dibçıxarma, küpaçma, sulğuc-çıxarma, dişəmə, novsalma və s. kimi bir sıra
texnoloji üsullardan istifadə olunurdu. Bu əməliyyatların çoxu spesifik səciyyə
daĢımaqla, müəyyən qrup alətlərin hazırlanmasında tətbiq olunurdu. Məsələn,
dibçıxarma dəryaz və qırxılığın, küpaçma nacaq, balta, kərki, toxa və çəkicin,
sulğucçıxarma dəhrə və qiyməkeĢin, diĢəmə isə çinin hazırlanmasında tətbiq
edilirdi. Soyuq silahların (xəncər, qılınc) hazırlanmasında novsalma
əməliyyatından istifadə olunurdu. Bunlardan fərqli olaraq tamamlama
əməliyyatları {sığalçəkmə, törpüləmə, yeyələmə, suyatutma) qismən ümumi
səciyyə daĢıyırdı. Dəmir məmulatlarının hazırlanması prosesində "Qara iĢ" görü-
lüb baĢa çatdırılandan sonra tamamlama əməliyyatına baĢlanılırdı. Bu məqsədlə
ilkin formaya salınmıĢ iĢ nər çəkiclə döyülüb lazımi həddə salınır, əyilmiĢ və ya
xaĢallanmıĢ hissələri tapdanıb (döyülüb) düzəldilirdi.
Döymə əməliyyatından çıxmıĢ "iĢ"in üzərində, adətən, zərbə izləri və
nahamar sahələr qalırdı. Ona görə də həmin izlər törpü və yeyə vasitəsilə sürtülüb
hamarlanırdı. Bir qayda olaraq, dəmir məmulatı qaynar halda törpülənir, soyuq
halda yeyələnirdi.
Kəsici alətlərin hazırlanmasında ən vacib əməliyyatlardan biri onlara
düzgün suvermə idi. Məlum olduğu kimi, kəsici alətlərin tiyəsi poladqarıĢıq
dəmirdən hazırlandığından qızdırılan zaman o, sərtliyni itirirdi. Poladın sərtlik
390
xassəsi aləti yenidən qızdırıb suyatutma yolu ilə bərpa edilirdi.
Qaynaq poladın sərtlik xassəsinin bərpa olunması müəyyən texnoloji
tələblərlə bağlı idi. Həmin tələblərə düzgün əməl olunması xeyli dərəcədə ustanın
fərdi məharətindən və səriĢtəsindən asılı idi. Polada suyun az, yaxud çox verilməsi,
onun qəflətən, yaxud aram-aram, tədricən, bütövlükdə və ya hissə-hissə verilməsi
bu iĢdə mühüm rol oynayırdı. Məmulatın hansı hissəsini nə qədər suya tutmaq, nə
qədər havada, öz dəmində soyutmaq lazım olduğunu usta zənn ilə sezib müəyyən
edirdi. Poladın sərtliyini "özünə qaytarmağın" optimal üsulu olan suyatutma
əməliyyatına düzgün əməl olunması ustalıq məharətindən baĢqa, dərin sənət
səriĢtəsi və çoxillik istehsal vərdiĢi tələb edirdi. Su lazım olduğundan az verildikdə
poladın sərtlik xassəsi tam bərpa olunmur, nəticədə kəsici alətin "ağızı tez qayıdıb"
korĢalır, yaxud su həddən artıq verildikdə poladın sərtlik xassəsi ifrat dərəcədə
artırdı. "Dəm suyu" çox verilmiĢ alət isə azca gücə düĢən kimi sərtliyindən sınıb
korlanırdı.
Dəmirçilik sənətində ən bəsit əməliyyatlardan biri çarxatutma idi.
Müəyyən qədər peĢə məharəti tələb edən bu əməliyyata düzgün əməl etmədikdə
alətin tiyəsi qızır və ağzının bir üzü çox yonulub əks tərəfə qatlanırdı. Sənət dili ilə
buna "qılov" deyilirdi. Qılovlu alət kəsərdə küt və yorucu olur.
KeçmiĢdə dəmir ustaları təzə məmulat düzəltməklə yanaĢı, sınıb
korlanmıĢ, yaxud kütləĢmiĢ alətləri təmir etməklə də məĢğul olurdular. Təmir
iĢinin də özünəməxsus istehsal üsulları formalaĢmıĢdı. Adətən, qalın künəli
məmulatlar (gavahın, balta, tapun və s.) zodlama üsulu ilə təmir olunurdu. Bu
məqsədlə alətin sınığına müvafiq ölçüdə kəsilmiĢ Ģığanı məmulatla birgə qızdırıb
istidöymə yolu ilə bir-birinə calayırdılar.
