340
istehsal bacarığı tələb edirdi. DaĢ ustaları əvvəlcə salı kəsir, sonra onu
doğrayırdılar. Ona görə də daĢçıxaran usta eyni zamanda "daĢkəsən" adlanırdı.
DaĢın çıxarılması və daĢınması prosesində külüng, ling, bel, kürək, para
(paz), yanpara (nalçaq), qalaqburun, gürz, girdin, zəncir, kirĢə, araba və s.
vasitələrindən istifadə olunurdu.
ĠĢin tələbinə uyğun olaraq, əvvəlcə daĢın beli yarılır, sonra onun layı
qoparılırdı. Salın belini yarmaq məqsədilə qalaqburun vasitəsi ilə onun üzərində
uzunluğu 0,5 m, dərinliyi 20-25 sm olan "bel yarıqları" açılırdı. Salın yaxĢı
yarılması üçün ilk növbədə onun "damarı" tapılırdı. Bu iĢ müəyyən qədər əməli
təcrübə və bacarıq tələb edirdi.
Adətən, ağır (böyük) daĢda 3, yüngül (xırda) daĢda 1-2 ədəd bel yarığı
açılırdı. Sonra onların yan üzlərinə xüsusi yanpara qoyulub aralarına 5-6 ədəd
dəmir para ("əkmə") düzülürdü. Bir qayda olaraq, bel paraları nisbətən nazik və
uzun olurdu. Paraların hamısı cərgə ilə düzülüb qurtarandan sonra usta bir tərəfdən
baĢlayıb gürz ilə ehmalca hər paraya bir dəfə zərbə vura-vura baĢa çıxır, sonra
əməliyyatı əksinə təkrar edirdi. Gürzləmə əməliyyatının əvvəlində zərbələr zəif
olur, sonra tədricən güclənirdi. Gürzləmə prosesində əsas məharət zərbələrin
hamısının təsir gücünü eyni qaydada saxlamaqdan ibarət idi. Əks təqdirdə daĢın
yarığı istiqamətini dəyiĢərək çəplənir və yararsız hala düĢürdü. Bel paralarının hər
birinə təxminən 20-25 zərbə dəyəndən sonra daĢ bölünürdü. Salın bölündüyü
zərbələrin səsinin dəyiĢməsi ilə müəyyən edilirdi. Gürzləmə əməliyyatının
əvvəlində zərblər cingiltili çıxır, sonra getdikcə kallaĢırdı.
DaĢın layını yarmaq üçün onun yanı boyunca, hər qarıĢdan bir olmaqla,
10-12 sm dərinliyində lay yarıqları açılırdı. DaĢın düzgün bölünməsi üçün lay
yarıqları salın üst səthinə paralel istiqamətdə, düz xətt boyunca düzülürdü. Bu
məqsədlə yenə də əvvəlcə daĢın "damarı" axtarılıb tapılır, sonra gireh vasitəsilə
onun ölçüsü tutulurdu. Lay yarığı çəp olmasın deyə, yan paralarını kip saxlamaq və
onların səmtini salın daxilinə doğru 90 dərəcə bucaq altında düzgün
istiqamətləndirib tənzimləmək üçün, bir qayda olaraq, paraların ətrafına quru ot və
ya küləĢ tıxanırdı. Gürzləmə əməliyyatı nəticəsində zərbələrin sayt artdıqca, daĢın
cingiltisi də tədricən dəyiĢirdi. 10-15 dəfə təkrar olunan zərbədən sonra daĢın layı
paralanıb qopurdu. Qalın və bərk daĢda kürzləmə əməliyyatı 20 dəfəyə qədər təkrar
edilirdi.
KəsilmiĢ daĢ qayması saldan ling vasitəsilə aralanırdı. Bunun üçün orta
paralardan birini çıxarıb lingin ucunu onun yerinə salırdılar. Hər dəfə lingin ucunu
irəli itələyib qanırdıqca daĢ qabağa doğru dəbərirdi. Yüngül daĢı bir nəfər, ağır daĢı
isə iki nəfər ling ilə yatağından aralayıb düĢürürdü.
Salın daĢınmasını asanlaĢdırmaq üçün onun ölçüdən kənar "xam" hissələri
balta ilə sındırılıb yüngülləĢdirilirdi. Bu məqsədlə əvvəlcə ipqara vasitəsi ilə salın
ölçüsü götürülür, sonra daĢ baltası ilə ölçüdən kənarda qalan hissələri vurulurdu.
DaĢı sürütmə üsulu ilə aparmaq istədikdə onun bir baĢı müəyyən qədər xam
342
saxlanılırdı.
Sal öz yatağından qoĢqu yerinə bir cüt girdin vasitəsilə endirilirdi. Bu
məqsədlə onu bir-birindən azca aralı, paralel vəziyyətdə dal-qabaq dayanan bir cüt
ağac girdin üzərinə düĢürüb ling vasitəsilə arxasından itələyirdilər. DaĢ tərpən-
dikcə girdinlər diyirlənir və beləliklə də onu irəli aparırdı. Hər dəfə arxa tərəfdə
boĢalan girdin növbə ilə daĢın qabağına qoyulurdu.
Sal daĢ iĢ yerinə ya sürütmə üsulu ilə ya kirĢə, ya da araba vasitəsilə
daĢınırdı.
Dostları ilə paylaş: