işə qəbul olunub və işdən çıxan işçilərin
qeyd edilməsi) üzrə hesaba alır. Tədqiqatçıların
sayına həmçinin cins, yaş, elm sahəsi üzrə də
baxılır. Fraskati tövsiyələrinə uyğun olaraq, elmi
tədqiqat və işlərlə məşğulluğun miqyasını
müəyyən etmək məqsədi ilə, elmi tədqiqat və
işlərlə əvəzçi kimi məşğul olan şəxslər faktiki işçi
sayına daxil edilir, vətəndaş-hüquqi xarakterli
müqavilələr üzrə və onu nəzərə almaqla ümumi
saya hesablanır, elmi tədqiqat və işlərlə tam
məşğulluğa ekvivalent hesab edilir.
ELMĐ TƏDQĐQAT VƏ ĐŞLƏMƏLƏRLƏ
TAM MƏŞĞUL OLMA EKVĐVALENTĐ
–
elmi tədqiqat və işləmələrlə məşğul heyətin bu
işlərin yerinə yetirilməsinə faktiki sərf etdikləri
vaxt hissələrinin cəmini əks etdirən göstəricidir və
adam-illə ölçülür. Elmi tədqiqat və işləmələrlə
məşğul olanlar arasında eyni vaxtda bir neçə
layihədə iştirak edən şəxslər olduğu kimi, buna iş
vaxtının bir hissəsini sərf edən şəxslər də vardır
(əvəzçilər, məsləhətçilər, alı təhsil müəssisələrinin
müəllimləri və s.). Buna görə də, onların yalnız
fiziki şəxslərə görə say hesabı təhrif olunmuş
nəticəyə gətirib çıxara bilər. Bu, statistik
təcrübəyə elmi tədqiqat və işləmələrin yerinə
yetirilməsi üzrə fəaliyyəti real ölçən göstəricinin
daxil edilməsinə zərurət yaradır. Məsələn, əgər bir
alim elmi tədqiqatlarla öz vaxtının 30%-ni,
ikincisi – 50%-ni, üçüncüsü – 70%-ni, qalan
hissəsini isə digər fəaliyyətlə məşğuldursa, onda
tədqiqatçıların sayı tam məşğulluq ekvivalentində
fiziki şəxslərin uçotunda olduğu kimi 3 yox, 1,5
olur.
Elmi kadrların elmi tədqiqat və işləmələrə faktiki
sərf
etdikləri
iş
vaxtının
həcmi
üzrə
qiymətləndirilməsi bazar iqtisadiyyatı inkişaf
edən
ölkələrin
statistikasında
daha
geniş
yayılmışdır və beynəlxalq müqayisələrdə geniş
tətbiq olunur. (“Elm və innovasiya statistikası üzrə
beynəlxalq standartlar”a bax). Elmi tədqiqat və
işləmələrlə
tam
məşğulluq
ekvivalentinin
hesablanması üçün ilkin məlumat mənbəyi alimlər
158
arasında
sorğular
ola
bilər.
Bu
sorğular
çərçivəsində onların həftə ərzində fundamental və
tətbiqi tədqiqatlara, işlərə və onların digər
fəaliyyət növlərinin idarə olunmasına (tədrisə,
istehsala, məsləhətləşməyə və s.) sərf etdikləri
vaxta görə özünü qiymətləndirilməsi keçirilir.
Məlumatların əldə olunması, həm də elmi
təşkilatların və ali təhsil müəssisələrinin, elmi
işçilərin və ali məktəblərin professor-müəllim
heyətinin
vaxt
büdcələrinin
öyrənilməsinə
yönəldilmiş
seçmə
müayinələrin
aparılması
əsasında da mümkündür.
ELMĐ
TƏDQĐQATLAR
VƏ
ĐŞLƏ-
MƏLƏR
– insan, təbiət və cəmiyyət haqqında
biliklərin artırılması, həmçinin bu biliklərin
tətbiqinin yeni sahələrinin axtarışı məqsədilə
sistemli əsasda həyata keçirilən yaradıcılıq
fəaliyyətidir. Elmi tədqiqatlar və işləmələr elmi-
texniki fəaliyyətin əsas növlərindəndir və elm
statistikasında əsas müşahidə obyektlərindəndir
(“Elm və innovasiyalar statistikası”na bax),
onlara aid olan anlayışlar və təriflər isə beynəlxalq
statistika təşkilatlarının tövsiyələrində əsas yeri
tutur (“Elm və innovasiyalar statistikası üzrə
beynəlxalq standartlar”a bax). Elmi tədqiqatlar
və işləmələr özündə fundamental və tətbiqi
tədqiqat və işləmələri birləşdirir. Fundamental
tədqiqatlar dedikdə, bu biliklərdən istifadə
edilməsi ilə əlaqədar, hər hansı konkret
məqsədsiz, yeni biliklərin əldə edilməsinə
yönəldilən eksperimental və nəzəri tədqiqatlar
başa düşülür. Onların nəticələri – fərziyyələr,
nəzəriyyələr, metodlar (üsullar) və sairədir.