Sınıq məmulatın calaq edilməsi qadaqlama üsulu ilə də görülürdü.
Qadaqvurma ən çox təsərrüfat alətlərinin təmirində tətbiq olunurdu. Bunun üçün
məmulatın calaq ediləcək hissələrini isti, yaxud soyuq halda sünbə ilə deĢib qadaq
vasitəsilə bir-birinə bərkidirdilər.
KütləĢmiĢ kəsici alətlər (balta, dəhrə, qiyməkeĢ və s.) ovxarlama üsulu ilə
itilənib yenidən iĢlək hala salınırdı. Bu məqsədlə alətin ağac dəstəyini çıxarıb
tiyəsini kürədə qızdırandan sonra məngənə arasında tutub isti-isti yeyələyirdilər.
Əgər alətin künəsi çox qalın olarsa, onu bir-iki əl istidöymə yolu ilə döyüb nazildir,
sonra ovxarlayırdılar. Ovxarlama əməliyyatı əvvəlcə iri diĢli, sonra xırda diĢli,
nəhayət, axırda narın diĢli yeyə ilə görülürdü.
Dəmirçixanalar yayılma arealı cəhətdən müxtəlif səciyyə daĢıyırdılar. Təsərrüfat
alətlərinin istehsalı və təmiri üzrə ixtisaslaĢmıĢ dəmirçixanalara əkinçiliklə məĢğul
olan kəndlərin hamısında təsadüf olunurdu [66]. Bu tip dəmirçixanaların əksəriyyəti
mövsümi səciyyə daĢımaqla, yalnız çöl təsərrüfat iĢləri azalan vaxtlarda, xüsusilə payız və
qıĢ aylarında iĢləyirdi. Ən zəruri təsərrüfat alətləri olan gavahın, kotan hissələri, bel,
yaba, zəncir, oraq, çin, dəryaz, toxa, alaqkeş və s. mövsümi səciyyə daĢıyan iĢlər
baĢlananadək tədarük olunurdu.
391
Bununla belə, dəmirçixanaların bəziləri bu və ya digər məmulat növü (çin, sac)
istehsalı üzrə ixtisaslaĢmıĢdı. Əhalisi baĢdan-baĢa dəmirçilik və onunla bağlı peĢələrlə
məĢğul olmuĢ Dəmirçi [67] və Əhən kəndləri buna misal ola bilər. Bu cəhətdən ġamaxı
qəzasının Dəmirçi kəndində sac istehsalı xüsusilə diqqəti cəlb edir. Sac istehsalında
ustadan baĢqa 5 nəfər çəkic vuran, [68] körük basan və xırda-para əl iĢlərini icra edən
Ģagird iĢtirak edirdi. Onlar gün ərzində bir cüt sac hazırlayırdılar [69].
Dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında Yelizavetpol qəzasının
Bayan, QuĢçu, Seyid və DaĢkəsən kəndləri [70], Cəbrayıl qəzasının Xocavənd kəndi,
ġuĢa qəzasının Ağdam icması, Nuxa qəzasının Küsnət kəndi [71] xüsusilə fərqlənirdi.
Xırda əmtəə istehsalı səviyyəsinə çatmıĢ Ģəhər dəmirçixanalarında məmulat
növləri üzrə ixtisaslaĢma daha erkən baĢlanmıĢdı. XIX əsrin 60-cı illərində Azər-
baycan Ģəhərlərində 400 nəfərdən çox dəmirçi iĢləyirdi [72]. Dəmirçixanaların sayına
görə ġamaxı, Nuxa, ġuĢa, Gəncə Azərbaycan Ģəhərləri arasında əsas yer tuturdular.
Ölkənin sənaye inkiĢafı yoluna qədəm qoyması, ömrünü baĢa vurmaqda olan bir
sıra kustar sənət sahələri kimi, dəmirçilik sənətinin də aradan çıxması prosesini
sürətləndirmiĢdi. Ġlk vaxtlar bəzi məhsulların istehsalının məhdudlaĢması üzrə gedən
həmin proses tədricən kustar dəmir məmulatı istehsalının bütün sahələrini bürüməyə
baĢlamıĢdı. Bir tərəfdən təsərrüfat və ev məiĢətində iĢlənən əmək alətlərinin sənaye üsulu
ilə istehsalının artması, digər tərəfdən isə kənd təsərrüfatı maĢınları tətbiqinin
geniĢlənməsi ənənəvi dəmirçilik sənətini tənəzzülə uğratmıĢdı.
Dostları ilə paylaş: |