KORPORASĐYA
(latınca corporatio) – (I) –
birlik, cəmiyyətdir. Đdarəetmə funksiyasının
muzdla
işləyən,
yuxarı
eşelonun
peşəkar
idarəedənlərin (menecerlərin) əlində toplanmasını
372
nəzərdə tutan sahibkarlıq fəaliyyətinin təşkili
formasıdır. Korporasiya dövlət, şəxsi, milli və
xarici nəzarətdə ola bilər. Fəaliyyət xarakterinə
görə iqtisadiyyatın müvafiq sektorlarına daxil
olmaqla,
maliyyə
və
qeyri-maliyyə
korporasiyaları
fərqləndirilir.
Korporasiyalar
məhdud cavabdehlikli cəmiyyət hesab edilir. Bu o
deməkdir ki, müflisləşmə və ya qeyri-ödəmə
qabiliyyəti hallarında öhdəliyinə korporasiya öz
mülkiyyətçilərinin və səhmdarlarının əmlakı ilə
deyil, yalnız öz əmlakı ilə cavab verir. Müasir
korporasiyalarda əksər hallarda – səhmdar
kapitallı cəmiyyətlər zəruri hallarda onlara
səhmlərin satılması yolu ilə maliyyə ehtiyatlarının
sürətlə toplanmasına imkan verir.
(II) - bazarda satılmaq məqsədi ilə mal və ya
xidmətlərin istehsalı üçün yaradılmış hüquqi şəxs
kimi
müəyyən
edilir.
Öz
mülkiyyətçisi
(mülkiyyətçiləri) üçün gəlir və ya digər maliyyə
qazancı mənbəyi ola bilər. O, onun ümumi idarə
edilməsində
cavabdeh
direktorların
təyin
olunmasına hüququ olan səhmdarların kollektiv
mülkiyyətində olur.
Korporasiya ya bir müəssisəyə, ya da müəssisələr
qrupuna uyğun ola bilər.
(III) - bazar üçün mal və xidmətlərin istehsalı
məqsədi ilə yaradılmış hüquqi şəxsdir. Öz sahibi
üçün gəlir və ya digər maliyyə qazancı mənbəyi
ola bilər. O, korporasiyanın ümumi idarə edilməsi
üçün məsuliyyət daşıyan direktoru təyin etmək
hüququna
malik
səhmdarların
kollektiv
mülkiyyətidir.
KORPORATĐV QĐYMƏTLĐ KAĞIZLAR
– müəssisə, təşkilat və ya şirkət tərəfindən
buraxılmış qiymətli kağızlardır.
KORPORATĐV
MÜƏSSĐSƏLƏR
–
mülkiyyəti paylara bölünmüş, müstəqil hüquqi
subyekt kimi
mövcud olan müəssisələrdir
(firmalardır). Sahibkarlıq fəaliyyətinin korporativ
forması üstünlük təşkil edən hesab edilir və
nəhəng birliklərin yaradılmasının, beynəlxalq
ticarətin inkişafının müasir tendensiyasına uyğun
gəlir.
Əsas
çatışmazlıqları
yaradılmasının
mürəkkəbliyi
və
korporasiyanın
gəlir
və
dividentlərinə ikiqat vergi qoyulmasıdır. Əsas
üstünlüyü – məhdud cavabdehlik və yüksək əlavə
kapital cəlb edilməsi qabiliyyətidir.
KORRELYASĐYA
MATRĐSĐ
–
sıfır
dispersiyalı
K
ölçülü
təsadüfi
vektorun
elementlərinin
korrelyasiya
əmsallarından
simmetrik müsbət yarım müəyyənləşdirilmiş R
matrisası.
Korrelyasiya
matrisinin
əsas
diaqonallarında
vahidlər
yerləşir.
Seçmə
korrelyasiya
matrisi
korrelyasiyanın
qiymətlərindən ibarət olur.
Əgər təsadüfi vektorlar çoxölçülü normal bölgüyə
malik olursa, onda seçmə korrelyasiya matrisi R
matrisinin maksimum həqiqətə uyğun qiyməti
hesab edilir. Korrelyasiya matrisindən çoxölçülü
statistik təhlillərdə istifadə edilir.
KORRELYASĐYA
TƏHLĐLĐ
(KOR-
RELYASĐYA METODU, KORRELYA-
SĐYA MODELĐ)
– normal çoxölçülü bölgüyə
malik olan, təsadüfi kəmiyyət hesab edilən, baş
məcmuda əlamətlərin qarşılıqlı asılılığının tədqiqi
metodudur.
Korrelyasiya təhlilinin əsas vəzifəsi çoxölçülü
normal bölüşdürülmüş baş məcmunun (əsas orta,
dispersiya
və
cüt
korrelyasiya
əmsalının)
parametrlərinin, korrelyasiyanın çoxluq və xüsusi
əmsallarının qiymətləndirilməsi; qarşılıqlı əlaqə
göstəricilərinin
qiymətləndirilməsinin
əhəmiyyətinin yoxlanması, onlardan əhəmiyyətli
olanlar üçün interval qiymətinin alınması,
əlamətlərin qarşılıqlı asılılıq strukturlarının aşkar
edilməsi hesab edilir.
KORRESPONDENSĐYA
- məktub, poçt
açıqcası, çap edilmiş sənədlər, ünvansız əşyaların
göndərişi və kiçik paketlərə münasibətdə ümumi
termindir.
KOSTĐNQ–STANDART
– standartlar və
standartlardan
kənarlaşmalar
üzrə
istehsal
xərclərinin uçot sistemidir. Bunun üçün aşağıdakı
prinsiplərə riayət etmək lazımdır: müəssisədə
fəaliyyətdə olan norma və smeta əsasında hər bir
məmulat
üzrə
normativ
maya
dəyəri
kalkulyasiyasının
əvvəlcədən
(ilkin)
tərtib
olunmasına; ay ərzində normativ maya dəyərinin
təshih edilməsi üçün fəaliyyətdə olan normada
dəyişmənin uçotunun aparılması, bu dəyişmələrin
məhsulun maya dəyərinə və normanın dəyişmə
səbəbinə xidmət edən tədbirlərin səmərəliliyinə
təsirinin təyin edilməsi; normalar və normalardan
kənarlaşmalar baş verdiyi yerlər üzrə onların
səbəblərinin
müəyyənləşdirilməsi
və təhlili;
buraxılan məhsulların faktiki maya dəyərinin
normativ maya dəyəri, normadan kənarlaşma və
normanın dəyişməsinin cəmi kimi müəyyən
edilməsi. Bu prinsiplərə tam həcmdə riayət
edilməsi
uçot
obyektlərinin
xərclərinin
iriləşdirilməsinə, analitik uçotun məmulatlar üzrə
deyil, eyni cinsli məmulatlar qrupu üzrə
aparılmasına
imkan
yaradır.
Məmulatların
məcmusu müəssisədə təyin edilir. Məmulatları
qruplara daxil edərkən, onların konstruksiya və
hazırlanma texnologiyası üzrə həmcins olması
şərtinə riayət edilməlidir.
373
Faktiki maya dəyərinin kalkulyasiyasının tərtib
edilməsinin hazırkı ardıcıllığı, qiymət yaranmanın
və xərclərə nəzarət üçün vacib olan xərclər
haqqında etibarlı nəticələrin əldə edilməsinə
imkan verir. Amma bu variant daha çox zəhmət
tələb edir. Daha az zəhmət tələb edən variant
aşağıdakı normativlər dəstinin olmasını tələb edir:
istehsal (dəyişən) xərcləri; başa çatmamış istehsal,
bu zaman normalar dəyişəndə başa çatmamış
istehsalın qalıqları yenidən hesablanmır, norma və
kənarlaşmalardan bütün dəyişikliklər isə mal
buraxılışına aid edilir; əgər hesabat dövrü ərzində
əhəmiyyətli norma dəyişikliyi olmayıbsa, onda
onların ayrıca uçotu aparılmır, onların təsirinə
normalardan kənarlaşmalarla birlikdə baxılır.
Beləliklə, kostinq-standart ilkin maya dəyərinin
variantlarından birini əks etdirir və məmulata
xərclərin
kəmiyyətini
maddələr
üzrə
və
fəaliyyətdə olan, cari, normalar, normativlər və
smetalar üzrə müəyyən edir.
KOTĐROVKA
- 1) qiymətli kağızların və
malların birja qiymətinin təyin olunmasıdır; 2)
qiymətli
kağızların
və
malların
birjadakı
dövriyyəsidir; 3) qiymətli kağızların, xarici
valyutaların və malların birja kursu (dəyəri)
barədə rəsmi dərcdir.
KOVARĐASĐYA ƏMSALI
– iki təsadüfi
kəmiyyətin birgə bölüşdürülməsinin miqdarla
xarakteristikasıdır. Đki mərkəzləşmiş X
1
və X
2
təsadüfi
kəmiyyətləri
arasındakı
stoxastik
qarşılıqlı əlaqəni xarakterizə edir:
[
]
)
)(
(
)
,
cov(
2
2
1
1
2
1
MX
X
MX
X
M
X
X
−
−
=
burada: MX
1
və MX
2
– uyğun X
1
və X
2
təsadüfi
kəmiyyətlərinin riyazi gözləməsidir.
Aydındır ki,
,
1
1
1
)
,
cov(
DX
X
X
=
,
2
2
2
)
,
cov(
DX
X
X
=
burada: DX
1
və DX
2
– uyğun X
1
və X
2
təsadüfi
kəmiyyətlərinin dispersiyasıdır.
KOVARĐASĐYALI TƏHLĐL
– bir sıra Y
təsadüfi kəmiyyətinin orta qiymətinin eyni
zamanda F qeyri-kəmiyyət dəstindən və X
kəmiyyət amilindən asılılıq modelinin riyazi-
statistik təhlilinə aid olan üsul və nəticələrin
məcmusudur.
X dəyişənləri Y-ə münasibətdə
müşayiət edən adlanırlar; F amilləri keyfiyyətli
xassələrin uyğunlaşdırılmış şəraitini verir. Burada
alınan Y və X müşahidələri dəyişən indikatorlarla
təsvir edilir; əlaqədar və dəyişən indikatorlar
arasında həm təsadüfilər, həm də qeyri-təsadüfilər
(eksperimentdə nəzarət olunan) ola bilər; əgər Y
təsadüfi kəmiyyəti vektordursa, onda çoxölçülü
Kovariasiya təhlilindən danışılır.
Kovariasiya təhlilinin əsas nəzəri və tətbiqi
problemləri xətti modellərdən istifadə edilməklə
həll olunur. Xüsusi hallar dispersiya təhlili və
reqressiya təhlili modellərinə çevrilir.
Kovariasiya
təhlili
öz
adına
görə
onun
hesablamalarında
Y
və
X
kəmiyyətlərinin
kovariasiya bölünməsində istifadə olunduğu kimi,
dispersiya
təhlili
də
Y
kənarlaşmalarının
kvadratları cəminin bölünməsində i istifadə
olunmasına borcludur.
KÖÇÜRMƏ
(lat. evacuo – boşaldıram) –
əhalinin
hərbi,
silahlı
və
s.
münaqişələr
rayonlarından, sənaye və digər fəlakətlər, atom
radiasiyası olan, təbii fəlakət, yaxud belə
təhlükələr altında olan rayonlardan, həmçinin
həmin ərazidə iri tikinti işlərinin aparıldığı (su
anbarlarının
və
s.
yaradılması)
zamanı
köçürülməsidir.
KÖHNƏLMƏ DƏRƏCƏSĐ
– müəyyən tarixə
əsas fondların yığılmış köhnəlməsinin (onların
tam uçot və qalıq balans dəyərləri arasındakı fərq)
bu tarixə onların tam uçot dəyərinə olan nisbəti ilə
(faizlə) müəyyənləşdirilir və əsas fondların
köhnəlmə dərəcəsini əks etdirir.
KÖMƏKÇĐ
– müəssisənin köməkçi hüquqi
əsası hesab edilən, hüquqi vahidin xarakteristikası
üçün istifadə edilən anlayışdır.
“Köməkçi” anlayışından:
1) müəssisənin bir və ya bir neçə iqtisadi fəaliyyət
vahidinin (ĐFV) xeyrinə və ya marağına uyğun
həyata
keçirdiyi
fəaliyyət
növünün
xarakteristikası üçün istifadə olunur;
2) bir sıra əsasnamələrdə hələlik “köməkçi hüquqi
vahid” anlayışına rast gəlinsə də, hazırda Avropa
Statistika Bürosunda yeni “Əlavə hüquqi vahid”
terminindən istifadə edilir.
KÖMƏKÇĐ
FƏALĐYYƏT
NÖVÜ
–
fəaliyyət növünə o zaman köməkçi kimi baxılır ki,
o aşağıdakı şərtlərə cavab versin:
a) yalnız özünün aid olduğu vahidlərə xidmət edir,
başqa sözlə, onun fəaliyyəti nəticəsində istehsal
olunan məhsullar və göstərilən xidmətlər bazar
sövdələşməsinin obyekti olmamalıdır, bazara
buraxılmamalıdır (və ya köməkçi fəaliyyət
nəticəsində əldə olunan məhsul və xidmətlərin
yalnız cüzi bir hissəsi satışa aid ola bilər);
b) öz tipinə və əhəmiyyətlilik səviyyəsinə görə, o
bu cür istehsal vahidlərinin fəaliyyətinə oxşar
olmalıdır;
c) həmin müəssisənin son məhsulunun tərkibinə
daxil olmayan xidmətlər göstərir və ya müstəsna
374
hallarda yalnız keçici xarakterli mallar buraxır,
yəni:
- onlar əsas və ya əlavə fəaliyyət növünün həyata
keçirilməsində
buraxılan
məhsulların
tərkib
hissəsi hesab edilmirlər;
- istehsal edilən enerjinin hər hansı növü hesab
edilmirlər;
ç) vahidin özünün cari xərclərində iştirak edir, bu
isə
o
deməkdir
ki,
kapital
qoyuluşunun
formalaşdırılmasına təsir göstərmir, xüsusən
xüsusi əsaslı tikinti əlavə fəaliyyət növünə aid
edilmir. Beləliklə, əsas qaydalar aşağıdakılardan
ibarətdir: nə qədər ki, istehsal prosesi yalnız
müəyyən əlavə fəaliyyət növlərinin köməyi ilə
fəaliyyət qabiliyyətli olurlar, onda onlar iqtisadi
vahidlər
yaradılarkən
hökmən
nəzərə
alınmalıdırlar, hətta əgər bu fəaliyyət növləri
ayrıca hüquqi vahid tərəfindən və ya başqa coğrafi
ərazidə yerinə yetirilirsə və əgər onlar ayrıca
uçotun obyekti hesab edilsələr belə.
KÖMƏKÇĐ XƏRCLƏR
– istehsalın təşkilinə
ümumi
şəraitin
yaradılması
ilə
əlaqədar
xidmətlərə, onun təşkilinə və idarə edilməsinə
çəkilən xərclərdir. Köməkçi xərclər daimi və
dəyişkən istehsal xərclərinə bölünür. Dəyişkən
xərclər işin, xidmətlərin həcminin artmasından
(azalmasından) asılı olaraq artır (azalır) (məsələn,
sosial ehtiyaclara ayırmalar, enerji təchizatına
ödəmələr və s.). Daimi köməkçi xərclər yerinə
yetirilən
işin
(xidmətin)
həcmindən
asılı
olmayaraq,
fasiləsiz
olaraq
nisbətən
eyni
miqdarda müxtəlif hesabat dövrlərində (hesabat ili
ərzində)
yaranır
(məsələn,
əsas
fondların
amortizasiyası, istifadəyə görə icarə haqqı və s.).
KÖMƏKÇĐ MALĐYYƏ ĐDARƏLƏRĐ
– öz
hesabına maliyyə aktivləri alan və bazarda öz
üzərinə maliyyə öhdəlikləri götürən, tələb
edilənədək depozitlər və əmanətlər qəbul edən,
bəzən isə pul-kredit nizamlanması funksiyalarını
yerinə yetirən maliyyə idarələridir.
