A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə46/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   42   43   44   45   46   47   48   49   ...   102
m-ə, hündürlüyü isə 70-80 sm-ə qədər olur. Onun kənarlarında düzəldilmiĢ 4 və ya 

6 ədəd külbə vasitəsilə biĢmə prosesi idarə olunur. 

Azərbaycanın  dulusçuluq  mərkəzlərində  qapalı  (kameralı)  kürələrin  bir 

neçə  növü  qeydə  alınmıĢdır.  Azərbaycanda  bu  tip  kürələrin  Eneolit  dövründən 

baĢlamıĢ son orta əsrlərədək müxtəlif nümunələri aĢkar edilmiĢdir [22]. 

Qapalı dulus kürələri əksər hallarda alt-üst, bəzən isə yan-yana olmaqla iki böl-

mədən ibarət tikilirdi. Bunlardan; biri ocaqlıq, digəri isə qabxana vəzifəsini daĢıyırdı. 

Mövcud dulus kürələrinin, dairəvi və düzbucaqlı olmaqla, iki növünə təsadüf 

olunur.  Hazırda  Azərbaycanda  dulusçuluq  mərkəzlərində  dairəvi  planda  tikilmiĢ 

kürələr  üstünlük  təĢkil  edir  (X  və  XI  tablolar).  Belə  kürələr  ġəki,  Küsnət,  Gəncə, 

Yenikənd, Ġspik və Ərkivanda geniĢ yayılmıĢdır. Bu kürələrin biĢmə kamerası (qabxana), 

bir  qayda  olaraq,  yanma  kamerası  (ocaqlıq)  üzərində  yerləĢməklə  dudkeĢli  arakəsmə 

vasitəsilə  ondan  ayrılır.  Dairəvi  kürələrin  üst  bölməsi,  bir  qayda  olaraq,  günbəz 

formasında tamamlanır. Görünür, qabxanada istiliyin yaxĢı yayılması və onun düzgün 

tənzimlənməsi üçün günbəz ən münasib forma olmuĢdur. Günbəzin yelçəkən vəzifəsini 

daĢıyan mərkəz bacası bəzi bölgələrdə həm də qabları kürənin üst kamerasına yığmaq 

üçün "qapı" rolunu oynayır. Quba və ġəki bölgələrində qabxananın mərkəz bacası məhz 

bu sayaq ikili vəzifə daĢıyır. Ərkivan kürələrində isə orta bacadan əlavə olaraq qabları 

yığmaq  üçün  kürənin  üst bölməsinin  yan tərəfində bu məqsədlə xüsusi giriĢ açırımı 

qoyulmuĢdur. Quba kürələrində orta baca ilə yanaĢı, hərarəti tənzimləmək məqsədilə 

günbəzin ətrafında bir neçə xırda baca düzəldiyinə təsadüf olunur. 

Azərbaycanın dairəvi dulus kürələri ocaqlığın quruluĢuna görə də bir-birindən 

fərqlənir. Bu kürələrin böyük əksəriyyətinin ocaqlığı dairəvi plana malik olub, 3 və ya  



 

 

358 



 


 

 

359 



 


 

 

360 



5 tağdan ibarət qurulurdu. Tağların üzərinə döĢəmə kərpiclərini düzərkən onların aralannda 

müəyyən  qədər  boĢluq  qoyulurdu.  DudkeĢ  rolunu  oynayan  həmin  boĢluqlar 

ocaqlıqdakı  hərarəti  biĢmə  kamerasına  ötürür.  Hərarətin  bərabər  surətdə  yayılmasını 

təmin  etmək  üçün  dudkeĢlər  döĢəmə  boyunca  müəyyən  sistem  əsasında 

yerləĢdirilirdi. 

Günbəzli kürələrin digər qisminin ocaqlığı tağvari lağım formasında uzunsov 

qurulurdu. Eni 70-80 sm, hündürlüyü 1 m-ə çatan həmin lağımın yarısı kürənin altına düĢür, 

yarısı isə ondan kənarda qalırdı. Ġstiliyin tədricən örtülməsini tənzimləmək baxımından 

lağımlı kürələr daha əlveriĢli sayılır. 

Düzbucaqlı kürələrin damı bir qayda olaraq, bütöv aĢırımlı çatma tağla örtülür. 

Kürənin  arxa  divarında  qabları  doldurub  boĢaltmaq  üçün  geniĢ  və  hündür  açırım 

düzəldilmiĢdir.  Hər  dəfə  kürəni  qabla  doldurandan  sonra  həmin  açırmlı  kərpiclə 

müvəqqəti hörüb, tutur, qabları boĢaltmaq üçün yenidən sökürdülər. Ocaqlığın quruluĢuna 

görə bu kürələrin "tağlı" və "səkili" olmaqla, iki variantına təsadüf olunur (XII və XIII 

tablolar). 

Azərbaycan dulusçuları çoxəsrlik əməli təcrübə nəticəsində dulus kürələrinin 

müxtəlif  sistemlərə  malik  bir  sıra  növlərini  yaratmıĢlar.  Ġstilik  sistemləri  (ocaqlığı) 

müxtəlif  olan  bu  kürələrin  hər  birinin  özünəməxsus  biĢirmə  texnologiyası  meydana 

gəlmiĢdir. 

Dulus məmulatının yüksək keyfiyyətdə biĢirilməsinin mükəmməl vasitəsi qapalı 

kürələr  olmuĢdur.  Kürənin  tipindən  və  növündən  asılı  olaraq,  texnoloji  rejimləri  bir-

birindən fərqlənən müxtəlif biĢirmə üsulları yaranmıĢdır. 

BiĢmə rejiminin müəyyənləĢməsində kürə tipi ilə yanaĢı, yerli yanacaq mate-

rialının  səciyyəsi  və  hər  bir  dulus  mərkəzində  tarixən  sənət  ənənələri  mühüm  rol 

oynamıĢdır.  Lənkəran  bölgəsində  dulus  ustaları  yanacaq  növü  kimi  çəltik  bəlimindən 

geniĢ istifadə etdikləri halda, digər dulusçuluq mərkəzlərində bu məqsədlə ancaq odun 

iĢlənmiĢdir.  Həm  də  bir  bölgədə  puç  ağacın  odununa  üstünlük  verildiyi  halda,  baĢqa 

yerlərdə  sağlam  quru  odun  iĢlənməkdən  çəkinməmiĢlər.  Yaxud  əksər  dulus 

mərkəzlərində az istilik verən ocaq növlərindən istifadə olunduğu halda, ġəki dulusçuları 

biĢirmə rejimində yüksək hərarət verən ağac növlərinə üstünlük verirdilər. Bununla belə, 

gil  məmulatının  biĢirilmə  texnologiyasının  bütün  dulus  mərkəzləri  üçün  ümumi  olan 

xüsusiyyətləri də vardır. BiĢirmə prosesinə baĢlamazdan qabaq, gil məmulatı çatlamasın 

deyə,  kürəyə  tüstü  verilirdi.  Tüstüvermə  müddəti  bu  və  ya  digər  dulus  mərkəzinin 

özünəməxsus  biĢirmə  rejimindən  asılı  olaraq  bir  gündən  üç-dörd  günədək  çəkirdi. 

Məsələn, ġəki dulusçuları dolu kürəyə 4 gün ərzində puç ağacla tüstü verir, beĢinci gün 

quru  odunla  biĢirməyə  baĢlayırdılar.  Lənkəran  bölgəsində  bir  gün  davam  edən 

tüstüvermə əməliyyatı çəltik bəlimi ilə aparılırdı [23]. 

Bilavasitə biĢirilmə prosesi iki-üç, bəzi dulus mərkəzlərində isə bir gün davam 

etməklə istiliyin tədricən artırılmasına xüsusi diqqət yetirildi. Bunun üçün ocaqxanaya 

əvvəlcə qısa odun atır, sonra nisbətən bir-birindən uzun odun atmaqla ocağı yavaĢ-yavaĢ 

kürənin odluğunun arxasına doğru irəlilədirdilər. Bunun sayəsində kürənin içərisində  



 

 

361 



 


 

 

362 



 


 

 

363 



hərarəti tədricən artırmaq mümkün olurdu. Qabların biĢmə məqamının yetiĢdiyi müəyyən 

olunduqdan sonra kürəyə odun atmır, prosesi "marxal od", yaxud "vam od" ilə davam 

etdirirdilər. 

Məmulatın biĢmə vəziyyətini dulus ustaları müxtəlif üsullarla yoxlayırdılar. Əksər 

ustalar sonuncu gün kürənin bacasından çıxan alovun rəngini mütəmadi surətdə müĢahidə 

edir,  onu  bir  an  da  olsun,  nəzərdən  qaçırmırdılar.  Alov  qızılı  rəngini  dəyiĢib  ağaranda 

kürənin ocaqlığına odun ötürmə əməliyyatı dayandırılırdı. Ən etibarlı üsullardan biri qıra 

vasitəsi  ilə  kürədəki  qablardan  birini  çıxarıb  yoxlamaqdan  ibarət  idi.  Bu  məqsədlə 

qızmar  qabı  suya  salıb  soyudur  və  çırtma  ilə  vurub  səsinə  qulaq  asırdılar.  Qabdan 

cingiltili  səda  deyil,  kal  səs  çıxdıqda,  məmulatın  hələ  tam  biĢmədiyi  bəlli  olurdu. 

SəriĢtəli  ustalar  ala-çiy  məmulatı  rəngindən  də  müəyyən  edə  bilirdilər.  Belə  halda 

kürənin ocaqlığına "bir-iki əl" odun atıb biĢirmə əməliyyatını davam etdirirdilər. 

Gil məmulatının tam biĢdiyi müəyyən edildikdə əməliyyat dayandırılır, kürə 

dəmə qoyulurdu. Dəmalma bir-iki gün çəkirdi. Kürə tamam soyuyandan sonra məmulat 

boĢaldılırdı. 

ġirli qablar iki mərhələdə biĢirilirdi: əvvəlcə adi qaydada məmulatı biĢirib kürə-

dən  çıxarır  və  onun  üzərinə  Ģir  çəkəndən  sonra  yenidən  kürəyə  yığırdılar.  ġirin 

biĢirilməsi üçün əvvəlcə vam yanan odla 2-3 saat ərzində onu qızdırıb bərkidir, sonra 

bir gecə-gündüz kürədə yüksək hərarət yaradırdılar. 

Qədim tarixi olan dulusçuluq sənəti Azərbaycan xalqının məiĢətində əsrlər boyu 

möhkəm yer tutmuĢdur. 

Hazırda Azərbaycanın bir sıra rayonlarında dulus ustaları fəaliyyət göstərirlər. 

Müasir  məiĢətimizdə  dulus  məmulatına  hələ  də  ehtiyac  vardır.  Çölməkdə  vamla 

hazırlanan xörəyin dadını, dopuda biĢirilmiĢ pitinin tamını, koduĢ sağılmıĢ südü, bəmi, 

bəsti,  dizə  və  badyalarda  çalınmıĢ  qatığı,  bardaqda  sərin  qalan  içməli  suyu,  saxsı 

nehrənin  kərə  yağını,  küpə  pendirini  baĢqası  ilə  əvəz  etmək  mümkün  deyil.  Müasir 

saxsı məmulatı suvenir kimi də geniĢ istifadə edilir. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin