5.2.Makedoniyanın beynəlxalq əlaqələri
E.ə. VII-VI əsrlərdə Makedoniyanın ayrı-ayrı vilayətləri Homer dövrünün basilevslərinə bənzər tayfa
başçıları tərəfindən idarə edilirdi. Bu vilayətlərin birləşdirilməsi cəhdlərinə e.ə. VI əsrdən etibarən bir sıra
sülalələrin fəaliyyətində təsadüf olunur. Bu dövrün hakim nəsilləri içərisində ən qüvvətlisi Ageadlar idi.
Makedoniyada vahid dövlətin – monarxiyanın yaranması bu sülalənin adı ilə əlaqədardır. Tədricən bu sülalənin
nümayəndələri bütün Aşağı Makedoniyanı özlərinə tabe edirlər. Lakin İran-yunan müharibələri dövründə az
müddətdə olsa da, Makedoniya İranın hakimiyyəti altına düşür.
25
Makedoniyanın ilk yüksəlişi dövrü I İskəndərin (e.ə. 495-450) ilə bağlıdır. Mərkəzləşmə siyasəti
yeridən I İskəndər və I Arxelayın çarlığı dövründə (e.ə. 419-399) mərkəzi hakimiyyətin konsolidasiyasına
yönəldilmiş bir sıra islahatlar verilir. Arxelay Makedoniyada qalalar tikdirir, yeni yollar saldırır, hərbi işi
canlandırırdı. Antik tarixçilərdən Fukididin yazdığına görə, o Makedoniya üçün özündən əvvəl gələn səkkiz
çarın hamısından daha çox iş görmüşdü. Arxelay dövründə paytaxt Pella şəhərinə köçürülür və onun yeritdiyi
birləşmə siyasətini varislərindən III Perdikka (e.ə. 365-360) tərəfindən davam etdirilmişdi. Bununla belə,
sülalənin son nümayəndələrinin dövründə Makedoniyada hakimiyyət uğrunda mübarizə ölkəni xeyli
zəiflətmişidi.
Makedoniyada
vəziyyət II Filippin (e.ə. 359-336) hakimiyyəti illərində stabilləşir və qüdrətli monarxiya
yaranır. II Filipp tərəfindən həyata keçirilmiş siyasi-hərbi islahatlar nəticəsində orduda başlıca rol falanqaya
verilmişdi. Bir-birinin arxasında 16 sıra ilə düzülmüş, qılınc, qalxan və iki metrlik nizələrlə silahlanmış
Makedoniya falanqası o dövrkü hərbi qaydanın ən mükəmməl nümunəsi hesab edilirdi. Qalxanlarla mühafizə
olunub, uzun nizələrlə düşməndən özünü qoruyan Makedoniya falanqasının hücumu düşməndə vahimə
yaradırdı. Ağır silahla silahlanmış süvari alayları isə ictimai tərkibi etibarı ilə Makedoniya zadəganlarından
ibarət idi. Makedoniya falanqalarının sağ və sol cinahında duran yüngül silahlı piyada və atlı alaylar falanqanı
düşmənin mühasirəyə almasından müdafiə edirdi. Bu muzdlu alaylar tərkib etibarı ilə yunan, Frakiya, İlliriya və
başqa tayfaların nümayəndələrindən ibarət olmuşdu. Makedoniya qoşununda döyüş texnikasından – taran və
katapultadan da məharətlə istifadə edilirdi.
II
Filippin
islahatları içərisində iqtisadi islahatın da böyük əhəmiyyəti var idi. Makedoniya çarı Strimon
çayı yaxınlığındakı qızıl və gümüş mədənlərini ələ keçirməklə böyük sərvət sahibi olmuş və ildə 1000 talant
qızıldan artıq gəlir əldə etmişdi. Tədricən Makedoniya pul vahidləri olan qızıl və gümüş sikkələr Aralıq
dənizinin şərq rayonlarında həqiqi mübadilə vahidinə çevrilərək İran darikləri (qızıl pul vahidi) ilə paralel olaraq
işlədilməyə başlanmışdı.
II Filippin iqtisadi islahatı ölkənin ticarət əlaqələrinin inkişafına xeyli təkan vermiş, əldə edilmiş pul
vəsaitləri Makedoniya ordusunun gələcək hərbi müvəffəqiyyətlərində böyük rol oynamışdı. Digər tərəfdən
ticarətin inkişafı Makedoniyanın beynəlxalq əlaqələrinin güclənməsinə də müsbət təsir göstərmişdi.
II Filip tərəfindən qüdrətli ordunun yaradılması və çoxlu sərvətlərin əldə edilməsi Makedoniyanın
işğalçılıq siyasətinə təkan vermişdi. II Filippin planlarında dənizə çıxmaq və Yunan polislərinin tabe edilməsi
mühüm yer tuturdu. Qısa müddətdə Makedoniya dəniz sahilindəki Amfipola və Frakiyanın dəniz sahili
rayonlarının çoxuna sahib olur və bununla da əslində qüdrətli dəniz dövlətinə çevrilir. II Filippin malik olduğu
donanma öz döyüşkənliyi və gücü ilə seçilirdi. Bu donanmanın köməyi ilə Makedoniya quru döyüşlərində də
böyük uğurlar qazanmışdı.
II Filippin xarici siyasət uğurları ona Yunanıstanın daxili işlərinə qarışmaq imkanı vermişdi. Bunun
üçün bəhanə lazım idi ki, e.ə. 355-ci ildə «müqəddəs müharibə»nin başlanması nəticəsində belə bəhanə əldə
edildi. Məlum olduğu kimi, yunan şəhərləri arasında münaqişələr mütəmadi xarakter daşıyırdı və mübahisələrin
başlıca səbəbi torpaq və sərhəd məsələləri ilə bağlı olmuşdu. Bu qəbildən olan münaqişələrdən biri də e.ə. 355-
ci ildə Fiv və Fokida arasında olmuşdu. Münaqişəyə səbəb fokidalıların Delfi məbədi torpaqlarını şumlaması
olmuşdu. Fivin və onun müttəfiqlərinin ittihamına cavab olaraq fokidalılar gözlənilmədən Delfiyə hücum etdilər
və 10.000 talanta malik olan Apollon məbədinin xəzinəsini ələ keçirdilər. Qısa müddət ərzində bu ixtilaf
ümumellin xarakteri almış və on il davam etmiş «müqəddəs müharibə»yə çevrilmişdi.
Münaqişədə II Filipp fivlilərin tərəfindən keçir, fokidalıları və onların mütəffiqlərini məğlub edir.
«Müqəddəs müharibə»də Makedoniya çarının əldə etdiyi qələbə ona Şimali Elladada möhkəmlənmək imkanı
vermişdi. Filippin işğalçılıq siyasəti bütün yunan polislərini təşvişə salmağa başlamışdı.
Tədricən Yunanıstanda Makedoniyaya qarşı siyasi ittifaq formalaşmağa başlamışdı ki, bu ittifaqa Afina
başçılıq edirdi. Afina demokratiyasının rəhbəri qədim yunan dövrünün görkəmli siyasi xadimlərindən və
natiqlərindən olan Demosfen idi. Lakin yunan polisləri arasında həmrəyliyin olmaması Demosfenə II Filipə
qarşı uğurla mübarizə aparmağa imkan vermirdi. Makedoniya diplomatiyası Yunan şəhərləri arasında narazılığı
bir qədər də gücləndirir, Oliqarxiyanı öz tərəfinə çəkməklə antimakedoniya partiyasının mövqelərini sarsıdırdı.
II Filipin başlıca siyasi vasitəsi pulun gücü ilə hakim siniflərin seçilmiş nümayəndələrini ələ almaq yunan
şəhərləri arasındakı mübarizədə həmişə zəifin tərəfində durmaqdan ibarət idi.
Makedoniya və antimakedoniya partiyaları arasında hərbi-siyasi mübarizə Afinada xüsusilə şiddətli
forma almışdı. Afinada Makedoniya partiyasının başında dövrün görkəmli xadimləri olan Esxin, İsokrat,
Filokrat, Fokion və başqaları dururdular. Bu partiyanın tərəfdarları Yunanıstanda normal iqtisadi və siyasi
həyatı bərpa etmək üçün nəyin bahasına olursa-olsun yunan polislərini birləşdirmək, bununla da İrana qarşı
mübarizədə zərbə qüvvəsi yaratmaq, yunan sənətkarlığı və ticarəti üçün meydan əldə etməklə yanaşı
Yunanıstanı «artıq adamlardan» (şəhər yoxsullarından) qurtarmaq istəyirdilər. Makedoniya partiyası liderlərinin
fikrincə, Yunanıstanı birləşdirib İrana qarşı şərq yürüşünə apara biləcək yeganə qüvvə II Filipp idi.
Demosfen
də Yunanıstanın birləşdirilməsi tərəfdarı idi. Lakin o, II Filippin ətrafında deyil, II Filippə
qarşı birləşməyin tərəfdarı idi. Lakin, yunan polisləri daxilindəki parçalanma buna imkan vermirdi. Yaranmış
26
şəraitdən istifadə edən II Filipp e.ə. 348-ci ildə Olinf şəhərini tutaraq əhalisinin xeyli hissəsini qul edib satır, bir
hissəsini ilə qırır. E.ə. 346-cı ildə yunan şəhərləri ilə Filokrat sülhü imzalanır. Sazişə görə Afina böyük itki
verir, II Filipp isə Orta Yunanıstanın açarı olan Fermopil keçidini ələ keçirərək Delfi Amfiktioniyasının üzvü
olur. Lakin bu uğurlar uzun sürmür, belə ki, e.ə. 340-cı ildə bizans yaxınlığındakı dəniz döyüşündə Yunan
şəhərlərinin birləşmiş donanması II Filippi ağır məğlubiyyətə uğradır.
Lakin Bizans məğlubiyyətinin əvəzini çıxmaq və itirilmiş hərbi nüfuzunu bərpa etmək üçün II Filipp
skif çarı Atey ilə müharibəyə başlasa da döyüş əməliyyatları gah bu, gah da qarşı tərəfin üstünlüyü ilə
səciyyələnən yorucu müharibə xarakteri alır və makedoniyalilara uğur gətirmir. II Filip yenidən diqqəti
diplomatiyaya yönəldir və müttəfiqlər arası münasibətləri pozmaq üçün intriqaya əl atır ki, bunun nəticələri
özünü çox da gözlətmir. E.ə. 339-cu ildə yunan şəhər-dövlətləri arasında başlanmış ikinci «müqəddəs
müharibə»də iştirak edən II Filipp qısa müddətə Orta Yunanıstanda möhkəmlənir və itirilmiş mövqelərini bərpa
etməyə müvəffəq olur. Bu isə yenidən yunan şəhərlərini II Filippə qarşı birləşməyə vadar edir. Afina, Fiv,
Korinf və başqa şəhərlər II Filippə qarşı koalisiya yaradır, böyük qoşun toplayaraq Makedoniya ilə müharibəyə
hazırlaşırlar. E.ə. 338-ci ilin payızında Beotiyadakı Xeroneya şəhəri yaxınlığındakı döyüşdə Fiv və Afina
qoşunlarının zərbə qüvvəsi darmadağın edilir. Qüvvələr arasında təxmini bərabərliyin olmasına baxmayaraq
(Filippin 30 min piyada, 2 min süvari qoşunu var idi, müttəfiqlərin qoşunlarının sayı isə bir qədər artıq
idi)qələbə sayla yox, bacarıqla əldə edilir. Döyüşdə II Filippin oğlu 18 yaşlı İsgəndər ordunun sol cinahına
komandanlıq edirdi. II Filipp sonralar demişdi ki, Xeroneya döyüşü zamanı İskəndər mənim sol cinahımda idi,
lakin sağ əlim idi. Onun sol cinahdan başladığı hücum mənim mərkəz və sağ cinahdakı qələbəmə gətirib çıxardı
və bununla da yunan polislərinin birləşmiş qüvvələri əvvəlcə geri oturuldu, sonra isə darmadağın edildi.
Xeroneya
döyüşü Yunanıstanın tarixi taleyində böyük dönüşə səbəb oldu. Mənbələrdə deyilirdi ki,
Xeroneya döyüşündə həlak olanların cəsədlərinin yığılıb basdırılması ilə Yunanıstanın da istiqlaliyyəti və
azadlığı da dəfn edildi. Bununla da bütün Yunanıstan II Filippin hakimiyyəti altına düşdü. Yunan dövlətlərinin
çoxunda hakimiyyət başına Makedoniya tərəfdarları olan oliqarxlar gəlirlər və e.ə. 337-ci ildə Korinfdə bütün
yunan dövlətlərinin və Makedoniyanın iştirak etdiyi sinedrion (ümumi iclas) adlanan məşhur Panellin konqresi
çağrılır.
Konqres ümumi sülh elan edir, yunan şəhərləri arasında müharibələr qadağan olunur və Panellin ittifaqı
təsis olunur. Konqresdə qəbul edilmiş bir sıra yeniliklərin içərisində İrana müharibə elan edilməsi mühüm yer
tuturdu. Konqresdən sonra II Filipp Panellin ittifaqının hegomonu olur. II Filipp bütün Eladanı siyasi cəhətdən
birləşdirə bilmiş, bununla da faktiki olaraq Yunanıstan Makedoniyanın hegomonluğu altına keçmişdi.
Yunan
şəhər-polisləri arasında davam edən müharibələr onları zəiflədir, ayrı-ayrı polislərin hegomonluq
cəhdləri isə onlara qarşı digər polislərin koalisiyasının yaranmasına səbəb olurdu ki, nəticədə bir neçə yunan
dövləti aparıcı qüvvəyə çevrilə bilmirdi. Makedoniyanın üstünlüyü onda idi ki, burada quldarlıq cəmiyyətinin
ziddiyyətləri hələ bir o qədər kəskin xarakter almamışdı. Bu da Makedoniyanın Yunanıstan üzərində
üstünlüyünü təmin etdi. Makedoniyanın qələbəsinin səbəblərindən digəri onun qüdrətli orduya malik olması və
dövlətin başında II Filipp kimi mahir diplomat və görkəmli sərkərdənin durması idi.
II Filipp Yunanıstanın birləşdirilməsi uğrunda mübarizədə bütün vasitələrdən, diplomatiyadan, hərbi
gücdən, intriqadan və pulun köməyindən məharətlə istifadə edirdi. O, bəzən kinayə, bəzən də obrazlı şəkildə
deyirdi ki, «qızıl yüklənmiş uzunqulağın dunyada aşıb-keçə bilmədiyi qala divarları yoxdur». Məlum olduğu
kimi, yunan şəhərlərinin hamısında Makedoniya tərəfdarları var idi və II Filipp onların yardımından hərtərəfli
şəkildə istifadə etməyi bacarırdı. Öz tərəfdarları vasitəsilə hər hansı polisin elitası satın alınır, bu isə şəhərin
ictimai həyatına təsir göstərir, hətta Makedoniya ordusu hücuma keçəndə şəhərin qala qapıları onların əli ilə
açılırdı. Hər hansı şəhər tutulduqdan sonra II Filipp şəhərin əhalsinin ümumi yığıncağını çağırır və çıxış edərək
baş verənlərlə bağlı əhalini məlumatlandırırdı. Şəhər əhalisi isə xəyanətkarların cəzalandırılmasını tələb etdikdə,
onları hamının gözü qarşısında edam etdirir və edam olunmuşların əmlakını ələ keçirməklə bir növ
müharibənin xərcini ödəyirdi.
II
Filippin
Şərq yürüşü e.ə. 336-cı ildə başlanır. Makedoniya sərkərdələrindən Parmenion və Attalın
başçılıq etdiyi yunan ordusu Kiçik Asiyaya daxil olur. Lakin Makedoniyada baş vermiş hadisələr tezliklə
yürüşün dayandırılmasına səbəb olur. Belə ki, hələ e.ə. 337-ci ildə II Filipp özünün birinci arvadı – İsgəndərin
anası Olimpiadadan ayrılmış və Makedoniya zadəganlarının nəslindən olan Kleopatra ilə evlənmişdi. Olimpiada
isə qardaşı Epir çarı Aleksandrın sarayına qayıtmışdı. Lakin e.ə. 336-cı ildə II Filipp qızının toy məclisində
mühafizəçilərindən Pavsani tərəfindən öldürülür. Ölümün səbəbləri ilə bağlı müxtəlif versiyaların olmasına
baxmayaraq, ehtimal ki, İran şahı III Daranın bu məsələdə əli olmuşdur.
Atasının ölümündən sonra e.ə. 336-cı ildə hakimiyyət başına İsgəndər keçir. O, öz dövrünün və
mühitinin oğlu idi. Aristotelin tərbiyəsi nəticəsində geniş dünyagörüşə və böyük biliyə yiyələnmiş İsgəndər hələ
gənc yaşlarında ikən onu əhatə edən saray mühitində hakim olan görüşləri və əxlaq vərdişlərini mənimsəmişdi.
Onun xarakteri son dərəcədə ziddiyyətli olub, özündə soyuqqanlılığı və coşqun temperamenti, alicənablılığı və
qəddarlığı birləşdirirdi. O yaranmış mürəkkəb vəziyyətlərdən böyük məharətlə çıxır və tələbata uyğunlaşa
bilirdi. İsgəndər son dərəcədə görkəmli sərkərdə və böyük dövlət xadimi olmuşdu. Onun hakimiyyəti dövründən
27
Yunanıstan ellinizm dövrünə qədəm qoyur.
İskəndərin hakimiyyətinin e.ə. 336-334-cü illəri əhatə edən ilk iki ili atasının ölümündən sonra
başlanmış olan hərc-mərcliyin aradan qaldırılmasından ibarət olmuş, şimalda Frakiya və İllariya, cənubda isə
Yunanıstan yenidən Makedoniyaya tabe edilmişdi. Yalnız bundan sonra İrana yürüşə hazırlıq başlanır.
Dostları ilə paylaş: |