ÜMUMĠ MƏLUMAT
Azərbaycanın zəngin təbii xammal ehtiyatı (ağac, gil, daĢ, mineral boyaqlar,
əlvan və qara metallar, yabanı lifli bitkilər), əkinçilik və maldarlıq məhsulları (yun, gön-
dəri, sümük, kətan, pambıq, ipək və s.) qədim zamanlardan baĢlayaraq, müxtəlif sənət
sahələrinin meydana gəlməsi üçün əlveriĢli Ģərait yaratmıĢdır.
Hələ qədim DaĢ dövründən baĢlayaraq, həyat vasitələrinin, xüsusilə ərzaq məh-
sullarının əldə olunması və istehlakı üçün iti qəlpələr verən sərt daĢ növlərindən
(dəvəgözü, çaxmaqdaĢı) kəsmək, çapmaq, deĢmək, qaĢımaq və b. məqsədlərlə bəsit
əmək alətləri düzəldilmiĢdir. Əsrlər, qərinələr ötdükcə məhsuldar qüvvələr inkiĢaf
edir, yeni-yeni məĢğuliyyət sahələri yaranır, daĢiĢləmə texnikası tədricən
təkmilləĢirdi. Metal alətlərin meydana çıxmasına qədər intensiv surətdə davam edən
bu təkamül prosesi istehsal tarixində daĢ alətlərin xüsusi mərhələ təĢkil etməsi ilə
nəticələnmiĢdir.
Metal dövrünə keçid mərhələsində əkinçilik və maldarlığın daha da inkiĢafı
sənətkarlıq üçün xammal ehtiyatını hədsiz dərəcədə artırmıĢdı. Yeni məĢğuliyyət
sahələri hələ Neolit dövründə təĢəkkül tapmağa baĢlayan dulusçuluq və toxuculuq
sənətlərinin inkiĢafını daha da sürətləndirmiĢdir. Ərzaq tədarükü, xüsusilə süd məh-
sullarının emalı gil qabların çeĢidinin artmasına və onların istehsal texnologiyasının
təkmilləĢməsinə gətirib çıxarmıĢdır. Lifli bitkilər əkininin geniĢlənməsi və qoyun-
çuluğun sonrakı inkiĢafı nəinki hörmə iĢindən toxuma məĢğuliyyətinə keçməyə imkan
vermiĢ, habelə toxuculuğun müxtəlif sahələrinin yaranmasına və beləliklə də
sənətdaxili ixtisaslaĢmanın dərinləĢməsinə səbəb olmuĢdur.
Metal, xüsusilə dəmirdən mükəmməl əmək alətlərinin peyda olması təkcə təsər-
rüfat məĢğuliyyətinin müxtəlif sahələrinə deyil, habelə sənətkarlığın digər növlərinin
inkiĢafına da dərin təsir göstərmiĢdir.
MetaliĢləmə sənətinin tərəqqisi maddi nemətlər istehsalının geniĢlənməsinə,
sərvət bolluğunun artmasına imkan yaratmaqla, eyni zamanda sosial təbəqələĢməyə və
sinifli cəmiyyətin meydana gəlməsinə yaxından kömək etmiĢdir. Mübadilənin artması
nəticəsində əsrlər boyu icma daxilində qapalı peĢə səciyyəsi daĢıyan bir sıra sənət
sahələri öz xarakterini dəyiĢib bəsit əmtəə istehsalı səciyyəsi kəsb etmiĢdir. Məhz bunun
sayəsində də sənət və ticarət mərkəzinə çevrilmiĢ qədim və orta əsr Ģəhərlərinin
meydana gəlməsi üçün iqtisadi zəmin yaranmıĢdır.
Əvvəllər olduğu kimi, XIX əsrdə də sənət istehsalı baĢlıca olaraq Ģəhərlərdə
cəmlənmiĢdi. Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin güclənməsi və rus kapitalizminin
eninə inkiĢafı nəticəsində milli ucqarlarda ticarət əkinçiliyi və əmtəə istehsalı sahələrinin
geniĢlənməsi Azərbaycan Ģəhərlərində iqtisadi həyatın xeyli dərəcədə canlanmasına
səbəb olmuĢdu. Bu mütərəqqi proseslərlə yanaĢı, XIX əsrin birinci yarısında Avropa və
rus fabrik-zavod məhsulları rəqabətinin hələ ciddi Ģəkil almaması ənənəvi sənət
sahələrinin qızğın fəaliyyət göstərməsinə əlveriĢli zəmin yaradırdı. Azərbaycan
Ģəhərlərində sənət istehsalının canlanmasının mühüm amillərindən biri də Rusiya
336
tərkibinə daxil olandan sonra yaranmıĢ əmin-amanlıq nəticəsində Ģəhər əhalisinin sayının
sürətlə artması olmuĢdur. Müxtəlif sənət sahələrində çalıĢan ustalar Ģəhər və kənd
əhalisinin sənət məhsullarına olan zəruri ehtiyaclarını maksimum ödəməyə
çalıĢırdılar.
Azərbaycanda kapitalist münasibətlərinin inkiĢafı ərəfəsində 50-dən artıq
sənət növü öz fəaliyyətini qızğın surətdə davam etdirməkdə idi. Bu dövrdə natural
təsərrüfat məhdudluğunu sarsıdan əmtəə istehsalının daha da geniĢlənməsi sayəsində
kustar sənət və xırda əmtəə istehsalı səciyyəsi daĢıyan bir sıra spesifik sənət növləri
(xalçaçılıq, Ģərbaflıq, Ģalbaflıq, bəzzazlıq, misgərlik, silahsazlıq, dəmirçilik, xarratlıq və
s.) labüd surətdə kənd yerlərində də geniĢ yayılmıĢdı.
Dostları ilə paylaş: |