KÖRPƏ ÖLÜMÜ
– doğulduğu andan 1 yaşı
tamam olanadək ölüm hallarını göstərir. Körpə
ölümü əmsalı ilə hesablanır ki, bu da doğulmuş
nəsil üçün bu nəsildən 1 yaşa qədər ölənlərin
sayının həmin nəsildən olan doğulanların sayına
nisbətinə bərabərdir, hər 1000 nəfər diri doğulana
hesablanır. Körpə ölümü əmsalı təqvim ili üçün
hesablanır (“Körpə ölümü əmsalı”na bax).
Körpə ölümünün ətraflı təhlilində həyatın birinci
ili ayrı-ayrı dövrlərə bölünür: 0-27 günlük
neonatal dövr, o cümlədən 0-6 günlük erkən
neonatal dövr, 7-27-ci günlük gec neonatal dövr
və 28-364 günlük postneonatal dövr. Neonatal,
erkən neonatal, gec neonatal və postneonatal ölüm
səviyyələri müvafiq dövrlər ərzində ölənlərin
sayının bu dövrdə doğulanların sayına nisbəti
kimi hesablanır; postneonatal ölüm səviyyəsini
ölçmək üçün postneonatal dövründə ölənlərin sayı
bəzən ömrünün 28-ci gününə qədər yaşayanların
sayına (həyatın birinci 27 günü ərzində və
doğulanların və ölənlərin fərqi) aid edilir. Erkən
neonatal körpə ölümünə həmçinin perinatal ölüm
komponenti kimi baxılır.
Körpə ölümü sonrakı bütün yaş qruplarındakı
ölümü xeyli üstələyir. Ahıl və qoca yaşlar istisna
olmaqla,
əhalinin
sağlamlıq
vəziyyətini
xarakterizə edən əsas (xəstələnmə ilə, ölümlə və s.
yanaşı) göstəricilərdən biridir. Körpə ölümünün
aşağı düşməsi əhalinin gözlənilən ömür uzunluğu
göstəricisinin artmasına səbəb olur.
XX əsrin 70–90-cı illərində körpə ölümünün əsas
səbəbləri inkişaf etmiş ölkələrdə perinatal dövrün
xəstəlikləri (“Perinatal ölüm”ə bax) olmuşdur.
Körpə ölümünün göstəricilərinə və səbəblərinə
hamiləliyin yarımçıq qalması daha çox təsir
göstərir. Đnkişaf etmiş ölkələrin əksəriyyətində
vaxtından əvvəl doğulmuş uşaqların payına 60%-
dən çox körpə ölümü hadisəsi düşür. Körpə ölümü
göstəricisi həm də doğuşların sayından, ananın
yaşından, onun xəstəliklərindən, sosial və məişət
şəraitindən və s. asılıdır. Oğlan uşaqları arasında
körpə ölümü 10–20% qızlardan çoxdur. Körpə
ölümü aşağıdakı kimi hesablanır: (ömrünün 1-ci
ili ərzində verilən ildə ölən uşaqların sayı / verilən
ildə diri doğulan uşaqların sayı ) x 1000.
Körpə ölümünün göstəricisini (%) hesablamaq
üçün bir neçə metod tətbiq edilir. Ən sadəsi
aşağıdakıdır: (ömrünün 1-ci ili ərzində verilən ildə
ölən uşaqların sayı / verilən ildə doğulan uşaqların
2/3 + keçən ildə doğulan uşaqların 1/3) x 1000.
Bu metod belə əsaslandırılır ki, XX əsrin birinci
rübündə inkişaf etmiş ölkələrdə 1 yaşadək ölən
uşaqlar arasında 60–70% həmin ildə doğulanların
payına, 30–40% isə keçən ildə doğulmuş
uşaqların payına düşürdü. Bu metod, empirik
olaraq, körpə ölümü göstəricisinin doğulan
uşaqların proporsional (mütənasib) bölünməsi
üsulu ilə hesablanırdı. Lakin XX əsrdə körpə
ölümünün aşağı düşməsi inkişaf etmiş ölkələrdə
əsasən postneonatal ölüm hesabına baş verirdi.
Nəticədə, körpə ölümünün strukturunda neonatal
ölümün payı kəskin artmış və beləliklə, 1 yaşadək
olan uşağın ölmək ehtimalı da artmışdır. Körpə
ölümünün səviyyəsi ömrünün 1-ci ilində ölən
uşaqlar arasında 20–30% olduqda, keçən ildə
doğulan uşaqlara 30–40% yox, 15–25% düşürdü.
Buna görə, körpə ölümü əmsalını daha dəqiq
aşağıdakı düsturla müəyyən etmək olar: (verilən
təqvim ilində 1 yaşadək ölən uşaqların sayı/keçən
il doğulan uşaqların 1/5 + həmin ildə doğulan
uşaqların 4/5) x 1000.
375
Uşaqların ömrünün 1 yaşına qədər müxtəlif yaş
intervallarında ölüm səviyyəsini müəyyən etmək
üçün ən dəqiq metod – ölüm cədvəllərinin
qurulmasıdır.
KÖRPƏ ÖLÜMÜ ƏMSALI
– (I) 0 yaşında
olan uşaqların ölüm səviyyəsini və 1 yaşadək
uşaqların ölüm ehtimalı səviyyəsini göstərən
demoqrafiya statistikası göstəricisidir. Körpə
ölümü
əmsalının
hesablanması
mühüm
əhəmiyyətə malikdir, çünki körpə ölümünün
səviyyəsi növbəti yaş qruplarındakı ölüm
səviyyəsindən mühüm dərəcədə yüksəkdir. Digər
yaş qruplarındakı ölüm əmsallarından fərqli
olaraq, körpə ölümü əmsalının hesablanmasında
ölənlərin sayı əhalinin orta sayına deyil, diri
doğulanların orta sayına olan nisbətindən istifadə
edilməklə hesablanır. Verilmiş təqvim ilində 1
yaşadək ölən uşaqlar iki nəslə - cari ildə və keçən
ildə doğulanlara ayrıldığından, körpə ölümü
əmsalı aşağıdakı düsturla hesablanır:
1000
1
1
0
0
0
⋅
+
=
N
M
N
M
m
burada: M
0
- əmsal hesablanan ildə doğulan
uşaqlardan 1 yaşadək ölənlərin sayı; M
1
- əvvəlki
ildə doğulan uşaqlardan 1 yaşadək ölənlərin sayı;
N
0
- əmsal hesablanan ildə doğulan uşaqların sayı;
N
1
- əvvəlki ildə doğulan uşaqların sayıdır.
Real əhali üçün körpə ölümü əmsalı 1
yaşadək ölənlərin sayı (verilmiş və sonrakı təqvim
ili ərzində) həmin ildə diri doğulanların sayına
nisbət kimi alına bilər və doğulanların həmin
nəslindən 1 yaşadək uşaqların ölüm ehtimalını
xarakterizə edir. Təqvim dövrü (q
0
) üçün körpə
ölümü əmsalı adətən həmin dövrdə (ildə) 1
yaşadək ölən uşaqların sayının keçmiş və həmin
dövrlərdə (illərdə) müəyyən çəkilərlə götürülmüş
doğulanların sayına nisbət kimi hesablanır:
0
1
0
0
N
N
M
q
b
a
+
=
burada M
0
– həmin dövrdə 1 yaşadək ölən
uşaqların sayı; N
1
və N
0
– keçmiş və həmin
dövrlərdə doğulanların sayı; a və b – çəkilər.
Çəkilərin nisbəti 2:1-dən 4:1-dək olur.
R.Böka metodu ilə hesablanmış körpə ölümü
əmsalının düsturu belədir:
0
0
0
0
0
1
0
0
0
1
N
M
N
L
M
L
q
−
−
−
=
−
burada L
0
– keçmiş ildə doğulmuş, həmin ilin
əvvəlinə sağ qalmış nəsldən 1 yaşadək olan
uşaqların
sayıdır.
Körpə
ölümü
əmsalının
kəmiyyəti “ölmüş” və “ölü doğulmuş” uşaqların
müəyyən olunması prinsiplərindən asılıdır. 1990-
cı illərin əvvəlindən demoqrafik statistikada bu
tərifin beynəlxalq meyarları və prinsipləri və
müvafiq
olaraq
körpə
ölümü
əmsalının
hesablanmasından istifadə olunur.
Dostları ilə paylaş: |