Fundamental tədqiqatlar alınmış elmi nəticələrdən
praktiki istifadə imkanlarının aşkara çıxarılması
üçün tətbiqi tədqiqatların aparılması, elmi nəşrlər
və s. haqqında tövsiyələrlə başa çata bilir. Tətbiqi
tədqiqatlar özündə konkret praktiki məsələləri
həll etmək məqsədi ilə yeni biliklərin əldə
edilməsinə yönəldilən orijinal işləri əks etdirir.
Onlar fundamental tədqiqatların nəticələrindən,
əvvəlcədən formalaşdırılmış problemlərin həllinin
yeni metodlarından istifadənin mümkün yollarını
müəyyənləşdirir.
Đşləmələr
dedikdə,
elmi
tədqiqatlar və ya əməli təcrübələr nəticəsində
alınan mövcud biliklərə əsaslanan və yeni
materialların, məhsulların və ya mexanizmlərin
yaradılmasına, yeni proseslərin, sistem və
xidmətlərin tətbiq edilməsinə və ya artıq
buraxılan,
yaxud
istifadəyə
verilmişlərin
əhəmiyyətli
dərəcədə
təkmilləşdirilməsinə
yönəldilən
müntəzəm
işlər
başa
düşülür.
Đşləmələrin tərkibinə statistika, həmçinin təcrübə
nümunələrinin yaradılmasını və onların sınaqdan
keçirilməsini aid edir.
Elmi-tədqiqatlar və işləmələr işinin növlər üzrə
təsnifləşdirilməsi ilə yanaşı, statistikada elmin
bölmələri, elmin sahələri, elmi tədqiqatların və
işləmələrin sosial-iqtisadi məqsədləri üzrə də
təsnifləşdirilir.
Statistik
müşahidə
məqsədləri
üçün
elmi
tədqiqatlar və işləmələrin geniş spektrindən elmi-
texniki, istehsal və digər fəaliyyət növləri
ayrılmalıdır. Elmi tədqiqat və işləmələrin digər
fəaliyyət növlərindən fərqləndirilməsinə imkan
verən meyarlar, onlarda əhəmiyyətli dərəcədə
yenilik elementlərinin olması hesab edilir. Bu
meyarlara uyğun olaraq, layihənin məqsədindən,
onun
məzmunundan
(yeniliklər
nöqteyi-
nəzərindən), elmi metodlardan istifadədən, yeni
yekunların və ya nəticələrin əldə edilməsindən
asılı olaraq, konkret layihə olacaqdır və ya əksinə,
elmi tədqiqatlar və işləmələrə aid edilməyəcəkdir.
ELMĐ TƏDQĐQATLARA VƏ ĐŞLƏMƏ-
LƏRƏ DÖVLƏT BÜDCƏSĐNDƏN ÖDƏ-
MƏLƏR
– elmi tədqiqatlara və işləmələrə dövlət
büdcəsindən ayrılmış pul vəsaiti və ya büdcədən
digər növ ödəmələrdir. Statistikada təxsis etmə
fərqləndirilir: nəzərdə tutulmuş təxsisat (“Büdcə
haqqında” Qanunla təsdiq edilmiş və il ərzində
dəqiqləşdirilmiş) və faktiki xərclər kimi. Onların
təhlili
və
müqayisəsi
elmin
büdcədən
maliyyələşdirilməsi strukturunu, dövlətin elmi-
texniki siyasətinin istiqamətlərini və onların
praktiki
həyata
keçirilmə
dərəcəsini
qiymətləndirməyə imkan verir. Elmi tədqiqatlara
və
işləmələrə
ayrılan
vəsaitlər
haqqında
məlumatların
yığılması
elm
statistikasının
ayrılmaz
hissəsidir.
Elmi
tədqiqatlara
və
işləmələrə dövlət büdcəsindən ayrılan vəsaitin
təhlili
və
planlaşdırılması
təcrübəsinin
xüsusiyyətlərindən,
həmçinin
göstərilən
məlumatın statistik hesabat məlumatları ilə
uzlaşdırılmasının
vacibliyi
və
beynəlxalq
statistika ilə müqayisəsinin təminatından asılı
olaraq, vəsaitlərin nazirlik və idarələrarası xərc
maddələri, iş növləri, elm sahələri və sosial-
iqtisadi məqsədlər üzrə paylanması haqqında
məlumatın alınması vacibdir. Bunun üçün elmin
maliyyələşdirilməsinin
büdcə
göstəricilərinin
yığılması və emalı sistemi qurulmuşdur.
Dostları ilə paylaş: |